Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-117/2025 03.02.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlunun sədrliyi, Şabanov Vidadi Fərman oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “əmlak tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində qeyd edilən: 1 ədəd qızıl nişan üzüyü - 600 manat, 1 ədəd qızıl topa üzük 750 əyyarlıq (baldızının hədiyyə etdiyi) - 700 manat, 1 ədəd qızıl sep 750 əyyarlıq - 340 manat və 1 cüt sırğa 583 əyyarlıq - 300 manat dəyəri olan qızıl əmlaklarının naturada qaytarılması, əgər qızıllar naturada olmadıqda onların dəyəri olan 1.940 manat pulun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə el adəti qaydasında toy etməklə ailə qurmruşlar və onun valideynlərinə məxsus Lənkəran rayonunda yerləşən evlərinə gəlin köçmüşdür. Gəlin köçərkən valideynləri tərəfindən verilən müxtəlif adda cehiz əmlakını gəlin köçdüyü evə aparıb yığmışdır. Eyni zamanda o, cavabdehlə ailə qurarkən ona müxtəlif adda qızıl zinət əşyaları hədiyyə verilmişdir. Bir müddət onunla yaşasa da sonradan ona qarşı şiddət və zorakılıq göstərdiyindən, onu döydüyündən ondan ayrılmalı olmuçdur. Cavabdehlə ayrıldıqdan sonra ona məxsus komplekt qızıllarını qaytarsa da həmin vaxt söz vermişdir ki, digər catmayan qızıllarını da qayataracaqdır. Lakin o vaxtdan həmin qızıllarını geri qaytarmayıb. Ona məxsus qızıl əmlaklarını aşağıdakı kimi qeyd edir: 1 ədəd qızıl nişan üzüyü - 600 manat dəyərində, 1 ədəd qızıl topa üzük 750 əyyarlıq (baldızının hədiyyə etdiyi) - 700 manat dəyərində, 1 ədəd qızıl sep 750 əyyarlıq - 340 manat dəyərində və 1 cüt sırğa 583 əyyarlıq - 300 manat dəyərində. Bu qızılları cavabdeh özü iddaçıdan almışdır, həmin vaxt bir ailə olaraq yaşadıqlarından daha onunla qızıl söhbəti olmamışdır. Qızıllarla bağlı fotoşəkilləri də məhkəməyə təqdim edir. Hazırda adlarını qeyd etdiyi qızıl əmlakları cavabdehin qanunsuz sahibliyindədir və ona geri qaytarmır. Qızıllarının geri qaytarılması ilə bağlı mediasiyaya müraciət edib, lakin cavabdeh mediasiya prosesinə gəlmədiyindən mübahisəni orada həll edə bilməyiblər. Odur ki, yuxarıda adlarını qeyd etdiyi qızıl əlaklarının naturada qaytarılması, qızıl əmlakları naturada olmadıqda onların ümumi dəyəri olan 1.940 manat pulun cavabdehdən alınıb ona verilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, 14 fevral 2024-cü il tarixdə Cavabdeh ilə ailə quraraq onun atasına Məxsus olan Lənkəran rayonu, Kənarmeşə kəndində yerləşən evinə gəlin köçmüşdür. Bundan sonra cavabdehlə birlikdə Rusiya Federasiyasının Moskva şəhərinə getmişlər və orada yaşamağa başlamışdır. Cavabdeh həmin ərəfədə Moskva şəhərində yerləşən kafelərin birində aşpaz işləyirdi. Cavabdehlə Moskva şəhərinə köçdükdən qısa bir müddət sonra cavabdehlə aralarında mübahisələr yaranmağa başlamışdır. Cavabdeh mütəmadi olaraq, onu döyrək, ona qarşı şiddət göstərmişdir. Cavabdehin bütün bu təzyiqlərinə dözməyərək, valideynlərinin evinə qayıtmağı qərara almışdır. Hətta Moskva şəhərində yaşayan qohumu Arzu adlı şəxs onların evinə gələrək, onları barışdırmağa çalışmışdır və onun səyləri də boşa çıxmışdır, münasibətlərini normallaşdıra bilməmişdir. Cavabdehin bütün bu təzyiqlərinə dözməyərək, 15 aprel 2024cü il tarixdə Lənkəran rayonuna valideynlərinin evinə qayıtmışdır. Lənkərana qayıtdıqdan sonra bədənində cavabdehin zorakılıq hərəkətləri nəticəsində xəsarətlər olduğu üçün anası onu həkimə müalicəyə aparmışdır. O, cavabdehlə ailə qurduqdan sonra onun atasına məxsus olan evə gəlin köçərkən ona toy ərəfəsində hədiyyə verilmiş bütün qızılları özü ilə həmin evə aparmışdır. Sonradan Moskva şəhərinə köçərkən iddia tələbində qeyd etdiyi qızıl zinət əşyalarını üstünə taxaraq özü ilə aparmışdır, digər qızıl zinət əşyaları və bütün cehiz əmlakları cavabdehin atasına məxsus olan Lənkəran rayonu, Kənarmeşə kəndində yerləşən evində qalmışdır. O, Moskva şəhərindən qayıtmamışdan bir neçə gün əvvəl cavabdeh iddia tələbində qeyd etdiyi qızıl zinət şəyalarını zorla ondan alaraq, ona bildirmişdir ki, həmin qızıl zinət əşyaları ona düşmür. Azərbaycan respublikasına qayıdarkən də həmin qızıl zinət əşyaları cavabdehdə qalmışdır və o, həmin əşyaları ona qaytarmaqdan imtinaetmişdir. Həmin əşyalara cavabdeh tərəfindən ondan alınanadək onun istifadəsində olmuşdur. Həmin qızıl zinət əşyalarının mövcud və onun istifadəsində olması məhkəməyə təqdim etdiyi fotoşəkillər, mütəxəssis rəyi və əşyaların satış etiketləri ilə də öz təsdiqini tapır. O, valideynlərinin evinə qayıtdıqdan sonra onun valideynləri tərəfindən cavabdehin atasına müraciət edilmişdir ki, ona məxsus olan əşyaları təhvil versin və o, da bu müraciəti müsbət qarşılamışdır. Onun valideynləri və qohumları bu məqsədlə cavabdehin atası X1 Lənkəran rayonu, Kənarmeşə kəndində evinə getmişlər, sonuncu da ona məxsus olan bütün cehiz əmlaklarını və onda qalan qızıl zinət əşyalarını onlara təhvil vermişdir. Adları iddia tələbində qeyd edilən qızıl zinət əşyalarına münasibətdə X7 bildirmişdir ki, həmin əşyalar onda olmadığına görə onları qaytara bilmir və həmin əşyalar oğlu Elvarda Moskva şəhərində qalmışdır. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin məhkəmə baxışında şahid qismində iştirak edən X2 ifadəsində bildirdi ki, İddiaçı onun qapı qonşusudur. O, Cavabdehla el adəti ilə ailə qurmuşdur. Fatimənin həyat yoldaşı Elvar Moskva şəhərində yaşadığından onu da özü ilə ora aparmışdır. Sonradan onların arasında mübahisə olmuşdur və Fatimənin dayısı onu Moskvadan Lənkərana yola salmışdır. Lənkərana gələrkən o, da Fatiməyə baş çəkməyə getmişdir. Həmin vaxt Fatimənin bədənində qançır izləri olmuşdur. Sonradan Fatimənin cehizlərini geri gətirmək üçün o, da digər qohumlarla birlikdə onun qaynatasının evinə getmişdir. Qaynanası Kərəm, Fatimənin bütün cehiz əmlaklarını və onda olan bir neçə qızıl əşyalarını da onlara təhvil vermişdir. Onlar Fatimənin yerdə qalan digər qızıl zinət əşyalarını qaynatasından istədikdə o, bildirmişdir ki, onda olan bütün qızılları qaytarır, qazal qızıllar isə oğlu Elvarda, Moskva şəhərində qaldığından onları qaytara bilmir. İşin məhkəmə baxışında şahid qismində iştirak edən X6 ifadəsində bildirdi ki, İddiaçı onun doğma bacısıdır. Bacısı, Cavabdehla el adəti ilə ailə qurmuşdur və həyat yoldaşı Moskva şəhərində yaşadığından onunla birlikdə ora köçmüşdür. Bir müddət sonra bacısı Fatimə ilə telefonla danışdıqda görmüşdür ki, onunla həyat yoldaşı arasında mübahisə var. O, Elvarla da bu barədə danışdıqda Elvar ona kobud cavab vermişdir. Gəlin köçdükdən təxminən iki ay sonra bacısı Fatimə Lənkəran rayonuna valideynlərinin evinə qayıtmışdır. O, Fatiməni qarşıladıqda onun qolunda və boynunda qançır izləri olduğunu görmüşdür və Fatimə həmin izlərin Elvarın ona qarşı etdiyi zorakılıq nəticəsində yarandığını bildirmişdir. Sonradan anası və qonşusu Solmaz Məmmədova ilə birlikdə Fatimənin cehizlərini gətirmək üçün onun qaynatası Kərəmin Lənkəran rayonu, Kənarmeşə kəndində yerləşən evinə getmişlər. Kərəm onlara Fatimənin ütün cehiz əşyalarını və onda olan qızıl zinət əşyalarını qaytarmışdır. Yerdə qalan qızılları ondan istədikdə Kərəm Qənbərov bildirmişdir ki, onda nə varsa hamısını qaytarır, digər qızıllar isə onda deyil, oğlu Elvarda olduğundan onları qaytara bilmir. Məhkəmə iddaçını və şahidləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə edilmiş "xxxx" MMC tərəfindən tərtib edilmiş 10 dekabr 2024cü il tarixli mütəxəssis rəyində qeyd edilmişdir ki, Bir ədəd Rusiya istehsalı əyarı 583 çəkisi 5,4 qram olan brilyant qaşlı nişan üzüyünün təklif qiyməti 600 manat, Bir ədəd Rusiya istehsalı əyarı 585 ümumi çəkisi 4,0 qram olan boyunbağı və klonun təklif qiyməti 460 manat, Bir cüt Rusiya istehsalı əyarı 585 çəkisi 1,67 qram olan sırğanın təklif qiyməti 200 manat, Bir ədəd İtaliya istehsalı əyarı 750 çəkisi 7,6 qram olan şəbəkəli yarpaq şəkilli nəfis dizaynlı üzüyün təklif qiyməti 830 manat, Bir ədəd Rusiya istehsalı əyarı 583 çəkisi 5,0 qram olan gülşəkilli nəfis dizaynlı üzüyün təklif qiyməti 550 manat, cəmi 2.640 manat təşkil edir. İş materiallarına əlavə edilmiş “ilkin mediasiya sessiyasında iştirak edilməsi barədə” arayışdan və ödəniş qəbzlərindən görünür ki, hazırki iddia tələbi ilə əlaqadar İddiaçı tərəfindən 60 manat mediasiya xərci və 40 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.4 maddəsinə əsasən, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətcinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İnsan Hüquqlarının və X3 Haqqında Konvesiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgənin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir. (ər-arvadın hər birinin əmlaklarıdır). Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. MPM-nin 9.3-cü maddəsinə əsasən hakim öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Göstərilən hüquq normalarının tələbi baxımından sübut etmə yükü ilə əlaqədar məhkəmə qeyd edir ki, iddia tələbində qeyd olunan qızıl-zinət əşyalarının mövcudluğu, həmin əmlakların iddiaçıya məxsus olması, həmin əmlakların cavabdehin qanunsuz sahibliyində olmasını təsdiq edən sübutları təqdim etmək vəzifəsi iddiaçının üzərinə düşür. Məhkəmə həmçinin qeyd edir ki, qeyd edilən qanunvericilik normaları iddiaçıya özünə məxsus qızıl-zinət əşyalarını başqalarının qanunsuz sahibliyindən geri tələb etmək hüququ verir. Bununla belə, bu qəbildən olan iddialar irəli sürülən zaman iddiaçının üzərinə bir neçə halı sübut etmək vəzifəsi düşür: 1. Tələb olunan qızıl-zinət əşyalarının həqiqətən mövcud olması, nikahdan əvvəl iddiaçıya məxsus olması və ya nikah dövründə və ya sonra ona hədiyyə kimi verilməsi; 2. İddiaçı cavabdehə məxsus və ya istifadəsində olan mənzili tərk edərkən həmin əşyaların həqiqətən də o mənzildə və ya cavabdehin faktiki sərəncamı altında olan başqa yerdə qalması; 3. Tələb olunan qızıl-zinət əşyalarının iddia ərizəsində göstərilən dəyərdə olduğu. Sübutetmə yükü ilə bağlı birinci və üçüncü hissəyə münasibət bildirən məhkəmə hesab edir ki, bu hissələrdə iddiaçı tərəfindən məhkəməyə sübut kimi təqdim edilmiş fotoşəkillərlə, qızıl-zinət əşyalarının satışına dair etiketlərlə və mütəxəssis rəyi ilə iddia tələbində qeyd edilən qızıl-zinət əşyalarının mövcudluğu və dəyəri barədə sübutlar məhkəməyə təqdim edilmişdir. Sübutetmə ilə bağlı ikinci hissəyə gəldikdə isə, bu halı araşdıran zaman, məhkəmə iddiaçının cavabdehlə birgə yaşadıqları mənzildən çıxıb getdiyi zaman onun psixoloji vəziyyəti, tərəflərin qarşılıqlı münasibəti, onun mənzildən zor tətbiqi ilə məcburi çıxarılıbçıxarılmaması kimi halları aydınlaşdırmalıdır. Həmin hallar üzrə araşdırma aparan məhkəmə hesab edir ki, iddiaçı cavabdehlə birgə yaşadıqları mənzildən zor tətbiq etməklə çıxarılıb. Belə ki, iddiaçının Moskva şəhərindən valideynlərinin evinə qayıtmasına səbəb cavabdehin ona qarşı zorakılıq göstərməsi olmuşdur. Məhkəmə baxışında ifadə vermiş şahidlər də iddiaçının Moskva şəhərindən qayıdarkən bədənində qançır izləri olduğunu və həyat yoldaşının ona qarşı zorakılıq göstərdiyini bildirmişlər. Beləliklə, məhkəmə araşdırması zamanı iddiaçının izahatını, şahidlərin ifadəsi və digər sübutlardan müəyyən edildi ki, tərəflər vətəndaş nikahına daxil olaraq ailə qurmuşlar. Onlar ailə qurarkən iddiaçı cavabdehin atasına məxsus olan Lənkəran rayonu, Kənarmeşə kəndində yerləşən evə gəlin köçmüşdür. Gəlin köçərkən valideynlərinin tərəfindən verilən müxtəlif adda cehiz əmlakını gəlin köçdüyü evə aparmışdır. Eyni zamanda o, cavabdehlə ailə qurarkən ona müxtəlif adda qızıl zinət əşyaları hədiyyə vermişdir. Sonradan onlar Moskva şəhərinə köçmüşlər. Tərəflər arasında mübahisə yarandığından iddiaçı Lənkəran rayonuna valideynlərinin evinə qayıtmışdır. İddiaçı cavabdehlə ayrılarkən iddia tələbində qeyd etdiyi qızıl zinət əşyalarının onda qaldığını və sonradan ona verilmədiyini bildirmişdir. İddiaçının qaynatası olan X4 iddiaçının onda olan bütün cehiz və qızıl-zinət əşyalarını qaytarmış, həmin əmlakları təhvil almağa gedən iddiaçının nümayəndələrinə iddia tələbində qeyd edilən qızıl-zinət əşyalarının oğlu Elvarda qaldığını bildirmişdir. Məhkəmə qeyd edir ki, araşdırma zamanı iddia ərizəsində sadalanan qızıl-zinət əşyalarının iddiaçıda deyil cavabdehdə qalması ilə bağlı iddiaçı tərəfindən işin faktiki halları sübuta yetirilmişdir. Lakin cavabdeh məhkəmə iclasına gəlməmiş həmin qızıl-zinət əşyalarının iddiaçı tərəfindən aparılmasını təsdiq edən sübutu məhkəməyə təqdim edə bilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia ərizəsində sadalanan İddiaçı məxsus – 1 ədəd qızıl nişan üzüyü - 600 manat, 1 ədəd qızıl topa üzük 750 əyyarlıq (baldızının hədiyyə etdiyi) - 700 manat, 1 ədəd qızıl sep 750 əyyarlıq - 340 manat və 1 cüt sırğa 583 əyyarlıq - 300 manat dəyəri olan qızıl əmlakları Cavabdeh alınaraq İddiaçı verilməlidir. Bu səbəblərdən məhkəmə belə hesab edir ki, iddia təlbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosesual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edildiyindən iddia üzrə ödənilmiş mediasiya xərcinə dair 60 manat və dövlət rüsumunun əvəzi olaraq 40 manat, cəmi 100 manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə, iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia tələbi təmin edilsin. İddiaçı məxsus - 1 ədəd qızıl nişan üzüyü - 600 manat, 1 ədəd qızıl topa üzük 750 əyyarlıq - 700 manat, 1 ədəd qızıl sep 750 əyyarlıq - 340 manat və 1 cüt sırğa 583 əyyarlıq - 300 manat dəyərində olan qızıl-zinət əşyaları, həmin qızıl-zinət əşyaları mövcud olmadıqda isə onların hər birinin dəyəri Cavabdeh alınaraq İddiaçı verilsin. İddia tələbi üzrə ödənilmiş mediasiya xərcinə dair 60 manat, dövlət rüsumunun əvəzi olaraq 40 manat, cəmi 100 manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq İddiaçı ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Anar Pənahov
Məhkəmə qərarları › İş №e-2(049)-117/2025
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-117/2025
03.02.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver