Məhkəmə qərarları › İş №e-2(047)-653/2024

Laçın Rayon Məhkəməsi Qərardad — İş №e-2(047)-653/2024

12.06.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Laçın rayonu İş № e-2(047)-653/2024 12.06.2024 LAÇIN RAYON MƏHKƏMƏSİ Mən, Laçın Rayon Məhkəməsinin hakimi İbrahimov Cavad Cavanşir oğlu, İddiaçı SİĞORTA ŞİRKƏTİ ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında borcun ödənilməsi tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı SİĞORTA ŞİRKƏTİ ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında borcun ödənilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət etmişdir. İddiaçı SİĞORTA ŞİRKƏTİ ASC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə xx.xx.2024-cü il tarixdə eyni zamanda məhkəməyə ərizə ilə müraciət edərək İddiaçı SİĞORTA ŞİRKƏTİ ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülki iş üzrə iddia ərizəsinin ona əlavə edilmiş sənədlərlə birlikdə İddiaçı SİĞORTA ŞİRKƏTİ ASC-yə geri qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İş materiallarını və iddiaçının nümayəndəsinin ərizəsini nəzərdən keçirib hesab edirəm ki, hazırkı iddia ərizəsi və ərizəyə əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 152.1.9-cu maddəsinə əsasən iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-3.5-ci maddəsinin tələblərinə əsasən ərizənin bu Məcəllənin 284-3.1-ci və 284-3.2-ci maddələri ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, yaxud bu Məcəllənin 152.1.2-152.1.9-cu maddələrində müəyyən edilmiş əsaslar olduqda hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Ərizənin qaytarılması həmin nöqsanlar aradan qaldırıldıqdan sonra kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında yenidən məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə məhkəmə qeyd olunan hüquq normalarını nəzərdən keçirib belə qənaətə gəlir ki, Azərbaycan Respublikası MPM-in 152.1.9-cu və 284-3.5-ci maddələrinin tələbləri nəzərə alınmaqla, həmçinin İddiaçı SİĞORTA ŞİRKƏTİ ASC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə ərizəsinə əsasən iddia ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə İddiaçı SİĞORTA ŞİRKƏTİ ASC-yə geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 284-3, 263-264 və 266- 268-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: İddiaçı SİĞORTA ŞİRKƏTİ ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında borcun ödənilməsi tələbinə dair mülki iş üzrə İddiaçı SİĞORTA ŞİRKƏTİ ASC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə ərizəsinə əsasən iddia ərizəsi və ona əlavə olunmuş sənədlər İddiaçı SİĞORTA ŞİRKƏTİ ASC-yə geri qaytarılsın. Qərardaddan surəti rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Laçın Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim:Cavad İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar