Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № e-2(046)-1538/2022 23.09.2022 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Məhkəmə iclas katibi Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı nümayəndəsi (vəkili) Vəkil, Cavabdeh2 nümayəndəsi (anası) Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "kompensasiya verilməklə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və evdən çıxarılma tələbinə dair" tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh1 himayəsinə verilmiş xx.xx.2008-ci il təvəllüdlü X5 hər birinə 5.400 manat olmaqla, cəmi 16.200 manat kompensassiya verilməklə şəxsi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mübahisəli fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilməsi və çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Cavabdeh1 qardaşı X10 ilə 24 mart 2001-ci il tarixdə nikahlarını rəsmiləşdirməklə, evlənmişlər. Qardaşı cavabdehlə rəsmi nikaha daxil olduqdan sonra, Cavabdeh1 şəxsi əmlaklarını xüsusi mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə gətirmiş və həmin evə köçmüşdür.Cavabdehin qardaşı ilə birgə nikahından xx.xx.2001-ci il təvəllüdlü Cavabdeh2 və xx.xx.2008-ci il təvəllüdlü X9 doğulmuşdur. 2005-ci il tarixdə məhkəmə qətnaməsinə əsasən aralarında olan narazılığa görə boşanmışlar. Lakin 2010-cu il tarixdə barışıb, yenə bir yerdə yaşamışlar, xx.xx.2018-ci il tarixdə yenidən nigah bağlamışlar. Cavabdeh1 ilə qardaşı X6 ailə münasibətləri yenidən pozulmuş, barışıb bir yerdə yaşamaqları mümkün olmadığından Göyçay rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən nigahları pozulmuşdur. Qeyd edir ki, ünvan 1 ünvanında yerləşən xüsusi mülkiyyətində olan torpaq sahəsində 1984-cü il tarixdə tikilmiş fərdi yaşayış evinə xx.xx.2019-cu il tarixdə DƏDRX-nin 16 saylı Ərazı idarəsi tərəfindən verilmiş çıxarışa əsasən İddiaçı mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. Qardaşı ilə nigahları pozulduqdan sonra cavabdeh X7 birgə yaşayış qaydalarına əməl etmir, qıcıqlandıran hərəkətlərə yol verir. Buna görə də aralarında mübahisələr baş verir. xx.xx.2018-ci il tarixdə aralarında yaranmış mübahisə zəmnində onları söymüş və döymüşdür. Buna görə Cavabdeh1 təqsirli bilinərək inzibati qaydada cərimə edilmişdir. Hesab edir ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi onun mülkiyyəti olduğuna görə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən kompensasiya verilməsi yolu ilə cavabdehin himayəsinə verilmiş uşaqlarla birlikdə həmin fərdi yaşayış evində istifadə hüququna xitam verilməsi və evdən çıxarılması mümkündür. İddaya etiraz: İddiaçı Göyçay rayon Məhkəməsinə müraciət edərək, onun, yetkinlik yaşına çatmayan himayəsinə verilmiş xx.xx.2008-ci il təvəllüdlü X3 və Cavabdeh2 Göyçay şəhəri, M. Ə. Rəsulzadə qəsəbəsi, Dalan 1, 7 nömrəli fərdi yaşaşyış evində kompensasiya verməklə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və evdən çıxarılması ilə bağlı qətnamə qəbul etməsini xahiş etmişdir. İddiaçı bundan əvvəl bir neçə dəfə məhkəməyə müraciət edərək daha az kompensaiya təklif etmişdir. Hazırki iş üzrə iddiaçı 12000 manat kompensasiya təklif etmiş, sonra isə iddianın həcmini artırararaq 16000 kompensasiya təklif etmişdir. Lakin nəzərə almaq lazımdır ki, hazır ki mülki iş üzrə iki cavabdeh tərəf kimi hər birinə kompensasiyalar ayrı-ayrı hesablanaraq verilməldir. Hesab edir ki, yanında olan azyaşlı övladına eləcə də nümayəndəsi olduğu oğlu Murada hər birinə 8000 manat kompensasiya verilməlidir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında İddiaçı nümayəndəsi (vəkili) Vəkil iddianı müdafiə edərək təmin edilməsini xahiş edir. İş üzrə Cavabdeh1 iddianı qəbul etməyərək göstərmişdir ki, iddiaçının göstərdiyi kompensasiya məbləği ilə razılaşmır, istifadə hüququna xitam verilməsi üçün ən azı onun və yetkinlik yaşına çatmayan övladı üçün 12000 manat, Cavabdeh2 üçün 10000 manat, ümumilikdə 22000 manat kompensasiya ödənilməsini tələb edir. Buna görə də iddianın rədd edilməsini xahiş edir. İş üzrə digər Cavabdeh2 məhkəmənin yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə bildirişləri vasitəsilə məlumat verilmiş, lakin üzrlü səbəb olmadan məhkəmə baxışında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda…məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə tərəfləri dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Mülki işdə olan sənədlər: Məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRXnin Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli RX seriyalı ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 3 ünvanda yerləşən 7 saylı fərdi yaşayış evi İddiaçı adına xüsusi mülkiyyət kimi daşınmaz əmlakın dövlət reyestrində 31 nömrəli reyestr kitabının 79 nömrəli vərəqində qeydiyyata alınmışdır. Məhkəməyə təqdim edilmiş Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən, miras payların bağışlanması müqaviləsindən görünür ki, mübahisə edilən fərdi yaşayış evi mərhum X2 mülkiyyətində olmuşdur. X8 xx.xx.2004-cü il tarixdə vəfat etmişdir və qeyd olunan fərdi yaşayış evinə münasibətdə miras açılmışdır. Gülüstan Həsənovanın iki vərəsəsi olmuşdur – X10 və İddiaçı. xx.xx.2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən onların vərəsəlik hüququ tanınmışdır. X10 ilə İddiaçı arasında xx.xx.2019-cu il tarixdə miras payın bağışlanması müqaviləsi bağlanmış və Elxan Həmidov ona düşən vərəsəlik payını İddiaçı bağışlamışdır. Məhkəməyə təqdim edilmiş Göyçay rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(046)-2149/2018 saylı qətnaməsindən görünür ki, X10 ilə Cavabdeh1 arasında nikah xx.xx.2018-ci il tarixdə Göyçay rayon Qeydiyyat şöbəsində 198 saylı akt qeydi ilə bağlanmışdır. Tərəflərin birgə nikahdan doğulmuş xx.xx.2001-ci il təvəllüdlü Cavabdeh2 və xx.xx.2008-ci il təvəllüdlü X9 adlı iki övladları var. Tərəflər arasında olan münasibətlər pozulduğundan, iddiaçı nikahın pozulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddianı təmin etmiş, tərəflər arasında bağlanmış nikah pozulmuş, uşaqlar yetkinlik yaşına çatanadək ananın yanında saxlanılmışdır. Məhkəməyə təqdim edilmiş "xxxx" MMC-nin 14 aprel 2021-ci il tarixli 08-21 saylı rəyindən görünür ki, qiymətləndirmə obyekti olan ünvan 3 ünvanda yerləşən 7 saylı fərdi yaşayış evinin 04 mart 2021-ci il tarixə bazar dəyəri 50.000 manat, likvid dəyəri 40.000 manat, aylıq kirayə haqqı 150 manat təşkil edir. Tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Konstitusiyanın 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X4 Haqqında Konvensiyanın 6-cı maddəsinin («Ədalətli məhkəmə araşdırması hüququ») 1-ci hissəsində qeyd olunur ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik mülahizələrinə görə, həmçinin yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə, yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər. Həmin Konvensiyanın 13-cü maddəsində isə göstərilir ki, bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqları pozulan hər kəs, hətta bu pozulma rəsmi fəaliyyət göstərən şəxslər tərəfindən törədildikdə belə, dövlət orqanları qarşısında səmərəli hüquqi müdafiə vasitələrinə malikdir. Azərbaycan Respublikası MPM-in 4.1 və 4.2-ci maddəsində isə qeyd olunur ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Mübahisə predmetinin (ilk və qarşılıqlı iddialar üzrə) müxtəlifliyini nəzərə alan məhkəmə hesab edir ki, ilkin və qarşılıqlı iddiaların dəlilləri nəzərə alınmaqla hər iki iddia tələbi ayrı-ayrılıqda araşdırılaraq hüquqi qiymət verilməli, yəni ilk öncə ilk iddia tələbləri ilə bağlı sübutlar tərəflərin yaranmış qarşılıqlı münasibətlərinə uyğun araşdırılaraq ilk iddia tələblərinin hüquqi əsası tapılmalı, daha sonra isə bu qayda qarşılıqlı iddia ərizəsinin tələbləri üzrə tətbiq edilməlidir. İddia tələblərinin bu qaydada qiymətləndirilməsi mübahisəli hüquq münasibətləri üzrə məhkəmənin gəldiyi hüquqi nəticələrin aydın başa düşülməsi baxımından mühüm əhəmiyyət kəsb etməklə yanaşı, nəzərə alınmalıdır ki, ilk və qarşılıqlı iddiaların dəlilləri müfəssəl araşdırılaraq hüquqi cəhətdən qiymətləndirilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarında qeyd edilir ki, «işdə qarşılıqlı iddia verildikdə, qətnamənin əsaslandırıcı hissəsində həm ilk, həm də qarşılıqlı iddia ayrıayrılıqda əsaslandırılmalı və qətnamənin nəticə hissəsində hər bir iddianın hansı qaydada həll olunması aydın göstərilməlidir». “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli Qərarında göstərilir ki, eyni mənzildə ailə üzvləri (və ya onlara bərabər tutulan şəxslər) yaşadığı halda, onlardan birində (və yaxud bir neçəsində) mənzilə mülkiyyət hüququ (o cümlədən, yaşayış sahəsindən istifadə etmək hüququ), digərlərində isə yalnız yaşayış sahəsindən istifadə etmək hüququnun mövcud olması mümkündür. Bu şəxslər arasında yaranan mübahisələrin həlli zamanı mülkiyyət hüququ və yaşayış sahəsindən istifadə etmək hüququnun təbiəti, onların mütənasibliyi və həyata keçirilməsinə dair qüvvədə olan Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları nəzərə alınmalıdır Həmin Qərarda eyni zamanda göstərilir ki, mülkiyyət hüququ yaşayış sahəsindən istifadə etmək hüququndan fərqlənsə də, hər iki hüquq müəyyən mənada mütənasib şəkildə tarazlaşdırılmaqla təmin olunmalıdır. Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçinin və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır.,...” Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. MPM-in 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına” qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq "affirmanti, non neganti, incumbit probation” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. "Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. "Avşar Türkiyəyə qarşı” iş üzrə qərarında Avropa Məhkəməsi göstərir ki, sübutları qiymətləndirən zaman məhkəmə "əsaslı şübhə yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu "N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Məhkəmənin mövqeyi: Hazırkı iş üzrə isə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 228.2-ci maddəsi təşkil edir. Həmin normanın tələblərinə görə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Qeyd olunun maddənin dispozitiv şərtlərinə görə iddia irəli sürmüş şəxs (iddiaçı) yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi olmalı, iddia irəli sürülmüş şəxsin (cavabdehin) yaşayış sahəsindən istifadə hüququ olmalı və həmin hüququn xitamı üçün mülkiyyətçi tərəfindən bazar qiyməti ilə müvafiq kompensasiya verilməlidir. Məhkəmə mülkiyyətçi İddiaçı hesabına istifadəçilər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh1 himayəsinə verilmiş xx.xx.2008-ci il təvəllüdlü X3 davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki evdə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı vermək üçün, mülkiyyətçi İddiaçı tərəfindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh1 himayəsinə verilmiş xx.xx.2008-ci il təvəllüdlü X5 hər birinə 5.400 manat olmaqla, cəmi 16.200 manat məbləğində pul kompensasiyası ödənilməsini ağlabatan və ədalətli hesab edir. Belə ki, 16.200 manat cavabdehlərin hər birinə ayrı-ayrılıqda 3 il ərzində (hər birinə 5.400 manat (150 manat * 36 ay = 5.400 manat) indiki yaşayış şəraitinə uyğun olan digər yaşayış sahəsində yaşamağa imkan verir. Əgər cavabdehlər eyni yaşayış sahəsində, ana və övladlar birgə yaşamaq, birgə təsərrüfat aparmaq istəsələr, kompensasiya məbləğinə daha uzun müddət ərzində normal şəraitdə yaşaya biləcəklər (hər ay 150 manat kirayə haqqı ödəməklə 9 il ərzində). Hazırda məhkəmənin gəldiyi nəticə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixdə 2(102)-846/2022 saylı iş üzrə qəbul etdiyi qərarda gəldiyi nəticəyə uyğundur. Beləliklə, məhkəmə tərəflərin təqdim etdiyi sübutlara hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı «kompensasiya verilməklə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və evdən çıxarılma» tələbinə dair iddiası təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh1 himayəsinə verilmiş xx.xx.2008-ci il təvəllüdlü X3 ünvan 3 ünvanda yerləşən 7 saylı fərdi yaşayış evinə olan istifadə hüquqlarına, mülkiyyətçi İddiaçı tərəfindən (hər birinə 5.400 manat) 16.200 manat məbləğində pul kompensasiyası verilməsi yolu ilə xitam verilməli və onlar həmin fərdi yaşayış evindən çıxarılmalıdırlar. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh1 himayəsinə verilmiş xx.xx.2008-ci il təvəllüdlü X1 ödənilməsi ilə istifadə hüququna xitam verilməsi fərdi yaşayış evindən çıxarılmaları eyni vaxtda icra edilməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda iddiaçı tərəfindən ödənlmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «kompensasiya verilməklə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və evdən çıxarılma» tələbinə dair iddiası təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh1 himayəsinə verilmiş xx.xx.2008-ci il təvəllüdlü X3 ünvan 3 ünvanda yerləşən 7 saylı fərdi yaşayış evinə olan istifadə hüquqlarına, mülkiyyətçi İddiaçı tərəfindən hər birinə 5.400 manat kompensasiyası ödənilməklə cəmi 16.200 manat məbləğində pul kompensasiyası verilməsi yolu ilə xitam verilsin və onlar həmin fərdi yaşayış evindən çıxarılsınlar. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh1 himayəsinə verilmiş xx.xx.2008-ci il təvəllüdlü X1 ödənilməsi ilə istifadə hüququna xitam verilməsi fərdi yaşayış evindən çıxarılmaları eyni vaxtda icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №e-2(046)-1538/2022
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №e-2(046)-1538/2022
23.09.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver