Məhkəmə qərarları › İş №e-2(049)-1655/2024

Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №e-2(049)-1655/2024

01.08.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № e-2(049)-1655/2024 01.08.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ X1 Əhmədağa oğlunun sədrliyi, məhkəmə iclasının katibi Hüseynov Murad Əbdül oğlunun katibliyi, Cavabdeh1 nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı “Günay Sığorta» ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı sığorta ödənişinin tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı “Günay Sığorta» ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı sığorta ödənişinin tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 4246 manat məbləğində verilmiş sığorta ödənişinin və 63.40 manat dövlət rüsumunun cavabdehlərdən xeyrlərinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişlər. Mülki işin məhkəmə baxış iclası xx.xx.2024-cü il tarixə, saat 15:00-a təyin edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçının nümayəndəsi və digər Cavabdeh2 məhkəmə iclasına gəlməmiş, lakin iddiaçının nümayəndəsi Nümayəndə1 elektron qaydada məhkəməyə ərizə göndərərək, cavabdehlə barışıq əldə etdiklərini göstərib iddia ərizəsinin baxılamış saxlanılmasını və ərizənin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi Nümayəndə2 işə mahiyyəti üzrə baxılmasını təkid etməmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin iddia ərizəsini baxılmaış saxlanılmasını xahiş etməsini, Cavabdeh1 nümayəndəsi Nümayəndə2 isə işə mahiyyəti üzrə baxılmasını təkid, eləcə də digər cavabdehin məhkəmə iclasında iştirak etməməsini nəzərə alaraq hesab edir ki, “Günay Sığorta» ASC-nin Cavabdeh1 və Cavabdeh2 qarşı sığorta ödənişininun tələbinə dair iddia ərizəsi qaytarılmaqla baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası Mükli Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmək üçün 63.40 manat dövlət rüsumu ödəmişdir. İddia ərizəsi qaytarıldığına görə iddiaçı tərəfindən ödənilmiş 63.40 manat dövlət rüsumu ona qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 259-260-cı, 263- 264-cü və 266-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Ərizə təmin edilsin. İddiaçı “Günay Sığorta» ASC-nin Cavabdeh1 və Cavabdeh2 qarşı sığorta ödənişinin tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər qaytarılmaqla baxılmamış saxlanılsın. İddiaçı tərəfindən iddianın verilməsi üçün xx.xx.2024-cü il tarixli qəbzlə ödənilmiş 63.40 manat dövlət rüsumu iddiaçıya qaytarılsın. Qərardad tərəflərə rəsmi qaydada verlidikdən sonra on gün müddətində Lənkəran Rayon Məhkəməsinə şikayət verilə bilər. X2

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar