Məhkəmə qərarları › İş №e-2(049)-4372/2025

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-4372/2025

22.12.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-4372/2025 22.12.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ələsgərov Elvin Əvəz oğlunun sədrliyi ilə, İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Sığorta Şirkəti ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh “Byd Destroyer 05 Plug-İn” markalı, ** UL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə ödənilmiş sığorta ödənişi 3100 AZN (üç min yüz manat) məbləğin və ödənilmiş 51 AZN (əlli bir manat) dövlət rüsumunun və 0,41 qırx bir qəpik komissiyanın İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Sığorta Şirkəti ASC iddianı onunla əsaslandırmışdır ki, iş materiallarına əlavə edilmiş “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayışa (forma 4) əsasən xx.xx.2025-ci il tarixdə Cavabdeh tərəfindən idarə olunan “Chevrolet” markalı, ** YG *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi, “Byd Destroyer 05 Plug-İn” markalı, ** UL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. İş materiallarına əlavə edilmiş **********29 nömrəli sığorta şəhadətnaməsindən, 140713 nömrəli sığorta aktından görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsi zamanı “Byd Destroyer 05 Plug-İn” markalı, ** UL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı SŞ-da könüllü sığorta müqaviləsi ilə sığortalanmışdır. Hadisə zamanı Cavabdeh tərəfindən idarə olunan “Chevrolet” markalı, ** YG *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi avtonəqliyyat vasitələrinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalı olmamışdır. İş materiallarına əlavə edilmiş nəqliyyat vasitəsinin zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə 2/8/2025-ci il tarixli qüsur aktına əsasən, “Byd Destroyer 05 Plug-İn” markalı, ** UL *** qeydiyyat nişanlı nəqliyyat vasitəsinə ümumilikdə 3350 AZN (üç min üç yüz əlli manat) ziyan dəymişdir. İddiaçı Sığorta dəymiş zərəri aradan qaldıraraq, iş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli ödəniş tapşırığına və № 140713 saylı sığorta aktına əsasən “Byd Destroyer 05 Plug-İn” markalı, ** UL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə hesablanmış sığorta məbləğindən 250 AZN (iki yüz əlli manat) azadolma məbləği çıxılmaqla 3100 AZN (üç min yüz manat) məbləğində sığorta ödənişini zərərçəkən X1 ödəmişdir. xx.xx.2025-ci il tarixində yol-nəqliyyat hadisəsinin baş verməsində Cavabdehtəqsirli olduğuna görə ona qarşı subroqasiya hüququmuz yaranmışdır. Belə ki, iş materiallarına əlavə edilmiş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Cavabdeh İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinmişdir. Qeyd olunanları nəzərə alaraq, hesab edirik ki, ödənilmiş sığorta ödənişi 3100 AZN (üç min yüz manat) məbləğ Cavabdeh İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulmalıdır. Cavabdeh rəsmi qaydada bildiriş göndərilmiş, qanunvericiliklə müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaya qarşı etiraz daxil olmamışdır. İş materiallarında olan: Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışdan görünür ki, Yasamal rayon DYPŞ bildirir ki, 2025-01-31 -il tarixdə saat 08:30 dəqiqədə Moskva pr. yolnəqliyyat hadisəsi baş vermişdir. Yol-nəqliyyat hadisəsinin növü toqquşmadır. İnzibati xətalar haqqında işlərə və ya cinayət işlərinə baxmağa səlahiyyəti olan orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarına əsasən yol-nəqliyyat hadisəsinin baş verməsində CHEVROLET markalı 90YG918 dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə ilə Cavabdehdur. Sürücü barədə X9 Orqanının əməkdaşı, polis kapitani X3 tərəfindən inzibati icraat başlanmış, mülkiyyətçisi X4 olan Byd Destroyer 05 X5//77ul294 markalı avtomobilə zərər vurulmuşdur. İnzibati icraat materialında yol nəqliyyat hadisəsinin sxemi göstərilmişdir. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, qərarın surəti "Chevrolet Cobalt" markalı, **-YG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh Füzuli oğlunun Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün Yasamal RPİ-nin DYPŞ-nə göndərilmişdir. İş materialında olan nəqliyyat vasitəsinin zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə xx.xx.2025-ci il tarixli qüsur aktından görünür ki, "BYD Destroyer 05 Plug-in" markalı nəqliyyat vasitəsinə ümumilikdə 3350 AZN məbləğində ziyan dəymişdir. İş materialında olan ödəniş tapşırığından görünür ki, "xxxx" Sığorta Şirkəti ASC tərəfindən hesablanmış sığorta məbləğindən azadolma məbləği çıxılmaqla, 3100 AZN məbləğində sığorta ödənişi zərərçəkən X2 ödənilmişdir. İş materialında olan iddiaçı tərəfindən cavabdehə ünvanlanmış pretenziya məktubundan görünür ki, xx.xx.2025-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində sığortaçı tərəfindən ödənilmiş 3100 AZN məbləğin 10 gün ərzində ödənilməsi Cavabdeh tələb edilmişdir. İş materialında olan "The Ekspress" poçt xidmətinin qəbzindən görünür ki, pretenziya məktubu Cavabdeh ünvan 1 ünvanına göndərilmiş və təhvil verilmişdir. İş materialında olan xx.xx.2025-ci il tarixli 20055 nömrəli ödəniş tapşırığından görünür ki, "xxxx" Sığorta Şirkəti ASC tərəfindən zərərçəkən X1 140713 saylı sığorta aktına əsasən 3100 AZN (üç min yüz manat) məbləğində sığorta ödənişi köçürülmüşdür. İş materialında olan 140713 nömrəli sığorta aktından görünür ki, nəqliyyat vasitəsinə dəymiş zərər ümumilikdə 3350 AZN qiymətləndirilmiş, sığorta müqaviləsində nəzərdə tutulmuş 250 AZN azadolma məbləği çıxılmaqla 3100 AZN sığorta ödənişi təyin edilmiş və sığortaçıda subroqasiya hüququ yaranmışdır. İş materialında olan **********29 nömrəli fiziki şəxslərin sahibliyində olan minik avtomobillərinin tam sığortası şəhadətnaməsindən görünür ki, "BYD Destroyer 05 Plug-in" markalı, **-UL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi X4 tərəfindən "xxxx" Sığorta Şirkəti ASC-də sığortalanmışdır. İş materialında olan "Avto Servis" tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli qiymət təklifindən görünür ki, "BYD Destroyer 05" markalı, **-UL-*** dövlət qeydiyyat nişanlı avtomobilin ehtiyat hissələri və təmir işləri daxil olmaqla ümumi zərər məbləği 3350 AZN təşkil etmişdir. xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin verilməsinə görə 51 manat Lənkəran Rayon Məhkəməsinə ödənilmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh “Byd Destroyer 05 Plug- İn” markalı, ** UL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə ödənilmiş sığorta ödənişi 3100 AZN (üç min yüz manat) məbləğin və ödənilmiş 51 AZN (əlli bir manat) dövlət rüsumunun və 0,41 qırx bir qəpik komissiya tutularaq İddiaçı Sığorta Şirkəti ASC-yə ödənilməlidir. Subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. (MM-nin 936.1., 936.2., 936.5.-ci mad.) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1.-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası MPM-nin 284-4-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir.Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər.Azərbaycan Respublikası MPM-nin 284-4-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir.Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər.Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdeh “Byd Destroyer 05 Plug-İn” markalı, ** UL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə ödənilmiş sığorta ödənişi 3100 AZN (üç min yüz manat) məbləğ, 51 AZN (əlli bir manat) dövlət rüsumu və 0,41 (qırx bir qəpik) komissiyası tutularaq iddiaç İddiaçıSığorta Şirkəti ASC-yə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə elektron kabinet vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elvin Ələsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar