Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-816/2023 02.05.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Azad oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədov Tural Məhərrəm oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı «subroqasiya qaydasında pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Sığorta Şirkəti ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, «Opel Corsa» markalı ** PU *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 250,16 (iki yüz əlli manat 16 qəpik) manat sığorta ödənişi məbləği və bu iddia ərizəsinin verilməsi ilə bağlı 30,40 (otuz manat 40 qəpik) dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı Sığorta Şirkətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh xx.xx.2021-ci il tarixdə «Moped» markalı, nəqliyyat vasitəsi ilə yol-nəqliyyat hadisəsi törədərək İddiaçı Sığorta Şirkətində Könüllü Sığorta növü ilə sığortalanmış «Opel Corsa» markalı ** PU *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə zərər yetirmişdir. Baş vermiş yol nəqliyyat hadisəsində «Opel Corsa» markalı ** PU *** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan dəymişdir. Baş vermiş yol nəqliyyat hadisəsində Cavabdeh təqsirli olması Bakı Şəhər DYPİ-nin Qərarında öz əksini tapmışdır. xx.xx.2021-ci il tarixli nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi hesabata uyğun olaraq, «Opel Corsa» markalı ** PU *** dövlət qeydiyyat nişanlı avtomobilə 250,16 (iki yüz əlli manat 16 qəpik) manat ziyan dəymişdir. **********7 saylı sığorta müqaviləsinin 101288 saylı sığorta aktına əsasən İddiaçı Sığorta Şirkəti 250,16 (iki yüz əlli manat 16 qəpik) manat sığorta ödənişi həyata keçirmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul edərək, iddianın təmin edilməsinə heç bir etirazının olmadığını bildirmişdir. 0əhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı Sığorta Şirkəti ASC nümayəndəsi heç bir üzürlü səbəb təqdim etmədən məhkəmə iclasına gəlməmiş, iddia ərizəsinə ərizə əlavə edərək, işə nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM-nin) 185.5-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Belə ki, iddia ərizəsinə əlavə edilmiş: **********7 saylı sığorta müqaviləsinin 101288 saylı sığorta aktından, "xxxx" MMC-nin, qaimə sənədindən, elektron qaimədən görünür ki, «Opel Corsa» markalı ** PU *** dövlət qeydiyyat nişanlı avtomobilin təmiri üçün İddiaçı Sığorta Şirkəti tərəfindən "xxxx" MMC-yə 250,16 manat sığorta ödənişi həyata keçirmişdir. Təhvil-təslim aktından görünür ki, "xxxx" MMC tərəfindən avtomobil ehtiyat hissələri İddiaçı Sığorta Şirkəti ASC-yə xx.xx.2021-ci il tarixdə təhvil verilmiş, tərəflər öz imzaları ilə bunu təsdiq etmişlər. 06 sentyabr 2021-ci il tarixli, TP seriyalı ******* №-li inzibati xəta haqqında qərardan və ona əlavə edilmiş xx.xx.2021-ci il tarixli Arayışdan görünür ki, görünür ki, Cavabdeh idarə etdiyi Mopedlə «Opel Corsa» markalı ** PU *** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuş, hadisə nəticəsində həmin avtomobilin arxa hissəsinə ziyan vurulmuşdur. Baş vermiş yol nəqliyyat hadisəsinə görə Cavabdeh İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 40 (qırx) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Mədaxil qəbzindən görünür ki, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün İddiaçı Sığorta Şirkəti ASC tərəfindən dövlət büdcəsinə 30(otuz) manat dövlət rüsumu, 0,40 manat xidmət haqqı ödənilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş üzrə məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Cavabdeh xx.xx.2021-ci il tarixdə “Moped” markalı, nəqliyyat vasitəsi ilə yol-nəqliyyat hadisəsi törədərək İddiaçı Sığorta Şirkətində Könüllü Sığorta növü ilə sığortalanmış “Opel Corsa” markalı ** PU *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə zərər yetirmişdir. Baş vermiş yol nəqliyyat hadisəsində “Opel Corsa” markalı ** PU *** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan dəymişdir. Baş vermiş yol nəqliyyat hadisəsində Cavabdeh təqsirli olması Bakı Şəhər DYPİ-nin Qərarında öz əksini tapmışdır. Hesab edir ki, Cavabdeh mülkü hüququ pozuntusu nəticəsində vurduğu ziyanın əvəzi olaraq ödənilmiş 250.16 manat məbləğində pul Cavabdeh İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 883-cü maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Qeyd olunan Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişi vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 936.5-ci maddəsinə əsasən sığotaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və ya müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Həmin Məcəllənin 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. Qeyd olunan Məcəllənin 1108-ci maddəsinə müvafiq olaraq ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və ya. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və ya) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir, ona görə də həmin məbləğ cavabdehdən alınıb iddiaçıya ödənilməlidir. MPM-nin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə məcmu halda qiymət verərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, vurulmuş maddi ziyana görə sığorta haqqı kimi ödənilmiş 250,16 manat və məhkəməyə iddia verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 30 manat, habelə xidmət haqqı kimi ödənilmiş 0,40 manat Cavabdeh tutulub İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə ödənilməlidir. Qeyd olunanlara əsasən və MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Vurulmuş maddi ziyana görə sığorta haqqı kimi ödənilmiş 250,16 manat və məhkəməyə iddia verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 30 manat, habelə xidmət haqqı kimi ödənilmiş 0,40 manat Cavabdeh tutulub İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Lənkəran rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Rəşad Məmmədov
Məhkəmə qərarları › İş №e-2(049)-816/2023
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-816/2023
02.05.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver