Məhkəmə qərarları › İş №e-2(050)-1815/2023

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(050)-1815/2023

30.05.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № e-2(050)-1815/2023 30.05.2023 MASALLI RAYON MƏHKƏMƏSİ X1 (sədrlik edən), məhkəmə iclas katibi X3, Cavabdeh iştirakı ilə. İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı «subroqasiya tələbinin təmin edilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Sığorta Şirkəti ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Mercedes Benz” markalı ** CK *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 428 (dörd yüz iyirmi səkkiz) manat sığorta ödənişi məbləği və bu iddia ərizəsinin verilməsi ilə bağlı 30.40 (otuz, qırx) manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı Sığorta Şirkətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı təşkilatın tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh xx.xx.2020-ci il tarixdə “Vaz 2101” markalı, ** CB *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə yolnəqliyyat hadisəsi törədərək “Mercedes Benz” markalı ** CK *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə zərər yetirmişdir. Baş vermiş yol nəqliyyat hadisəsində “Mercedes Benz” markalı ** CK *** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan dəymişdir. xx.xx.2020-ci il tarixdə yol-nəqliyyat hadisəsi zamanı Cavabdeh nəqliyyat vasitəsini sürücülük hüququ olmadan idarə etdiyinə görə cavabdehə qarşı subroqasiya hüququ yaranmışdır. Nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabata uyğun olaraq, “Mercedes Benz” markalı ** CK *** qeydiyyat nişanlı avtomobilə 498 (dörd yüz doxsan səkkiz) manat ziyan dəymişdir. PAT********** saylı sığorta müqaviləsinin 087220 saylı sığorta aktına əsasən İddiaçı Sığorta Şirkəti ASC dəymiş ziyanı aradan qaldıraraq “Mercedes Benz” markalı ** CK *** dövlət qeydiyyat nişanlı avtomobilə 498 (dörd yüz doxsan səkkiz) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Bildiririk ki, 498 manat sığorta ödənişindən cavabdeh tərəfindən 70 manat İddiaçı Sığorta Şirkətinə ödənilmişdir. xx.xx.2020-ci il tarixli yol nəqliyyat hadisəsi zamanı Cavabdeh təqsirli olması Masallı Rayon Məhkəməsinin inzibati tənbeh vermə haqqında iş üzrə Qərarında öz əksini tapmışdır. Aşağıda göstərilənlərə əsasən hesab edirik ki, qeyd olunan yol nəqliyyat hadisəsi nəticəsində İddiaçı Sığorta Şirkəti tərəfindən ödənilmiş 428 (dörd yüz iyirmi səkkiz) manat sığorta ödənişi subroqasiya qaydasında qanunvericilikdə nəzərdə tutulmuş qaydada cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. İddiaçı Sığorta Şirkəti ASC-nin hüquqşünası Araz Allahverdiyev məhkəməyə ərizə ünvanlayaraq iddianı müdafiə etdiklərini, mülki işə onun iştirakı olmadan baxılaraq iddianın tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, iddiaçı tərəfindən verilmiş iddianı qəbul edir və iddiaçıya olan 428 manat borcunu hissə-hissə ödəyəcəkdir. İş materiallarında olan İddiaçı Sığorta Şirkəti ASC-nin xx.xx.2020-ci il tarixli 087220 saylı Sığorta aktından görünür ki, “Vaz 2101” markalı, ** CB *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixə kimi sığortalamışdır. xx.xx.2020ci il tarixdə Masallı şəhəri ərazisində sığorta hadisəsi baş vermişdir. Bu zaman “Mercedes Benz” markalı ** CK *** markalı avtomobil sığortalı avtomobillə toqquşmuşdur. Zərərlə bağlı maddi ziyanın ümumi məbləği 498 manatdır. X2 498 manat sığorta ödənişi verilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli 81908520 (7687) nömrəli ödəniş tapşırığının surətindən görünür ki, İddiaçı Sığorta Şirkəti ASC tərəfindən X2 498 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. İş materiallarında olan xx.xx.2018-ci il tarxili, xx.xx.2021-ci nömrəli hesabatdan görünür ki, “Mercedes Benz” markalı ** CK *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəymiş zərərin ümumi məbləği 498 (dörd yüz doxsan səkkiz) manat müəyyən edilmişdir. İş materiallarında olan Masallı Rayon Məhkəməsinin 04 avqust 2020-ci il tarixli, 3(0500-547/2020 nömrəli qərarından görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirli bilinnəsi və o, 400 (dörd yüz) manat məbləğində cərimə edilmişdir. Məhkəmə cavabdehn izahatını, iddiaçının nümayəndəsinin ərizəsinin nəzərə alıb, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia təmin edilməlidir. İcbari sığortalar haqqında Azərbaycan Respublikasının Qanununun: 25.1. Sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ aşağıda göstərilən hallarda yaranır: 25.1.3. icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Mülki işin məhkəmə baxışı zamanı müəyyən edildi ki, Cavabdeh xx.xx.2020-ci il tarixdə Masallı şəhəri ərazisində idarə etdiyi “Vaz 2101” markalı, ** CB *** dövlət qeydiyyat nişanlı avtomobili ilə “İVECO CREALİS” markalı, ** JH *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuş və qəza nəticəsində “Mercedes Benz” markalı ** CK *** qeydiyyat nişanlı nəqliyyat vasitəsinə zərər vurmuşdur. İddiaçı sığorta müqaviləsinə uyğun olaraq zərərçəkmişə dəymiş maddi ziyana görə sığorta məbləği həddində 498 manat məbləğində sığorta ödənişi etmişdir. Cavabdeh tərəfindən 498 manat sığorta ödənişindən 70 manat İddiaçı Sığorta Şirkətinə ödənilmişdir. Hazırda 428 manat pulu subroqasiya qaydasında cavabdehdən tələb edir. İddia tələbi əsaslı olduğu üçün təmin edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddiaçı təşkilat tərəfindən ödənilmiş 30.40 manat dövlət rüsumu da Cavabdeh aid edilməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıdakılara əsasən və MPM-in 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 428 (dörd yüz iyirmi səkkiz) manat məbləğində sığorta ödənişinin əvəzi və ödənilmiş 30.40 manat məbləğində dövlət rüsumu alınaraq İddiaçı Sığorta Şirkəti ASCyə ödənilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar