Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № e-2(045)-2186/2023 30.11.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlu,, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “subroqasiya hüququ əsasında borc” tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 550 (beş yüz əlli) manat məbləğində vəsaitin, 30,40 (otuz manat, qırx qəpik) manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC-də 27 avqust 2022-ci il tarixli sığorta müqaviləsinə əsasən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalanmış "VAZ-21074" markalı **-TS-*** dövlət qeydiyyat nişanlı avtomobil sığorta müddətində 21 mart 2023-cü il tarixdə Gəncə şəhərində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində X5 tərəfindən idarə olunan "BMW 523" markalı **-TZ-*** dövlət qeydiyyat nişanlı və X6 tərəfindən olunan "Opel Corsa" markalı **-EM-*** dövlət qeydiyyat nişanlı avtomobillərlə toqquşaraq onları zədələmişdi. Gəncə şəhəri DYPŞ-nin qərarı ilə Cavabdeh qeyd olunan yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinmişdir. Cavabdeh hadisə baş verdikdən sonra hadisə yerini tərk etmişdir. Zərərçəkənlərin avtomobillərinin zədələnməsi ilə bağlı cəmi 550 manat məbləğində sığorta ödənişi verilmişdir. Aşağıdakılara əsasən hesab edir ki, zərərçəkənin avtomobilinin yol-nəqliyyat hadisəsi zamanı zədələnməsi nəticəsində üçüncü şəxsə (sığorta ödənişini alan şəxs - faydalanan şəxs sayılır) ödənilmiş sığorta ödənişinin məbləği cavab dehdən tutularaq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: "xxxx" tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli “dəymiş zərərin hesablanmasına dair” aktdan görünür ki, "BMW 523" markalı **-TZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin məbləği 200 manat (ehtiyyat hissələrinə görə 80 manat və usta xidməti 120 manat) təşkil edir; 28 aprel 2023-cü il tarixli “ödəniş tapşırığından” görünür ki X1 hesabına "xxxx" ASC tərəfindən 200 manat məbləğində pul köçürülmüşdür; "xxxx" tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli “dəymiş zərərin hesablanmasına dair” aktdan görünür ki, "Opel Corsa" markalı **-EM-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin məbləği 350 manat təşkil edir; 20 aprel 2023-cü il tarixli “ödəniş tapşırığından” görünür ki, X2 hesabına "xxxx" ASC tərəfindən 350 manat məbləğində pul köçürülmüşdür; xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında TP seriyalı ******* nömrəli qərardan görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6-cı və 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməsinə görə barəsində 100 manat məbləğində cərimə inziabti tənbeh növü tətbiq edilmişdir; Hökümət ödəniş portalının xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, «Günay Sığorta” ASC məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu və 0.40 manat xidmət haqqı ödəmişdir. Belə ki, tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, 21 mart 2023-cü il tarixdə Cavabdeh idarə etdiyi “VAZ-21074" markalı **-TS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Gəncə şəhəri, H. Əliyev prospektində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində X5 tərəfindən idarə olunan "BMW 523" markalı **-TZ-*** dövlət qeydiyyat nişanlı və X6 tərəfindən olunan "Opel Corsa" markalı **-EM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri ilə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmiş və hadisə yerində gözləməyərək getmişdir. "BMW 523" markalı **-TZ-*** dövlət qeydiyyat nişanlı və "Opel Corsa" markalı **-EM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinə vurulmuş zərər 550 manat dəyərində qiymətləndirilmiş, sığortaçı «Günay Sığorta” ASC nəqliyyat vasitəsinin tam sığorta müqaviləsinə uyğun olaraq qeyd olunan məbləği faydalanan şəxs X3 və X4 ödəmiş, nəticədə sığorta şirkətinin subroqasiya hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 936-cı madəsinə əsasən subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər; 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur; “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsinə əsasən bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Məhkəmə qeyd edir ki, iddiaçı «Günay Sığorta” ASC iddia tələbində 30,40 manat dövlət rüsumunun cavabdehdən tutulmasını tələb etsə də, iş materialları ilə müəyyən olunmuşdur ki, iddiaçı hazıki tələb üzrə 30 manat dövlət rüsumu ödəmiş və həmin məbləğin köçürülməsi üçün iddiaçıdan 0,4 manat xidmət haqqı tutulmuşdur. İddiaçının xidmət haqqının tutulması ilə bağlı tələbi olmadığından məhkəmə hesab edir ki, tələb həmin hissədə qismən təmin edilməlidr. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh 550 (beş yüz əlli) manat məbləğində sığorta ödənişinin və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi iddiaçı «Günay Sığorta” ASC-nin xeyrinə tutulmalıdır. Qeyd olanlara əsasən, MPM-in 217-220, 227,233, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 550 (beş yüz əlli) manat məbləğində sığorta ödənişinin və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi iddiaçı «Günay Sığorta” ASC-nin xeyrinə tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Taleh Mustafayev
Məhkəmə qərarları › İş №e-2(045)-2186/2023
Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №e-2(045)-2186/2023
30.11.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver