Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № e-2(046)-799/2024 17.12.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Giriş hissə: Qurbanova Gülnaz İntiqam qızının sədrliyi Əliyeva Leyla Bəhər qızının katibliyi ilə, Cavabdeh iştirakı ilə, İddiaçı Sığorta Şirkəti ASC-in Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Sığorta Şirkəti ASC -i Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh oğlundan “Toyota RAV-4” markalı, ** AF *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə ödənilmiş 2955 (iki min doqquz yüz əlli beş) manat məbləğində dəymiş zərər və ödənilmiş 49.55 manat dövlət rüsumunun İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Göyçay rayon Məhkəməsinin 01 aprel 2024-cü il tarixli qərardadı ilə İddiaçı Sığorta Şirkəti ASC-in Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair ərizəsi üzrə mülki işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixdə Cavabdeh idarə etdiyi «Samand 1.8 RX» markalı, ** ER *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi «Toyota RAV-4» markalı, ** AF *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuşdur. Baş vermiş yol-nəqliyyat hadisəsində İddiaçı Sığorta Şirkəti ASC-də könüllü sığorta növü üzrə sığortalı olan «Toyota RAV-4» markalı, ** AF *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə maddi ziyan dəymişdir. İşə əlavə olunmuş Avtonəqliyyat vasitəsinin sığorta şəhadətnaməsindən görünür ki «Toyota RAV-4» markalı, ** AF *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi baş vermiş yol-nəqliyyat hadisəsi zamanı “İddiaçı SŞ ASC-də könüllü sığorta növü üzrə sığortalanması öz əksini tapmışdır. İddiaçı Sığorta Şirkəti ASC dəymiş zərəri aradan qaldıraraq «Toyota RAV-4» markalı, ** AF *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə 100 manat şərtsiz azadolma məbləği ödənildiyindən 7955 (yeddi min doqquz yüz əlli beş) manat sığorta ödənişi tam olaraq servisin hesabına ödənilmişdir. Cavabdeh tərəfindən idarə olunan «Samand 1.8 RX» markalı, ** ER *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin icbari sığorta növü üzrə məsuliyyətini sığortalamış sığortaçı “Paşa“ Sığorta Şirkəti ASC tərəfindən 7955 manat məbləği ödənilmiş, qalan 2955 (iki min doqquz yüz əlli beş) manat hissəsi isə Cavabdeh tərəfindən ödənilməmiş qalmışdır. xx.xx.2023-cü il tarixdə yol-nəqliyyat hadisəsinin baş verməsində Cavabdeh təqsirli olduğuna görə ona qarşı subroqasiya hüququ yaranmışdır. Belə ki, Binəqədi rayon DYPŞ-nin İnzibati tənbeh vermə haqqında qərarında Cavabdeh AR İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilindiyi öz əksini tapmışdır. 2955 (iki min doqquz yüz əlli beş) manat məbləğində sığorta ödənişi Cavabdeh İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulmalıdır. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş İddiaçı Sığorta Şirkəti ASC-nin nümayəndəsi məhkəməyə gəlməmiş, İddiaçı Sığorta Şirkəti ASC-nin nümayəndəsi X1 ərizə ilə məhkəməyə müraciət edərək üzürlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini, işə onun iştirakı olmadan baxılaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə iclasında Cavabdeh oğlu iddianı qəbul etmədi və izahatında göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə idarə etdiyi «Samand 1.8 RX» markalı, ** ER *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi «Toyota RAV-4» markalı, ** AF *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuşdur. “Toyota RAV-4” markalı, ** AF *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə ödənilmiş 2955 manat məbləğində dəymiş zərəri qəbul etmir. Belə ki, sığorta şirkətinin nümayəndəsi ona hadisə baş verdikdən sonra avtomobillərə baxış keçirərək daha az məbləğ söyləmişdir. Hesab edir ki, avtomobilə dəymiş ümumi ziyan heç 5000 manatı keçmirdi. İş üzrə cavabdehin izahatını, təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materillarında olan İcbari Sığorta Müqavilələrinin Mövcudluğunun Yoxlanılması barədə çıxarışdan görünür ki, «Samand 1.8 RX» markalı, ** ER *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2023-cü il tarixdə "xxxx" ASC-də sığortalı olmuşdur. xx.xx.2023-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 40 manat inzibati cərimə edilmişdir. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli qiymətləndirilmə aktından görünür ki, «Toyota RAV-4» markalı, ** AF *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini ehtiyyat hissələrinin dəyəri və təmir xərcləri 7955 manat hesablanmışdır. İddiaçı Sığorta Şirkəti ASC-nin sığorta aktından görünür ki, İddiaçı Sığorta Şirkəti ASC tərəfindən dəymiş zərər aradan qaldırılaraq «Toyota RAV-4» markalı, ** AF *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə 100 manat şərtsiz azadolma məbləği ödənildiyindən 7955 (yeddi min doqquz yüz əlli beş) manat sığorta ödənişi tam olaraq "xxxx" MMC-nin hesabına köçürülməsi qeyd edilmişdir. xx.xx.2023-cü il tarixli 11629 saylı ödəniş tapşırığından görünür ki, İddiaçı Sığorta Şirkəti ASC tərəfindən "xxxx" MMC-nin hesabına 7955 manat pul köçürülmüşdür. **********8 saylı avtonəqliyyat vasitəsinin sığorta şəhadətnaməsindən görünür ki, «Toyota RAV-4» markalı, ** AF *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2022-ci ildən xx.xx.2023-cü il tarixədək İddiaçı Sığorta Şirkəti ASC-də sığortalı olmuşdur. xx.xx.2023-cü il tarixdə cavabdehə göndərilmiş mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınması barədə bildirişdən görünür ki, cavabdehdən 2955 manat sığorta pulunun ödənilməsi tələb edilmiş və əks təqdirdə məhkəməyə müraciət olunaraq, əlavə məhkəmə xərclərinin tutulması bildirilmişdir. **********59 saylı mədaxil qəbzindən görünür ki, iddia əriuzəsi üçün iddiaçı tərəfindən 49 manat 55 qəpik dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə – əmtəəşünaslıq ekspertizasının 25 sentyabr 2024-cü il tarixli, 9/5431 saylı rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, ekspertiza tədqiqatına təqdim edilmiş, “Toyota Bakı Mərkəzi MMC” tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il qüsur aktına əsasən 2022-ci il buraxılışlı “Toyota Rav-4” markalı, **-AF-*** dövlət qeydiyyat nişanlı avtomobilin 2023-cü ilin fevral ayına təmir-bərpa xərci təxminən aşağıdakı kimi müəyyən edilir: 1. Dəyişilməli hissələrin qiyməti təzə hissələrin qiymətinə müvafiq hesablanmaqla 6774 manat, o cümlədən: dəyişilməli hissələrin qiyməti - 4584,00 manat; təmir- bərpa işlərinin qiyməti - 2190,00 manat.1. Dəyişilməli hissələrin qiymətinə aşınma tətbiq edilməklə 6590,00 manat, o cümlədən: Dəyişilməli hissələrin qiyməti - 4400,00 manat; təmir- bərpa işlərinin qiyməti - 2190,00 manatdır. Aparılmış tədqiqatın dəyəri 50 manatdır. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 936.1-ci maddəsinə görə subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. “İcbari sığortalar haqqında" Qanunun: 10-cu maddəsinə əsasən, sığorta məbləği bu Qanuna uyğun olaraq sığorta obyektinin sığortalandığı və sığortaçının öhdəliklərinin bu Qanunla müəyyənləşdirilmiş məbləğdə ifadə olunan son həddidir. İcbari sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində sığortaçının bir sığorta hadisəsinə görə verdiyi sığorta ödənişlərinin ümumi məbləği icbari sığorta məbləğindən artıq ola bilməz. 13.1-ci maddəsinə əsasən icbari sığorta növlərində sığorta hadisəsi müvafiq icbari sığorta müqaviləsində göstərilmiş əmlakın istismarı və ya fəaliyyətin həyata keçirilməsi nəticəsində sığorta olunana və ya üçüncü şəxsə dəyən zərərin əvəzinin ödənilməsi üçün əsas olan, həmin müqavilənin qüvvədə olduğu müddət ərzində baş verən, bu Qanunun Xüsusi bölməsində nəzərdə tutulmuş hadisələr və hallardır. 13.2-ci maddəsinə əsasən bu Qanunun məqsədləri üçün mülki məsuliyyətin icbari sığortasında müvafiq sığorta şəhadətnaməsində göstərilən əmlakın (binanın, tikilinin, avtonəqliyyat vasitəsinin, cihazın, qurğunun, avadanlığın və s.) sığorta olunan tərəfindən istismar edilməsi nəticəsində üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına vurulmuş zərərin əvəzinin ödənilməsi üzrə sığortalının və ya sığorta olunanın mülki məsuliyyətinin yaranması faktı sığorta hadisəsi sayılır. 52.1-ci maddəsinə əsasən avtonəqliyyat vasitəsinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində zərərçəkən üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına dəymiş zərərin əvəzinin ödənilməsi üzrə mülki məsuliyyətin yaranması faktı sığorta hadisəsi hesab olunur. 56.1.2-ci maddəsi ilə sığortaçının bir sığorta hadisəsinə görə üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə sığorta ödənişinin son həddi 5 000 manat məbləğində müəyyən edilmişdir. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və kommersiya mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə iclasında müəyyən edildi ki, xx.xx.2023-cü il tarixdə Cavabdeh idarə etdiyi «Samand 1.8 RX» markalı, ** ER *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə “Azsığorta" ASC-i tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalanmış «Toyota RAV-4» markalı, ** AF *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuş və nəticəsində sığorta hadisəsi baş vermişdir. Cavabdeh əməli törətməkdə Azərbaycan Respublikası İXM-in 327.1-ci maddələri ilə təqsirli bilinərək 40 manat inzibati qaydada cərimə olunmuşdur. Hadisə zamanı «Toyota RAV-4» markalı, ** AF *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəymiş ziyan sığortaçı "xxxx" ASC-i tərəfindən hesablanmış və 7955 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Cavabdeh tərəfindən idarə olunan «Samand 1.8 RX» markalı, ** ER *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin icbari sığorta növü üzrə məsuliyyətini sığortalamış sığortaçı “Paşa“ Sığorta Şirkəti ASC tərəfindən 7955 manat məbləği ödənilmiş, qalan 2955 (iki min doqquz yüz əlli beş) manat hissəsi isə Cavabdeh tərəfindən ödənilməmiş qalmışdır. Bununla da zərərvuran şəxs Cavabdeh qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində iddiaçı "xxxx" ASC-nə keçmişdir. Maddi hüquq normalarının hazırki hüquq münasibətlərinə tətbiqi belə bir nəticəyə gəlməyə əsas verir ki, zərərvuran Cavabdeh törətdiyi hüquqa zidd əməl (delikt) nəticəsində əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya, hazırki iş üzrə iddiaçı "xxxx" ASC-nə subroqasiya qaydasında onun verdiyi sığorta ödənişini,yəni iddia tələbinin predmeti olan 2955 manat sığorta ödənişi məbləğinin ödənilməsini təmin etməyə borcludur. Azərbaycan Respublikası MPM-nin 106.2-cı maddəsinə əsasən digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasından iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər. İddiaçı cavabdehin borclu olması barədə məhkəməyə sübut təqdim etmiş, Cavabdeh iddiaçının tələb etdiyi borcu mübahisələndirmişdir. Bununla bağlı ekspertiza təyin edilmiş, ekspertiza nəticəsində cavabdehin etirazında göstərilənlər qismən təsdiq olunmuşdur. İddiaçı ekspert rəyini mübahisələndirməmişdir. Buna görə də məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, ekspert rəyində göstərilən dəyişilməli hissələrin qiymətinə aşınma tədbiq edilməklə qeyd olunan 6590 manat nəzərə alınmalı (dəyişilməli hissələrin qiyməti 4400 manat; təmir-bərpa işlərinin qiyməti 2190 manat) və həmin məbləğdən Cavabdeh tərəfindən idarə olunan «Samand 1.8 RX» markalı, ** ER *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin icbari sığorta növü üzrə məsuliyyətini sığortalamış sığortaçı “Paşa“ Sığorta Şirkəti ASC tərəfindən ödənilmiş məbləğ çıxılmalı (6590- 5000=1590), Cavabdeh 1590 (min beş yüz doxsan) manat sığorta ödənişi məbləği alınaraq iddiaçı ləğv prosesində olan İddiaçı Sığorta Şirkəti ASC-nə verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, hazırkı qətnamə ilə iddia qismən təmin edildiyindən iddia tərəfindən ödənilmiş 49.55 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə qeyd olunanları nəzərə alıb, hesab edir ki, iddia qismən təmin edildiyindən məhkəmə xərcləri cavabdehə aid edilməli, ekspertiza tədqiqatının dəyəri 50 manat məbləğində pul Cavabdeh alınaraq dövlət nəfinə verilməlidir. Nəticə: Məhkəmə qeyd olunanları nəzərə alıb və Azərbaycan Respublikasının MPM-nin 119, 284-5, 284-6, 357, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 1590 (min beş yüz doxsan) manat sığorta ödənişi məbləği alınaraq İddiaçı Sığorta ASC-nə verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Məhkəmə xərcləri Cavabdeh aid edilsin. Cavabdeh dövlət rüsumu üçün ödənilmiş 49.55 (qırx doqquz manat əlli beş qəpik) manat məbləğində pul alınaraq iddiaçı "xxxx" ASC-nə verilsin. Cavabdeh ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat məbləğində pul alınaraq dövlət nəfinə keçirilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Gülnaz Qurbanova
Məhkəmə qərarları › İş №e-2(046)-799/2024
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №e-2(046)-799/2024
17.12.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver