Məhkəmə qərarları › İş №e-2(045)-371/2024

Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №e-2(045)-371/2024

23.10.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № e-2(045)-371/2024 23.10.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ Hаkim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Nağızadə Tuncay Göyüş oğlunun katibliyi, İddiaçı və nümayəndəsi vəkil Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı (iddiaçı tərəfində X10, X14 və X15 müstəqil tələblər irəli sürməyən üçüncü şəxs kimi göstərilməklə) “torpaq sahəsindən çıxarılma və torpaq sahəsinin qaytarılması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Goranboy rayonu Veyisli kəndində yerləşən, onun və ailə üzvlərinin mülkiyyətinə verilmiş 1.8250 ha torpaq sahəsindən Cavabdeh çıxarılması və həmin torpaq sahəsinin iddiaçıya qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsində tələbini onunla əsaslandırmışdır ki, Goranboy rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli qərarı ilə Goranboy rayonu Veyisli kənd sakinləri X3, İddiaçı, X6, X11, X2 təsərrüfatı məhsulları istehsalı məqsədilə 1.8250 hektar torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə “ Torpağa mülkiyyət hüququna dair “ Dövlət Aktı tərtib edilmiş və onlara təqdim edilmişdir. Bundan sonra torpaq mülkiyyətçisi kimi onlara Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 1.8250 hektar torpaq sahəsinə daşınmaz əmlakın reyestr nömrəsi **********93, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2023-cü il çıxarış və torpaq sahəsinin planı və ölçüsü təqdim edilmişdir. Torpaq sahəsinin mülkiyyətçilərindən X4 xx.xx.2002-ci il tarixdə vəfat etmişdir. Ölüm haqqında şəhadətnamə əlavə edilir. O, ailə başçısı olduğuna, yaşının çox olmasına görə son 7 ildə torpaq sahəsini əkib becərə bilmirdi. Təxminən 2018-ci ildə Goranboy rayonu Yeni Veyişli qəsəbəsində məskunlaşmış məcburi köçkün Cavabdeh ona müraciət edib bildirdi ki, onun torpaq sahəsində arpa və ya buğda əkib becərmək istəyir, bunun müqabilində hər il 500 kq. arpa və ya buğda verməyi öhdəsinə götürür. Qarşılıqlı razılığa əsasən o torpaq sahəsini əkmək üçün Cavabdeh vermişdir. Cavabdeh torpaq sahəsindən istifadə etmiş, lakin razılaşma şərtlərinə əməl edib hər il buğda və arpanı verməmişdir. Buna görə də o cavabdehə torpaq sahəsini tərk etməsini və torpaq sahəsini ona qaytarmasını tələb etmiş, lakin o, torpaq sahəsindən çıxmaq istəmədi, gah dedi ki, onun əkdiyi torpaq sahəsi onun deyil, gah dedi ki, torpaq sahəsində yonca əkmişdir. Buna görə o, xx.xx.2023-cü il tarixdə DİN-in 102 xidmətinə müraciət etmiş, Goranboy rayon X18 Bölməsində bu məsələ araşdırılmışdır. xx.xx.2023-cü il tarixdə ƏMDX DƏDK və RPHŞ 7 saylı Bərdə ərazi idarəsinin mühəndisi, Goranboy rayon Polis Şöbəsinin əməkdaşı mülkiyyətçi İddiaçı, qonşu torpaq sahəsinin mülkiyyətçisi X16 iştirakları ilə Goranboy rayonu Veyisli kəndi ərazisində xx.xx.2023-cü il tarixli məktub əsasında **********93 nömrəli sənəd ilə 1.83 ha pay torpaq sahəsinin sərhədlərinin TEKUİS-əsasən GPS aləti vasitəsilə ölçülərək ona tanıdılması barədə AKT tərtib edildi. Bundan sonra da Cavabdeh onların torpaq sahəsindən çıxmadı və sahəni ona qaytarmaq istəməmişdir. Goranboy rayon X18 bölməsinin baş təhqiqatçısının xx.xx.2023-cü il tarixli qərarı ilə HK-1-2434 №li material üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmış və məhkəməyə müraciət etmək hüququ ona izah edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi vəkil Nümayəndə iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh, müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər X10, X14 və X12 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, onlar heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər və işin baxılmasının başqa vaxta keçirilməsi barədə vəsatət verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185-ci maddəsinə əsasən işə cavabdehin və müstəqil tələblər irəli sürməyən üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh bildirmişdir ki, o, iddiaçıya və onun ailə üzvlərinə məxsus torpaq sahəsindən istifadə etmir. Ümumiyyətlə, həmin ərazidə yerləşən torpaq sahələrinin koordinatlarında anlaşılmazlıqlar vardır. İş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş **********93 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il tarixli çıxarışdan görünür ki, Goranboy rayonu Veyisli kəndində yerləşən 1.8250 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ümumibirgə X5, İddiaçı, X7, X1 və X8 xüsusi mülkiyyətinə verilmişdir; “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 30 noyabr 2023-cü il tarixli qərarından görünür ki, İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət işi başlanması rədd edilmişdir; Goranboy rayin VVADQ şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı 005872 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X4 21 sentyabr 2002-ci ildə “mexaniki boğulma” səbəbindən ölmüşdür; Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş 3-21-3-46/2-3420/2024 nömrəli, xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, İddiaçı xx.xx.2023 cü il tarixli 939531 nömrəli “torpaq sahəsinin planı və ölşüsü sənədində göstərilən torpaq sahəsindən hal hazırda istifadə etmədiyi, torpaqların elektron kadastr məlumat bazasına əsasən xx.xx.2024 cü il tarixli, 939531 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən torpaq sahəsi ilə cavabdh Cavabdeh hazırda istifadəsində olan torpaq sahəsi bütövlüklə üst-üstə düşdüyü aşkar edilmişdir; Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin 13 avqust 2024-cü il tarixli, 3- 16-16/1-10/6186 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, İddiaçı xx.xx.2023 cü il tarixli 939531 nömrəli “torpaq sahəsinin planı və ölşüsü sənədində göstərilən torpaq sahəsindən hal hazırda istifadə etmədiyi, torpaqların elektron kadastr məlumat bazasına əsasən xx.xx.2024 cü il tarixli, 939531 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən torpaq sahəsi ilə cavabdh Cavabdeh hazırda istifadəsində olan torpaq sahəsi bütövlüklə üst-üstə düşdüyü göstərilmişdir. Aparılmış tədqiqatın dəyəri 100 (yüz) manat təşkil edir. Məhkəmə iddiaçı tərəfin izahatlarını dinləyib, təqdim olunmuş sübutları və iddia tələbinin dəlillərini digər yanaşı sübutlarla yoxlayaraq, işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edilmişdir ki, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli Çıxarışa əsasən Goranboy rayonu Veyisli kəndində yerləşən 1.8250 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ümumibirgə mülkiyyət hüququ əsasında X10, İddiaçı, X14, X4 və X8 xüsusi mülkiyyətinə verilmişdir. Lakin hazırkı vəziyyətdə iddiaçı qanuni mülkiyyətində olan bu torpaq sahəsindən sərbəst istifadə edə bilmir. İddiaçının həmin torpaq sahəsində mülkiyyət hüququ cavabdeh tərəfindən pozulmuş, nəticədə iddiaçının torpaq sahəsi üzərində sahibliyinə və istifadəsinə maneə yaradılmışdır. Cavabdehlə aralarında olan narazılığa görə iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onlara məxsus 1.8250 ha hissəsindən cavabdehin çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işin müəyyən edilmiş hallarına əsasən, belə qənaətə gəlir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri əmlak mənsubiyyəti ilə bağlı mübahisədir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) əşya hüquq münasibətlərini tənzimləyən hüquq normaları əsasında həll olunmalıdır. İddia tələbinin hüquqi əsasını təşkil edən Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Göstərilən normanın tələbinə görə iddiaçının tələbinin əsaslı olmasını şərtləndirən hallar ondan ibarətdir ki, iddiaçı mülkiyyətçi olmalı, əşya cavabdehin sahibliyində olmalı və cavabdehin əşyaya sahiblik hüququ olmamalıdır. Yəni, cavabdehin sahibliyi qanunsuz olmalıdır. Məhkəmə işin müəyyən edilmiş hallarına uyğun olaraq ilk növbədə iddia tələbində Mülki Məcəllənin 157.2-ci maddəsində göstərilən şərtlərin cavabdehə münasibətdə məcmu halında mövcud olub-olmaması halının araşdırılmasının zəruriliyini nəzərə alaraq, belə qənaətə gəlir ki, hazırkı iş üzrə iddiaçının torpaq sahəsindən çıxarılma tələbində tətbiq olunan normada göstərilən şərtlər cavabdehə münasibətdə məcmu halında mövcuddur. Belə ki, iddiaçının mübahisəli torpaq sahəsi üzərində mülkiyyət hüququ dövlət tərəfindən tanınmış və buna dair dövlət aktı və dövlət aktının əsasında çıxarış verilmişdir. Buna baxmayaraq, həmin torpaq sahəsinin 1.8250 ha hissəsi cavabdehin istifadəsində və sahibliyindədir. Cavabdehin həmin torpaq sahəsi üzərində heç bir hüququ qeydiyyata alınmamışdır. Ona görə də, cavabdehin sahibliyi qanunsuz olduğu üçün iddiaçının cavabdehə qarşı tələb hüququ yaranmışdır. Mülki Məcəllənin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır; 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər; 152.4-cü maddəsinə əsasən sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır; 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin: 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur; 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur; 111.2-ci bəndinə əsasən özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır; 111.3-cü bəndinə əsasən torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililərin və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Göründüyü kimi iddiaçı və müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin mülkiyyətində olan torpaq sahəsi cavabdeh tərəfindən bütövlükdə istifadə olunur. Həmin torpaq sahəsi üzərində cavabdehin mülkiyyət və istifadə hüquqları mövcud deyildir. Cavabdeh qeyd olunan ərazidən istifadə edir, yəni həmin torpaq üzərində əkin-biçin işləri aparır və iddiaçıya həmin torpaq sahəsindən istifadə edilməsinə maneə yaradır. Cavabdeh tərəfindən iddiaçının mülkiyyətinə müdaxilə edilmiş, bu müdaxilə isə qanunsuz olmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsinə cavabdeh tərəfindən edilən müdaxiləyə son qoyulmalı və iddiaçının mülkiyyət hüquqları bərpa edilməlidir. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmənin gəldiyi nəticəyə görə iddia təmin edilməli, İddiaçı Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli Çıxarışa əsasən ümumibirgə mülkiyyət hüququ əsasında məxsus olan 1.8250 ha torpaq sahəsindən Cavabdeh çıxarılmalı və həmin torpaq sahəsi iddiaçıya qaytarılmalı, həmçinin ekspert tədqiqatının dəyərini təşkil edən 100 (yüz) manat məbləğində vəsait Cavabdeh tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (Az. MEM VÖEN **********; hesab: AZ34CTRE********************, X9, KOD 210005; VÖEN **********; müxbir hesab Az41NABZ013601**********03944, S.F.İ.F.T. BİK: CTREAZ 22) köçürülməldir. Göstərilənlərə əsasən MPM-in 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli Çıxarışa əsasən ümumibirgə mülkiyyət hüququ əsasında məxsus olan 1.8250 ha torpaq sahəsindən Cavabdeh çıxarılsın və həmin torpaq sahəsi iddiaçıya qaytarılsın. Ekspert tədqiqatının dəyərini təşkil edən 100 (yüz) manat məbləğində vəsait Cavabdeh tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (Az. MEM VÖEN **********; hesab: AZ34CTRE********************, X9, KOD 210005; VÖEN **********; müxbir hesab Az41NABZ013601**********03944, S.F.İ.F.T. BİK: CTREAZ 22) köçürülsün. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Taleh Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar