Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № e-2(050)-127/2024 23.02.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Kərimli Nəzrin Fikrət qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə. İddiaşı İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı ona məxsus olan «Kia Sportage-minik» markalı **-CJ-*** dövlət qeydiyyat nişanlı avtomaşının, maşın olmadıqda isə onun dəyəri kimi 28000 manat pulun qaytarılması, dövlət rüsumu kimi ödədiyi 175 manat pulun ona ödənilməsi tələbinə dair mülki işə, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh1 ona məxsus olan «Kia Sportage-minik» markalı **-CJ-*** dövlət qeydiyyat nişanlı avtomaşının, maşın olmadıqda isə onun dəyəri kimi 28000 manat, dövlət rüsumuna görə 175 manat pulun alınaraq qaytarılması barədə məhkəmədə iddia qaldırmışdır. İddiaçının nümayəndəsi və vəkili Vəkil xx.xx.12023-cü il tarixdə vəsatət verərək bildirmişdir ki, İddiaçı mülkiyyətində olan və etibarnaməsi xx.xx.2017-ci il tarixdə ləğv edilmiş "Kia Sportage" markalı ** CJ *** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh1 tərəfindən qanunsuz olaraq 2021-ci ildə Göygöy rayonu, Qaşqara kənd sakini X2 etibarnamə əsasında satılmışdır və hazırda həmin şəxsin istifadəsindədir. Buna görə də həmin şəxsin iş üzrə tərəf qismində cəlb olunması zərurəti yaranmışdır. Odur ki, Göygöl rayonu, Qaşqara kənd sakini X1 iş üzrə cavabdeh qismində cəlb edilməsini xahiş etmişdir. İddia ərizəsi üzrə tələb onunla əsaslandırmışdır ki, iddiaçı xx.xx.2017-ci ildə Sumqayıt şəhər 3 saylı Notariat Kontorunda rəsmiləşdirilmiş etibarnamə ilə ona mülkiyyət hüququ əsasında məxsus olan «Kia Sportage-minik» markalı **-CJ-*** Dövlət qeydiyyat nişanlı avtomaşını Cavabdeh1 vermiş və aralarında olan razılaşmaya əsasən o, həmin maşına görə avtomaşının ipoteka ilə yüklü edildiyi "xxxx" ASC-yə ödənişləri həyata keçirməli idi. Lakin cavabdeh maşını ondan aldıqdan sonra bu ödənişləri həyata keçirməmiş və nəticədə bank ona qarşı məhkəmədə iddia qaldırmaqla banka olan borcu, faiz və cəriməni ondan tələb etmiş, Sumqayıt şəhər məhkəməsinin 18 mart 2014-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməklə ondan ümumilikdə 25399,23 ABŞ dolları pulun və 30 manat dövlət rüsumunun tutulması qət edilmişdir. Həmin qətnamə ilə ipoteka predmeti olan avtomaşının hərrac yolu ilə satılması və bu borcun avtomaşının satışından əldə edilmiş vəsait hesabına ödənilməsi də qət olunsa da, maşın tapılmamış və bu səbəbdən də o, bütün ödənişləri özü həyata keçirmişdir. Tərəfindən qeyd olunan avtomaşına görə banka olan bütün borcu ödəmiş və onun həmin ipoteka predmetinə görə banka borcu qalmamışdır. Lakin buna baxmayaraq onun mülkiyyətində olan avtomaşın cavabdeh tərəfindən qaytarılmamışdır. O, bununla bağlı dəfələrlə cavabdehə xəbər göndərmiş, maşını qaytarmasını tələb etmiş, lakin o, gizlənərək könüllü qaydada ona məxsus əmlakı geri qaytarmamışdır. Onun adına vermiş olduğu etibarnaməni xx.xx.2017-ci ildə ləğv etdirmişdir. Cavabdeh ona məxsus olan avtomaşını qanunsuz olaraq özündə saxlayır. O, qeyd edilən avtomaşının hazırki bazar dəyər qiymətinin müəyyən olunması ilə bağlı müstəqil ekspert-qiymətləndiriciyə müraciət etmiş və "xxxx" Azərbaycan Qiymətləndirmə və Konsaltinq Xidməti tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli AV 05-10/23 saylı hesabat əsasında avtomobilin bazar dəyəri 28000 manat qiymətləndirilmişdir İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında izahat verərək bildirmişdir ki, maşın cavabdehə kredit öhdəliyini icra etmək şərti ilə satılmışdır. Lakin sonradan məlum olmuşdur ki, cavabdeh tərəfindən banka heç bir məbləğ ödənilməmişdir. Məhkəmə qətnaməsi ilə kredit borcunun avtomobilin hərracdan satılmaqla təmin edilməsi barədə qətnamə olsa da, avtomobilin yeri aşkar edilmədiyindən hərraca çıxarılması mümkün olmamış və borc öhdəliyi iddiaçının özü tərəfindən tam ödənilmişdir. Həmçinin iddiaçı tərəfindən avtomoblin idarə edilməsi üçün verilmiş etibarnamə ləğv edilmişdir. Göründüyü kimi hazırda avtomobil qanunsuz olaraq cavabdehdə qalmışdır. Bundan başqa avtomobilin digər cavabdeh Yüksəl adlı şəxsə satıldığı, daha sonra Göygöl RPŞ-nin araşdırması nəticəsində Cavabdeh2 izahatı alınarkən avtomobilin kredit borcunun olmasını bildikdən sonra onu geri qaytardığını bildirmişdir. Hazırda avtomobilin harda olması barədə məlumat yoxdur. Bu səbəbdən avtomobilin özünün, o olmadığı təqdirdə isə pulunun iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, onlar, məlum olmayan səbəbdən məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbini bildirməmişlər. Odur ki, məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Həmin maddəyə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Məhkəmə iş materiallarında olan və tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar aşağıdakı sübutları tədqiq etmişdir: Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsindən görünür ki, cavabdeh İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 24.402,25 ABŞ dolları məbləğində əsas borcun, 944,98 ABŞ dolları məbləğində lizinq, 52 ABŞ dollan məbləğində cərimə borcunun, cəmi 25.399,23 ABŞ dolların kredit borcu və 30 manat dövlət rüsumu alınaraq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, tələbin cavabdeh İddiaçı mülkiyyət hüququ əsasında məxsus olan və banka ipoteka qoyulmuş, ipoteka predmeti olan “Kia Sportage-minik” markalı, ** CJ *** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi və avtomobilin açıq hərracdan satılması, həmin avtomobilin açıq hərracdan satılmasından əldə edilən vəsaitdən cavabdehin banka olan borcu və məhkəməyə müraciət etmək üçün ödənilmiş dövlət rüsumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmişdir. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli AV 05-10/23 saylı hesabatından görünür ki, «Kia Sportage-minik» markalı **-CJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin xx.xx.2023-cü ilə bazar dəyəri 28000 manat təşkil edir. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, «Kia Sportage-minik» markalı 50CJ063 dövlət qeydiyyat nişanlı avtomobil mülkiyyət hüququ üzrə İddiaçı məxsusdur xx.xx.2017-ci il tarixli ərizədən görünür ki, İddiaçı tərəfindən Cavabdeh1 verilmiş xx.xx.2017-ci il tarixli etibarnamənin ləğvinə dair müraciət edilmişdir. “Bank VTB (Azərbaycan)” ASC-nin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, İddiaçı banka xx.xx.2013-cü il tarixli avtomobil girovlu kredit müqaviləsi üzrə borcu ödənilmiş və bank qarşısında ödənilməmiş öhdəliyi qalmamışdır. Göygöl Rayon Polis Şöbəsnin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, xx.xx.2023-cü il tarixli 111/2023 saylı məktub və DİN-nin rəhbərliyinə ünvanlanmış elektron müraciətlə bağlı araşdırılma aparılmışdır. ünvan 1i X3 RPŞ-yə dəvət olunaraq izahatı alınmışdır, vətəndaş öz izahatında avtomaşının ona X4 tərəfindən satılmasını və sonradan avtomaşına olan bank borcu olduğunu öyrənəndən sonra avtomaşını Ruslana geri qaytarmışdır. X4 hal hazırda cəza çəkmə məntəqəsində olduğu müəyyən olunmuşdur və bu səbəbdən izahatının alınması mümkün olmamışdır. Əlavə olaraq bildirilmişdir ki, 2018ci ildə qeyd olunan avtomaşının tapılması istiqamətində Göygöl RPŞ-də araşdırma olunmuşdur. “Kia Sportage” markalı ** CJ *** dövlət qeydiyyat nişanlı avtomaşının tapılması barədə DYPB-nin əməkdaşları təlimatlandırılmışdır, avtomaşın Göygöl rayon inzibati ərazisində idarə olunarsa saxlanılaraq mühafizə olunan duracağa yerləşdiriləcəkdir. xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı 175 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iş materiallarını tədqiq edib, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia qismən əsaslıdır. Mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyinin müdafiə edilməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir. Məhkəmə çəkişmə prinsipinə riayət edərək ancaq o sübutları qəbul etmiş və nəzərə almışdır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Məcəllənin 14.1.-cü maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müəyyən olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən də, “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1., 152.2. və 152.7.-ci maddələrində göstərilir ki, subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. İstifadə hüququna şəxsin öz əşyasından istifadə etməməsi imkanı da daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 164.1., 165.1. və 165.2.-ci maddələrinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. Qadağan edilmiş özbaşınalıq üzrə iddiaya yalnız o halda yol verilir ki, sahib qəsdin və təqsirkarın ona məlum olmasından dərhal sonra əşyanın qaytarılmasını və ya pozuntunun aradan qaldırılmasını tələb etsin. İddia müddəti, hətta qəsd və təqsirkar sahibə sonralar da məlum olarsa, məhrumetmə və ya pozuntu anından başlayaraq bir il təşkil edir. Tədqiq edilmiş sübutlara əsasən avtomobil İddiaçı mülkiyyətindədir. Ona görə də mülkiyyətində olan əmlakı tələb etmək iddiaçının mütləq hüququdur. «Kia Sportage-minik» markalı **-CJ-*** dövlət qeydiyyat nişanlı avtomobil onun mülkiyyətində olmasına baxmayaraq, qanuni sahiblik və istifadəsində deyil. Cavabdeh1 avtomobili özündə saxlamaqla, iddiaçıya məxsus qanuni mülkiyyətindən istifadə etmək və sahiblik hüquqlarının maneəsiz həyata keçirməsinə mane olur. Onun hal-hazırda da davam edən hərəkətləri mülkiyyətçinin iradəsi olmadan sahiblikdən məhrumetmə və qadağan edilmiş özbaşınalıq hesab olunur. Məhkəmə digər Cavabdeh2 münasibətdə iddia tələbini əsassız hesab edir. belə ki, iş materiallarında olan Göygöl RPŞ-nin araşdırması ilə bağlı məktubdan görünür ki, Cavabdeh2 avtomobili Cavabdeh1 aldıqdan sonra kredit borcunun çox olması səbəbindən geri qaytarmışdır. Avtomobil onun istifadəsində deyildir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh1 «Kia Sportage-minik» markalı **-CJ-*** dövlət qeydiyyat nişanlı avtomaşın, o olmaqdıqda onun dəyəri kimi 28000 manat pul və dövlət rüsumuna görə ödənilmiş 175 manat alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 80, 88-ci maddələri ilə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə qətnaməni çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, təqdim edilən sübutlarla və sənədlərlə əsaslandıraraq belə hüquqi nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh1 «Kia Sportage-minik» markalı, **-CJ-*** dövlət qeydiyyat nişanlı avtomobil və ya dəyəri 28000 manat pul, dövlət rüsumuna görə ödənilmiş 175 manat alınaraq İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Habil Bəhmənov
Məhkəmə qərarları › İş №e-2(050)-127/2024
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(050)-127/2024
23.02.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver