Məhkəmə qərarları › İş №e-2(049)-2977/2025

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-2977/2025

03.09.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-2977/2025 03.09.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Ələsgərov Elvin Əvəz oğlu İddiaçı Cavabdeh qarşı inzibati xəta haqqında protokollara görə ödənilmiş pulun geri tələb olunması tələbi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Lənkəran Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı MMC sadələşdirilmiş icraata qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ödənilmiş inzibati xəta haqqında protokollara görə Cavabdeh 736 manat məbləğində pul vəsaiti və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMC tələbini onunla əsaslandırmışdır ki, Azərmaş” MMC-nin mülkiyyətindəki MAS-5928 saylı “Daxili lizinq” müqaviləsinin predmeti olan “Khazar SD” markalı **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobil 13 may 2023-cü il tarixli “Daxili lizinq” müqaviləsinə əsasən Cavabdeh müvəqqəti istifadə və sahibliyinə verilmişdir. “Daxili lizinq müqaviləsi” və “Ödəniş cədvəli”nin şərtlərinə Cavabdeh tərəfindən əməl edilmədiyi üçün İddiaçı MMC iddia ərizəsi ilə Lənkəran rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmənin 26 noyabr 2024-cü il tarixli e-2(049)-3601/2024 saylı qətnaməsi ilə İddiaçı MMC-nin iddası təmin edilərək cavabdehdən ümumilikdə 5745.57 manat məbləğində borcun tutularaq iddiaçının xeyrinə ödənilməsi qət edilmişdir. Lizinq obyekti olan “Khazar SD” markalı, **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobil cavabdehin müvəqqəti istifadəsində olduğu müddət ərzində inzibati xəta ilə əlaqədar o, Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən inzibati qaydada cərimələnmişdir. Bu faktı hökumət ödəniş portaldan alınmış çıxarış təsdiq edir. Həmin cərimələr aşağıdakılardan ibarətdir: 1. EQ20954796 saylı protokola görə 80 manat;

2. EQ20954804 saylı protokola görə 80 manat; 3. EQ20306957 saylı protokola görə 80 manat; 4. EQ20306964 saylı protokola görə 80 manat; 5. EQ19386516 saylı protokola görə 80 manat; 6. EQ19386517 saylı protokola görə 80 manat; 7. EQ18569941 saylı protokola görə 80 manat; 8. EQ18569937 saylı protokola görə 80 manat; 9. EQ18569933 saylı protokola görə 16 manat; 10. EQ18569928 saylı protokola görə 80 manat. Şirkət tərəfindən yuxarıda qeyd edilən cərimələrə görə ümumilikdə 736 manat məbləğində ödəniş edilmişdir. Məhkəmənin nəzərinə çatdırırıq ki, mülkiyyət hüququ ilə İddiaçı MMC-yə məxsus nəqliyyat vastəsilə törədilmiş inzibati xəta haqqında protokollar əsasında yaranmış cərimələr tərəfimizdən ödənilmişdir. Həmin cərimələr ödənilmədiyi təqdirdə X1 Azərbaycan Respublikasının Qanununun tələbinə uyğun olaraq həmin nəqliyyat vastəsinin saxlanılaraq cərimə meydançasına yerləşdirilməsi haqqında qərar qəbul edilir və qərarın icra edilməsi üçün YPX inpektorlarına təlimat verilir. Bununla da lizinq şirkəti ilə yanaşı nəqliyyat vastəsini faktiki idarə edən şəxsin də hüquqları pozulmuş olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Cavabdehə məhkəmə bildirişi və iddia ərizəsi xx.xx.2025-ci il tarixdə poçt vasitəsi ilə çatdırılsa da, cavabdeh iddiaya qarşı əsaslandırılmış etirazını göndərməmişdir. İş materiallarında olan Lənkəran Rayon Məhkəməsinin e-2(049)-3601/2025 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, Khazar SD minik markalı **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa olunamsı üçün tələb olunan 5745.57 manat borcun Cavabdeh alınaraq mülkiyyətçi Azərmaş MMC-yə ödənilməsi barədə qətnamə qət edilmişdir. İş materiallarına əlavə edilmiş EQ20954796 saylı, EQ20954804 saylı, EQ20306957 saylı, İXP ******* saylı, EQ19386516 saylı, EQ19386517 saylı, EQ18569937 saylı, EQ18569933 saylı, EQ18569928 saylı və EQ20306964 saylı inzibati xəta haqqında protokolların elektron çıxarışlardan görünür ki, **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobil müvəqqəti istifadəsində olduğu müddət ərzində Cavabdeh Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən müxtəlif vaxtlarda inzibati qaydada cərimələnmişdir. Elektron ödəniş qəbzlərinin surətlərindən görünür ki, EQ20954796 saylı, EQ20954804 saylı, EQ20306957 saylı, İXP ******* saylı, EQ19386516 saylı, EQ19386517 saylı, EQ18569937 saylı, EQ18569933 saylı, EQ18569928 saylı və EQ20306964 saylı inzibati xəta haqqında protokollar əsasında əsas və dəbbə pulu da olmaqla ümumilikdə 736 manat cərimə məbləği şirkət tərəfindən müvafiq hesaba ödənilmişdir. Xəbərdarlıq (pretenziya) məktubundan görünür ki, Cavabdeh, Khazar SD minik markalı **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobildən istifadəsində olan müddət ərzində inzibati qaydada cərimə edildiyi ümumilikdə 736 manatın Azərmaş MMC tərəfindən ödənildiyi və həmin məbləğin 7 gün ərzində Azərmaş MMC-yə qaytarılması barədə xəbərdarlıq edilmişdir. Ödəniş qəbzindən görünür ki, İddiaçı MMC tərəfindən məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalıdır. Beləki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.6-cı maddəsi başqa şəxsə zərər vurulmasını mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından, 386.1-ci maddəsi isə zərər vurulmasını öhdəliyin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edir. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd əməldir. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Bu məcəllənin 21.1-ci maddəsinə əsasən “zərərin əvəzinin ödənilməsini tələb etmək hüquqna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın”. Həmin məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olunması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. İş üzrə tərəfin təqdim etdiyi sənədlər yekun qərarın çıxarılması üçün kifayət etdiyindən məhkəmə hesab edir ki, iddia təmin olunmalı və inzibati protokollara görə ödənilmiş 208 manat cərimə məbləği cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. MPM-nin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olunduğu gündən 30 iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 30 manat dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və MPM-nin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə qət etdi:

İddia təmin edilsin. İddiaçı MMC tərəfindən ödənilmiş inzibati xəta haqqında protokollara görə Cavabdeh 736 manat məbləğində pul vəsaiti və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə (elektron məhkəmə informasiya sistemində yaradılmış elektron cabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Elvin Ələsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar