Azərbaycan Respublikası adından QƏTNAMƏ Laçın rayonu İş № e-2(047)-1317/2025 24.02.2026 LAÇIN RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Cavad Cavanşir oğlunun sədrliyi, məhkəmə iclas katibi Şükürov Yaşasın Valeh oğlunun katibliyi ilə, İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı «subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi tələbi» barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Sığorta Şirkəti ASC Cavabdeh qarşı «subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi tələbi» barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbinin təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Laçın Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadına əsasən İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı «subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi tələbi» barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə bağlı mülki işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddiaçı Sığorta Şirkəti ASC-nin nümayəndəsi iddia ərizəsini onun əsaslandırmışdır ki, “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayışa (forma 4) əsasən, xx.xx.2024-cü il tarixdə Cavabdeh tərəfindən idarə olunan “Vaz 21723” markalı, ** XR *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi “Mercedes Benz E220 CDİ” markalı, ** DP *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. İş materiallarında olan TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən, hadisənin baş verməsində “Vaz 21723” markalı, ** XR *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Cavabdeh İXM-nin 327.6, 327.1-ci maddələri ilə təqsirli bilinmişdir. Həmçinin tərəflərin polis orqanlarına verdikləri izahatlarda da bu fakt təsdiq olunmuşdur. İş materiallarına əlavə edilmiş İcbari Sığorta Bürosunun (İSB) çıxarışından, həmçinin №141753 saylı sığorta aktından, xx.xx.2025-ci il tarixli ödəniş tapşırığından və digər sığorta tələbinə aid sənədlərdən görünür ki, zərərçəkən “Mercedes Benz E220 CDİ” markalı, ** DP *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi hadisə zamanı "xxxx" ASC-də avtonəqliyyat vasitələrinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanmışdır. Cavabdehin idarə etdiyi “Vaz 21723” markalı, ** XR *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin də icbari sığorta növü üzrə məsuliyyətini sığortalamış sığortaçısı olan "xxxx" ASC öz növbəsində dəymiş zərəri aradan qaldıraraq zərər dəymiş avtonəqliyyat vasitələrinin qiymətləndirmə aktına uyğun olaraq zərərlə bağlı yaranmış 700 manat sığorta ödənişini iş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli ödəniş tapşırığına əsasən zərərçəkənə ödəmişdir. Belə ki, xx.xx.2024-cü il tarixdə baş vermiş yolnəqliyyat hadisəsinin törədilməsində Cavabdeh hadisə yerindən yayındığına görə ona qarşı İddiaçı Sığorta Şirkəti ASC-nin subroqasiya hüququ yaranmışdır. Cavabdehlə yazılı (pretenziya) müraciət olunsa və əlaqə yaradılsa da ödəniş edilməmişdir. Ona görə də yol nəqliyyat hadisəsi nəticəsində İddiaçı Sığorta Şirkəti ASC tərəfindən 700 manat məbləğində sığorta ödənişi subroqasiya qaydasında qanunvericilikdə nəzərdə tutulmuş qaydada cavabdehdən alınaraq iddiaçının xeyrinə tutulmalıdır. Qeyd edilənlərə əsasən də Cavabdeh 700 manat məbləğində sığorta ödənişinin və ödənilmiş 30,40 manat dövlət rüsumunun İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulmasına dair qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. İddiaçı Sığorta Şirkəti ASC-nin nümayəndəsi Ceyhun Şahmuradov məhkəməyə ərizə göndərərək bütün məhkəmə iclaslarını iştirakları olmadan keçirib tələblərinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hazırkı işlə bağlı iddiaçının nümayəndəsinin onun iştirakı olmadan işə baxılması xahişini qanunauyğun sayır və mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş üzrə olan Cavabdeh da məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdırıb belə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş İddiaçı Sığorta Şirkəti ASC tərəfindən tərtib edilmiş icbari sığorta şəhadətnaməsindən, izahatdan, arayışdan, sığorta aktından və xx.xx.2025-ci il tarixli qüsur aktından görünür ki, xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək İddiaçı Sığorta Şirkəti ASC-də avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta növü ilə sığortalanmış Cavabdeh idarə etdiyi «Vaz 21723» markalı, **-XR-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2024-cü ildə Abşeron rayonu, Xırdalan şəhəri M.Ə.Rəsulzadə küçəsi ərazisində “Mercedes Benz E220 CDİ” markalı, **-DP-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmiş, nəticədə dəymiş ziyanın və sığorta ödənişinin yekun məbləği 700 manat müəyyən edilmişdir. İş materiallarına əlavə olunmuş Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış etirazın məzmunundan görünür ki, hadisə baş verən vaxt o, qeyd edilən avtomobili idarə etməmiş, həmin avtomobili Şamxal adında şəxs idarə etmiş, onun barəsində Abşeron rayon DYPŞ tərəfindən tərtib edilmiş qərar qanunsuz və əsassızdır, ona gərə də onun bu hadisənin baş verməsində təqsiri mövcud olmadığından bunun nəzərə alınmasını və ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarına əlavə olunmuş Abşeron rayon DYPŞ tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.1-ci və 327.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 100 manat məbləğində inzibati tənbeh tətbiq edilmişdir. İş materiallarına əlavə edilmiş ASAN ödəniş sisteminin rəsmi internet saytından edilmiş çıxarışdan görünür ki, İXP 672736 nömrəli protokol üzrə cərimə ödənildiyindən, inzibati xəta haqqında protokol artıq mövcud deyil. İş materiallarına əlavə olunmuş xx.xx.2025-ci il tarixli ödəniş tapşırığından görünür ki, İddiaçı Sığorta Şirkəti ASC tərəfindən müəyyən edilmiş 700 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2025-ci il tarixli pretenziyadan görünür ki, İddiaçı Sığorta Şirkəti ASC tərəfindən müəyyən edilmiş 700 manat məbləğində sığorta ödənişinin cavabdehdən 10 (on) iş günü ərzində könüllü ödənilməsi tələb edilmişdir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə müvafiq olaraq subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən мülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Bundan əlavə, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 63.1ci maddəsinə əsasən bu qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri subutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək İddiaçı Sığorta Şirkəti ASC-də avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta növü ilə sığortalanmış Cavabdeh idarə etdiyi «Vaz 21723» markalı, **-XR-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2024-cü ildə Abşeron rayonu, Xırdalan şəhəri M.Ə.Rəsulzadə küçəsi ərazisində “Mercedes Benz E220 Cdı” markalı, **-DP-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmiş və bundan sonra cavabdeh hadisə yerindən yayınmışdır. Buna görə də Abşeron rayon DYPŞ tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli qərara əsasən Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.1-ci və 327.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 100 manat məbləğində inzibati tənbeh tətbiq edilmişdir. Nəticədə “Mercedes Benz E220 Cdı” markalı, **-DP-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın məbləği 700 manat müəyyən edilmiş və həmin məbləğ İddiaçı Sığorta Şirkəti ASC tərəfindən ödənilmişdir. Qeyd edilən məbləğ iddiaçı tərəfindən Cavabdeh tələb edilsə də o, həmin məbləği indiyənədək sığorta şirkətinə ödəməmişdir. Cavabdeh sığorta şirkətinə hal-hazırda cəmi 700 manat məbləğində borcu qalmışdır. Ona görə də İddiaçı Açıq Səhmdar Cəmiyyəti məcbur qalıb Cavabdeh qarşı belə bir tələblə məhkəməyə müraciət etmişdir. Bundan başqa məhkəmə onu da qeyd edir ki, Cavabdeh məhkəməyə etiraz ünvanlayaraq hadisə baş verən vaxt qeyd edilən avtomobili idarə etmədiyini, həmin avtomobili Şamxal adında şəxsin idarə etdiyini, onun barəsində Abşeron rayon DYPŞ tərəfindən tərtib edilmiş qərarı qanunsuz və əsassız hesab etdiyini və ona gərə də onun bu hadisənin baş verməsində təqsirinin mövcud olmadığını bildirsə də, lakin bütün bu qeyd edilənlər barədə mötəbər sübutları məhkəməyə təqdim edə bilməmiş, həmçinin Abşeron rayon DYPŞ tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli qərara əsasən qeyd edilən 100 manat cərimə məbləği də cavabdeh tərəfindən ödənilmişdir. Göstərilənlərə əsasən də məhkəmə iddia tələbinin təmin olunmasını qanuni və əsaslı hesab edir. Həmçinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-ci maddəsinin tələblərinə görə,məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş subutlarla əsaslandırır. Məhkəmə iş üzrə sübutlara hüquqi qiymət verərək onda yaranmış daxili inam əsasında belə qənaətə gəlir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 700 manat sığorta ödənişi məbləği və ödənilmiş 30,40 manat dövlət rüsumu olmaqla, cəmi 730,40 manat pul tutularaq İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi təmin edilsin. Cavabdeh 700 (yeddi yüz) manat sığorta ödənişi məbləği və ödənilmiş 30,40 (otuz manat qırx qəpik) manat dövlət rüsumu olmaqla, cəmi 730,40 (yeddi yüz otuz manat qırx qəpik) manat pul tutularaq İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Laçın Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Cavad İbrahimov
Məhkəmə qərarları › İş №e-2(047)-1317/2025
Laçın Rayon Məhkəməsi Qətnamə — İş №e-2(047)-1317/2025
24.02.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver