Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-220/2025 17.02.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Ələsgərov Elvin Əvəz oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məmmədzadə Məhəmməd Valeh oğlunun katibliyi ilə, iddiaçı Xalq Sığorta ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında sığorta ödənişinin tutulması tələbinə” dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Xalq Sığorta ASC-nin Cavabdeh “subroqasiya qaydasında sığorta ödənişinin tutulması tələbinə” dair mülki işə iddia icraatı qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçı tərəfindən ödənilmiş sığorta ödənişinin əvəzi olaraq, 5830 manat zərər məbləğinin və ödənilmiş 78,30 manat dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçı"xxxx" ASC-yə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırmışdır ki, xx.xx.2021-ci il tarixdə, saat 17:30 radələrində Samux rayonu, Çobanabdallı kəndi ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində, Cavabdeh idarə etdiyi “Mercedes Benz E220” markalı, **-HC-*** dövlət qeydiyyat nişanlı avtomobil, X3 idarə etdiyi “VAZ 21063” markalı, **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə X4 vəfat etmiş, həmçinin sonuncu avtomobilə maddi zərər dəymişdir. “Mercedes Benz E220” markalı, **-HC-*** dövlət qeydiyyat nişanlıavtomobil onun xx.xx.2021-ci il tarixindən xx.xx.2022-ci il tarixinə qədər PXA ********** saylı icbarisığorta şəhadətnaməsi ilə sığortalanmışdır. xx.xx.2021-ci il tarixli qiymətləndirmə aktından görünür ki, “VAZ 21063” markalı, **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobilə 830 manat zərər dəymişdir. Ölüm haqqında şəhadətnaməyə əsasən, X4 yol-nəqliyyat hadisəsi nəticəsində aldığı xəsarətlərdən vəfat etmişdir. xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli ödəniş sənədlərinə əsasən, 5000.00 manat və 830 manat ümumilikdə 5830 manat pul vəsaiti iddiaçı tərəfindən etibarnamə üzrə nümayindəsi X1 bank hesabına ödənilmişdir. xx.xx.2022-ci il tarixli, 1(058)-10/2022 nömrəli Samux Rayon Məhkəməsinin hökmü ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1ci, 263.2-ci və 264-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmişdir. Cavabdeh yol-nəqliyyat hadisəsi yerindən qaçmışdır. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsi zəruridir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmış iddiaçı və cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəblərini göstərməmişlər. Eləcə də cavabdeh tərəfindən iddiaya qarşı hər hansı etiraz verilməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM-nin) 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iddia tələbinin dəlillərinə qiymət verərək aşağıda qeyd olunanlara əsasən hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan sığorta müqaviləsinə dair məlumatdan görünür ki, X5 ilə xx.xx.2021-ci tarixdə PXA********** saylı icbari sığorta müqaviləsi bağlanmış, həmin müqavilə ilə Mercedes Benz E220 CDİ makalı 99HC826 dövlət nömrə nişanlı avtomobil əmlaka vurulan zərərə görə 50000 manat, sağlamlığa vurulan zərər görə bir şəxs üçün 5000 manat, bir hadisə üzrə 50000 manat məbləğində sığortalanmışdır. Samux Rayon Məhkəməsinin 14 iyun 2022-ci il tarixli 1(058)-10/2022 nömrəli hökmü ilə Cavabdeh Azərbaycan Respublikası CM-in 177.1, 263.2 və 264-cü maddələri ilə təqsirli bilinib qəti olaraq 2 il müddətə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə, 5 il 2 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İş materiallarında olan Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışdan görünür ki, Mercedes Benz E-220 CDİ 99HC826 dövlət qeydiyyat nişanlı avotmobili qəza törədərək, X3 idarə etdiyi Vaz 21063 markalı 57CA889 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, sonuncu şəxs qəzada vəfat etmişdir. Hadisə baş verən zaman avtomobilin mülkiyyətçisi X6, sürücü isə Cavabdeh olmuşdur. İş materiallarında olan AutoBox avtomobil servisin xx.xx.2021-ci il tarixli 6477 nömrəli qiymətləndirilmə aktından görünür ki, ödənişçi XalqSığorta ASC-nin ödəyəcəyi məbləğ 830 manat məbləğdir. İş materiallarında olan PXA93522 nömrəli XalqSığorta ASC-yə məxsus sığorta aktından görünür ki, zərər dəymiş avtomobil üçün 830 manat məbləğində sığorta ödənişi X1 hesabına köçürülməlidir. İş materiallarında olan PXA116935 nömrəli XalqSığorta ASC-yə məxsus sığorta aktından görünür ki, X3 ölümünə görə 5000 manat məbləğində sığorta ödənişi X1 hesabına köçürülməlidir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli 8207 və xx.xx.2022-ci il tarixli 8306 ömrəli ödəniş tapşırıqlarına əsasən X2 ümumilikdə 5830 manat sığorta ödənişi edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müvafiq maddələrinə əsasən: 883.1-ci maddəsində əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. 884.1-ci maddəsində əsasən sığorta münasibətləri sığortalının və ya sığorta olunanın əmlakı, həyatı, sağlamlığı, mülki məsuliyyəti, qanunla qadağan olunmayan fəaliyyəti, o cümlədən sahibkarlıq fəaliyyəti ilə bağlı olan əmlak mənafelərinin müdafiəsi sahəsində risklərin ötürülməsinə və ya bölüşdürülməsinə əsaslanır. 936.1-ci maddəsində əsasən sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququ mövcuddur. 936.2-ci maddəsində əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 936.5-ci maddəsində əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. 1108.1-ci maddəsində əsasən (ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə törədilmiş zərərə görə məsuliyyət) əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası qanunun müvafiq maddələrinə əsasən: 23.1. Sığortaçının aşağıdakı hüquqları vardır: 23.1.6. sığorta ödənişini verdikdən sonra müvafiq şəxslərə qarşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936-cı maddəsində və bu Qanunun 25-ci maddəsində nəzərdə tutulmuş qaydada subroqasiya hüququndan istifadə etmək 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Bu qanunun 25.1.3-ci maddəsində əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi halında sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. 63.1. Bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, 25-ci maddəsinə əlavə olaraq avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin(bundan sonra MPM-nin) 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-nin 77.1-ci maddəsinə əsasən hərbir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. MPM-nin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinin tələblərinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd olunanlara əsasən və MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 5830 manat zərər məbləğinin və ödənilmiş 78,30 manat dövlət rüsumu, cəmi 5908,30 (beş min doqquz yüz səkkiz manat otuz qəpik) manat məbləğində pul vəsaiti tutularaq, iddiaçı Xalq Sığorta ASC-nin hesabına ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elvin Ələsgərov
Məhkəmə qərarları › İş №e-2(049)-220/2025
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-220/2025
17.02.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver