Azərbaycan Respublikası adından QƏRARDAD Masallı rayonu İş № e-2(050)-163/2025 08.09.2025 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi, Cavabdeh iştirakı ilə. İddiaçı Elsevər oğlunun Cavabdeh (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Masallı Rayon Yeyənkənd bələdiyyəsi) qarşı kiçik həcmli su kanalının açılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Elsevər oğlu Cavabdeh (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Masallı Rayon Yeyənkənd bələdiyyəsi) qarşı kiçik həcmli su kanalının açılması tələbinə dair iddia ərizəsi ilə müraciət edərək qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçıya və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Masallı Rayon Yeyənkənd bələdiyyəsinə 06 avqust və 08 sentyabr 2025-ci il tarixə təyin edilmiş məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Cavabdeh işə mahiyəti üzrə baxılmasını tələb etmədiyini bildirdi. Məhkəmə iddiaçının gəlməməsini və cavabdehin işin mahiyyəti üzrə baxılmasını tələb etməməsini nəzərə alaraq hesab edir ki, ərizə baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 260.5-ci maddəsinə görə, məhkəmə iddiaçı və ya cavabdehin vəsatəti üzrə, onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məhkəməyə məlumat verməmələrinin üzürlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim etdikdə, bu Məcəllənin 259.0.6 və 259.0.7-ci maddələrində göstərilən əsaslarla ərizənin baxılmamış saxlanması barəsində öz qərardadını ləğv edir. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 31 mart 2011-ci il tarixli 3 nömrəli Qərarında məhkəmələrə izah edilmişdir ki, iddianın baxılmamış saxlanılması həmin iddia ilə məhkəməyə yenidən müraciət etməni istisna etmir. Azərbaycan Respublikası MPM-nin 260.4-cü maddəsinə əsasən maraqlı şəxs baxılmamış saxlanılmış iddia ilə məhkəməyə ümumi qaydada müraciət edə bilər. Bu zaman ümumi qaydada yeni iş açılmalıdır. Lakin ərizənin baxılmamış saxlanılması MPMnin 259.0.6 və 259.0.7-ci maddələrdə göstərilən əsaslarla əlaqədar olduqda, tərəflər məhkəmə iclasında iştirak etməmələri ilə əlaqədar üzürlü səbəblər göstərdikdə və bu barədə məhkəməyə sübutlar təqdim etdikdə məhkəmə tərəflərin vəsatətinə əsasən ərizənin baxılmamış saxlanılması barədə qərardadını qanunla müəyyən edilmiş müddətdə ləğv edərək həmin işə mahiyyəti üzrə baxmağa haqlıdır. Bu zaman işin davamı əvvəlki işdə aparılır. Azərbaycan Respublikası MPM-in 260.5-ci maddəsində nəzərdə tutulan vəsatət Azərbaycan Respublikası MPM-in 259.0.6 və 259.0.7-ci maddələrində göstərilən əsaslarla ərizənin baxılmamış saxlanmasına dair qərardadın ləğvi barədə tərəfin xahişidir. Odur ki, həmin vəsatət qərardadı mübahisələndirən şikayət sayılmır. Ərizənin baxılmamış saxlanılması haqqında (o cümlədən Azərbaycan Respublikası MPM-in 259.0.6 və 259.0.7ci maddələrində nəzərdə tutulmuş əsaslarla çıxarılmış) qərardadın qanuni və əsaslı olması yalnız şikayət verilməklə mübahisələndirilə bilər. Şikayətə Azərbaycan Respublikası MPMin 269-cu maddəsində nəzərdə tutulmuş qaydada baxılır. Həmçinin iddia ərizəsi baxılmamış saxlanıldığından təyin edilmiş ekspertizanın mütəxəssis rəyinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş 95 manat məbləğində xidmət haqqı İddiaçı Elsevər oğlundan tutularaq Cavabdeh ödənilməlidir. Həmçinin iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyərinə görə 50 (əlli) manat pul İddiaçı Elsevər oğlundan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. MPM-in 260.1 və 260.6-cı maddələrinə görə məhkəmə iddianın baxılmamış saxlanılması haqqında qərardad çıxarır və həmin qərardaddan şikayət verilə bilər. Göstərilənlərə əsasən və MPM-in 259, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Elsevər oğlunun Cavabdeh (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Masallı Rayon Yeyənkənd bələdiyyəsi) qarşı kiçik həcmli su kanalının açılması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Mütəxəssis rəyinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş 95 manat məbləğində xidmət haqqı İddiaçı Elsevər oğlundan tutularaq Cavabdeh ödənilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyərinə görə 50 (əlli) manat pul İddiaçı Elsevər oğlundan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. İddiaçıya izah olunsun ki, ərizənin baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. X1
Məhkəmə qərarları › İş №e-2(050)-163/2025
Masallı Rayon Məhkəməsi Qərardad — İş №e-2(050)-163/2025
08.09.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver