Azərbaycan Respublikası adından QƏTNAMƏ Laçın rayonu İş № e-2(047)-744/2023 14.11.2023 LAÇIN RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Cavad Cavanşir oğlunun sədirliyi, məhkəmə iclas katibi Şükürov Yaşasın Valeh oğlunun katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı dəymiş maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı MMC Cavabdeh qarşı dəymiş maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh xx.xx.2021-ci il tarixdə Göyçay rayonu, Məlikkənd kəndi ərazisində idarə etdiyi AZ **-CL-*** dövlət qeydiyyat nişanlı, Mercedes markalı yük avtomobilinə normadan artıq ot bağlamaları yığaraq müəyyən qabarit normaları və yol hərəkəti qaydalarını pozmuş və nəticədə Rəqəmsal inkişaf və Nəqliyyat Nazirliyi '‘Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra “Aztelekom" MMC) Aran regional filialının Göyçay şöbəsinə məxsus 1 ədəd TPP 30x2 kabeli, 2 ədəd TPP 50x2 kabeli və 1 ədəd ağac dirəyi zədələnmişdir. Qeyd olunan zədələnmə nəticəsində "xxxx" MMC-yə 561,80 (beş yüz altmış bir manat səksən qəpik) manat məbləğində maddi ziyan vurulmuşdur. Qeyd olunan zədələnmələr ilə əlaqədar "xxxx" MMC-nin Aran regional filialının Göyçay şöbəsinin işçilərinin iştirakı itə xx.xx.2021ci il tarixdə akt tərtib olunmuşdur. Cavabdeh tərəfindən vurulmuş zərərin ödənilməsi istiqamətində hər hansı bir addım atılmamış, vurulmuş ziyan bu günə kimi ödənilməmişdir. Nazirlər Kabinetinin 14 dekabr 2005-ci il tarixli 227 nömrəli qərarı ilə təsdiq edilmiş "Telekommunikasiya şəbəkələrinin, vasitə və qurğularının mühafizə Qaydaları”nın 6-cı bəndinə əsasən hüquqi və fiziki şəxslər tərəfindən telekommunikasiya şəbəkələrinə, vasitə və qurğularına zədələnmə nəticəsində yaranan zərərin əvəzi təqsirkar şəxslər tərəfindən aidiyyəti operatora, provayderə tam həcmdə ödənilir. Dəymiş ziyan təqsirkar fiziki və hüquqi şəxs tərəfindən könüllü şəkildə ödənilir, tərəflərin razılığa gəlməməsi halında isə ödəmə məhkəmə yolu ilə təmin edilir. Ona görə də Cavabdeh 561,80 (beş yüz altmış bir manat səksən qəpik) manat ziyanın və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq İddiaçı hesabına ödənilməsinə dair qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. İddiaçı MMC-nin nümayəndəsi X1 məhkəməyə ərizə göndərərək məhkəmə iclaslarının iştirakları olmadan keçirib tələblərinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hazırkı işlə bağlı iddiaçının nümayəndəsinin onun iştirakı olmadan işə baxılması xahişini qanunauyğun sayır və mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Cavabdeh isə məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Göyçay rayonu Polis Şöbəsinin xx.xx.2021ci il tarixli TP4573622 saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 100 (bir yüz) manat məbləğində cərimə olunmuşdur. İş materiallarına əlavə olunmuş xx.xx.2021-ci il tarixli Loakal Simetadan və xx.xx.2021-ci il tarixli aktdan görünür ki, «Aztelekom” MMC-nin Aran regional filialının Göyçay şöbəsinə məxsus 1 ədəd TPP 30x2 kabeli, 2 ədəd TPP 50x2 kabeli və 1 ədəd ağac dirəyinin zədələnməsi nəticəsində «Aztelekom” MMC-nə 561,80 manat məbləğində ziyan dəymişdir. İş materiallarına əlavə xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, cavabdehə vurulmuş ziyanın ödəməsi üçün xəbərdarlıq məktubu göndərilmişdir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə görə zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olunması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adı mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1115-ci maddəsinin tələblərinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltməli və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 dekabr 2005-ci il tarixli 227 nömrəli qərarı ilə təsdiq edilmiş "Telekommunikasiya şəbəkələrinin, vasitə və qurğularının mühafizə Qaydaları”nın 6-cı bəndinə əsasən hüquqi və fiziki şəxslər tərəfindən telekommunikasiya şəbəkələrinə, vasitə və qurğularına zədələnmə nəticəsində yaranan zərərin əvəzi təqsirkar şəxslər tərəfindən aidiyyəti operatora, provayderə tam həcmdə ödənilir. Dəymiş ziyan təqsirkar fiziki və hüquqi şəxs tərəfindən könüllü şəkildə ödənilir, tərəflərin razılığa gəlməməsi halında isə ödəmə məhkəmə yolu ilə təmin edilir. Beləliklə, məhkəmə araşdırmaları zamanı iş üzrə tədqiq edilmiş sübutlarla və qeyd edilən münasibətlərə tətbiq edilməli olan hüquq normalarının tələblərinə əsasən belə müəyyən olundu ki, Cavabdeh xx.xx.2021-ci il tarixdə Göyçay rayonu, Məlikkənd kəndi ərazisində idarə etdiyi **-CL-*** dövlət qeydiyyat nişanlı, Mercedes markalı yük avtomobilinə normadan artıq ot bağlamaları yığaraq müəyyən qabarit normaları və yol hərəkəti qaydalarını pozmuş və nəticədə Rəqəmsal inkişaf və Nəqliyyat Nazirliyi '‘Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyətinin Aran regional filialının Göyçay şöbəsinə məxsus 1 ədəd TPP 30x2 kabeli, 2 ədəd TPP 50x2 kabeli və 1 ədəd ağac dirəyi zədələnmişdir. Bununla bağlı Göyçay rayonu Polis Şöbəsinin xx.xx.2021-ci il tarixli TP4573622 saylı inzibati tənbeh vermə haqqında qərarına əsasən Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 100 (bir yüz) manat məbləğində cərimə olunmuşdur. Qeyd olunan zədələnmə nəticəsində "xxxx" MMC-yə 561,80 (beş yüz altmış bir manat səksən qəpik) manat məbləğində maddi ziyan vurulmuşdur. Bundan başqa qeyd olunan zədələnmələr və dəymiş ziyan ilə əlaqədar olaraq "xxxx" MMC-nin Aran regional filialının Göyçay şöbəsinin işçilərinin iştirakı ilə xx.xx.2021-ci il tarixdə akt, həmçinin lokal smeta tərtib olunmuşdur. Bundan sonra «Aztelekom” MMC tərəfindən dəymiş ziyan məbləği Cavabdeh dəfələrlə tələb edilsə də cavabdeh qeyd edilən ziyan məbləğini ödəməmişdir. Ona görə də iddiaçı məcbur olub belə bir tələblə məhkəməyə müraciət etmişdir. Qeyd olunanlara əsasən də məhkəmə belə hesab edir ki, iddia tələbi təmin edilərək Cavabdeh dəymiş ziyan qismində 561,80 (beş yüz altmış bir manat səksən qəpik) manat məbləğində pulun tutularaq İddiaçı MMC-nin hesabına köçürülməsi qanuni və əsaslıdır. Həmçinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə sübutların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, yəni Cavabdeh 561,80 (beş yüz altmış bir manat səksən qəpik) manat məbləğində dəymiş ziyan və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı MMC-nin hesabına ödənilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci, 233-cü və 360-cı maddələrini rəhbər tuturaq, məhkəmə q ə t e t d i: İddia tələbi təmin edilsin. Cavabdeh dəymiş ziyan qismində 561,80 (beş yüz altmış bir manat səksən qəpik) manat məbləğində pul və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu alınıb İddiaçı MMC-nin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Laçın Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Cavad İbrahimov
Məhkəmə qərarları › İş №e-2(047)-744/2023
Laçın Rayon Məhkəməsi Qətnamə — İş №e-2(047)-744/2023
14.11.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver