Məhkəmə qərarları › İş №e-2(048)-201/2024

Lerik Rayon Məhkəməsi Qərardad — İş №e-2(048)-201/2024

15.01.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Lerik rayonu İş № e-2(048)-201/2024 15.01.2024 LERİK RAYON MƏHKƏMƏSİ Məhkəmənin sədri Kiçibəyov Atabəy Qələbəy oğlunun sədrliyi, Mirzəyev Faiq Fizuli oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh mülkiyyət hüququ ilə əlaqədar mübahisələrə dair iddia ərizəsini nəzərdən keçirib, müəyyənetdim: İddiaçı Cavabdeh mülkiyyət hüququ ilə əlaqədar mübahisələrə dair iddia ərizəsi iləməhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, mülki iş geri qaytarılmalıdır. Belə ki, iddaçının konkret öz tələbini əsaslandırdığı hallar və mübahisəni düzgün həll ediməsi zəruri olan digər məlumatlar göstərilməmişdir. İddia ərizəsində iddia tələbi ilə bağlı heç bir məlumat qeyd olunmamışdır. Bununla da, iddiaçı Cavabdeh tərəfindən Azərbaycan Respublikası MPM-nin 35.1, 149.2.2, 149.4 və 150.0.1-ci maddələrinin tələblərinə əməl edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 152.1 və 152.1.1-ci maddələrinin tələbinə görə iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 152, 263, 264, 266-268-ci maddələri rəhbər tutaraq, qəraraaldım: İddiaçı “Cavabdeh mülkiyyət hüququ ilə əlaqədar mübahisələrə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Lerik Rayon Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar