Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № e-2(050)-1497/2025 19.06.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Ellara Həsən qızının sədrliyi, Məhkəmə iclas katibi Musayeva Zəhraxanım Şahin qızının katibliyi, İddiaçı, həmçinin digər iddiaçılar İddiaçı2, İddiaçı6, İddiaçı7 nümayəndəsi İddiaçı5, İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı4, Cavabdeh və onun nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7 Cavabdeh qarşı evdən və torpaq sahəsindən çıxarılma tələbinə dair mülki işə, məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında audio və video çəkilişlə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia ərizəsində qeyd edilən işin halları: Masallı rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 30 mart tarixli 12 nömrəli qərarı ilə Kənd təsərrüfatı məhsullarının istehsalı üçün torpağa mülkiyyət hüququna dair Kod 80512048, JN-102 saylı Dövlət Aktı ilə 3.15 hektar torpaq sahəsi mülkiyyətlərinə verilmişdir. Bunun da əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2015-ci il tarixdə RX seriyalı, ******* saylı Çıxarış verilmişdir. Həmin torpaq sahəsi üzərində evdə darısqallıq olduğundan, 2001-ci ildə özlərinə fərdi yaşayış evi inşa etdirmişlər. Mərhum övladı (qardaşı) X1 rayonu, Ətcələr kənd sakini X3 ilə el adəti ilə ailə həyatı qurub, birgə nikahlarından X4 adlı bir nəfər uşaqları olmuşdur. Sonradan mərhum övladı (qardaşı) X9 hazırki cavabdeh, Masallı rayonunun Xallıcallı kənd sakini Cavabdeh ilə ailə münasibətində olmuşdur. Mərhum övladı (qardaşı) Müşviq Əliyev özünə Masallı şəhəri, Digah kəndində fərdi yaşayış evi inşa etdirmiş, 2017-ci ildə vəfat etmişdir. Cavabdeh, Cavabdeh inşa etdikləri evə qanunsuz sahiblik edərək, mülkiyyətlərində olan torpaq sahəsini əllərindən almışdır. Yuxarıda qeyd etdiyi Masallı şəhəri, Digah kəndində tikilən evə də sahiblik edir. Dəfələrlə cavabdehə mülkiyyətlərində olan torpaq sahəsini və fərdi yaşayış evini tərk etmələrini bildirsələr də, o, buna maneəçilik törətməklə, evdən və torpaq sahəsindən çıxmağa etiraz etmişdir. Odur ki, məcburiyyət qarşısında qalıb məhkəməyə müraciət etmişlər. İddiaçının tələbi: Cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2015-ci il tarixdə RX seriyalı, ******* saylı Çıxarışa əsasən torpaq sahəsindən və həmin torpaq sahəsində inşa edilmiş evdən çıxarılması və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdeh Masallı rayonu, Xallıcallı kənd sakini Cavabdeh alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı4, İddiaçı5 hər biri ayrı-ayrılıqda iddia ərizəsinin məzmununa uyğun izahat verərək cavabdehin evdən və torpaq sahəsindən çıxarılmasını xahiş etmişlər. Cavabdeh məhkəmə iclasında izahat verərək bildirmişdir ki, iddia tələbini qəbul etmir. 20 ildir ki həmin evdə yaşayır. Evin bütün kommunal xərclərini özü qarşılamışdır. Həmin evə gəlin köçəndə evin heç döşəməsi də olmamışdır. Hamısını öz əziyyəti ilə tikib düzəltmişdir. 9 ildir ki, həyat yoldaşı rəhmətə getmişdir. 2 qız övladı ilə tək qalmışdır. Evi mərhum həyat yoldaşının birinci arvadınınatası tikmişdir. Sonradan o həmin evə gəlin köçərkən cehiz gətirməmiş, cehiz əvəzinə evin tikilməsinə sərf edilmiş pulu vermişdir. Evdən çıxarılmasına razı deyildir. Cavabdehin nümayəndəsi Nümayəndə məhkəmə iclasında izahat verərək bildirmişdir ki, iddia tələbini qəbul etmir. Bacısının qaldığı ev mübahisəli torpaq sahəsinin içərisində deyildir. Həmin ev bələdiyyə torpağında yerləşir. Bacısının evini mərhum həyat yoldaşının birinci ailəsindən qayınatası tikmişdir. Sonradan bacısı ailə qurarkən cehiz əvəzinə evin pulunu qarşı tərəfə ödəmişdir. İş materiallarına əlavə edilmiş sənədlər: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş qeydiyyat tarixi xx.xx.2015-ci il, qeydiyyat nömrəsi ********** olan Çıxarışın surətindən görünür ki, İddiaçı5 xüsusi mülkiyyətinə Masallı rayonu, Xallıcalı kəndində 3.15 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Hüquq sahibləri kimi X6, İddiaçı7, İddiaçı6, X5, İddiaçı2 və İddiaçı3 adları qeyd olunmuşdur. JN-102 nömrəli kod 80512048 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktından görünür ki, Masallı rayon Aqrar İslahat Komissiyasının 30 mart 1998-ci il tarixli, 12 saylı qərarı əsasında İddiaçı5 və onun ailə üzvləri olan X6, İddiaçı7, İddiaçı6, X5, X2 və İddiaçı3 birgə mülkiyyətlərinə 3.15 ha kənd təsərrüfatı məhsullarının istehsalı üçün torpaq sahəsi verilmişdir. xx.xx.2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı5 tərəfindən məhkəməyə müraciət etmək üçün 100 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müəyyən olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təsbit olunan mülkiyyət hüququ üzrə oxşar hüquqi mövqelər ifadə etmişdir. Belə ki, Məhkəmənin presedent hüququna əsasən, 1 saylı Protokolun 1-ci maddəsinin birinci və ən mühüm tələbi ondan ibarətdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır. Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun. Konvensiya tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə legitim məqsəd daşımalıdır. 1 saylı Protokolun 1ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur. Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir. Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, ... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 238.1. Daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. 213.1 və 213.2-ci maddələrinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əmlak ümumi mülkiyyət, şəxslərin hər birinin mülkiyyətində (hüququnda) olan payı müəyyənləşdirildikdə isə ümumi paylı mülkiyyət hesab olunur. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.2 -ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. İşin mübahisəsiz halları:
1. JN-102 nömrəli kod 80512048 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş qeydiyyat tarixi xx.xx.2015-ci il, qeydiyyat nömrəsi ********** olan Çıxarışa əsasən Masallı rayonu, Xallıcalı kəndində 3.15 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi iddiaçılar İddiaçı5, X6, İddiaçı7, İddiaçı6, X5, İddiaçı2 və İddiaçı3 ümumi birgə mülkiyyətindədir.
2. Yaşayış evlərindən biri Cavabdeh tərəfindən istifadə edilir.
İşin mübahisəli halları:
1. Cavabdeh Masallı rayonu, Xallıcalı kəndində 3.15 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və yaşadığı evdən istifadəsinin qanuni olub-olmaması.
İşə baxan məhkəmənin mövqeyi:
Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi qismən təmin edilməlidir. Mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyinin müdafiə edilməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir. Məhkəmə çəkişmə prinsipinə riayət edərək ancaq o sübutları qəbul etmiş və nəzərə almışdır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə hesab edir ki, iddianın qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsi təşkil edir. Qeyd olunan hüquq normasının tələbinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mülki hüquq nəzəriyyəsinə görə ənənəvi olaraq iki klassik iddia növündən, yəni vindikasiya və neqator iddiasından istifadə edilir. Mülki Məcəllənin 157.2-ci maddəsi əşya hüquqlarının vindikasiya qaydasında müdafiə edilməsini tənzimləyir. Mülki hüquq nəzəriyyəsində vindikasiya iddiası adlanır. Vindikasiya iddiası dedikdə, öz əşyası üzərində faktiki sahibliyi itirən mülkiyyətçinin həmin əşyanı naturada özgəsinin (başqa şəxsin) qanunsuz sahibliyindən geri tələb etməsi başa düşülür. Qeyd olunan hüquq normasının dispozisiya şərtinə görə:
1. Şəxs tələb edilən əmlakın mülkiyyətçisi olmalı
2. Mülkiyyətçi öz əşyası üzərində faktiki sahibliyi itirməli
3. Mülkiyyətçinin sahiblikdən məhrum olduğu əşya başqa şəxsin (özgəsinin) sahibliyinə keçməli
4. Özgə şəxsin əşyaya faktiki sahibliyi qanunsuz olmalı
5. Mülkiyyətçinin sahiblikdən məhrum olduğu və özgəsinin qanunsuz sahibliyinə keçdiyi əşya naturada saxlanmalı
6. Geri tələb olunan əşya yalnız fərdi əlamətləri ilə müəyyən edilən əşya (fərdimüəyyən əşya) olmalı
7. Əşyanın mülkiyyətçisi və faktiki sahib bir-birilə öhdəlik hüquq münasibətlərində, məsələn, müqavilə münasibətlərində olmamalı
İddia tələbi yalnız yuxarıda qeyd olunan dispozisiya şərtlərinin hamısı mövcud olduğu təqdirdə əsaslıdır. Məhkəmə hesab edir ki, iddianın yuxarıda qeyd olunan torpaq sahəsinin cavabdehin qanunsuz sahibliyindən geri qaytarılması hissəsi əsaslıdır. Belə ki, JN-102 nömrəli kod 80512048 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş qeydiyyat tarixi xx.xx.2015ci il, qeydiyyat nömrəsi ********** olan Çıxarışa əsasən Masallı rayonu, Xallıcalı kəndində 3.15 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi iddiaçılar İddiaçı5, X6, İddiaçı7, İddiaçı6, X5, İddiaçı2 və İddiaçı3 ümumi birgə mülkiyyətindədir və mübahisəli torpaq sahəsi cavabdehin istifadəsindədir. Cavabdeh həmin evə gəlin köçdüyünü, torpaq sahəsinin və evin ona mərhum həyat yoldaşından miras qaldığını iddia edərək evdən və torpaq sahəsindən çıxmağa razı olmadığını bildirmişdir. Lakin məhkəmə araşdırması zamanı iddiaçılar tərəfindən təqdim edilmiş çıxarış və dövlət aktında mərhum X7 mülkiyyət payının olmadığı müəyyən edilmişdir. Geri tələb edilən torpaq sahəsi fərdi müəyyən əşyadır və naturada saxlanılır. Tərəflər arasında hər hansı öhdəlik hüquq münasibətləri yoxdur. Göründüyü kimi iddia tələbi MM-nin 157.2-ci maddəsinin 1,2,4,5,6,7-ci bəndlərdə göstərilən dispozisiya şərtlərinə uyğundur. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdehlərə məxsus Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2015-ci il tarixdə RX seriyalı, ******* saylı Çıxarışa əsasən qeydə alınmış Masallı rayonu, Xallıcalı kəndində 3.15 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılmalı, evdən çıxarılma hissəsində fərdi yaşayış evi özbaşına tikili olduğundan bu hissədə iddia rədd edilməlidir.
Məhkəmə xərcləri:
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 manat məbləğində pul vəsaiti Cavabdeh İddiaçı5 xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1, 216-220, 227, 284-5, 284-6, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ:
İddia qismən təmin edilsin. Cavabdehlərə məxsus Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2015-ci il tarixdə RX seriyalı, ******* saylı Çıxarışa əsasən qeydə alınmış Masallı rayonu, Xallıcalı kəndində 3.15 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılsın. Qalan hissədə iddia təmin edilməsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 manat məbləğində pul vəsaiti Cavabdeh İddiaçı5 xeyrinə tutulsun. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində, ondan Masallı rayon Məhkəməsi vasitəsilə və “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetində yerləşdirməklə, Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Hakim: Ellara Abbasova