Azərbaycan Respublikası adından QƏRARDAD Masallı rayonu İş № e-2(050)-2300/2024 28.06.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Masallı Rayon Məhkəməsinin hakimi Abdullayev Coşqun Şamil oğlu, İddiaçı "Azəriqaz“ İstehsalat Birliyinin Cavabdeh qarşı borcun qaytarılması tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı "Azəriqaz“ İstehsalat Birliyinin nümayəndəsi Nümayəndə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması nəticəsində hesablanmış 1036,80 manat dəymiş ziyanın, ödənilmiş 30,00 manat dövlət rüsumunun və 0,40 manat xidmət haqqının, cəmi 1067,20 manat məbləğində pul vəsaitinin tutularaq Lənkəran RQİİ-nin Kapital Bank ASC Lənkəran filialı Kod:200383 VÖEN **********, MH AZ37NABZ********************, SWİFT: AİİBAZ2X, Azəriqaz İB, VÖEN **********, İBAN:AZ90AİİB******************** saylı hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizə geri qaytarılmalıdır. 152.1.1-ci maddəsinə əsasən hakim iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası MPM-nin: 284-3.5-ci maddəsinə əsasən ərizənin bu Məcəllənin 284-3.1-ci və 284-3.2-ci maddələri ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, yaxud bu Məcəllənin 152.1.2-152.1.9-cu maddələrində müəyyən edilmiş əsaslar olduqda hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı sadələşdirilmiş icraat qaydasında verdiyi ərizəsində qeyd edilən mübahisə ilə bağlı Masallı Rayon Məhkəməsinin və Şirvan Apellyasiya Məhkəməsinin qətnamələrinin olduğunu, həmin qətnamələr əsasında iddiaçının cavabdehə qarşı tələblərinin yarandığını bildirmiş, lakin bu barədə məhkəmə qətnamələrini materiala əlavə etməmişdir. Həmçinin, material öyrənilərkən müəyyən edilmişdir ki, eyni tələblə iddiaçı əvvəl bir dəfə Masallı Rayon Məhkəməsinə müraciət etmiş, təyin edilmiş iclaslarda cavabdeh iştirak etmiş və iddia tələbinə etiraz edərək borcunun olmadığını izahatında qeyd etmişdir. Həmin iş üzrə iddiaçı məhkəmə iclaslarında iştirak etmədiyindən Masallı Rayon Məhkəməsinin qərardadı ilə baxılmamış saxlanılmışdır. Belə olan halda, tərəflərin arasında mübahisənin olduğu açıq aşkar görünür və cavabdeh iddia tələbinə etirazını baxılmamış iş üzrə bildirmişdir. Ona görə də həmin işə sadələşdirilmiş icraat qaydasında baxılması mümkün deyildir. Məhkəmə izah edir ki, iddia ərizəsinin baxılmamış saxlanılması iddiaçının yenidən eyni tələblə məhkəməyə iddia icraatı qaydasında təkrar müraciət etmək hüququnu istisna etmir. Hazırda iddia ərizəsinə zəruri sənədlər əlavə edilmədiyindən iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 152, 263, 264 və 279-cu maddələrinə əsasən, QƏRARA ALDİM: İddiaçı "Azəriqaz“ İstehsalat Birliyinin Cavabdeh kiçik mübahisələr üzrə sadələşdirilmiş icraat qaydasında borcun ödənilməsi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Coşqun Abdullayev
Məhkəmə qərarları › İş №e-2(050)-2300/2024
Masallı Rayon Məhkəməsi Qərardad — İş №e-2(050)-2300/2024
28.06.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver