Məhkəmə qərarları › İş №e-2(049)-2225/2024

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-2225/2024

11.07.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-2225/2024 11.07.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: Lənkəran Rayon Məhkəməsinin hakimi Qasımov Muradağa Əhmədağa oğlunun sədrliyi ilə, Hüseynov Murad Əbdül oğlunun katibliyi, İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı «pul» tələbi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Lənkəran Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: TƏSVİRİ HİSSƏ: İddiaçı Sığorta Şirkəti ASC-nin kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi verərək, Cavabdeh “X4” markalı ** RR *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə ödənilmiş 252 AZN (iki yüz əlli iki manat) sığorta ödənişinin və ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbarı sığorta hadisəsi hesab edilə bilən təfərrüatları barədə” arayışa (forma 4) əsasən, xx.xx.2021-ci ildə Cavabdeh tərəfindən “Yol vərəqəsi” ilə idarə olunan “Daewoo BS 090” markalı, ** MK *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi yol-nəqliyyat hadisəsi törədərək “X4” markalı, ** RR *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuşdur. İş materiallarına əlavə edilmiş ********** nömrəli sığorta müqaviləsinin 139721 nömrəli sığorta aktından və icabri sığorta bürosunundan çıxarışda (isb) göründüyü kimi hadisə zamanı Cavabdeh idarə etdiyi “Daewoo BS 090” markalı, ** MK *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı SŞ-də avtonəqliyyat vasitələrinin mülki məsluliyyətinin icabari sığortası növü üzrə sığortalı olmuşdur. İş materiallarına əlavə edilmiş "xxxx" MMC tərəfindən verilmiş 93 nömrəli “Yol vərəqəsi”nə əsasən, Cavabdeh “Daewoo BS 090” markalı, ** MK *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək üçün xx.xx.2021-ci ildən xx.xx.2021-ci il tarixədək yol vərəqəsi olmuşdur. Nəqliyyat vasitələrinin yol-nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabata əsasən, “X5” markalı, ** RR *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 262 AZN (iki yüz altmış iki manat) məbləğində zərər dəymişdir. İddiaçı Sığorta dəymiş zərəri aradan qaldıraraq, iş materiallarına əlavə edilmiş ********* (2373) saylı ödəniş tapşırığına əsasən, “X4” markalı ** RR *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə zərərçəkən X1 262 AZN (iki yüz altmış iki manat) sığorta ödənişi həyata keçirmişdir. Bildirmək istəyirlər ki, xx.xx.2021-ci tarixdə yol-nəqliyyat hadisəsi zamanı Cavabdeh hadisə yerindən yayındığı üçün ona qarşı subroqasiya hüququmuz yaranmışdır. Belə ki, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan və İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Cavabdeh İXM-nin 327.6 və 327.1-ci maddələri ilə təqsirli bilinmişdir. Həmçinin iş materiallarına əlavə edilmiş izahatlar da şəxsin hadisə yerindən yayınması faktını təsdiqləyir. İş materiallarına əlavə edilmiş izahatlar da şəxsin hadisə yerindən yayınması faktını təsdiqləyir. İş materiallarına əlavə edilmiş qalıq borc barədə arayışdan görünür ki, 262 AZN (iki yüz altmış iki manat) ödənişin 10 AZN (on manat) hissə Cavabdeh tərəfindən ödənilmişdir. Qalan 252 AZN (iki yüz əlli iki manat) isə ödənilməmiş qalmışdır. Hesab edir ki, ödənilmiş 252 AZN (iki yüz əlli iki manat) sığorta ödənişi Cavabdeh İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. Azərbaycan Respublikası MPM-nin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Cavabdeh iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə göndərməmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbarı sığorta hadisəsi hesab edilə bilən təfərrüatları barədə” arayışan görünür ki, xx.xx.2021-ci ildə Cavabdeh tərəfindən “Yol vərəqəsi” ilə idarə olunan “Daewoo BS 090” markalı, ** MK *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi yol-nəqliyyat hadisəsi törədərək “X4” markalı, ** RR *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuşdur. ********** nömrəli sığorta müqaviləsinin 139721 nömrəli sığorta aktından və icabri sığorta bürosunundan çıxarışdan göründüyü kimi hadisə zamanı Cavabdeh idarə etdiyi “Daewoo BS 090” markalı, ** MK *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı SŞdə avtonəqliyyat vasitələrinin mülki məsluliyyətinin icabari sığortası növü üzrə sığortalı olmuşdur. İş materiallarına əlavə edilmiş "xxxx" MMC tərəfindən verilmiş 93 nömrəli “Yol vərəqəsi”nə əsasən, Cavabdeh “Daewoo BS 090” markalı, ** MK *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək üçün xx.xx.2021-ci ildən xx.xx.2021-ci il tarixədək yol vərəqəsi olmuşdur. Nəqliyyat vasitələrinin yol-nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabatan görünür ki, “X5” markalı, ** RR *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 262 AZN (iki yüz altmış iki manat) məbləğində zərər dəymişdir. iş materiallarına əlavə edilmiş ********* (2373) saylı ödəniş tapşırığından görünür ki, “X4” markalı ** RR *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə zərərçəkən X1 "xxxx" ASC tərəfindən 262 AZN (iki yüz altmış iki manat) sığorta ödənişi həyata keçirmişdir. İş materiallarına əlavə edilmiş qalıq borc barədə arayışdan görünür ki, 262 AZN (iki yüz altmış iki manat) ödənişin 10 AZN (on manat) hissə Cavabdeh tərəfindən ödənilmiş, Qalan 252 AZN (iki yüz əlli iki manat) isə ödənilməmiş qalmışdır. İş materiallarına əlavə edilmiş mədaxil qəbzindən görünür ki, iddiaçı "xxxx" ASC-nin məhkəməyə müraciət etməsi üçün dövlət büdcəsinə 30 manat dövlət rüsumu ödəmişdir. Beləliklə iş materiallarından müəyyən olunur ki, "xxxx" MMC tərəfindən verilmiş 93 nömrəli “Yol vərəqəsi”nə əsasən, Cavabdeh “Daewoo BS 090” markalı, ** MK *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yol-nəqliyyat hadisəsi törədərək “X4” markalı, ** RR *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuş və həmin nəqliyyat vasitəsinə 262 AZN (iki yüz altmış iki manat) məbləğində zərər dəymişdir. Nəticədə, Atəşgah” Sığorta dəymiş zərəri aradan qaldıraraq, ********* (2373) saylı ödəniş tapşırığına əsasən, “X4” markalı ** RR *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə zərərçəkən X1 262 AZN sığorta ödənişi həyata keçirmişdir. Yol-nəqliyyat hadisəsi zamanı Cavabdeh hadisə yerindən yayındığı üçün onun barəsində TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar və İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan tərtib olunmuşdur. Nəticədə, İddiaçı Sığorta Şirkəti ASC-nin cavabdehə qarşı subroqasiya hüququ yaranmışdır. Qalıq borc barədə arayışdan görünür ki, 262 AZN (iki yüz altmış iki manat) ödənişdən 10 AZN (on manat) hissə Cavabdeh tərəfindən ödənilmiş, lakin qalan 252 AZN (iki yüz əlli iki manat) isə ödənilməmiş qalmışdır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, ödənilmiş 252 AZN (iki yüz əlli iki manat) sığorta ödənişi və 30 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 883-cü maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Qeyd olunan Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişi vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 936.5-ci maddəsinə əsasən sığotaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və ya müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Həmin Məcəllənin 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. Qeyd olunan Məcəllənin 1108-ci maddəsinə müvafiq olaraq ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və ya. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və ya) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 30 manat dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. NƏTİCƏ HİSSƏ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 252 manat məbləğində verilmiş sığorta ödənişi və 30 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə (elektron məhkəmə informasiya sistemində yaradılmış elektron cabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. X3

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar