Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № e-2(050)-205/2023 27.01.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, Məhkəmə iclas katibi Atakişiyev Mehrəli Mahir oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakı ilə. İddiaçı Cavabdeh qarşı əmlakların evdən çıxarılması tələbinə mülki işə, Masallı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı X3 məhkəmədə iddia qaldıraraq Cavabdeh məxsus cehiz əşyalarının yaşadığı evdən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmiş, məhkəmə hazırlıq iclasında o, əsl İddiaçı ilə əvəz edilmişdir. İddia ərizəsi üzrə tələb onunla əsaslandırılmışdır ki, Səccad Həsənov ilə Cavabdeh faktiki nikaha girmişlər, birgə nikahdan iki uşaqları anadan olmuşdur. Cavabdeh gəlin gələrkən cehiz əşyalarını Masallı rayonu, Ləngan kəndində yerləşən, X1 tərəfindən tikilmiş evə yerləşdirmiş və onlar orada yaşamışlar. Cavabdeh aralarında baş vermiş xırda narazılıqları səbəb göstərərək birinci dəfə üç ay müddətinə valideynlərinin yanına getmiş və orada yaşamışdır. 2022-ci ilin oktyabr ayının əvvəllərində yaşadıqları evə gəlmiş, 3-4 gün qaldıqdan sonra 12 oktyabr 2022-ci il tarixdə özünə məxsus cehiz əşyalarının bir hissəsini və evdə olan 1500 manat pulu götürərək evdən getmişdir. Bu hərəkətləri ilə o, barışmaq və ailə həyatları davam etdirmək niyyətində olmamasını nümayiş etdirmişdir. Cavabdehin dəyəri 2000 manat olan cehiz əmlakları evində qalmışdır. Həmin əmlaklar yataq dəsti-taxt, şifoner, tumbalar, 2 ədəd xalça -4x5 metr ölçüdə, soyuducu-“Biryusa”, divan, stol, 4 ədəd stul, yazı masası və uşaq beşiyindən ibarətdir. Odur ki, həmin əmlakların cavabdehin hesabına evdən çıxarılması barədə qətnamə qəbuıl edilməsi xahiş olunur. İddiaçı məhkəmə baxışı iclasında iddia ərizəsinə uyğun izahat verərək, iddiasının təmin olunmasını xahiş etmişdir. Nümayəndə və Vəkil iddianı eyni əsaslarla müdafiə edərək, təmin olunmasını xahiş etmişdir. Cavabdeh izahatında bildirdi ki, onun digər cehizlik əşyaları, o cümlədən qızıl-zinət əşyaları evdə qalmışdır. Onların tələb olunması ilə bağlı məhkəmədə ayrıca iddia qaldırmışdır. Hal-hazırda İddiaçı adlarını qeyd etdiyi əşyalarının evdən götürülməsinə etiraz etmir. Məhkəmə iş materiallarında olan və tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar aşağıdakı sübutları tədqiq etmişdir: Masallı RİHBA-nın Təklə kənd İƏDÜN-nin arayışından görünür ki, Həsənov X2 rayonu, Ləngan kəndində yaşayır və özünə məxsus fərdi yaşayış evi vardır. Məhkəmə iş materiallarını tədqiq edib, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onların məcmusuna hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi əsaslıdır. Mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyinin müdafiə edilməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir. Məhkəmə çəkişmə prinsipinı riayət edərək iddiaçı və cavabdeh tərəfindən təqdim olunmuş ancaq o sübutları qəbul etmiş və nəzərə almışdır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədıyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən mülkiyyətə qəsd və ya başqa maneələr əşyanın götürmədən və ya ondan məhrum etmədən törədilirsə mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirlidik də, mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3.-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.4.-cü maddəsinin tələbinə görə qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Qeyd olunan maddi və prosessual normalarına əsasən məhkəmə qeyd edir ki, Cavabdeh məxsus əmlakların iddiaçının evində qalması, iddiaçının sahiblik və istifadə hüquqlarının pozulmasına gətirib çıxara bilər və bu hal da mülkiyyət hüququnun polzulması ilə nəticələnə bilər. Bundan başqa Cavabdeh özü də əşyalarının evdən götürülməsini istəyir. Ona görə də iddia əsaslı hesab olunmalı, həmçinin çıxarılan əşyalar Cavabdeh təhvil verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1.-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 80, 88-ci maddələri ilə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə qətnaməni çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, təqdim edilən sübutlarla, belə hüquqi nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh məxsus yataq dəsti-taxt, şifoner, tumbalar, 2 ədəd xalça -4x5 metr ölçüdə, soyuducu-“Biryusa”, divan, stol, 4 ədəd stul, yazı masası və uşaq beşiyindən ibarət olan əmlaklar İddiaçı məxsus Masallı rayonu Ləngan kəndində yerləşən yaşayış evindən götürülsün və Cavabdeh təhvil verilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətinə Masallı rayon məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Habil Bəhmənov
Məhkəmə qərarları › İş №e-2(050)-205/2023
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(050)-205/2023
27.01.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver