Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-2839/2024 27.08.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh qarşı inzibati xəta haqqında protokola görə İddiaçı MMC tərəfindən ödənilmiş borcun ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı MMC Cavabdeh qarşı İddiaçı MMC tərəfindən ödənilmiş borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, inzibati xəta haqqında protokola görə İddiaçı MMC tərəfindən ödənilmiş 282 manat borcun və eləcədə ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh alınaraq, İddiaçı MMC-nin xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı MMC İddia tələbini onunla əsalandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixli MAS-5293 saylı X4 əsasən lizinq alanın sifarişi ilə 2021-ci il buraxılışı “ Khazar SD markalı, **-PY-*** dövlət qeydiyyat nişanlı, qara rəngli avtomobil Cavabdeh müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. Cavabdeh Daxili lizinq və ödəniş cədvəlinin şərtlərinə əməl etməmiş, cavabdeh lizinq ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazimi qaydada icra etməmiş və onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. Bununla əlaqədar olaraq İddiaçı MMC iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət etmiş, məhkəmənin xx.xx.2023-cü il tarixli 2(004)-550/2023 saylı qətnaməsi ilə İddiaçı MMC-nin iddiası təmin edilərək cavabdehdən ümumilikdə 4503,95 manat borcun tutularaq iddiaçının xeyrinə ödənilməsi qət edilmişdir. Lizinq obyekti olan “Khazar SD” marakalı, **-PY-*** dövlət nişanlı avtomobilin cavabdehin müvəqqəti sahiblik və istifadəsində olduğu müddət ərzində inzibai xəta ilə əlaqədar sürücü AR DYP İdarəsi tərəfindən inzibati qaydada cərimələnmişdir. Bu faktı elektron portaldan alınmış çıxarış təsdiq edir. Həmin cərimələr bunlardır : EQ 10120839 saylı protokola görə 64 manat, İXP ******* saylı protokola görə 128 manat, EQ 10687722 saylı protokola görə 9 manat, EQ 10687723 saylı protokola görə 45 manat, EQ 10687724 saylı protokola görə 36 manat məbləğində pul İddiaçı MMC tərəfindən ümumilikdə 282 manat məbləğində ödənilmişdir. Bu səbəbdən İddiaçı MMC Cavabdeh qarşı İddiaçı MMC tərəfindən ödənilmiş borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, inzibati xəta haqqında protokola görə İddiaçı MMC tərəfindən ödənilmiş 282 manat borcun və eləcədə ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh alınaraq, İddiaçı MMC-nin xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə müvafiq olaraq, hazırki iş üzrə cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin, qanunvericilikdə nəzərdə tutulmuş müddətdə cavabdeh tərəfindən məhkəməyə iddiaçının tələbinə dair etiraz daxil olmamışdır. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə, ərizəni və işə əlavə edilmiş sənədləri nəzərdən keçirib belə hesab edir ki, kiçik mübahisələr üzrə iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmalıdır. İş materiallarına əlavə olunmuş X2 görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixli, MAS-5293 saylı daxili lizinq müqaviləsi bağlanmışdır. İş materiallarına əlavə olunmuş X4 1 saylı əlavədən görünür ki, X3 obyekti Azərmaş» MMC-nin mülkiyyətində olan “Khazar “SD markalı, **-PY-*** dövlət qeydiyyat nişanlı avtomobildir. İş materiallarına əlavə olunmuş təhvil-təslim aktından görünür ki, xx.xx.2022-ci il tarixdə, İddiaçı MMC-nin mülkiyyətində olan “Khazar “SD markalı, **-PY-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı MMC tərəfindən Cavabdeh təhvil verilmişdir. İş materiallarına əlavə olunmuş Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)-550/2023 saylı qətnaməsindən görünür ki, İddiaçı MMC-nin Cavabdeh qarşı lizinq müqaviləsi üzrə dəymiş zərərin ödənilməsi tələbi qismən təmin edilmiş, Cavabdeh 431,25 manat gecikdirilmiş əsas borc, 572,52 manat gecikdirilmiş mükafat və 30,18 manat dəbbə pulu, lizinq obyekti olan “Khazar “SD markalı, **-PY-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 3470 manat, ümumilikdə 4503,95 manat borc və 64,04 manat dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulmuş, 50 manat məbləğində məhkəmə-əmtəə ekspertizasının dəyərinin 46,5 manatı Cavabdeh, 3,5 manatı İddiaçı MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına , X1 ödənilməsi qət edilmişdir. İş materiallarına əlavə olunmuş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “Khazar “SD markalı, **-PY-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı MMCnin mülkiyyətindədir. İş materiallarına əlavə olunmuş xəbərdarlıq (pretenziya) məktubundan görünür ki, Cavabdeh İddiaçı MMC-yə borcu olduğu barəsində xx.xx.2024-cü il tarixində xəbərdarlıq məktubu göndərilmiş və yaranmış borcu 7 gün ərzində ödənilməsi tələb edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.1. maddəsində göstərilir ki, tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir. İş materiallarından görünür ki, lizinq obyekti olan “Khazar SD” marakalı, **-PY-*** dövlət nişanlı avtomobil cavabdehin müvəqqəti sahiblik və istifadəsində olduğu müddət ərzində hhəmin avtomobillə törədilmiş inzibati xətalara dair İddiaçı MMC tərəfindən EQ 10120839 saylı protokola görə 64 manat, İXP ******* saylı protokola görə 128 manat, EQ 10687722 saylı protokola görə 9 manat, EQ 10687723 saylı protokola görə 45 manat, EQ 10687724 saylı protokola görə 36 manat məbləğində, ümumilikdə 282 manat məbləğində cərimə ödənilmişdir. Həmçinin iş materialarına əlavə edilmiş ödəniş qəbzindən görünüt ki, İddiaçı MMC tərəfindən hazırki iddia tələbinin məhkəməyə verilməsi üçün 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür və məcəllənin 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinin tələbinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1. maddəsinin tələbinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin qeyd olunan maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə, yuxarıda göstərilənləri ümumiləşdirərək hesab edir ki, iddia tələbi təmin edilməli, inzibati xəta haqqında protokollarla əlaqədar İddiaçı MMC tərəfindən ödənilmiş cərimələrə dair 282 manat pul vəsaiti və eləcə də ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh alınaraq, İddiaçı MMC-nin xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddia tələbi təmin edilsin. 282 manat və eləcə də ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat, ümumilikdə 312 manat mələğində pul vəsaiti Cavabdeh alınaraq, İddiaçı MMC-yə ödənilsin. Qətnamədən 1 (bir) ay müddətində Lənkəran rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Anar Pənahov
Məhkəmə qərarları › İş №e-2(049)-2839/2024
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-2839/2024
27.08.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver