Məhkəmə qərarları › İş №e-2(050)-2429/2023

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(050)-2429/2023

26.07.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № e-2(050)-2429/2023 26.07.2023 MASALLI RAYON MƏHKƏMƏSİ X3 (sədrlik edən), məhkəmə iclas katibi X11 iştirakı ilə. İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı «subroqasiya tələbinin təmin edilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Sığorta Şirkəti ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh “Daewoo” markalı, ** VS *** dövlət qeydiyyat nişanlı avtomobilə 540 manat, X17 yüngül dərəcəli xəsarət aldığına görə 750 manat, X21 az ağır dərəcəli xəsarət aldığına görə 1500 manat, X6 yüngül dərəcəli xəsarət aldığına görə 750 manat və X22 az ağır dərəcəli xəsarət aldığına görə 1500 manat, X1 dəymiş yüngül dərəcəli bədən xəsarətinə görə 750 manat olmaqla, cəmi 5790 manat məbləğində pulun və ödənilmiş 78.30 manat məbləğin Cavabdeh alınaraq İddiaçı Sığorta Şirkəti ASC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2019-cu il tarixdə Cavabdeh tərəfindən idarə olunan “İSUZU SAZ NP37” markalı, ** RS *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi “Daewoo” markalı, ** VS *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. X2 yüngül dərəcəli xəsarət, X21 az ağır dərəcəli xəsarət, X30 yüngül dərəcəli xəsarət, X6 yüngül dərəcəli xəsarət və X22 az ağır dərəcəli və X30 yüngül dərəcəli bədən xəsarəti almışlar. İddiaçı Sığorta Şirkəti ASC dəymiş zərəri aradan qaldıraraq, “Daewoo” markalı, ** VS *** dövlət qeydiyyat nişanlı avtomobilə 540 manat, X17 yüngül dərəcəli xəsarət aldığına görə 750 manat, X21 az ağır dərəcəli xəsarət aldığına görə 1500 manat, X6 yüngül dərəcəli xəsarət aldığına görə 750 manat və X22 az ağır dərəcəli xəsarət aldığına görə 1500 manat, X1 dəymiş yüngül dərəcəli bədən xəsarətinə görə 750 manat sığorta ödənişləri həyata keçirmişdir. Həmçinin, xx.xx.2019-cu il tarixdə yol-nəqliyyat hadisəsi zamanı Cavabdeh sürücülük hüququ olmadan nəqliyyat vasitəsini idarə etdiyinə və hadisə yerindən qaçdığına görə ona qarşı subroqasiya hüququ yaranmışdır. Hazırda 5040 manat pul Cavabdeh İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulmalıdır. İddiaçı Sığorta Şirkəti ASC-nin hüquqşünası Elməddin Rəhimov məhkəməyə ərizə ünvanlayaraq iddianı müdafiə etdiklərini, mülki işə onun iştirakı olmadan baxılaraq iddianın tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan İddiaçı Sığorta Şirkəti ASC-nin xx.xx.2022-ci il tarixli 112651 saylı Sığorta aktından görünür ki, “İSUZU SAZ NP37” markalı, ** RS *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixə kimi sığortalamışdır. xx.xx.2019-cu il tarixdə Bakı şəhəri Bakıxanov qəsəbəsi ərazisində sığorta hadisəsi baş vermişdir. Bu zaman “Daewoo” markalı, ** VS *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. X4 az ağır dərəcəli xəsarət almışdır. Zərərlə bağlı maddi ziyanın ümumi məbləği 1500 manatdır. X9 paket üzrə 1500 manat sığorta ödənişi verilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ********* (10562) nömrəli ödəniş tapşırığından görünür ki, İddiaçı Sığorta Şirkəti ASC tərəfindən X8 hesabına "xxxx" KB ASC vasitəsi ilə 1500 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. İş materiallarında olan İddiaçı Sığorta Şirkəti ASC-nin xx.xx.2022-ci il tarixli 112645 saylı Sığorta aktından görünür ki, “İSUZU SAZ NP37” markalı, ** RS *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixə kimi sığortalamışdır. xx.xx.2019-cu il tarixdə Bakı şəhəri Bakıxanov qəsəbəsi ərazisində sığorta hadisəsi baş vermişdir. Bu zaman “Daewoo” markalı, ** VS *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. X5 az ağır dərəcəli xəsarət almışdır. Zərərlə bağlı maddi ziyanın ümumi məbləği 1500 manatdır. X9 paket üzrə 1500 manat sığorta ödənişi verilmişdir. İş materiallarında olan 2022-ci il tarixli ********* (10564) nömrəli ödəniş tapşırığından görünür ki, İddiaçı Sığorta Şirkəti ASC tərəfindən X8 hesabına "xxxx" KB ASC vasitəsi ilə 1500 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. İş materiallarında olan İddiaçı Sığorta Şirkəti ASC-nin xx.xx.2022-ci il tarixli 112649 saylı Sığorta aktından görünür ki, “İSUZU SAZ NP37” markalı, ** RS *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixə kimi sığortalamışdır. xx.xx.2019-cu il tarixdə Bakı şəhəri Bakıxanov qəsəbəsi ərazisində sığorta hadisəsi baş vermişdir. Bu zaman “Daewoo” markalı, ** VS *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. X18 (Milayim) Tanrıverdi qızı yüngül dərəcəli xəsarət almışdır. Zərərlə bağlı maddi ziyanın ümumi məbləği 750 manatdır. X9 paket üzrə 750 manat sığorta ödənişi verilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ********* (11133) nömrəli ödəniş tapşırığından görünür ki, İddiaçı Sığorta Şirkəti ASC tərəfindən X8 hesabına "xxxx" KB ASC vasitəsi ilə 750 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. İş materiallarında olan İddiaçı Sığorta Şirkəti ASC-nin xx.xx.2022-ci il tarixli 112653 saylı Sığorta aktından görünür ki, “İSUZU SAZ NP37” markalı, ** RS *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixə kimi sığortalamışdır. xx.xx.2019-cu il tarixdə Bakı şəhəri Bakıxanov qəsəbəsi ərazisində sığorta hadisəsi baş vermişdir. Bu zaman “Daewoo” markalı, ** VS *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. X10 yüngül dərəcəli xəsarət almışdır. Zərərlə bağlı maddi ziyanın ümumi məbləği 750 manatdır. X9 paket üzrə 750 manat sığorta ödənişi verilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ********* (10561) nömrəli ödəniş tapşırığından görünür ki, İddiaçı Sığorta Şirkəti ASC tərəfindən X8 hesabına "xxxx" KB ASC vasitəsi ilə 750 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. İş materiallarında olan İddiaçı Sığorta Şirkəti ASC-nin xx.xx.2022-ci il tarixli 112643 saylı Sığorta aktından görünür ki, “İSUZU SAZ NP37” markalı, ** RS *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixə kimi sığortalamışdır. xx.xx.2019-cu il tarixdə Bakı şəhəri Bakıxanov qəsəbəsi ərazisində sığorta hadisəsi baş vermişdir. Bu zaman “Daewoo” markalı, ** VS *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. X2 yüngül dərəcəli xəsarət almışdır. Zərərlə bağlı maddi ziyanın ümumi məbləği 750 manatdır. X9 paket üzrə 750 manat sığorta ödənişi verilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ********* (10563) nömrəli ödəniş tapşırığından görünür ki, İddiaçı Sığorta Şirkəti ASC tərəfindən X8 hesabına "xxxx" KB ASC vasitəsi ilə 750 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. İş materiallarında olan İddiaçı Sığorta Şirkəti ASC-nin xx.xx.2021-ci il tarixli 099518 saylı Sığorta aktından görünür ki, “İSUZU SAZ NP37” markalı, ** RS *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixə kimi sığortalamışdır. xx.xx.2019-cu il tarixdə Bakı şəhəri Sabunçu rayonu, Ramana qəsəbəsi ərazisində sığorta hadisəsi baş vermişdir. Bu zaman “Daewoo” markalı, ** VS *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Nəticədə “Daewoo” markalı, ** VS *** qeydiyyat nişanlı avtomobilə zərə dəymişdir. Zərərlə bağlı maddi ziyanın ümumi məbləği 540 manatdır. "xxxx" MMC-yə 540 manat sığorta ödənişi verilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli 8173 nömrəli ödəniş tapşırığından görünür ki, İddiaçı Sığorta Şirkəti ASC tərəfindən "xxxx" MMC-nin hesabına "xxxx" ASC vasitəsi ilə 540 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. İş materiallarında olan Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin 1(008)-18/2021 nömrəli, xx.xx.2021-ci il tarixli hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.2 və 264-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməsi, təqsirləndirilən şəxs Cavabdeh Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsinə əsasən 03 (üç) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 03 (üç) il müddətinə, Cinayət Məcəlləsinin 264-cü maddəsinə əsasən 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 01 (bir) il müddətinə azadlıqdan məhrum etma cəzası təyin edilməsi, təyin olunmuş cəzalar Cinayət Məcəlləsinin 66.2 və 66.4-cü maddələrinə Əsasən qismən toplanaraq və birləşdirilərək təqsirləndirilən şəxs Cavabdeh üzərində 03 (üc) il, 06 (alti) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 03 (üç) il, 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılması, hal-hazır ki, hökmlə təyin olunmuş cəza Bakı şəh., Sabunçu Rayon Məhkəməsinin 1(008)195/2019 saylı, 29 aprel 2019-cu il tarixli hökmü ilə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 06 (altı) ay, 13 (on üç) gün hissəsi və 01 (bir) il müddətinə nəqliyyat vasitələrini idara etmək hüququndan məhrum edilmə Cinayət Məcəlləsinin 67.1-ci və 67.5-ci maddələrinə Əsasən qismən birləşdirilmiş və qəti olaraq Cavabdeh üzərində 04 (dörd) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Təqsirləndirilən şəxs Cavabdeh cəzasını “ümumi rejimli” cəzaçəkmə müəssisəsində çəkməsi, təqsirləndirilən şəxs Cavabdeh cəza çəkmə müddətinin əvvəli 28 yanvar 2020-ci il tarixdən hesablanması, iş üzrə 200 manat ekspertiza xərci təqsirləndirilən şəxs Cavabdeh tutulub AZ.MEM VÖİN **********, X7 KOD 210005 VÖEN **********, Müxbir hesab 41 NABZ******************** SVİFT BİK CTREAZ 22 saylı hesaba keçirilməsi, təqsirləndirilən şəxs Cavabdeh barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmış. Mülki iddiaçı X19 mülki Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki iddia qismən olunması, zərərçəkmiş şəxslərə ödənilmiş 8.350 manat, «İzuzu Saz NP37» avtobus markalı, «az ** RS ***» dövlət qeydiyyat nişanlı sərnişin daşıma avtobusun təmirinə xərclənmiş 3.950 manat pul mülki Cavabdeh mülki iddiaçı X12 xeyrinə tutulması, iddianın qalan hissəsi isə təmin olunmaması, ödənilmiş 30 manat dövlət rüsumunun 20 manatı Cavabdeh, 10 manatı isə X13 aid edilməsi hökm edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarxili, 144238 nömrəli hesabatdan görünür ki, “Daewoo” markalı, ** VS *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəymiş zərərin ümumi məbləği 540 (beş yüz qırx) manat müəyyən edilmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin ərizəsinin nəzərə alıb, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia təmin edilməlidir. İcbari sığortalar haqqında Azərbaycan Respublikasının Qanununun: 25.1. Sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ aşağıda göstərilən hallarda yaranır: 25.1.3. icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Mülki işin məhkəmə baxışı zamanı müəyyən edildi ki, Cavabdeh xx.xx.2019-cu il tarixdə Bakı şəhəri Sabunçu rayonu, Ramana qəsəbəsi ərazisində sürücülük hüququ olmadan idarə etdiyi İSUZU SAZ NP37” markalı, ** RS *** dövlət qeydiyyat nişanlı avtomobili ilə “Daewoo” markalı, ** VS *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuş və qəza nəticəsində “Daewoo” markalı, ** VS *** qeydiyyat nişanlı nəqliyyat vasitəsinə zərər, X17 yüngül dərəcəli xəsarət, X21 az ağır dərəcəli xəsarət, X6 yüngül dərəcəli xəsarət, X22 az ağır dərəcəli xəsarət və X30 yüngül dərəcəli xəsarət vurmuşdur. İddiaçı sığorta müqaviləsinə uyğun olaraq zərərçəkmişlərə dəymiş maddi ziyana görə “Daewoo” markalı, ** VS *** dövlət qeydiyyat nişanlı avtomobilə 540 manat, X17 yüngül dərəcəli xəsarət aldığına görə 750 manat, X21 az ağır dərəcəli xəsarət aldığına görə 1500 manat, X6 yüngül dərəcəli xəsarət aldığına görə 750 manat, X22 az ağır dərəcəli xəsarət aldığına görə 1500 manat və X30 yüngül dərəcəli xəsarət aldığına görə 750 manat olamaqla, cəmi 5790 manat məbləğində sığorta ödənişi etmiş və hazırda həmin pulu subroqasiya qaydasında cavabdehdən tələb edir. İddia tələbi əsaslı olduğu üçün təmin edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddiaçı təşkilat tərəfindən ödənilmiş 30.40 manat dövlət rüsumu da Cavabdeh aid edilməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıdakılara əsasən və MPM-in 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh “Daewoo” markalı, ** VS *** dövlət qeydiyyat nişanlı avtomobilə görə ödənilmiş 540 manat, X14 vurulmuş yüngül dərəcəli xəsarət aldığına görə 750 manat, X21 az ağır dərəcəli xəsarət aldığına görə 1500 manat, X6 yüngül dərəcəli xəsarət aldığına görə 750 manat, X22 az ağır dərəcəli xəsarət aldığına görə 1500 manat və X30 yüngül dərəcəli xəsarət aldığına görə 750 manat olamaqla, cəmi 5790 manat məbləğində sığorta ödənişinin əvəzi və ödənilmiş 78.30 manat məbləğində dövlət rüsumu alınaraq İddiaçı Sığorta Şirkəti ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar