Məhkəmə qərarları › İş №e-2(049)-562/2025

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-562/2025

05.03.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-562/2025 05.03.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X5 Əhmədağa oğlunun sədrliyi, Hadiyev İsaq Sabir oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı maddi ziyan tələbinə dair iddiası üzrə mülki işə Lənkəran Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: TƏSVİRİ HİSSƏ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 3350 manat maddi ziyan və dövlət rüsumu olaraq ödənilmiş 53.50 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. O, iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh xx.xx.2024-cü il tarixdə, saat 02:00 radələrində işlədiyi ünvan 1 ünvanında yerləşən avtoyuma məntəqəsinə xx.xx.2024-cü il tarixdə X1 tərəfindən yuyulması üçün təhvil verilmiş xx.xx.2023-ci il tarixli, ƏN-Vİ1İ 685530 nömrəli etibarnamə ilə idarə etdiyi, atası İddiaçı faktiki mülkiyyətində olan “Merscdes Benz C-230” markalı, **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobili təhvil aldıqdan sonra həmin avtomobili talama məqsədi olmadan idarə edərək ünvan 2 ünvanında yol nəqliyyat hadisəsi törədib avtomobili yol kənarında olan beton pilitəyə vurması nəticəsində İddiaçı 3350 manat məbləğində maddi ziyan vurmaqla avtomobili talama məqsədi olmadan qanunsuz olaraq ələ keçirmişdir. Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cii il tarixli, 1(001)-625/2024 saylı hökmü ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Məhkəmə iclasının vaхtı və yеri barəsində lazımi qaydada хəbərdar еdilməsinə baхmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdeh işə mahiyyəti üzrə baxılmasını təkid etdiyindən, məhkəmə iddiaçının gəlməməsinin səbəbini üzürsüz sayaraq işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında cavabdeh heç yerdə işləmədiyini bildirib göstərmişdir ki, bu səbəbdən iddianı qəbul etmir, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cii il tarixli, 1(001)-625/2024 saylı hökmündən apelyasiya şikayəti verməmiş, həmin hökm qanuni qüvvəsini alaraq ona elektron nəzarət vasitəsi tətbiq edilmişdir. İddianın təmin olunmamasını xahiş edir. TƏTQİQ OLUNMUŞ SÜBUTLAR : Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cii il tarixli, 1(001)-625/2024 saylı hökmündən görünür ki, X2 xx.xx.2024-cii il tarixdə İddiaçı mülkiyyətində olan “Merscdes Benz C-230” markalı, **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobili talama məqsədi olmadan idarə edərək yol nəqliyyat hadisəsi törədib İddiaçı 3350 manat məbləğində maddi ziyan vurmuşdur. Qəbzdən görünür ki, iddiaçı iddia ərizəsinin məhkəməyə verilməsi üçün 53.50 manat dövlət rüsumu ödəmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə cavabdehi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Bununla bağlı məhkəmə qeyd edir ki, yuxarıda qeyd olunmuş və qanuni qüvvəsini almış Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cii il tarixli, 1(001)-625/2024 saylı tarixli hökmü ilə cavabdehin iddiaçıya 3350 manat məbləğində ziyan vurduğu sübuta yetirilmiş və buna görə də həmin maddi ziyan cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 119.1.-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 53.50 manat dövlət rüsumu cavabdehə aid edilməli və sonuncudan alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərini və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. NƏTİCƏ HİSSƏ: Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: iddia təmin edilsin. Cavabdeh 3350 manat məbləğində maddi ziyan və 53.50 manat məbləğində dövlət rüsumu, cəmi 3403.50 (üç min dörd yüz üç) manat 50 qəpik pul alınaraq İddiaçı verilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində qətnamədən “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Muradağa Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar