Azərbaycan Respublikası adından QƏTNAMƏ Laçın rayonu İş № e-2(047)-1073/2024 22.11.2024 LAÇIN RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Cavad Cavanşir oğlunun sədrliyi, məhkəmə iclas katibi Şükürov Yaşasın Valeh oğlunun katibliyi ilə, İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı borc tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında mülki işə baxaraq, müəyyənetdi: İddiaçı Sığorta Şirkəti ASC Cavabdeh qarşı borc tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 284-5.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən Cavabdeh və Laçın RİHB-nın Malıbəy kəndi üzrə icra nümayəndəliyinə (Cavabdeh çatdırılması üçün) xx.xx.2024-cü il tarixli kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında və eyni zamanda mülki prosessual hüquq və vəzifələrin izahı barədə məhkəmə bildirişləri göndərilmiş, lakin cavabdeh tərəfindən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etiraz, ona əlavə olunmuş sənədlər, öz dəlillərini və onları təsdiq edən sənədlər məhkəməyə təqdim edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 284-5.3-cü maddəsinə əsasən ərizənin məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan həmin işin həllinə dair müvafiq qətnamə çıxarılmasını mümkün hesab etmişdir. İddiaçı Sığorta Şirkəti ASC-nin nümayəndəsi iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh xx.xx.2024-cü il tarixdə idarə etdiyi «Mercedes Benz E240» markalı, ** MA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi «Kia Ceed» markalı, ** PZ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuşdur. İş materiallarına əlavə edilmiş icbari sığorta bürosunun çıxarışına əsasən hadisə zamanı «Mercedes Benz E240» markalı, ** MA *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin icbari sığorta növü üzrə məsuliyyətini sığortalamış sığortaçısı İddiaçı Sığorta Şirkəti ASC olmuşdur. İş materiallarına əlavə olunmuş "xxxx" MMC-nin qüsur akından görünür ki, «Mercedes Benz E240» markalı, ** MA *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəymiş zərərin məbləği 450 manat müəyyən edilmişdir. İddiaçı Sığorta Şirkəti ASC öz növbəsində dəymiş zərəri aradan qaldıraraq, «Mercedes Benz E240» markalı, ** MA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə 450 manat məbləğində sığorta ödənişini 16030 nömrəli, xx.xx.2024-cü il tarixli ödəniş tapşırığına əsasən Cavabdeh bank hesabına ödəmişdir. Lakin hadisə ilə bağlı zərərçəkən Cavabdeh hesabına «Mercedes Benz E240» markalı, ** MA *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəymiş zərərlə bağlı 450 manat ödənildiyi halda sonradan texniki səhv olaraq təkrarən 16031 saylı, xx.xx.2024-cü il tarixli ödəniş tapşırığına əsasən 450 manat ödəniş yenidən Cavabdeh hesabına köçürülmüşdür. Beləliklə də, Cavabdeh həm 16030 nömrəli, xx.xx.2024-cü il tarixli ödəniş tapşırığına əsasən 450 manat, həmdə eyni tarixli 16031 nömrəli ödəniş tapşırığına əsasən isə yenidən 450 manat məbləğində sığorta ödənişi almışdır. Ümumi olaraq 450 manat ödənilməli olduğu halda, 900 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixli pretenziya məktubu göndərilməsinə baxmayaraq tələb olunan 450 manat məbləğin geri qaytarılması ilə bağlı heç bir tədbir görməmişdir. Buna görə də Cavabdeh əsassız varlanma nəticəsində əldə etmiş olduğu 450 manat pul vəsaiti alınaraq İddiaçı Sığorta Şirkəti ASC-yə ödənilməlidir. Odur ki, Cavabdeh 450 manat məbləğində pul vəsaitinin və 30,40 manat ödənilmiş dövlət rüsumunun İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli ödəniş tapşırıqlarından, sığorta və qüsur aktlarından və digər sənədlərdən görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixdə idarə etdiyi «Mercedes Benz E240» markalı, ** MA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi «Kia Ceed» markalı, ** PZ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuş və nəticədə həmin avtomobilə 450 manat məbləğində ziyan dəymişdir. Bundan sonra isə İddiaçı Sığorta Şirkəti ASC tərəfindən həmin 450 manat Cavabdeh bank hesabına köçürülmüş olsa da, lakin sonradan texniki səhv olaraq təkrarən həmin məbləğ yenidən cavabdehin hesabına köçürülmüşdür. Yəni ümumi olaraq 450 manat ödənilməli olduğu halda, 900 manat məbləğində sığorta ödənişi həyata keçirilmiş, bununla əlaqədar olaraq da sığorta şirkətinə 450 manat həcmində ziyan dəymiş və Cavabdeh sığorta şirkətinin hesabına 450 manat məbləğində əsassız varlanmışdır. İş materiallarına əlavə olunmuş pretenziya məktubundan görünür ki, cavabdehə əsassız varlanma nəticəsində əldə edilmiş vəsaiti 10 (on) iş günü ərzində ödəməsi üçün xəbərdarlıq məktubu göndərilmişdir. Bundan başqa, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Həmin Konstitusiyanın 29-cu maddəsinin 2-ci hissəsinə əsasən “Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur”. Həmçinin, Azərbaycan Republikası Mülki Məcəlləsinin (bundan sonra mətndə MM) 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. MM-nin 21.2-ci maddəsinə görə zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olunması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adı mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. MM-nin 386.1-ci maddəsinə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-nin 439.4-cü maddəsinə görə öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. MM-nin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. MM-nin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. MM-nin 1092.1-ci maddəsinin tələblərinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Beləliklə, məhkəmə araşdırmaları zamanı iş üzrə tədqiq edilmiş sübutlarla və qeyd edilən münasibətlərə tətbiq edilməli olan hüquq normalarının tələblərinə əsasən belə müəyyən olundu ki, Cavabdeh xx.xx.2024-cü il tarixdə idarə etdiyi «Mercedes Benz E240» markalı, ** MA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi «Kia Ceed» markalı, ** PZ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuş və nəticədə həmin avtomobilə 450 manat məbləğində ziyan dəymişdir. Bundan sonra isə İddiaçı Sığorta Şirkəti ASC tərəfindən həmin 450 manat Cavabdeh bank hesabına köçürülmüş olsa da, lakin sonradan texniki səhv olaraq təkrarən həmin məbləğ yenidən cavabdehin hesabına köçürülmüşdür. Yəni ümumi olaraq 450 manat ödənilməli olduğu halda, 900 manat məbləğində sığorta ödənişi həyata keçirilmiş, bununla əlaqədar olaraq da sığorta şirkətinə 450 manat həcmində ziyan dəymiş və Cavabdeh sığorta şirkətinin hesabına 450 manat məbləğində əsassız varlanmışdır. Cavabdehə əsassız varlanma nəticəsində əldə edilmiş vəsaitin qaytarılması haqqında İddiaçı Sığorta Şirkəti ASC tərəfindən xx.xx.2024-cü il tarixdə pretenziya göndərilərək vəsaitin sığorta şirkətinə geri qaytarılması barədə xəbərdarlıq edilsə də, bundan sonra da Cavabdeh tərəfindən əsassız varlanma nəticəsinə əldə olunmuş vəsait geri qaytarılmadığından iddiaçı məcbur olub belə bir tələblə məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərə əsasən də məhkəmə belə hesab edir ki, Cavabdeh heç bir hüquqi əsas olmadan başqa şəxsin, yəni İddiaçı Sığorta Şirkəti ASC-nin hesabına pul vəsaiti əldə etmişdir. Odur ki, iddia tələbinin təmin edilməsi qanuni və əsaslı hesab olunmalıdır. Həmçinin, iddia tələbi təmin edilməli olduğundan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə əsasən iddianın qaldırılması üçün iddiaçının ödədiyi 30,40 manat dövlət rüsumu onun xeyrinə cavabdehdən tutulmalıdır. Bundan əlavə, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsnə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri subutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 284-6.1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Qeyd edilənlərə əsasən də məhkəmə sübutların məcmusuna hüquqi qiymət verib belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 450 manat məbləğində pul vəsaiti və ödənilmiş 30,40 manat dövlət rüsumu tutulub İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233, 284-5, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia tələbi təmin edilsin. Cavabdeh 450 (dörd yüz əlli) manat məbləğində pul vəsaiti və ödənilmiş 30,40 (otuz manat qırx qəpik) manat dövlət rüsumu tutulub İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Laçın Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Cavad İbrahimov
Məhkəmə qərarları › İş №e-2(047)-1073/2024
Laçın Rayon Məhkəməsi Qətnamə — İş №e-2(047)-1073/2024
22.11.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver