Məhkəmə qərarları › İş №e-2(046)-1232/2024

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №e-2(046)-1232/2024

08.07.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № e-2(046)-1232/2024 08.07.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Qurbanov Elçin Firudin oğlunun sədrliyi Burcaliyeva Leyla Sahib qızının katibliyi ilə, İddiaçı Sığorta Şirkəti ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında subroqasiya hüququ üzrə ödənilmiş sığorta məbləğinin tutulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Sığorta Şirkəti ASC-i iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh2 və Cavabdeh1 "Ford Transit” markalı ** KJ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə ödənilmiş 1050 manat pulun və ödənilmiş 30 manat 50 qəpik dövlət rüsumunun ödənilməsini tələb etmişdir. Tələbi onunla əsaslandırmışdır ki, "Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə" arayışa (forma 4) əsasən, xx.xx.2018-ci il tarixdə Cavabdeh1 mülkiyyətində olan və Cavabdeh2 tərəfindən idarə olunan "VAZ 21063" markalı ** OX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi "Ford Transit" markalı ** KJ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşaraq yolnəqliyyat hadisəsi törətmişdir. Sığorta aktından və icbari sığorta bürosundan çıxarışdan göründüyü kimi Cavabdeh2 idarə etdiyi "VAZ 21063" markalı ** OX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi "xxxx" SŞ-da sığortalanmışdır. Nəqliyyat vasitəsinin zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabata əsasən, “Ford Transit” markalı ** KJ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 1050 manat məbləğində zərər dəymişdir. “Atəşgah“ Sığorta dəymiş zərəri aradan qaldıraraq, iş materiallarına əlavə edilmiş 1640 nömrəli ödəniş tapşırığına əsasən 1050 manat sığorta ödənişi həyata keçirmişdir. xx.xx.2018-ci il tarixdə yol-nəqliyyat hadisəsi ilə əlaqədar Cavabdeh2 və Cavabdeh1 qarşı subroqasiya hüququ yaranmışdır. Belə ki, AP ******* saylı protokola və 2(046)-07/2019 saylı qərara əsasən Cavabdeh2 İXM-nin 332.4-cü maddəsi ilə təqsirli bilinmişdir. Baş Dövlət Yol Polisi İdarəsinin vermiş olduğu arayışdan çıxarışdan da görünür ki, “VAZ 21063“ markalı ** OX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Cavabdeh1 mülkiyyətində olmuş, lakin Cavabdeh2 etibarnamə ilə verilməmişdir. Bununla da məlum olur ki, Cavabdeh1 nəqliyyat vasitəsini etibarnaməsiz olaraq sürücülük vəsiqəsi olmayan Cavabdeh2 vermişdir. Həmçinin iş materiallarına əlavə edilmiş izahatda da Cavabdeh2 nəqliyyat vasitəsini sürücülük vəsiqəsi olmadan idarə etdiyini bildirmişdir. Bu səbəbdən hesab edir ki, 1050 manat pul hər iki şəxsdən, yəni Cavabdeh2 və Cavabdeh1 iddiaçı “Atəşgah“ Sığorta Şirkəti ASC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddia ərizəsinin surəti və bildiriş poçt vasitəsilə qeydiyyatda olduğu yer üzrə göndərilmiş, işə əlavə edilmiş poçt göndərişinin verilməsi haqqında xəbərnaməyə əsasən xx.xx.2024-cü il tarixdə bildiriş Cavabdeh2 və xx.xx.2024-cü il tarixdə bildiriş Cavabdeh1 çatdırılmışdır. Cavabdehlərin bildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən iddiaçının təqdim etdiyi sənədləri iş üzrə yekun qərar çıxarılması üçün kifayət hesab edərək məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan, mülki işin həllinə dair qətnamə çıxarılmasını mümkün hesab etmişdir. İşə əlavə edilmiş İcbari Sığorta Müqaviləsinə dair məlumatdan görünür ki, "Vaz 21063" markalı, ** OX *** dövlət nömrə nişanlı avtomobil xx.xx.2018-ci ildən xx.xx.2019cu ilədək İddiaçı Sığorta Şirkəti ASC-də icbari sığorta növündə sığortalanmışdır. Sığortalı ilə xx.xx.2018-ci il tarixli PAT********** nömrəli sığorta müqaviləsi bağlanılmışdır. İşə əlavə edilmiş Bakı şəhər DYPİ tərəfindən xx.xx.2019-cu il tarixində tərtib edilmiş AP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Cavabdeh2 29.09.018ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı Azərbaycan Respublikası İXM-nin 332.1-ci (nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə) və 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyindən, həmin maddələrlə barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. İşə əlavə edilmiş Göyçay Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 3(046)- 07/2019 saylı qərarının surətindən görünür ki, X1 Azərbaycan Respublikası İXM-nin 327.2, 332.1 və 332.4-cü maddələri ilə təqsirli bilinərək ona 400 manat məbləğində inzibati cərimə təyin edilmişdir. İşə əlavə edilmiş xx.xx.2021-ci il tarixli texniki ekspertiza şöbəsi tərəfindən verilmiş nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabatdan görünür ki, hadisə nəticəsində "Ford Transit" markalı, ** KJ *** dövlət nömrə nişanlı avtomobilə 1050 manat məbləğində zərər dəymişdir. İşə əlavə edilmiş xx.xx.2020-ci il tarixli ödəniş tapşırığından görünür ki, 1050 manat sığorta ödənişi zərərçəkmiş şəxs Ford Transit" markalı, ** KJ *** dövlət nömrə nişanlı avtomobilin mülkiyyətçisi X2 ödənilmişdir. İşə əlavə edilmiş qəbzdən görünür ki, məhkəmə xərcləri iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat 50 qəpik rüsumundan ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər,bu şərtlə ki,qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə,hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər,əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər),habelə hüququ pozulmasaydı ,həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 883.1-ci maddəsində göstərilir ki, sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 936.1-ci maddəsində göstərilir ki, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsində göstərilir ki, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsində göstərilir ki, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1108.1-ci maddəsində göstərilir ki, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. «İcbari Sığorta haqqında» Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsinə əsasən bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsində əsasən qətnamənin nəticə hissəsində məhkəmə xərclərinin bölüşdürülməsi də öz həllini tapmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə işin tədqiq edilmiş sübutlarından və faktiki hallarından müəyyən olunur ki, xx.xx.2018-ci il tarixdə Cavabdeh1 mülkiyyətində olan və Cavabdeh2 tərəfindən idarə olunan "Vaz 21063" markalı, ** OX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə yolnəqliyyat hadisəsi baş verməsi nəticəsində “Ford Transit” markalı, ** KJ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə zərər yetirilmişdir. Cavabdeh2 yol-nəqliyyat hadisəsi nəticəsində Azərbaycan Respublikasının İXM-nin 327.2, 332.1 və 332.4-cü maddələri ilə təqsirli bilinmiş, inzibati tənbehə məruz qalmışdır. “Ford Transit” markalı, ** KJ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş 10502 manat maddi ziyan İddiaçı Sığorta Şirkəti ASC tərəfindən ödənilmişdir. Həmin avtomobilə ziyan yüksək təhlükə yaradan fəaliyyət nəticəsində vurulmuşdur. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən borc hələ də ödənilməmişdir. Hadisə zamanı “Ford Transit” markalı, ** KJ *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan sığortaçı İddiaçı Sığorta Şirkəti ASC-i tərəfindən hesablanmış və 1050 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Bununla da zərərvuran şəxs cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçı İddiaçı Sığorta Şirkəti ASC-nə subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçmişdir. Maddi hüquq normalarının hazırki hüquq münasibətlərinə tətbiqi belə bir nəticəyə gəlməyə əsas verir ki, zərərvuran cavabdehlər Cavabdeh2 və Cavabdeh1 törətdiyi hüquqa zidd əməl (delikt) nəticəsində əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya, hazırki iş üzrə İddiaçı Sığorta Şirkəti ASC-nə subroqasiya qaydasında onun verdiyi sığorta ödənişini, yəni iddia tələbinin predmeti olan 1050 manat sığorta ödənişi məbləğinin ödənilməsini təmin etməyə borcludur. Qeyd olunanları nəzərə alıb, məhkəmə hesab edir ki, ödənilmiş sığorta ödənişinin subroqasiya qaydasında ödəmək vəzifəsi mülki hüquq pozuntusu törətmiş zərərvuran cavabdehlər Cavabdeh2 və Cavabdeh1 üzərinə qoyulmalı, bununla da iddia təmin edilməli, məhkəmə xərcləri cavabdehlərə aid edilməlidir. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək belə bir nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Məhkəmə qeyd olunanları nəzərə alıb və Azərbaycan Respublikasının MPM-nin 220, 284-6.1-284-6.3-cü maddələrini rəhbər tutaraq qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 1050 manat məbləğində pul alınaraq İddiaçı Sığorta Şirkəti ASC-nə verilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat 50 qəpik məbləğində dövlət rüsumu alınaraq İddiaçı Sığorta Şirkəti ASC-nə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elçin Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar