Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-2298/2024 01.10.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, Məmmədov Tural Məhərrəm oğlunun katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 və Cavabdeh iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «əmlakın boşaldılması» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, banka məxsus olan Lənkəran şəhəri, Hənifə Abdullayev küçəsi ev 4 a, mənzil 11-də istifadədə olan 43.2 kv.m ümumi, 27.6 kv.m yaşayış sahəsi, 15.6 yardımçı sahədən 2 otaqlı mənzildə yaşayan Cavabdeh və digər şəxslərin mənzildən çıxarılması, mənzilin boşaldılaraq banka təhvil verilməsi, həmçinin məhkəmədə iddia qaldırmaq üçün 100 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, bankla Cavabdeh arasında xx.xx.2010-cu il tarixli, AK030/L/2010 nömrəli kredit müqaviləsinə əsasən 24 ay müddətinə, illik 24 faiz olmaqla 30000 manat kredit verilmişdir. Bu kredit müqaviləsi üzrə pul öhdəliklərinin icrasının təmin edilməsi məqsədilə Cavabdeh ilə bağlanmış xx.xx.2010-cu il tarixli ipoteka müqaviləsinə və MA seriyalı ******* saylı, **********80-05101-093014 reyestr nömrəli, **********7 qeydiyyat nömrəsi ilə xx.xx.2010-cu il tarixdə qeydə alınmış Daşınmaz əmlakın Dövlət Reyestr Xidmətinin Lənkəran ərazi İdarəsi tərəfindən Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Cavabdeh məxsus olan Lənkəran şəhəri, Hənifə Abdullayev küçəsi ev 4 a, mənzil 11-də istifadədə olan 43.2 kv.m ümumi, 27.6 kv.m yaşayış sahəsindən, 15.6 yardımçı sahədən 2 otaqlı mənzildən ibarət mənzil bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Kredit alan Cavabdeh ödəniş cədvəlinə əsasən kreditin qaytarılması üzrə öhdəliklərini lazımınca icra etmədiyi üçün borcun qaytarılması barədə məhkəməyə müraciət edilmişdir. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2(049)-1555/2012 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh 2681.95 manat məbləğində əsas kredit borcunun, 170.4 manat faiz borcunun və hər gecikdirilmiş günə görə hesablanmış 151 manat məbləğində cərimə borcunun, cəmi 3003.35 (üç min üç manat otuz beş qəpik) manat məbləğində borcun tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması və tutmanın Cavabdeh məxsus olan ünvan 1 ünvanına yönəldilməsi qət edilmişdir. Qətnamənin icrası məqsədilə keçirilmiş hərracın nəticəsində ipoteka saxlayan İddiaçı ASC ipoteka predmeti bank tərəfindən alınmış, mənzil bankın balansına keçirilmiş və bu hüquq xx.xx.2014-cü il tarixli, RX0504754 saylı çıxarışla qeydə alınmışdır. Lakin həmin mənzildə yaşayan Cavabdeh və digər şəxslər mənzili tərk etməkdən boyun qaçırırlar. Məhkəmə iclasında iştirak edən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 iddia tələbini müdafiə etdi, iddia ərizəsində göstərilənlərə uyğun məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini etiraf etdi, bank olan borcunu ödəyə bilməməsini maddi imkansızlıqla əlaqələndirərək, iddia tələbinin təmin edilməsinə etirazının olmadığını bildirdi. İş materiallarında olan: Lənkəran Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2(049)-1555/2012 nömrəli qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin edilmiş, Cavabdeh 2681.95 manat məbləğində əsas kredit borcunun, 170.4 manat faiz borcunun və hər gecikdirilmiş günə görə hesablanmış 151 manat məbləğində cərimə borcunun, cəmi 3003.35 (üç min üç manat otuz beş qəpik) manat məbləğində borcun tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması və tutmanın Cavabdeh məxsus olan ünvan 1 ünvanına yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması, satışdan əldə olunan vəsaitdən cavabdehin banka olan borcunun ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Hərracın yekunları üzrə əmlakın alğı-satqısı barədə xx.xx.2013-cü il tarixli müqavilədən görünür ki, "xxxx" MMC-nin direktoru R.M.Abbasov ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti arasında Cavabdeh məxsus Lənkəran şəhəri, X1 küçəsi ev 4A, mənzil 11-də yerləşən mənzilə dair müqavilə bağlanılmışdır. Hüquqların Dövlət qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2014-cü il qeydiyyat tarixli Seriya RX, ******* №-li Çıxarışdan görünür ki, Lənkəran şəhəri, X1 küçəsi ev 4A, mənzil 11-də yerləşən ümumi sahəsi 43.2 kv.m, yaşayış sahəsi 27.6 kv.m, yardımçı sahəsi 15.6 kv.m olan 2 otaqlı mənzil üzərində İddiaçı ASC-nin “Mərkəzi” filialının mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. xx.xx.2024-cü il tarixli, ********** №-li mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, bankla Cavabdeh arasında xx.xx.2010-cu il tarixli, AK030/L/2010 nömrəli kredit müqaviləsinə əsasən 24 ay müddətinə, illik 24 faiz olmaqla 30000 manat kredit verilmişdir. Bu kredit müqaviləsi üzrə pul öhdəliklərinin icrasının təmin edilməsi məqsədilə Cavabdeh ilə bağlanmış xx.xx.2010cu il tarixli ipoteka müqaviləsinə və MA seriyalı ******* saylı, **********80-05101-093014 reyestr nömrəli, **********7 qeydiyyat nömrəsi ilə xx.xx.2010-cu il tarixdə qeydə alınmış Daşınmaz əmlakın Dövlət Reyestr Xidmətinin Lənkəran ərazi İdarəsi tərəfindən Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Cavabdeh məxsus olan Lənkəran şəhəri, Hənifə Abdullayev küçəsi ev 4 a, mənzil 11-də istifadədə olan 43.2 kv.m ümumi, 27.6 kv.m yaşayış sahəsindən, 15.6 yardımçı sahədən 2 otaqlı mənzildən ibarət mənzil bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Kredit alan Cavabdeh ödəniş cədvəlinə əsasən kreditin qaytarılması üzrə öhdəliklərini lazımınca icra etmədiyi üçün borcun qaytarılması barədə məhkəməyə müraciət edilmişdir. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2(049)-1555/2012 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh 2681.95 manat məbləğində əsas kredit borcunun, 170.4 manat faiz borcunun və hər gecikdirilmiş günə görə hesablanmış 151 manat məbləğində cərimə borcunun, cəmi 3003.35 (üç min üç manat otuz beş qəpik) manat məbləğində borcun tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması və tutmanın Cavabdeh məxsus olan ünvan 1 ünvanına yönəldilməsi qət edilmişdir. Qətnamənin icrası məqsədilə keçirilmiş hərracın nəticəsində ipoteka saxlayan İddiaçı ASC ipoteka predmeti bank tərəfindən alınmış, mənzil bankın balansına keçirilmiş və bu hüquq xx.xx.2014-cü il tarixli, RX0504754 saylı çıxarışla qeydə alınmışdır. Lakin həmin mənzildə yaşayan Cavabdeh və digər şəxslər mənzili tərk etməkdən boyun qaçırırlar. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya və Mülki Kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.4-cü maddəsinə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə 22 iyun 2023-cü il tarixli 02/2023 №-li Qərardadının 22-ci bəndində ifadə edilmiş hüquqi mövqeyə görə əgər tərəflər arasında ipoteka müqaviləsi 2018-ci il 28 dekabr tarixinədək, yəni “İpoteka haqqında” Qanunun 59.4-cü maddəsinə bu Qərardadın 16-cı bəndində göstərilən düzəliş edilənədək bağlanmışdırsa, ipoteka predmeti olan yaşayış evlərindən və mənzillərdən cavabdehlərin məcburi qaydada çıxarılmasına dair tələblərə mahiyyəti üzrə hüquqi qiymət verilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.4-cü maddəsinin 2018-ci il 28 dekabr tarixinədək mövcud olmuş redaksiyasında bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslərin evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılması nəzərdə tutulurdu. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.4-cü maddəsinə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə xx.xx.2023-cü il tarixli Qərardadına əsasən tərəflər arasında ipoteka müqaviləsi 2018-ci il 28 dekabr tarixinədək bağlanmışdırsa, ipoteka qoyulmuş fərdi yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda “ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvlərinin və digər şəxslərin tutduqları yaşayış sahəsindən ən geci bir ay ərzində çıxarılmalarına dair” iddia tələblərinə mahiyyəti üzrə baxılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 100 manat dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. MPM-nin 217.4-cü maddəsinin tələblərinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd olunanlara məcmu halda qiymət verərək, hesab edir ki, iddia təmin edilməli, Lənkəran şəhəri, X1 küçəsi ev 4A, mənzil 11-də yerləşən ümumi sahəsi 43.2 kv.m, yaşayış sahəsi 27.6 kv.m, yardımçı sahə15.6 kv.m olan 2 otaqlı mənzildə yaşayan Cavabdeh və digər şəxslər həmin mənzildən çıxarılmalı, mənzil boşaldılaraq iddiaçıya təhvil verilməli, iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Qeyd olunanlara əsasən və MPM-nin 216-210-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Lənkəran şəhəri, X1 küçəsi ev 4A, mənzil 11-də yerləşən ümumi sahəsi 43.2 kv.m, yaşayış sahəsi 27.6 kv.m, yardımçı sahəsi 15.6 kv.m olan 2 otaqlı mənzildə yaşayan Cavabdeh və digər şəxslər həmin mənzildən çıxarılsınlar və mənzil boşaldılaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə təhvil verilsin. İddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində «Elektron məhkəmə» informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirməklə Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Nicat Ağabəyov
Məhkəmə qərarları › İş №e-2(049)-2298/2024
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-2298/2024
01.10.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver