Məhkəmə qərarları › İş №e-2(047)-105/2025

Laçın Rayon Məhkəməsi Qətnamə — İş №e-2(047)-105/2025

18.03.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Laçın rayonu İş № e-2(047)-105/2025 18.03.2025 LAÇIN RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Cavad Cavanşir oğlunun sədrliyi, məhkəmə iclas katibi Şükürov Yaşasın Valeh oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı qızıl-zinət, cehiz əşyalarının və ya onların dəyərinin qaytarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i : İddiaçı Cavabdeh qarşı qızıl-zinət, cehiz əşyalarının və ya onların dəyərinin qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahat verərək bildirmişdir ki, o, Cavabdeh ilə xx.xx.2004-cü il tarixdə rəsmi olaraq nikaha daxil olmuş və bu barədə Laçın rayonu Təzəkənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində nikahın bağlanması haqqında akt qeydləri kitabında xx.xx.2004-cü il tarixli 04 nömrəli qeydiyyat aparılmışdır. Tərəflərin birgə nikahından xx.xx.2004-cü il təvəllüdlü X5, xx.xx.2005-ci il təvəllüdlü X10 və xx.xx.2007-ci il təvəllüdlü X7 adlı üç uşağı doğulmuşdur. Hazırda onlar arasında bağlanmış nikah Laçın Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən pozulmuşdir. Nikaha daxil olan zaman ona ümumilikdə dəyəri 5200 manat olan, cavabdeh tərəfindən alınmış dəyəri 2400 manat olan, 583 əyar, 30 qram çəkidə boyunbağı və qolbağından ibarət 1 ədəd qızıl komplekt dəsti, dəyəri 640 manat olan, qayınanası və baldızı tərəfindən alınmış 583 əyar, 8 qram çəkidə sırğa və üzükdən ibarət 1 ədəd qızıl komplekt dəsti, dəyəri 320 manat olan, cavabdeh tərəfindən alınmış 1 ədəd 4 qram çəkidə qızıl boyunbağı, dəyəri 1600 manat olan, cavabdeh tərəfindən alınmış 1 ədəd 20 qram çəkidə qızıl boyunbağı və dəyəri 240 manat olan, cavabdeh tərəfindən alınmış 1 ədəd 3 qram çəkidə qızıl üzük hədiyyə edilmişdir. Həmçinin onun valideynləri tərəfindən ümumilikdə dəyəri 1230 manat olan, 4 ədəd yorğan hər birinin dəyəri 70 manat, cəmi dəyəri 280 manat, 4 ədəd döşək hər birinin dəyəri 80 manat, cəmi dəyəri 320 manat, 1 ədəd ədyal dəyəri 30 manat, 1 dəst servis dəyəri 140 manat, 1 ədəd qazan dəsti dəyəri 85 manat, 7 ədəd xrustal qab hər birinin dəyəri 10 manat, cəmi dəyəri 70 manat, 3 ədəd süfrə, hər birinin dəyəri 15 manat, cəmi dəyəri 45 manat və 2 ədəd xalça hər birinin dəyəri 130 manat, cəmi dəyəri 260 manat olan cehiz əşyaları da ona hədiyyə edilmişdir. Lakin cavabdeh ilə arasında olan münasibətlər pozulduqdan sonra qaynı Seymur, baldızları Yasəmən, Təranə, Gülsüm və keçmiş həyat yoldaşı Cavabdeh onu oğurluqda və xayanətdə günahlandıraraq evdən qovub 11 may 2023cü il tarixdə aparıb Abşeron rayonu Aşağı Güzdək qəsəbəsində yaşayan bacısı Xuraman Əsədova gilə qoyaraq getmişlər. Cavabdeh və cavabdehin qohumları tərəfindən o gətirilib bacısı gilə qoyulan zaman onun üzərində ancaq bir dəst paltarı olmuş və bundan sonra Cavabdeh ona hədiyyə olunan qızıl-zinət və cehiz əşyalarını, həmçinin nikah pozulduqdan sonra da qaytarmaqdan imtina etmişdir. Beləliklə də cavabdeh tərəfindən onun qızıl-zinət və cehiz əşyaları qanunsuz olaraq əlindən alınmışdır. Bu səbəbdən də o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hesab edir ki, adı çəkilən qızıl-zinət və cehiz əşyaları, həmin əmlaklar naturada mövcud olmadığı halda isə onların ümumilikdə dəyəri cavabdehdən alınaraq ona verilməlidir. Odur ki, dəyəri 2400 manat olan, 583 əyar, 30 qram çəkidə boyunbağı və qolbağından ibarət 1 ədəd qızıl komplekt dəsti, dəyəri 640 manat olan, 583 əyar, 8 qram çəkidə sırğa və üzükdən ibarət 1 ədəd qızıl komplekt dəsti, dəyəri 320 manat olan, 1 ədəd 4 qram çəkidə qızıl boyunbağı, dəyəri 1600 manat olan, 1 ədəd 20 qram çəkidə qızıl boyunbağı, dəyəri 240 manat olan, 1 ədəd 3 qram çəkidə qızıl üzük, həmçinin 4 ədəd yorğan hər birinin dəyəri 70 manat, cəmi dəyəri 280 manat, 4 ədəd döşək hər birinin dəyəri 80 manat, cəmi dəyəri 320 manat, 1 ədəd ədyal dəyəri 30 manat, 1 dəst servis dəyəri 140 manat, 1 ədəd qazan dəsti dəyəri 85 manat, 7 ədəd xrustal qab hər birinin dəyəri 10 manat, cəmi dəyəri 70 manat, 3 ədəd süfrə, hər birinin dəyəri 15 manat, cəmi dəyəri 45 manat və 2 ədəd xalça hər birinin dəyəri 130 manat, cəmi dəyəri 260 manat olan qızıl-zinət və cehiz əşyalarının özünün, həmin qızıl-zinət və cehiz əşyaları naturada mövcud olmadıqda isə qeyd edilən əmlakların ümumilikdə dəyəri olan 6430 manat pulun və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 84,30 manat dövlət rüsumun Cavabdeh alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə da iddiaçının izahatına uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini bir daha məhkəmədən xahiş edir. İş üzrə Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçının vəsatətinə əsasən şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, o, iddiaçının qardaşının həyat yoldaşıdır. Əsl həqiqəti üzə çıxarmaq üçün könüllü ifadə vermək istəyir. Belə ki, baldızı İddiaçı Cavabdeh ilə ailə həyatı qurmuş, lakin onların nikahı Laçın Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Baldızı Qərbənin keçmiş həyat yoldaşı Yaşar Novuzov 11 may 2023cü il tarixdə ona, Qax rayonunda yaşayan baldızına və onun həyat yoldaşına zəng edərək Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsinə digər baldızı Xuraman Əsədova gilə gəlmələrini xahiş etmişdir. Onlar da həmin tarixdə baldızı Xuraman Əsədova gilə gedən günü görmüşdür ki, İddiaçı keçmiş həyat yoldaşı Cavabdeh, keçmiş baldızları Yasəmən, Təranə, Gülsüm və keçmiş qaynı Seymur baldızı Qərbəni oğurluqda və xayanətdə günahlandıraraq digər baldızı Xuraman Əsədova gilə gətirmiş, orada tərəflər arasında mübahisə olmuş və sonradan baldızı İddiaçı orada qoyaraq digər baldızı Xuraman Əsədovanın evini tərk edərək çıxıb getmişlər. Lakin o, həmin vaxt baldızı İddiaçı üzərində iddia ərizəsində qeyd edilən qızıl-zinət əşyalarının olduğunu görməmişdir. Məhkəmə iclasında iddiaçının vəsatətinə əsasən şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, iddiaçı onun bacısıdır. Əsl həqiqəti üzə çıxarmaq üçün könüllü ifadə vermək istəyir. Belə ki, baldızı İddiaçı Cavabdeh ilə ailə həyatı qurmuş, lakin onların nikahı Laçın Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Bacısı Qərbənin keçmiş həyat yoldaşı Yaşar Novuzov 11 may 2023-cü il tarixdə gəlinləri X1, Qax rayonunda yaşayan bacısına və ona zəng edərək Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində onunla qonşu yaşayan bacısı Xuraman Əsədova gilə gəlmələrini xahiş etmişdir. Onun uşağı xəstə olduğu üçün o, bacısıgilə biraz gec getmişdir. O, həmin tarixdə qonşuluqda yaşayan bacısı Xuraman Əsədova gilə gələn zaman görmüşdür ki, bacısı İddiaçı keçmiş həyat yoldaşı Cavabdeh, keçmiş baldızları Yasəmən, Təranə, Gülsüm və keçmiş qaynı Seymur bacısı Qərbəni oğurluqda və xayanətdə günahlandıraraq digər bacısı Xuraman Əsədova gilə gətirmiş, orada tərəflər arasında mübahisə olmuş və sonradan bacısı İddiaçı orada qoyaraq digər bacısı Xuraman Əsədovanın evini tərk edərək çıxıb getmişlər. Lakin o, həmin vaxt bacısı İddiaçı üzərində iddia ərizəsində qeyd edilən qızıl-zinət əşyalarının olduğunu görməmişdir. Məhkəmə iddiaçının, onun nümayəndəsi və eyni zamanda vəkilinin izahatlarını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdıraraq belə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş Laçın rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, tərəflər xx.xx.2004-cü il tarixdə 04 nömrəli qeydlə rəsmi nikaha daxil olmuşlar. İş materiallarına iddiaçı tərəfindən əlavə olunmuş xx.xx.2024-cü il tarixli əmlakların qiymətləndirilməsi haqqında müvafiq mütəxəssis rəyindən görünür ki, İddiaçı iddia ərizəsinə əsasən tələb etdiyi əmlaklar müvafiq qaydada “X9” MMC tərəfindən qiymətləndirilmişdir. İş materiallarına əlavə olunmuş Laçın Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(072)-245/2024 saylı qətnaməsindən görünür ki, tərəflər arasında olan nikahın pozulması qət edilmişdir. İş materiallarına əlavə olunmuş mediator Aqil Cəfərov tərəfindən verilmiş xx.xx.2023cü il tarixli arayışdan görünür ki, İddiaçı ilə Cavabdeh xx.xx.2023-cü il tarixə saat 11:20-də keçirilən ilkin məcburi mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməsi barədə razılığa gəlməmişlər. İş materiallarına əlavə edilmiş fotoşəkillərdən görünür ki, İddiaçı iddia etdiyi qızıl-zinət əşyaları tərəflərin toy məclisi zamanı onun üzərində olmuşdur. Bundan başqa, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin düzünə göstərişinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİ hissəsinə əsasən «Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur». Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.3-cü maddəsinə əsasən mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Həmçinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 135.1-ci maddəsinə əsasən bu Məcəlləyə uyğun olaraq yalnız fiziki obyektlər əşya sayılırlar. Pullar və qiymətli kağızlar da əşyadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 153.4-cü maddəsinə əsasən bütün mülkiyyətçilərin hüquqları eyni bərabərdə müdafiə edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Məhkəmə müdafiə hüququ və bu hüquqla əhatə olunan məhkəməyə müraciət hüququ beynəlxalq hüquqi aktlarda ədalətli məhkəmə araşdırması hüququ kimi geniş əks olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin Vİİ hissəsinə görə məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Bu prinsip Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9-cu maddəsində də nəzərdə tutulmuşdur. Həmin maddəyə görə, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır və bu qaydaya görə işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut edir. İşə hərtərəfli baxılması məhkəmə tərəfindən qanuni və əsaslandırılmış qərarın çıxarılması, tərəflərin prosesdə fəallığı, öz mövqeyini müdafiə etmək üçün dəlillər gətirməsi, əks tərəfin sübutlarını və dəlillərini rədd etməsi üçün geniş imkanlara malik olması ilə təmin olunur. Çəkişmə prinsipi tərəflərin prosessual hüquq bərabərliyi prinsipindən ayrılmazdır. Belə ki, məhz bərabər hüquq və vəzifələr onlara məhkəmə qarşısında çəkişmək imkanı verir. Tərəflərin prosessual hüquq bərabərliyi o deməkdir ki, onlar öz hüquq və mənafelərini müdafiə etmək üçün prosessual vasitələrdən real istifadə etmək imkanına malik olurlar və bərabər səviyyədə konkret prosessual hüquqlarla təmin edilirlər. Tərəflərin prosessual hüquq bərabərliyi prinsipi prosesin bütün mərhələlərində mühüm əhəmiyyət daşımaqla prosesin çəkişmə prinsipi əsasında həyata keçirilməsinə şərait yaradır. Bu prinsipin mahiyyəti əslində ondan ibarətdir ki, prosesin istənilən mərhələsində hər bir tərəfə bərabər prosessual imkanlar yaradılmalı, tərəflər prosesdə tam bərabər olmalı, onların hüquqları birbirinə uyğun olmalı və uzlaşmalıdır. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvesiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 5 saylı qərarının 2-ci bəndinə əsasən, Azərbaycan Respublikası «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvesiyasının iştirakçısı və onu 15 aprel 2002-ci ildə ratifikasiya etmiş Dövlət kimi Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. «Mahmudov Rusiyaya qarşı» iş uzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq, «sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür» prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikaı Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli, 04 nömrəli qərarının 9.2-ci bəndində göstərilir ki, əmlak tələbi barədə iddialar təmin olunduqda gələcəkdə qətnamənin icrasının müəyyənliyini və mümkünlüyünü təmin etmək məqsədilə qət edilən əşyaların hər birinin ayrı-ayrılıqda dəyəri və qət olunan əmlakın cavabdehdən naturada alınması mümkün olmadığı hallarda həmin əmlakın dəyərinin pulla ödənilməsi də qətnamədə həll olunmalıdır. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 100-cu maddəsinə əsasən məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə araşdırmaları zamanı məlum olmuşdur ki, İddiaçı Cavabdeh ilə xx.xx.2004cü il tarixdə rəsmi olaraq nikaha daxil olmuş və bu barədə Laçın rayonu Təzəkənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində nikahın bağlanması haqqında akt qeydləri kitabında xx.xx.2004-cü il tarixli 04 nömrəli qeydiyyat aparılmışdır. Tərəflərin birgə nikahından xx.xx.2004-cü il təvəllüdlü X5, xx.xx.2005-ci il təvəllüdlü X10 və xx.xx.2007-ci il təvəllüdlü X7 adlı üç uşağı doğulmuşdur. Tərəflərin ailə münasibətləri ilk vaxtlar normal olsa da sonradan aralarında baş vermiş ziddiyyətlər ailələrinin dayaqlarını sarsıtmış və onlar halhazırda faktiki olaraq ayrı yaşayırlar. Bundan başqa, Laçın Rayon Məhkəməsinin xx.xx.2024-cü qətnaməsinə əsasən tərəflər arasında olan nikah qeydi də pozulmuşdur. Eyni zamanda İddiaçı Cavabdeh ilə nikaha daxil olarkan özü ilə ümumilikdə 6430 manat dəyərində olan 8 adda cehiz və 5 adda qızıl-zinət əşyalarını, yəni dəyəri 2400 manat olan, 583 əyar, 30 qram çəkidə boyunbağı və qolbağından ibarət 1 ədəd qızıl komplekt dəsti, dəyəri 640 manat olan, 583 əyar, 8 qram çəkidə sırğa və üzükdən ibarət 1 ədəd qızıl komplekt dəsti, dəyəri 320 manat olan, 1 ədəd 4 qram çəkidə qızıl boyunbağı, dəyəri 1600 manat olan, 1 ədəd 20 qram çəkidə qızıl boyunbağı, dəyəri 240 manat olan, 1 ədəd 3 qram çəkidə qızıl üzük, həmçinin 4 ədəd yorğan hər birinin dəyəri 70 manat, cəmi dəyəri 280 manat, 4 ədəd döşək hər birinin dəyəri 80 manat, cəmi dəyəri 320 manat, 1 ədəd ədyal dəyəri 30 manat, 1 dəst servis dəyəri 140 manat, 1 ədəd qazan dəsti dəyəri 85 manat, 7 ədəd xrustal qab hər birinin dəyəri 10 manat, cəmi dəyəri 70 manat, 3 ədəd süfrə, hər birinin dəyəri 15 manat, cəmi dəyəri 45 manat və 2 ədəd xalça hər birinin dəyəri 130 manat, cəmi dəyəri 260 manat olan əmlakları cavabdeh ilə birgə yaşadıqları evə gətirmişdir. Bundan başqa məhkəmə araşdırmaları zamanı iş üzrə dindirilmiş şahidlərin ifadələrinə, həmçinin iddiaçının və nümayəndənin izahatlarına əsasən də İddiaçı tələb etdiyi yuxarıda sadalanan qızıl-zinət əşyalarının və cehiz əmlaklarının hal-hazırda da Cavabdeh sahibliyində, istifadəsində və sərəncamında olduğu da müəyyənləşmişdir. Belə ki, məhkəmə iddiaçının və onun nümayəndəsinin izahatlarının, həmçinin iddiaçının şifahi vəsatətinə əsasən dindirilmiş şahidlərin, yəni X2 və X3 ifadələrinin mötəbərliyini qəbul etmişdir. Göstərilənlər məhkəmə araşdırmaları zamanı da tam təsdiqini tapdığından məhkəmə iddia tələbinin təmin edilməsini, yəni İddiaçı məxsus dəyəri 2400 manat olan, 583 əyar, 30 qram çəkidə boyunbağı və qolbağından ibarət 1 ədəd qızıl komplekt dəsti, dəyəri 640 manat olan, 583 əyar, 8 qram çəkidə sırğa və üzükdən ibarət 1 ədəd qızıl komplekt dəsti, dəyəri 320 manat olan, 1 ədəd 4 qram çəkidə qızıl boyunbağı, dəyəri 1600 manat olan, 1 ədəd 20 qram çəkidə qızıl boyunbağı, dəyəri 240 manat olan, 1 ədəd 3 qram çəkidə qızıl üzük, həmçinin 4 ədəd yorğan hər birinin dəyəri 70 manat, cəmi dəyəri 280 manat, 4 ədəd döşək hər birinin dəyəri 80 manat, cəmi dəyəri 320 manat, 1 ədəd ədyal dəyəri 30 manat, 1 dəst servis dəyəri 140 manat, 1 ədəd qazan dəsti dəyəri 85 manat, 7 ədəd xrustal qab hər birinin dəyəri 10 manat, cəmi dəyəri 70 manat, 3 ədəd süfrə, hər birinin dəyəri 15 manat, cəmi dəyəri 45 manat və 2 ədəd xalça hər birinin dəyəri 130 manat, cəmi dəyəri 260 manat olan qızıl-zinət və cehiz əşyalarının özünün və ya həmin əmlaklar qətnamə icra olunan vaxt natura qaydasında mövcud olmadıqda isə onların ümumilikdə dəyəri olan 6430 (altı min dörd yüz otuz) manat məbləğində pulun Cavabdeh alınaraq İddiaçı verilməsini qanuni və əsaslı hesab edir. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.2-ci maddəsinə görə sübutlar şahidlərin ifadələri və işdə iştirak edən şəxslərin izahatları ilə də müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hüquqi qiymət verərək və iş üzrə mülki məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında iddia tələbinin təmin olunması, yəni İddiaçı məxsus dəyəri 2400 manat olan, 583 əyar, 30 qram çəkidə boyunbağı və qolbağından ibarət 1 ədəd qızıl komplekt dəsti, dəyəri 640 manat olan, 583 əyar, 8 qram çəkidə sırğa və üzükdən ibarət 1 ədəd qızıl komplekt dəsti, dəyəri 320 manat olan, 1 ədəd 4 qram çəkidə qızıl boyunbağı, dəyəri 1600 manat olan, 1 ədəd 20 qram çəkidə qızıl boyunbağı, dəyəri 240 manat olan, 1 ədəd 3 qram çəkidə qızıl üzük, həmçinin 4 ədəd yorğan hər birinin dəyəri 70 manat, cəmi dəyəri 280 manat, 4 ədəd döşək hər birinin dəyəri 80 manat, cəmi dəyəri 320 manat, 1 ədəd ədyal dəyəri 30 manat, 1 dəst servis dəyəri 140 manat, 1 ədəd qazan dəsti dəyəri 85 manat, 7 ədəd xrustal qab hər birinin dəyəri 10 manat, cəmi dəyəri 70 manat, 3 ədəd süfrə, hər birinin dəyəri 15 manat, cəmi dəyəri 45 manat və 2 ədəd xalça hər birinin dəyəri 130 manat, cəmi dəyəri 260 manat olan qızıl-zinət və cehiz əşyalarının özünün və ya həmin əmlaklar qətnamə icra olunan vaxt natura qaydasında mövcud olmadıqda isə onların ümumilikdə dəyəri olan 6430 (altı min dörd yüz otuz) manat məbləğində pulun, bundan əlavə iddiaçı tərəfindən ödənilmiş 84,30 manat dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı verilməsi qənaətinə gəlir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213-214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia tələbi təmin edilsin. İddiaçı məxsus dəyəri 2400 manat olan, 583 əyar, 30 qram çəkidə boyunbağı və qolbağından ibarət 1 ədəd qızıl komplekt dəsti, dəyəri 640 manat olan, 583 əyar, 8 qram çəkidə sırğa və üzükdən ibarət 1 ədəd qızıl komplekt dəsti, dəyəri 320 manat olan, 1 ədəd 4 qram çəkidə qızıl boyunbağı, dəyəri 1600 manat olan, 1 ədəd 20 qram çəkidə qızıl boyunbağı, dəyəri 240 manat olan, 1 ədəd 3 qram çəkidə qızıl üzük, həmçinin 4 ədəd yorğan hər birinin dəyəri 70 manat, cəmi dəyəri 280 manat, 4 ədəd döşək hər birinin dəyəri 80 manat, cəmi dəyəri 320 manat, 1 ədəd ədyal dəyəri 30 manat, 1 dəst servis dəyəri 140 manat, 1 ədəd qazan dəsti dəyəri 85 manat, 7 ədəd xrustal qab hər birinin dəyəri 10 manat, cəmi dəyəri 70 manat, 3 ədəd süfrə, hər birinin dəyəri 15 manat, cəmi dəyəri 45 manat və 2 ədəd xalça hər birinin dəyəri 130 manat, cəmi dəyəri 260 manat olan qızıl-zinət və cehiz əşyalarının özü və ya həmin əmlaklar qətnamə icra olunan vaxt natura qaydasında mövcud olmadıqda isə onların ümumilikdə dəyəri olan 6430 (altı min dörd yüz otuz) manat məbləğində pul, bundan əlavə iddiaçı tərəfindən ödənilmiş 84,30 (səksən dörd manat otuz qəpik) manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Laçın Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Cavad İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar