Məhkəmə qərarları › İş №e-2(046)-534/2024

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №e-2(046)-534/2024

15.03.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № e-2(046)-534/2024 15.03.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Məhkəmə iclas katibi Bürcəliyev Sabir Arzu oğlunun katibliyi, Ərizəçi Gasumov X10 nümayəndəsi (vəkili) Nümayəndə iştirakı ilə, Ərizəçi Gasumov X10 ölüm faktının qeydə alınması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi İddiaçı oğlu ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.1948-ci il tarixdə anadan olmuş və xx.xx.2019-cu il tarixdə vəfat etmiş nənəsi X5 ölüm faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin halları: Ərizəçi tələbini belə əsaslandırmışdır ki, atası X11 xx.xx.1969-cu il tarixdə Göyçay şəhərində anadan olmuş və xx.xx.2023-cü il tarixdə Bakı şəhərində yerləşən X23 vəfat etmişdir. Atasından qalan mirasa dair vərəsəlik hüququnun həyata keçirilməsi üçün atasının vəfat etmiş atası və anasının da (baba və nənəsinin) ölüm haqqında şəhadətnamələrini notariat ofisinə təqdim etməlidir. xx.xx.1948-ci il tarixdə anadan olmuş nənəsi X12 xx.xx.2019-cu il tarixdə vəfat etmiş və Göyçay rayonu Birinci Ərəbcəbirli kənd qəbiristanlığında dəfn edilmişdir. Lakin, nənəsinin ölümü haqqında şəhadətnaməsini almaq üçün Göyçay qeydiyyat şöbəsinə müraciət etdikdə məlum olmuşdur ki, onun ölüm faktı Göyçay qeydiyyat şöbəsində qeydə alınmamışdır. Bu səbəbdən, qeydiyyat şöbəsi nənəsinin ölümü haqqında şəhadətnamə verməkdən imtina edərək məhkəməyə müraciət etməyi tövsiyə etmişdir Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: İş üzrə Ərizəçi Gasumov X10 nümayəndəsi (vəkili) Nümayəndəərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə maraqlı tərəf Göçay rayon Qeydiyyat şöbəsinə məlimat verilmiş nümayəndə məhkəmə baxışında iştirak etməmişdir.Məhkəmə nümayəndənin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə ərizəçinin nümayəndəsini dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Mülki işdə olan sənədlər: İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X2 xx.xx.2000-ci il tarixdə anadan olmuşdur. X1r. İş materiallarına əlavə edilmiş doğum haqqında çıxarışdan görünür ki, X9 xx.xx.1969-cu il tarixdə anadan olmuşdur. X3, anası X8r. İş materiallarına əlavə edilmiş ölüm haqqında çıxarışdan görünür ki, X15 xx.xx.2005-ci il tarixdə vəfat etmişdir. İş materiallarına əlavə edilmiş “Bakı şəhər Təcili və X14Stansiyası” PHŞ-nin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, “Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2016-cı il tarixli 100 saylı əmrinə əsasən, çağırış vərəqləri (AZS 110/Q) üçün saxlama müddəti bir il müəyyənləşdirildiyi üçün vaxtaşırı həmin sənədlər aktlaşdırılıb silinir. Bu səbəbdən X4 adına xx.xx.2029- cu il tarixdə Bakı şəhər Təcili və X14 Stansiyasına çağırış daxil olması barədə məlumat verilə bilmir. İş materiallarına əlavə edilmiş 3.Göyçayrayon İcra Hakimiyyətinin Başçısı aparatının xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, “Göyçay rayon Çayarxı kəndində qeydiyyatda olmuş 1948-ci il təvəllüdlü X12 xx.xx.2019-cu il tarixdə Göyçay rayonu, Birinci Ərəbcəbirli kənd qəbiristanlığında dəfn edilmişdir. Məhkəməyə təqdim edilmiş Göyçay rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, X7 ölüm haqqında akt qeydi Göyçay rayon Qeydiyyat Şöbəsinin arxivində aşkar olunmamışdır. X7 ölümünün qeydə alınması üçün ölüm haqqında tibbi şəhadətnamə Göyçay rayon Qeydiyyat Şöbəsinə təqdim olunmalıdır. Ölüm haqqında tibbi şəhadətnamə olmadığı halda isə ölüm haqqında akt qeydinin qeydə alınması mümkün deyildir. Bu səbəbdən Göyçay Rayon Məhkəməsinə müraciət edilməsi tövsiyə edilmişdir. Tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən ölümün qeyd edilmə faktı məhkəmə tərəfindən müəyyən oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. MPM-in 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına” qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq "affirmanti, non neganti, incumbit probation” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. "Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. "Avşar Türkiyəyə qarşı” iş üzrə qərarında Avropa Məhkəməsi göstərir ki, sübutları qiymətləndirən zaman məhkəmə "əsaslı şübhə yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu "N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Məhkəmənin mövqeyi: Hazırkı iş üzrə isə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Ərizəçi İddiaçı oğlu xx.xx.1948-ci il tarixdə anadan olmuş və xx.xx.2019-cu il tarixdə vəfat etmiş nənəsi X7 ölümünün qeydiyyat şöbəsində qeydə alınmadığından ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə baxışı zamanı müəyyən edilir ki, ərizəçi İddiaçı oğlu mərhum nənəsi xx.xx.1948-ci il tarixdə anadan olmuş X5 xx.xx.2019-cu il tarixdə Göyçay rayonu Birinci Ərəbcəbirli kəndində ölümünün qeyd edilməsini başqa qaydada əldə edə bilməz. Beləliklə, məhkəmə tərəflərin təqdim etdiyi sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, ərizəçi Gasumov X13 xx.xx.1948-ci i il tarixdə anadan olmuş nənəsi X7 Göyçay rayonu Birinci Ərəbcəbirli kəndində vəfat etməsi faktının müəyyən edilməsi barədə ərizəsi təmin edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizəçi Gasumov X13 xx.xx.1948-ci il tarixdə anadan olmuş nənəsi X5 xx.xx.2019cu il tarixdə Göyçay rayonu Birinci Ərəbcəbirli kəndində vəfat etməsi faktının müəyyən edilməsi barədə ərizəsi təmin edilsin. Bu qətnamə X5 ölümünün qeydiyyat orqanında qeydə alınaraq, ölüm haqqında şəhadətnamə verilməsi üçün əsasdır. Qətnamənin icrası Göyçay rayonu Qeydiyyat Şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar