Məhkəmə qərarları › İş №e-2(046)-1835/2024

Göyçay Rayon Məhkəməsi Qərardad — İş №e-2(046)-1835/2024

05.11.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Göyçay rayonu İş № e-2(046)-1835/2024 05.11.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Qurbanov Elçin Firudin oğlunun sədrliyi, Burcaliyeva Leyla Sahib qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə hazırlıq iclasında işə baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 30981 manat, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 183 manat dövlət rüsumu və vəkilə ödənilmiş olan 300 manat tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş İddiaçı məhkəməyə gəlməmiş, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə ərizə ilə müraciət edərək həm iddiaçı həm də cavabdeh fərdi sahibkar kimi vergi orqanlarında qeydiyyatda olmaları və məhkəmənin icraatında olan iddia ərizəsinə kommersiya məhkəmələri tərəfindən baxılmalı олдуьуна эюря aidiyyatı kommersiya məhkəməsinə iddia verilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə qərardad qəbul ediılməsini xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş Cavabdeh məhkəməyə gəlməmiş, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Məhkəmə hesab edir ki, məhkəmə baxışına hazırlığın icraatı zamanı İddiaçı nümayəndəsi və vəkili Nümayəndə ərizənin qaytarılmasına dair ərizə verdiyindən ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalı, habelə ödənilmiş dövlət rüsumu da qaytarılmalıdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 170, 263, 264, 268-ci maddələrini rəhbər tutaraq və göstərilənləri nəzərə alıb qərara aldı: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ödənilmiş 183 manat dövlət rüsumu İddiaçı qaytarılsın. Qərardaddan 10 gün müddətində Göyçay Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elçin Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar