Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № e-2(049)-2024/2024 08.07.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şabanov Vidadi Fərman oğlunun katibliyi ilə, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “əmlak tələbinə” dair mülki işə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavandeh Cavabdeh qarşı “əmlak tələbinə” dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmənin baxış iclası 08 iyul 2024-cü il tarixə saat 11:30-a təyin edilmiş edilmişdir və məhkəmə iclasının vaxtı və yeri barədə iş üzrə tərəflər qanunamüvafiq qaydada məlumatlandırılmışlar. Belə ki, iş materiallarından müəyyən edilir ki, hazırki mülki iş üzrə iddia ərizəsi İddiaçı tərəfindən Lənkəran Rayon Məhkəməsinə “Elektron məhkəmə” İnformasiya sistemində yaradılan elektron kabinet vasitəsilə təqdim edilmişdir. İddiaçı “Elektron məhkəmə” İnformasiya sistemində mülki iş üzrə proses iştirakçısı kimi qeydə alınmış və müvafiq məhkəmə bildirişi ona məxsus elektron kabinetə yerləşdirilmişdir. Lakin iş üzrə iddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. İşin məhkəmə baxışında iştirak edən Cavabdeh işə mahiyyəti üzrə baxılmasını tələb etmədiyini bildirərək, iddia ərizəsinin baxılmamış saxlanmasını məhkəmədə xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.3 maddəsinə əsasən, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə işin bu hallarını nəzərə alaraq və iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra–MPM) 259.0.7ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 3 saylı 31 mart 2011-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. MPM-in 260.1 və 260.7-ci maddələrinə görə məhkəmə iddianın baxılmamış saxlanılması haqqında qərardad çıxarır və həmin qərardaddan şikayət verilə bilər. Göstərilənlərə əsasən və MPM-in 259, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “əmlak tələbinə” dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Lənkəran Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Anar Pənahov
Məhkəmə qərarları › İş №e-2(049)-2024/2024
Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №e-2(049)-2024/2024
08.07.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver