Azərbaycan Respublikası adından QƏTNAMƏ Laçın rayonu İş № e-2(047)-731/2024 03.10.2024 LAÇIN RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Cavad Cavanşir oğlunun sədrliyi, məhkəmə iclas katibi Şükürov Yaşasın Valeh oğlunun katibliyi ilə, İddiaçı «Atəşgah” Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı «Atəşgah” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair iddia ilə məhkəməyə müraciət еdərək tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı «Atəşgah” Sığorta Şirkəti ASC-nin nümayəndəsi iddia ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2020-ci ildə Cavabdeh tərəfindən verilən, X2 tərəfindən idarə olunan “BMW 520İ” markalı **-SG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi “Mercedes Benz C240” markalı **-RO-*** dövlət qeydiyyat nişanlı, “Opel Astra” markalı ** VF *** dövlət qeydiyyat nişanlı, “İveco Otoyol” markalı ** RH *** dövlət qeydiyyat nişanlı və “Mercedes Benz 190” markalı **-UP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri ilə toqquşaraq yol nəqliyyat hadisəsi törətmişdir. İş materiallarına əlavə edilmiş 081883, 082223, 082361, 081882 nömrəli sığorta aktlarından və icbari sığorta bürosundan çıxarışdan (İSB) göründüyü kimi hadisə zamanı Cavabdeh tərəfindən verilən və X2 tərəfindən idarə olunan “BMW 520İ” markalı **-SG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı SŞ-da avtonəqliyyat vasitələrinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalı olmuşdur. İş materiallarına əlavə olunmuş dəymiş zərərin qiymətləndirilməsi barədə hesabatlara əsasən hadisə zamanı “Mercedes Benz C240” markalı **-RO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 1190 manat, “Opel Astra” markalı **-VF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 1660 manat, “İveco Otoyol” markalı **-RH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 240 manat, “Mercedes Benz 190” markalı **-UP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə isə 1000 manat məbləğində ziyan dəymişdir. İddiaçı Sığorta Şirkəti ASC dəymiş zərərləri aradan qaldırmış və iş materiallarına əlavə edilmiş 2174 nömrəli ödəniş tapşırığına əsasən “Mercedes Benz C240” markalı **-RO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərə görə 1190 manat, “Opel Astra” markalı **-VF-***dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərə görə 1660 manat, 2336 nömrəli ödəniş tapşırığına əsasən “İveco Otoyol” markalı **-RH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərə görə 240 manat, 2174 nömrəli ödəniş tapşırığına əsasən “Mercedes Benz 190” markalı **-UP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərə görə isə 1000 manat, ümumilikdə 4090 manat sığorta ödənişləri həyata keçirmişdir. Bildirmək istəyirlər ki, xx.xx.2020-ci il tarixdə yol-nəqliyyat hadisəsi zamanı Cavabdeh nəqliyyat vasitəsini sürücülük vəsiqəsi olmayan X1 idarə etməyə verdiyi üçün ona qarşı subroqasiya hüquqları yaranmışdır. Belə ki, İXP ******* saylı protokola və TP ******* saylı qərara əsasən Cavabdeh İnzibati Xətalar Məcəlləsinin 335.3-cü maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb olunmuşdur. xx.xx.2018-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərara əsasən hadisəni törədən X2 İXM-nin 332.4-cü maddəsi ilə təqsirli bilinsə də barəsində yekun qərar müəyyən edilməmişdir. Bu səbəbdən hesab edirlər ki, 4090 manat pul Cavabdeh İddiaçıSığorta Şirkəti ASC-nin xeyrinə tutulmalıdır. Odur ki, Cavabdeh ümumilikdə 4090 manat vəsaitin və ödənilmiş 60,90 manat dövlət rüsumunun «Atəşgah” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmasına dair qətnamə çıxarılması xahiş edilmişdir. İddiaçı «Atəşgah” Sığorta Şirkəti ASC-nin nümayəndəsi Maarif Mirzəyev məhkəməyə ərizə göndərərək bütün məhkəmə iclaslarını iştirakları olmadan keçirib tələblərinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hazırkı işlə bağlı iddiaçının nümayəndəsinin onun iştirakı olmadan işə baxılması xahişini qanunauyğun sayır və mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş üzrə olan Cavabdeh da məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş «Atəşgah” Sığorta Şirkəti ASC tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il, xx.xx.2020-ci və xx.xx.2020-ci il tarixli dörd ədəd sığorta aktından, icbari sığorta müqaviləsinə dair məlumatdan, qüsur aktından və Bakı şəhəri, Yasamal Rayon Pİ-nin 29-cu polis şöbəsinin avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışdan görünür ki, xx.xx.2020-ci il tarixdə Cavabdeh tərəfindən verilən, X2 tərəfindən idarə olunan “BMW 520İ” markalı **-SG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi “Mercedes Benz C240” markalı **-RO-*** dövlət qeydiyyat nişanlı, “Opel Astra” markalı ** VF *** dövlət qeydiyyat nişanlı, “İveco Otoyol” markalı ** RH *** dövlət qeydiyyat nişanlı və “Mercedes Benz 190” markalı **-UP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri ilə toqquşaraq yol nəqliyyat hadisəsi törətmiş və nəticədə “Mercedes Benz C240” markalı **- RO-*** dövlət qeydiyyat nişanlı, “Opel Astra” markalı **-VF-*** dövlət qeydiyyat nişanlı, “İveco Otoyol” markalı **-RH-*** dövlət qeydiyyat nişanlı və “Mercedes Benz 190” markalı **-UP-*** dövlət qeydiyyat nişanlı avtomobillərə dəymiş ziyanın məbləği ümumilikdə 4090 manat müəyyən edilmişdir. İş materiallarına əlavə olunmuş "xxxx" ASC tərəfindən verilmiş ödəniş tapşırlarından görünür ki, «Atəşgah” Sığorta Şirkəti ASC tərəfindən ümumilikdə 4090 manat sığorta ödənişi ödənilmişdir. İş materiallarına əlavə olunmuş Bakı şəhəri Yasamal rayonu DYPŞ tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Cavabdeh Azərbaycan Respublikası İXMnin 335.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 180 manat məbləğində cərimə edilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli pretenziyadan görünür ki, iddiaçı tərəfindən Cavabdeh 10 iş günü müddətində ümumilikdə 4090 manat məbləğində pulun cəmiyyətə ödənilməsi xahiş olunmuşdur. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə müvafiq olaraq subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən мülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Bundan əlavə, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi, bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri subutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi xx.xx.2020-ci il tarixdə Cavabdeh tərəfindən verilən, X2 tərəfindən idarə olunan “BMW 520İ” markalı **-SG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi “Mercedes Benz C240” markalı **-RO-*** dövlət qeydiyyat nişanlı, “Opel Astra” markalı ** VF *** dövlət qeydiyyat nişanlı, “İveco Otoyol” markalı ** RH *** dövlət qeydiyyat nişanlı və “Mercedes Benz 190” markalı **-UP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri ilə toqquşaraq yol nəqliyyat hadisəsi törətmiş və ona görə də Bakı şəhəri Yasamal rayonu DYPŞ tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli qərara əsasən Cavabdeh Azərbaycan Respublikası İXM-nin 335.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 180 manat məbləğində cərimə edilmişdir. Nəticədə “Mercedes Benz C240” markalı **- RO-*** dövlət qeydiyyat nişanlı, “Opel Astra” markalı **-VF-*** dövlət qeydiyyat nişanlı, “İveco Otoyol” markalı **-RH-*** dövlət qeydiyyat nişanlı və “Mercedes Benz 190” markalı **-UP-*** dövlət qeydiyyat nişanlı avtomobillərə dəymiş ziyanın məbləği ümumilikdə 4090 manat məbləğində müəyyən edilərək «Atəşgah” Sığorta Şirkəti ASC tərəfindən müvafiq qaydada zərərçəkmiş şəxslərə ödənilmişdir. Beləliklə də Cavabdeh həmin şirkətə ödənilməmiş ümumilikdə 4090 manat məbləğində borcu qalmışdır. «Atəşgah” Sığorta Şirkəti ASC tərəfindən ümumilikdə 4090 manat məbləğində dəymiş ziyan cavabdehdən tələb edilsə də qeyd edilən məbləğ Cavabdeh tərəfindən ödənilməmişdir. Ona görə də «Atəşgah” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı belə bir tələblə məhkəməyə müraciət etmişdir. Qeyd olunanlara əsasən məhkəmə iddia tələbinin təmin olunmasını qanuni və əsaslı hesab edir. Həmçinin, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-ci maddəsinin tələblərinə görə,məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş subutlarla əsaslandırır. Məhkəmə iş üzrə sübutlara məcmu qaydada hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Cavabdeh “Mercedes Benz C240” markalı **-RO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərə görə 1190 manat, “Opel Astra” markalı **-VF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərə görə 1660 manat, “İveco Otoyol” markalı **-RH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərə görə 240 manat və “Mercedes Benz 190” markalı **-UP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərə görə isə 1000 manat, cəmi 4090 manat sığorta ödənişi məbləği və ödənilmiş 60,90 manat dövlət rüsumu olmaqla, ümumilikdə 4150,90 manat pul tutularaq «Atəşgah” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi təmin edilsin. Cavabdeh “Mercedes Benz C240” markalı **-RO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərə görə 1190 manat, “Opel Astra” markalı **-VF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərə görə 1660 manat, “İveco Otoyol” markalı **-RH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərə görə 240 manat və “Mercedes Benz 190” markalı **-UP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərə görə isə 1000 manat, cəmi 4090 (dörd min doxsan) manat sığorta ödənişi məbləği və ödənilmiş 60,90 (altmış manat doxsan qəpik) manat dövlət rüsumu olmaqla, ümumilikdə 4150,90 (dörd min bir yüz əlli manat doxsan qəpik) manat pul tutularaq iddiaçı «Atəşgah” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Laçın Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Cavad İbrahimov
Məhkəmə qərarları › İş №e-2(047)-731/2024
Laçın Rayon Məhkəməsi Qətnamə — İş №e-2(047)-731/2024
03.10.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver