Azərbaycan Respublikası adından QƏRARDAD Göyçay rayonu İş № e-2(046)-1853/2024 03.09.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ X12 Firudin oğlunun sədrliyi, Burcaliyeva Leyla Sahib qızının katibliyi ilə, İddiaçı Sığorta Şirkəti ASC-nin cavabdeh X7 qarşı subroqasiya hüququ üzrə ödənilmiş sığorta məbləğinin tutulması tələbinə dair iddia ərizəsinin icraatının mümkünlüyü məsələsinə baxaraq, müəyyən etdi: İddiaçı Sığorta Şirkəti ASC-i iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh X5 2600 manat sığorta ödənişin və ödənilmiş 46 manat dövlət rüsumunun ödənilməsini tələb etmişdir. Tələbi onunla əsaslandırmışdır ki, “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayışa (forma 4) əsasən, xx.xx.2015-ci ildə X10 tərəfindən idarə olunan “DAEWOO Espero” markalı ** SF *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi “Mercedes Benz” markalı ** HL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. İş materiallarına əlavə edilmiş 019002 nömrəli nömrəli sığorta aktından göründüyü kimi hadisə zamanı X6 idarə etdiyi “DAEWOO Espero” markalı ** SF *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı SŞ-da avtonəqliyyat vasitələrinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalı olmuşdur. İddiaçı Sığorta Şirkəti” ASC “Mercedes Benz” markalı ** HL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərə görə xx.xx.2015-ci il tarixli nəqliyyat vasitəsinə dəymiş zərərin qiymətləndirilməsi barədə hesabata əsasən zərəri 2600 manat olaraq müəyyən etmiş və iş materiallarına əlavə edilmiş 4073 nömrəli ödəniş tapşırığına əsasən 2600 manat sığorta ödənişi həyata keçirmişdir. xx.xx.2015-ci il tarixdə baş vermiş yolnəqliyyat hadisəsi zamanı X10 nəqliyyat vasitəsini psixotrop maddələrin təsiri altında idarə etdiyi üçün ona qarşı subroqasiya hüquqları yaranmışdır. Belə ki, iş materiallarına əlavə olunmuş DİN BDYPİ-nin İstintaq və Təhqiqat şöbəsinin xx.xx.2015-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərara əsasən X2 Xətalar Məcəlləsinin (köhnə) 152-1.4-cü maddəsi ilə təqsirli bilinmiş və barəsində inzibati tənbeh tədbirinin görüiməsi nəzərdə tutulmuşdur. Həmin qərarda X6 OPl, BZO və Metadon adlanan maddələrin təsiri altında olduğu bildirilmişdir. X3 öz izahatında da psixotrop maddənin təsiri altında nəqliyyat vasitəsini idarə etdiyini etiraf etmişdir. Bu səbəbdən hesab edir ki, X14! oğlu xx.xx.2015-ci il tarixli hadisə üzrə təqsirli olduğu üçün ona qarşı subroqasiya hüququ yaranmışdır və 2600 manat pul X1 iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Aşağıdakı əsaslara görə İddiaçı Sığorta Şirkəti ASC-nin iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.2-ci maddəsinə əsasən ərizədə iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) göstərilməlidir. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. İddia ərizəsində cavabdeh qismində X10 göstərilmiş, lakin cavabdehin eyniləşdirmə məlumatları,həmçinin şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar göstərilməmişdir. «AZEMİS» X4 cavabdeh X10 barəsində məlumatlar aşkar edilməmişdir. Beləliklə qeyd olunanları nəzərə alıb, məhkəmə hesab edir ki, cavabdeh X10 barəsində eyniləşdirmə məlumatlarının iddia ərizəsində göstərilməməsi iddia ərizəsinin Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsi ilə müəyyən olunmuş forma və məzmununa riayət edilməməsi kimi qiymətləndirilməli, iddia ərizəsi və ödənilmiş dövlət rüsumu geri qaytarılmalı, iddiaçıya qeyd edilən nöqsanları aradan qaldırıb təkrarən məhkəmə aidiyyatı üzrə müraciət etmək hüququnun olması izah olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Sığorta Şirkəti ASC-nin cavabdeh X7 qarşı subroqasiya hüququ üzrə ödənilmiş sığorta məbləğinin tutulması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ödənilmiş 46 manat dövlət rüsumu İddiaçı Sığorta Şirkəti ASC-nə qaytarılsın. İddiaçıya izah olunsun ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan 10 gün müddətində Göyçay Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elçin Qurbanov
Məhkəmə qərarları › İş №e-2(046)-1853/2024
Göyçay Rayon Məhkəməsi Qərardad — İş №e-2(046)-1853/2024
03.09.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver