Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № e-2(050)-1890/2023 07.08.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Kərimli Nəzrin Fikrət qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə, Masallı rayon məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh 1400 manat pul tələb edir. İddia ərizəsi üzrə tələb onunla əsaslandırılmışdır ki, köhnə tanışı olan Cavabdeh ona bildirmişdir ki, o, avtomobillə adam vurub və buna görə ondan polis məmurları pul istəyirlər. Cavabdeh avtomobillə vurduğu adama kömək etmək məqsədi ilə ondan borc pul istəmiş və bu borcu 1-2 aya qaytaracağını bildirmişdir. O, Cavabdeh çoxdan tanıdığı və etibarı olduğu üçün ona Bakı şəhəri Atatürk prospektindəki köhnə Miqrasiya idarəsinin binasındakı Milliön aparatından 05 may 2022-ci il tarixdə 1000 manat borc olaraq pul köçürmüşdür. Bu hadisədən təxminən 1 ay sonra o, yenə də pul lazım olduğunu bildirdiyi üçün ona Bakı şəhəri Atatürk prospektindəki köhnə Miqrasiya idarəsinin binasının yanında əlavə olaraq 400 manat nağd şəkildə pul vermişdir. Cavabdehdən borcunu qaytarmasını tələb etsə də, o, borcunu qaytarmaqdan imtina edir. Cavabdehin onu aldadaraq, müxtəlif bəhanələrlə pul almasını təsdiq edən sənəd və “WhatsApp” ani məsajlaşma proqramında yazışmalar da mövcuddur. Cavabdeh haqqında qanunamüvafiq tədbirlərin görülməsi üçün 22 noyabr 2022-ci tarixdə Bakı şəhəri, Binəqədi rayon polis idarəsinə şikayət ərizəsi ilə müraciət etmiş, lakin həmin polis idarəsi 30 dekabr 2022-ci il tarixli məktubla ona mülki qaydada məhkəməyə məhkəməyə müraciət etməyi tövsiyə etmişlər. Odur ki, Cavabdeh 1400 manat pulun tutularaq ona verilməsi barədə qətnamə çıxarılması xahiş olunur. İddiaçı məhkəmə baxışı iclasında iddia ərizəsində göstərilən əsaslara uyğun izahat verərək, borcunu ödəməsi ilə bağlı cavabdehə dəfələrlə müraciət etdiyini, lakin cavabdehin qaytarmamasını bildirərək, iddianın təmin edilməsi barədə qətnamə çıxıarılmasını xahiş etmişdir. Cavabdeh iddianı qismən qəbul etməsi barədə ərizə təqdim edərək bildirdi ki, o, 1000 manat pulu İddiaçı borc almışdır. Onlar arasında bu barədə “Whatsapp” ani məsajlaşma proqramında yazışmalarda olmuşdur. Lakin maddi imkanı olmadığından pulu qaytrara bilməmişdir. Məhkəmə iş materiallarında olan və tərəfin tələbini müəyyən edən faktlarla və hallarla əlaqədar aşağıdakı sübutları tədqiq etmişdir: Bakı şəhər Binəqədi RPİ-nin 30 dekabr 2022-ci il tarixli məhkubundan görünür ki, İddiaçı Cavabdeh barəsində pulun qaytarılması barədə şikayətinə cavab olaraq, işin mülki xarakterli olduğundan ona məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. İddiaçı və Cavabdeh arasında olan “WhatsApp” sosial şəbəkə platformasında yazışmaların ekran görüntülərindən görünür ki, Cavabdeh yazışmalarda İddiaçı təcili pul lazım olduğunu bildirərək kartının fotoşəklini göndərmişdir. Həmin karta 1000 manat məbləğində pul köçürülməsi ilə bağlı qəbz vardır. Cavabdeh borcunu 2 aya maşınını sataraq qaytaracağını bildirmişdir. Ödəniş qəbzindən görünür ki, İddiaçı məhkəmədə iddia qaldırmaq üçün 30 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia qismən əsaslıdır. Mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyinin müdafiə edilməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir. Məhkəmə çəkişmə prinsipinə riayət edərək ancaq o sübutları qəbul etmiş və nəzərə almışdır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən borclu kreditorun xeyrinə müəyyən hərəkətlər etməli, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmət göstərməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digar əsaslar əmələ gəlməsi halları istisna olmaqla, öhdəlyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Göstərilən maddi hüquq normalarına və işin faktiki hallarına əsasən, məhkəmə yaranmış hüquq münasibəti üzrə tərəflərin iradə ifadəsinin həqiqi mənasını şərh edərək qeyd edir ki, İddiaçı və Cavabdeh arasında qanuna zidd olmayan şifahi formada borc müqaviləsi olmuşdur. İddiaçı üzərinə düşən öhdəliyi icra etmiş və razılaşmaya uyğun olaraq cavabdeh ötən müddət ərzində borcunu qaytarmamışdır. Məhkəmə qeyd edir ki, İddiaçı ilə Cavabdeh arasında 1000 manat məbləğində borc münasibətinin yaranması sübuta yetsə də, işin faktiki halları ilə nağd şəkildə verilən 400 manat barəsində borc münasibətinin yaranması sübuta yetmir. Ona görə də ona 1000 manat borc pul tələbi həddində təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3.-cü maddəsinin tələbinə görə cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 80, 88-ci maddələri ilə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərclərin ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə qətnaməni çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, təqdim edilən sübutlarla, əsaslandıraraq belə hüquqi nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 222, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 1000 manat və dövlət rüsumuna görə ödənilmiş 30 manat alınaraq İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətinə Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Habil Bəhmənov
Məhkəmə qərarları › İş №e-2(050)-1890/2023
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(050)-1890/2023
07.08.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver