Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № e-2(046)-25/2022 31.10.2022 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, iddiaçı LPO AtaBank ASC-nin nümayəndəsi X1 iştirakı ilə, LPO AtaBank ASC-nin Cavabdeh qarşı kredit borcunun tutulması, tutmanin ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki işə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı LPO AtaBank ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh kredit müqaviləsi üzrə 59206 manat əsas borcu, 2750 manat faiz borcu olmaqla, cəmi 61956 manat kredit borcu, 30 manat dövlət rüsumunun, bildirişlərin qeydə alınması üçün 31 manat dövlət rüsumunun, sənədlərin notarial qaydada təsdiqi üçün ödənilmiş 19.80 manat xidmət haqqının tutulması və tutmanın ipoteka ilə yüklü edilmiş Cavabdeh xüsusi mülkiyyətində olan ünvan 1 ünvanda 0.02283 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 213.1 kv.m olan fərdi yaşayış evinə yönəldilməsi, həmin fərdi yaşayış evi satıldıqdan 1 ay sonra onun həmin fərdi yaşayış evindən və torpaq sahəsindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə məhkəmədə iddiaçı LPO AtaBank ASC-nin nümayəndəsi qismində izahat vermiş X2 iddianı müdafiə edərək tələbi belə əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 02 avqust 2018-ci il tarixli, kredit müqaviləsinə əsasən, cavabdehə kreditin yenidən rəsmiləşdirilməsi üçün 300 (üç yüz) ay müddətinə, illik 6 faiz hesablanmaqla 60 000 manat məbləğində kredit verilmişdir. Cavabdehlə bank arasında bağlanmış 02 avqust 2018-ci il tarixli kredit müqaviləsinin təminatı qismində, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışına əsasən, Cavabdeh xüsusi mülkiyyət hüququ əsasında məxsus, ünvan 2 ünvanında istifadədə olan 0.02283 torpaq sahəsində yerləşən ümumi sahəsi 213.1 kvadrat metr olan 6 nömrəli fərdi yaşayış evi banka ipotekaya qoyulmuş, bu barədə cavabdehlə 02 avqust 2018-ci il tarixli alqı-satqı və ipoteka müqaviləsi bağlanmış və buna əsasən AR ƏMDK yanında DƏDRX tərəfindən həmin müqavilə qeydiyyata alınaraq, qeyd olunan orqan tərəfindən qeydiyyat tarixi xx.xx.2018-ci il tarixli, RX seriyalı, ******* N:li ipoteka yüklülüyünə dair çıxarış verilmişdir. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini tam icra etməmiş, iddiaçıya kredit razılaşması üzrə cəmi 61956 manat kredit borcu qalmışdır. Cavabdehə şifahi və yazılı müraciət edilməsinə baxmayaraq müqavilədən irəli gələn öhdəlikləri icra etməmişdir. Bundan başqa iddiaçı məhkəməyə müraciət edərəkən 30 dövlət rüsumu, bildirişlərin qeydə alınması üçün 31 manat dövlət rüsumu və 19.80 manat xidmət haqqı ödəmişdir. Buna görə də məhkəmədən xahiş etmişdir ki, tələbin təmin edilməsi barədə qətnamə qəbul edilsin. İş üzrə Cavabdeh məhkəmənin yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə bildirişləri vasitəsilə məlumat verilmiş, lakin üzrlü səbəb olmadan məhkəmə baxışında iştirak etməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda…məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə iddiaçının nümayəndəsini dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş xx.xx.2018-ci il tarixli kredit xətti müqaviləsindən görünür ki, "xxxx" ASC ilə X3 arasında 120 ay müddətinə 300.000 manat məbləğində kredit verilməsi barədə müqavilə bağlanmışdır. Məhkəməyə təqdim edilmiş xx.xx.2018-ci il tarixli kredit müqaviləsinə əsasən 300 ay müddətinə, illik 06 faiz dərəcəsi ilə Cavabdeh 60000 manat kredit verilmişdir. Məhkəməyə təqdim edilmiş xx.xx.2018-ci il tarixli ipoteka müqaviləsindən görünür ki, LPO AtaBank ASC ilə Cavabdeh arasında bağlanmış kredit müqaviləsinin təminatı kimi Cavabdeh ilə ipoteka müqaviləsi bağlanmış, Cavabdeh mülkiyyətində olan ünvan 3 ünvanda 0.02283 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evini ipoteka ilə yüklü etmişdir. Təqdim edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışdan görünür ki, Cavabdeh məxsus ünvan 3 ünvanda 0.02283 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi iddiaçı LPO AtaBank ASC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi dövlət qeydiyyatına alınmışdır. Təqdim edilmiş bildirişdən görünür ki, tutmanin ipoteka predmetinə yönəldilməsi barədə ərizə Reyestr Xidmətinin 16 saylı Ərazi idarəsində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlak Elektron Xidmətlər Portalından verilmiş bildirişə əsasən ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün 31 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlak Elektron Xidmətlər Portalından verilmiş təsdiqetmə bildirişinə əsasən 19.80 manat dövlət rüsumu ödənilmişdir. Təqdim edilmiş sübutlardan görünür ki, LPO AtaBank ASC ilə Cavabdeh arasında illik 06 faiz olmaqla 300 ay müddətinə, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 60000 manat məbləğində kredit verilməsi barədə müqavilə bağlanmış, həmin müqavilənin təminatı kimi Cavabdeh mülkiyyətində olan ünvan 3 ünvanda 0.02283 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi LPO AtaBank ASC ilə Cavabdehnın bağladığı kredit müqaviləsinin təminatı kimi iddiaçınin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Cavabdeh kredit razılaşması üzrə kredit borcunu iddiaçıya qaytarmadığına görə, LPO AtaBank ASC həmin borcun ipoteka ilə yüklü edilmiş Cavabdeh ünvan 3 ünvanda 0.02283 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evini açıq hərracda satılaraq əldə edilən vəsaitdən kredit borcunun ödənilməsini və həmin fərdi yaşayış evinin boşaldılmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icranı təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Lazur-A MMC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli rəydən görünür ki, Cavabdeh mülkiyyətində olan ünvan 3 ünvanda 0.02283 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin bazar dəyəri 100.000, likvid dəyəri isə 90.000 manat təşkil edir. Məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2021-ci il tarixli 9/5166 saylı ekspert rəyindən görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixə əsas kredit borcu 59.206 manat təşkil edir. faiz borcunun düzgünlüyünü isə hesablamaq mümkün olmamışdır. Ekspertiza xərci 20 manat təşkil edir. Məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2022-ci il tarixli 9/2357 saylı ekspert rəyindən görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixə əsas kredit borcu 59.901 manat, faiz borcu 4842 manat təşkil edir. Ekspertiza xərci 145 manat təşkil edir. Məhkəmə baxışı zamanı iddiaçının nümayəndəsi ekspertiza rəyində nəzərdə tutulmuş xüsusatları mübahisələndirməmişdir. Məhkəmə hesab edir ki, iddia təmin edilərkən əsas kredit borcu və faiz faiz borcu iddia ərizəsində qeyd edilən həddə təmin edilməlidir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 30 manat dövlət rüsumu, bildirişlərin qeydə alınması üçün 31 manat dövlət rüsumu, 19.80 manat xidmət haqqı ödəmişdir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu, bildirişlərin qeydə alınması üçün 31 manat dövlət rüsumu, 19.80 manat xidmət haqqı və 165 manat ekspertiza xərci cavabdehə aid edilməlidir. Belə olan halda məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh kredit müqaviləsi üzrə 59206 manat əsas borc, 2750 manat faiz borcu olmaqla, cəmi 61.956 manat kredit borcu, 30 manat dövlət rüsumu, bildirişlərin qeydə alınması üçün 31 manat dövlət rüsumu, sənədlərin notarial qaydada təsdiqi üçün ödənilmiş 19.80 manat xidmət haqqının tutulmalı, tutmanin ipoteka ilə yüklü edilmiş Cavabdeh məxsus ünvan 3 ünvanda 0.02283 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə yönəldilməli, fərdi yaşayış evinin ilkin satış qiyməti 90.000 manat məbləğində müəyyən edilməli, fərdi yaşayış evi hərracda satılaraq iddiaçıya olan borc ödənilməli, fərdi yaşayış evi açıq hərracda satıldıqdan sonra 1 ay müddətinə həmin fərdi yaşayış evi boşaldılmalıdır. İş üzrə ekspertiza xərcləri olan 165 manat məbləğində pul Cavabdeh alınaraq məhkəmə ekspertiza mərkəzinin hesabına keçirilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233, 357 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh kredit müqaviləsi üzrə 59206 manat əsas borc, 2750 manat faiz borcu olmaqla, cəmi 61.956 manat kredit borcu, 30 manat dövlət rüsumu, bildirişlərin qeydə alınması üçün 31 manat dövlət rüsumu, sənədlərin notarial qaydada təsdiqi üçün ödənilmiş 19.80 manat xidmət haqqı tutularaq LPO AtaBank ASC-nin xeyrinə verilsin. Tutma ipoteka ilə yüklü edilmiş Cavabdeh məxsus ünvan 3 ünvanda 0.02283 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə yönəldilsin, fərdi yaşayış evi açıq hərracda satılaraq əldə edilmiş vəsaitdən cavabdehin banka olan kredit borcu ödənilsin. İpoteka predmetinin ilkin satış qiyməti 90.000 manat məbləğində müəyyən edilsin və açıq hərracda satıldıqdan sonra 1 ay ərzində boşaldılsın. İş üzrə ekspertiza xərci olan 165 manat məbləğində pul Cavabdeh alınaraq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********1, AZ 34CTRE******************** nömrəli hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay rayon məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №e-2(046)-25/2022
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №e-2(046)-25/2022
31.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver