Məhkəmə qərarları › İş №e-2(050)-2458/2023

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(050)-2458/2023

26.10.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № e-2(050)-2458/2023 26.10.2023 MASALLI RAYON MƏHKƏMƏSİ X27 (sədrlik edən), məhkəmə iclasının katibi X20, İddiaçı nümayəndəsi (vəkil) Nümayəndə1, Cavabdeh1, Cavabdeh4 nümayəndəsi (vəkil) Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, "xxxx" MMC-yə, Cavabdeh3nə, Cavabdeh4, üçüncü şəxslər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə və 7 saylı Bakı «ASAN xidmət» Mərkəzində Notariat Ofisinə qarşı birgə nikah dövründə əldə edilmiş əmlaka payların müəyyən edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikah dövründə əldə etdikləri, ünvan 1 ünvanında "xxxx" MTK tərəfindən tikilərək istifadəyə verilmiş yeni tikili binanın Blok A, (yaşayışın) 4-cü mərtəbəsində yerləşən, 3 otaqdan ibarət olan 17 saylı mənzilə İddiaçı ¾ hissədə payının tanınması və iddia ərizəsinin verilməsi üçün köçürülmüş 100 (bir yüz) manat məbləğində dövlət rüsumunun, eləcə də müvəqqəti təminat tədbiri barədə ərizənin verilməsi üçün ödənilmiş 10 (on) manat olmaqla, ümumilikdə 110 (bir yüz on) manatın Cavabdeh1 alınaraq İddiaçı verilməsi (ödənilməsi) barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MPM-nin 53-cü maddəsinə əsasən iddianın həcminin artırılması və iddia tələbinin dəqiqləşdirlməsi barədə ərizə ilə müraciət edərək, icraatda olan e-2(001)- 5743/2022 nömrəli iş üzrə "xxxx" MMC-nin cavabdeh qismində işə cəlb olunması, İddiaçı ilə Cavabdeh1 birgə nikah dövründə əldə etdikləri, Bakı şəhəri, Binəqədi rayonu, 14-cü Aşırım küçəsi, ev 31 ünvanında yerləşən, 63 nömrəli mənzilin xx.xx.2022-ci il tarixli alqısatqı müqaviləsi üzrə satşından əldə edilmiş 43823,96 (qırx üç min səkkiz yüz iyirmi üç manat 96 qəpik) manat hissəsinin yarı hissəsinin, yəni 21911,98 (iyirmi bir min doqquz yüz on bir manat, 98 qəpik) manatın və bu tələb üzrə ərizənin məhkəməyə verilməsi üçün ödənilmiş 156 (bir yüz əlli altı) manat dövlət rüsumunun, eləcə də vaxtı ilə müvəqqəti təminat tədbiri baradə verilmiş ərizə və şikayət üzrə ödənilmiş 60 (altmış) manat məbləgində dövlət rüsumu olmaqla, ümumilikdə 22127,98 (iyirmi iki min bir yüz iyirmi yeddi manat 98 qəpik) manatın Cavabdeh1 tutularaq İddiaçı verilməsi, İddiaçı Cabrayıl qızı ilə Cavabdeh1 birgə ailə münasibətlərinin yarandığı dövrdə Cavabdeh1 tərəfindən təsis edilmiş və yeganə təsisçi olduğu Cavabdeh2 MMC-nin nizamnamə kapitalının 1/2 hissəsinə İddiaçı pay hüququnun tanınması, mülkiyyət hüququ ilə Cavabdeh2 MMC-yə məxsus olan və ünvan 2 ünvanında yerləşən, qeyri-yaşayış sahəsinə 1/2 hissədə mülkiyət hüququnun tanınması və iddia ərizəsində qeyd olunan digər tələblərin dəyişdirilmədən qüvvədə saxlanılması nəzərə alınmaqla qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı MPM-nin 53-cü maddəsinə əsasən iddianın həcminin artırılması və iddia tələbinin dəqiqləşdirlməsi barədə ərizə ilə müraciət edərək, icraatda olan e-2(001)- 5743/2022 nömrəli iş üzrə Masallı rayonu Təzə Alvadı kəndində qeydiyyatda olan Cavabdeh4 cavabdeh qismində işə cəlb olunması, Bakı şəhəri, Nərimanov rayonu, Əlicabbar Orucəliyev küçəsi, 11 A ünvanında yerləşən "xxxx" MTK-nın üçüncü şəxs qismində işə cəlb olunması, AR-nın İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDKR publik hüquqi şəxsin üçüncü şəxs qismində işə cəlb olunması, AR-nın İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDKR publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin vəkil sorğusunun cavablandırması barədə xx.xx.2022-ci il tarixli, **********86 nömrəli məktubuna istinadən, “İ.N.V" MTK tərəfindən təqdim edilmiş, xx.xx.2020-ci il tarixli maliyyə arayışının və "xxxx" MTK üzvlərinin ümumi iclasının xx.xx.2022-ci il tarixli, 50 nömrəli protokolundan olan çıxarışın etibarsız hesab olunması, "xxxx" MTK tərəfindən təqdim edilmiş, xx.xx.2020ci il tarixli maliyyə arayışının və "xxxx" MTK üzvlərinin ümumi iclasının xx.xx.2022-ci il tarixli, 50 nömrəli protokolu əsasında ünvan 1 ünvanında "xxxx" MTK tərəfindən tikilərək istifadəyə verilmiş yeni tikili binanın Blok A, 4-cü mərtəbəsində yerləşən, 3 otaqdan ibarət olan 17 saylı mənzilə dair Cavabdeh1 adına verilmiş çıxarışın ləğv olunması, ünvan 1 ünvanında "xxxx" MTK tərəfindən tikilərək istifadəyə verilmiş yeni tikili binanın blok A, 4-cü mərtəbəsində yerləşən, 3 otaqdan ibarət olan 17 saylı mənzilə dair cavabdehlər Cavabdeh1 ilə Cavabdeh4 arasında 7 saylı Bakı "ASAN xidmət" mərkəzində yerləşən notariat ofisində təsdiq edilmiş xx.xx.2022-ci tarixli, 4 Ə-423 reyestr nömrəli bağışlanma müqaviləsinin etibarsız hesab olunması, ünvan 1 ünvanında "xxxx" MTK tərəfindən tikilərək istifadəyə verilmiş yeni tikili binanın blok A, 4-cü mərtəbəsində yerləşən, 3 otaqdan ibarət olan 17 saylı mənzilə dair mübahisələndirilən bağışlanma müqaviləsi əsasında Cavabdeh4 mülkiyyət hüquqlarını təsdiq edən çıxarışın ləğv olunması və ilkin iddia ərizəsində və eləcədə iddia tələbinin həcminin artırılması barədə xx.xx.2022-ci il tarixli ərizədə qeyd olunan digər tələblərin dəyişdirilmədən qüvvədə saxlanılması nəzərə alınmaqla qətnamə çıxarılmasını xahiş etmişdir. Sonra iddiaçı MPM-nin 53-cü maddəsinə əsasən iddianın həcminin artırılması və iddia tələbinin dəqiqləşdirlməsi barədə ərizə ilə müraciət edərək, icraatda olan e-2(050)- 2458/2023 nömrəli iş üzrə İddiaçı ilə Cavabdeh1 birgə nikah dövründə əldə etdikləri, ünvan 1 ünvanında "xxxx" MTK tərəflndən tikilərək istifadəyə verilmiş yeni tikili binanın blok A, 4-cü mərtəbəsində yerləşən, 3 otaqdan ibarət olan 17 saylı mənzilə İddiaçı 3/4 hissədə pay hüququnun tanınması, İddiaçı ilə Cavabdeh1 birgə nikah dövründə əldə etdikləri, Bakı şəhəri, Binəqədi rayonu, 14-cü Aşırım küçəsi, ev 31 ünvanında yerləşən, 63 nömrəli mənzilin xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi üzrə satışından ədə edilmiş 43823,96 (qırx üç min səkkiz yüz iyirmi üç manat, 96 qəpik) manat hissəsinin yarı hissəsinin, yəni 21911,98 (iyirmi bir min doqquz yüz on bir manat, 98 qəpik) manatın və bu tələb üzrə ərizənin məhkəməyə verilməsi üçün ödənilmiş 156 (bir yüz əlli altı) manat dövlət rüsumunun, elcə də vaxtı ilə müvəqqəti təminat tədbiri barədə verilmiş ərizə və şikayət üzrə ödənilmiş 60 (altmış) manat məbləğində dövlət rüsumu olmaqla, ümumilikdə 22127,98 (iyirmi iki min bir yüz iyirmi yeddi manat, 98 qəpik) manatın Cavabdeh1 tutularaq (alınaraq) İddiaçı verilməsi (ödənilməsi), İddiaçı ilə Cavabdeh1 birgə ailə münasibətlərinin yarandığı dövrdə Cavabdeh1 tərəfindən təsis edilmiş və yeganə təsisçi olduğu "xxxx" MMC-nin nizamnamə (təsis) kapitalının 3/4 hissəsinə İddiaçı pay hüququnun tanınması, mülkiyyət hüququ ilə "xxxx" MMC-yə məxsus olan və ünvan 2 ünvanında yerləşən, qeyriyaşayış sahəsinə 3/4 hissədə mülkiyyət hüququnun tanınması, AR-nın İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDKR publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin vəkil sorğusunun cavablandırması barədə xx.xx.2022-ci il tarixli, **********86 nömrəli məktubuna istinadən, “İ.N.V" MTK tərəfindən təqdim edilmiş, xx.xx.2020-ci il tarixli maliyyə arayışının və "xxxx" MTK üzvlərinin ümumi iclasının xx.xx.2022-ci il tarixli, 50 nömrəli protokolundan olan çıxarışın etibarsız hesab olunması, "xxxx" MTK tərəfindən təqdim edilmiş, xx.xx.2020ci il tarixli maliyyə arayışının və "xxxx" MTK üzvlərinin ümumi iclasının xx.xx.2022-ci il tarixli, 50 nömrəli protokolu əsasında ünvan 1 ünvanında "xxxx" MTK tərəfindən tikilərək istifadəyə verilmiş yeni tikili binanın Blok A, 4-cü mərtəbəsində yerləşən, 3 otaqdan ibarət olan 17 saylı mənzilə dair Cavabdeh1 adına verilmiş mülkiyyət hüquqları barədə çıxarışın ləğv olunması, ünvan 1 ünvanında "xxxx" MTK tərəfindən tikilərək istifadəyə verilmiş yeni tikili binanın Blok A, 4-cü mərtəbəsində yerləşən, 3 otaqdan ibarət oian 17 saylı mənzilə dair cavabdehlər Cavabdeh1 ilə Cavabdeh4 arasında 7 saylı Bakı "ASAN xidmət" mərkəzində yerləşən notariat ofisində təsdiq edilmiş xx.xx.2022-ci il tarixli, 4Ə-423 reyestr nömrəli bağışlanma müqaviləsinin etibarsız hesab olunması, ünvan 1 ünvanında "xxxx" MTK tərəfindən tikilərək istifadəyə verilmiş yeni tikili binanın blok A, 4-cü mərtəbəsində yeriəşən, 3 otaqdan ibarət oian 17 saylı mənzilə dair nübahisələndirilən bağışlanma müqaviləsi əsasında Cavabdeh4 mülkiyyət hüquqlarını təsdiq edən çıxarışın ləğv olunması və iddia ərizəsinin verilməsi üçün köçürülmüş 100 (bir yüz) manat məbləğində dövlət rüsumunun eləcə də müvəqqəti təminat tədbiri barədə ərizənin verilməsi üçün ödənilmiş 10 (on) manat olmaqla, ümumilikdə 110 (bir yüz on) manatın Cavabdeh1 alınaraq İddiaçı verilməsi (ödənilməsi) barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh1 arasında rəsmi nikahları 08 yanvar 2002-ci il tarixdə rəsmiləşdirilmiş olsa da, ancaq tərəflər arasında faktiki nikah münasibətləri 16 iyul 2000-ci il tarixdən başlamışdır. Belə ki, xx.xx.2000-ci il tarixdə tərəflərin el adəti ilə toyları olmuş və həmin tarixdən də birgə ailə münasibətləri olmaqla ümumi təsərrüfat aparmağa başlamışlar. Hətta həmin münasibətlərdən xx.xx.2002-ci il tarixdə Leyla adlı qız övlardları dünyaya gəlmişdir. Qız övladlarının dünyaya gəlməsindən 22 gün qabaq, yəni xx.xx.2002-ci il tarixdə nikahlarını rəsmiləşdirmişlər. Beləliklə, tərəflər arasında olan nikah münasibətləri faktik olaraq 16 iyul 2000-ci il tarixdən başlamış xx.xx.2002-ci il tarixdə isə rəsmiləşdirmişlər. Daha sonra tərəflər arasında nikah münasibətlərinin davam etdirilməsi mümkün olmadığından bu nikah Binəqədi rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(001)-602/2021 nömrəli qətnaməsi ilə pozulmuşdur. Məhkəmə qətnaməsinin qanuni qüvvəyə minməsindən sonra tərəflərin nikahlarının pozulması barədə xx.xx.2021-ci il tarixli, AZ-İ 409718 nömrəli nikahın pozulması haqqında şəhadətnamə verilmişdir. İstər nikahları rəsmiləşdirilənə qədər, istərsə də nikahları rəsmiləşdirildikdən sonra ümumi gəlirlər hesabına tərəflər bir çox əmlaklar əldə etmişlər. Bunlardan biri də 2005-ci il tarixdə iddiaçının adına rəsmiləşdirilmiş, ünvan 1 ünvanında "xxxx" MTK tərəfindən tikilərək istifadəyə verilmiş yeni tikili binanın Blok A, 4-cü mərtəbəsində yerləşən, 3 otaqdan ibarət olan 17 saylı mənzil olmuşdur. Mənzilə dair müqavilə ilk əvvəl iddiaçının adına rəsmiləşdirilmiş olsa da, ancaq sonradan iddiaçı cavabdehin adına verdiyi etibarnamə əsasında haqqında danışılan mənzil MTK-da cavabdehin adına rəsmiləşdirilmişdir. Lakin sonradan qeyd olunan etibarnamə xx.xx.2021-ci il tarixdə ləğv olunmuşdur (bu barədə “elektron notariat” avtomatlaşdırılmış informasiya sistemindən çıxarış əlavə olunur). Qeyd olunan mənzilə hal-hazırki vaxta qədər cavabdeh mülkiyyət hüquqlarını rəsmiləşdirməmişdir və hələ də cavabdehin adına müqavilə əsasları ilə keçmişdir (bununla bağlı AR İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin DƏDKR publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022ci il tarixli, **********16 nömrəli məktubu iddia ərizəsinə əlavə olunur). Bununla bağlı verilmiş müvafiq vəkil sorğusuna "xxxx" MTK tərəfindən xx.xx.2022-ci il tarixli, 54 nömrəli cavab məktubunda ətraflı olaraq qeyd olunmuşdur. Həmin məktubun mətnindən bir daha təsdiq olunur ki, iddiaçının adına hal-hazırda MTK-da heç bir mənzil yoxdur və cavabdeh də ona verilmiş etibarnamə ilə mənzili öz adına rəsmiləşdirmişdir (məktub iddia ərizəsinə əlavə olunur). Əlavə olaraq, tərəflər arasında olan nikaha xitam verilməsi barədə Binəqədi rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(001)-602/2021 nömrəli qətnaməsi ilə onların birgə nikahlarından dünyaya gəlmiş və hələ də yetkinlik yaşına çatmayan X53 anası İddiaçı yanında qalması qət edilmişdir. Həmçinin, qeyd olunan nikahdan vaxtı ilə dünyaya gəlmiş və artıq yetkinlik yaşlarına çatmış X54 və X47 anaları İddiaçı ilə birlikdə qalmaqla, kirayədə yaşayırlar. Uşaqların mənzil təminatı ilə bağlı tələbata ehtiyacları olmasına baxmayaraq ataları Cavabdeh1 isə nikah dövründə əldə etdikləri mənzilə buraxmır. Qeyd olunan mənzilin 3 otqadan ibarət olması və yaşayış üçün nəzərdə tutulan sahəsinə diqqət yetirdikdə, uşaqların da həmin mənzilə hüquqları istisna olunmur. Bundan başqa, iddiaçının yanında qalan və hələ də yetkinlik yaşına çatmayan bir qız övladının olması və bu qeyd olunanların da nəzərə alınmasına istinadən, haqqında danışılan mənzilə iddiaçının 3/4 hissədə hüquqlarının tanınması önə çəkilməlidir. Çünki əgər iddiaçı tək şəxsdir və nikah dövründə əldə edilmiş mənzil iddiaçının adından cavabdehin verdiyi etibarnamə ilə öz adına rəsmiləşdirdiyi mənzildə tək yaşayır. Ancaq əslində, cavabdehin kirayədə yaşaması mümkün olduğu halda, hər şey tərsinə düşmüşdür. Odur ki, iddiaçının hüquqları qeyd olunan mənzilə daha çoxdur. Haqqında danışılan mənzilin üzərinə həbs qoyulması haqqında müvəqqəti təminat tədbiri barədə ərizə verilmişdir. Ərizə məhkəmənin xx.xx.2022-ci il tarixli, e-16(001)-7/2022 nömrəli qərardadı ilə təmin edilmişdir. Qərardada əsasən, ünvan 1 ünvanında "xxxx" MTK tərəfindən tikilərək istifadəyə verilmiş yeni tikili binanın Blok A, yaşayışın 4-cü mərtəbəsində yerləşən 3 otaqdan ibarət 17 saylı mənzilin üzərinə həbs qoyulmaqla, özgəninkiləşdirilməsi qadağan olunmuşdur. Bundan sonra, qərardadın icrası ilə bağlı Binəqədi rayon İŞ-nə, həmçinin məlumatlandırılması barədə də "xxxx" MTK-yə bildirilmişdir. Qərardadın MTK tərəfindən qəbul olunması isə xx.xx.2022-ci il tarixdə həyata keçirilmiş və həmin MTK-nın hüquqşünası tərəfindən imzalanaraq götürülmüşdür (qəbul edilmişdir) (bununla bağlı qəbul olunma barədə qeydi özündə əks etdirən sənədin kserosurəti iddia ərzisinə əlavə olunur). Beləliklə, ünvan 1 ünvanında "xxxx" MTK tərəfindən tikilərək istifadəyə verilmiş yeni tikili binanın Blok A, 4-cü mərtəbəsində yerləşən, 3 otaqdan ibarət olan 17 saylı mənzilə (yaşayış sahəsinə) 3/4 hissədə İddiaçı pay hüquqları tanınmalıdır. Bu əmlakların hüquqi statusu, bölünərkən hansı hüquq normaları əsasında müəyyənləşdirilməsi qanunvericiliklə bağlı hissədə öz əksini tapacaqdır. Qeyd olunan normanın mahiyyəti ondan ibarətdir ki, nikah dövründə əldə edilmiş ümumi gəlirlər hesabına istənilən əşya ər-arvadın birgə mülkiyyəti sayılır. Buraya iddia tələbində qeyd olunan ünvan 1 ünvanında "xxxx" MTK tərəfindən tikilərək istifadəyə verilmiş yeni tikili binanın Blok A, 4-cü mərtəbəsində yerləşən, 3 otaqdan ibarət olan 17 saylı mənzil daxildir. Bu da Ailə Məcəlləsinin normasının təsiri altındadır. İddiaçı MPM-nin 53-cü maddəsinə əsasən iddianın həcminin artırılması və iddia tələbinin dəqiqləşdirlməsi barədə ərizədə tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Cabrayıl qızı tərəfindən Cavabdeh1 qarşı birgə nikah dövründə əldə edilmiş əmlaka hüquqlarının tanınması tələbi üzrə Binəqədi rayon məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. İddia tələbinə əsasən, birgə nikah dövründə əldə edilmiş və ünvan 3 ünvanında "xxxx" MTK tərəfindən tikilərək istifadəyə verilmiş yeni tikili binanın Blok A, 4-cü mərtəbəsində yerləşən, 3 otaqdan ibarat olan 17 saylı mənzilə 3/4 hissədə İddiaçı hüquqlarının tanınması barədə qatnamənin çıxarılması istənilmişdir. Ancaq tərəflər arasında birgə nikah dövründə təkcə hazırda iddia tələbləri üzrə istinad olunan mənzil deyil, başqa əmlaklar da olmuşdur. Belə ki, həmin əmlaklardan biri ünvan 4 ünvanında yerləşən, 63 nömrəli mənzil olmuşdur. Qeyd olunan mənzilə Binəqədi rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(001)-746/2021 nömrəli qətnaməsi ilə İddiaçı ilə Cavabdeh1 1/2 hissədə payları müəyyən olunmuşdur. Bununla bağlı tərəflər arasında mübahisə artıq bitmişdir. Ancaq nəzərə almaq lazımdır ki, qeyd olunan mənzil vaxtı ilə tərəflər arasında ailə münasibətlərinin pozulmadığı bir vaxtda ipoteka müqaviləsinə əsasən, ipoteka ilə "xxxx" QSC-də yüklü olmuşdur. Bankda olan borc məbləği ödənilmədiyindən, hər iki tərəf haqqında da olan mənzilin satılma barədə razılığa gəlmişlər va bu razılıq da tərəflərin həmin mənzilə yarı hissədə hüquqların məhkəmə qətnaməsi ilə təsdiq olunmasından sonra yaranmışdır. Belə ki, ilk növbədə çıxarışda mülkiyyətçi kimi hazırki iş üzrə Cavabdeh1 qeyd olunduğundan bütün rəsmiləşdirmələr onun adından aparıİmış və eləcə də ididaçı İddiaçı da mənzilin satılmasına öz etirazının olmadığını bildirmişdir. Eyni zamanda, mənzilin alqı-satqı dönəmində Banka olan borc 46 176,04 (qırx altı min bir yüz yetmiş altı manat, 04 qəpik) manat təşkil etmişdir. Bu borc da mübahisəsiz olmuş tərəflər arasında razılığa əsasən, mənzilin alqı-satqısından sonra əldə edilmiş pul vəsaitindən birinci növbədə Bankın borcunun bağlanmasına, yerdə qalan məbləği isə tərəflər arasında yarı-yarıya bölünməli idi. Mənzil X2 barədə razılaşdırılmış və buna Bank da etiraz etməmişdir. Alqı-satqı müqaviləsinə əsasən, iddiaçı ilə cavabdehin birgə nikah dövründə əldə etdikləri və yarı hissədə də hər ikisinin pay hüquqları tanınan mənzil 90000 (doxsan min) manat məbləğinə satılmışdır (bununla bağlı notariat işinin təsdiq olunmuş kserosurəti ərizəyə əlavə olunur). Qeyd olunan məbləğdən banka olan borc ödənildikdən sonra, yerdə qalan 43823,96 (qırx üç min səkkiz yüz iyirmi üç manat, 96 qəpik) manat Cavabdeh1 adına köçürülmüşdür. Bu məbləğin yarı hissəsi isə iş üzrə İddiaçı verilməli olduğu halda, Cavabdeh1 həmin məbləği Bankdan götürdükdən sonra, İddiaçı verməmişdir. Dəfələrlə Cavabdeh1lə şifahi danışıqlara və tələb etməsinə baxmayaraq, bu günə qədər də həmin məbləğ cavabdeh tərəfindən qaytarılmamışdır. Ancaq Binəqədi rayon məhkəməsinin yuxarıda istinad edilən qətnaməsi ilə həmin mənzilə yarı hissədə hüquqlar İddiaçı məxsus olmuş və məhkəmənin qətnaməsi də qanuni qüvvəyə minmişdir. Bütün bu qeyd olunanlar onu göstərir ki, cavabdehlə iddiaçının birgə nikah dövründə əldə etmiş olduqları, Bakı şəhəri, Binəqədi rayonu, 14-cü Aşırım küçəsi, ev 31 ünvanında yerləşən, 63 nömrəli mənzilin xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi üzrə satış dəyərinin 43823,96 (qırx üç min səkkiz yüz iyirmi üç manat, 96 qəpik) manat hissəsinin yarı hissəsi, yəni 21911,98 (iyirmi bir min doqquz yüz on bir manat, 98 qəpik) manatı Cavabdeh1 alınaraq iddiaçı X14 verilməlidir. Göstərilən bu iddia tələbi üzrə mübahisə predmeti cavabdehdən pul tələbi olduğundan və həmin tələb də 10000 (on min) manatdan 100000 (bir yüz min) manat məbləği aralığını təşkil etdiyindan, "Dövlət rüsumu haqqında" Qanunun təlblərinə əsasən, ödənilməli olan dövlət rüsumu 156 (bir yüz əlli altı) manat təşkil edır. Odur ki, tələb olunan pul vəsaiti ilə yanaşı, ərizənin məhkəməyə verilməsi üçün ödənilmiş 156 (bir yüz əlli altı) manat rüsum da cavabdehdən alınaraq iddiaçının xeyirnə ödənilməlidir. Qeyd olunan mənzilin satış dəyərinin İddiaçı çatası hissəsindən başqa, tərəflər arasında birgə təsərrüfat apardıqları dövrdə də əmlaklar əldə edilmişdir. Belə ki, "xxxx" MMC-nin yeganə təsisçisi Cavabdeh1dir. Qeyd olunan cəmiyyət xx.xx.2001-ci il tarixdə təsis edilmişdir. Ancaq tərəflər arasında rəsmi nikah 2002-ci il tarixdə qeydə alınmış olsa da, tərəflərin birgə ailə münasibətlərinin aparılması 16 iyul 2000-ci il tarixdən başlamışdır. Həmin tarixdə onların el adəti ilə toyları olmuş və ailə olaraq yaşamağa başlamışlar. Bu barədə verilmiş iddia ərizəsində ətraflı olaraq göstərilmişdir. Buna görə də, "xxxx" MMC-nin nizamnamə kapitalının (təsis payının) yarı hissəsinə İddiaçı Cabrayıl qızının hüquqları olduğundan, həmin paya da onun hüquqları tanınmalıdır. "xxxx" MMCnin fəaliyyət göstərdiyi dövrlərdə əldə olunmuş gəlirlər hesabına həmin cəmiyyət tərəfindən ünvan 2 ünvanında yerləşən, qeyri-yaşayış sahəsinin MMC-nin mülkiyyətinə alınmış və hal-hazırda da "xxxx" MMC-nin mülkiyyətindədir (bu barədə DƏDKR publik hüquqi şəxsin 1 saylı Bakı Əİ-nin xx.xx.2022-ci il tarixli, **********41 nömrəli məktubu ərizəyə əlavə olunur. Ancaq bəllidir ki, qeyd olnan qeyri-yaşayış sahəsi cavabdehin, yəni Cavabdeh1 adına yox, yeganə təsisçisi cavabdeh olan "xxxx" MMC-nin adınadır. Qeyd olunan qeyri-yaşayış sahəsi tərəflərin birgə ailə münasibətlərinin olduğu vaxtda yaradılmış hüquqi şəxsin adına rəsmiləşdirliyindən, həmin əşyaya da yarı hissədə iddiaçının mülkiyyət hüquqları vardır. Ancaq bunun üçün ilk növbədə əşyaya mülkiyyət hüququ ilə məxsus olan "xxxx" MMC hazırki mülki iş üzrə cavabdeh qismində işə cəlb olunmalı və bundan sonra isə ona qarşı qeyd olunan tələb irəli sürülməlidir. Buna görə də ilk əvvəl "xxxx" MMC-nin nizamnaməsində olan təsis payına, eləcə də hüquqi şəxsin mülkiyyətində olan, ünvan 2 ünvanında yerləşən, qeyri-yaşayış sahəsinin özgəninkiləşdirilməsinin qadağan olunmaqla onun üzərinə həbsin qoyulması üçün müvəqqəti təminat tədbiri barədə ərizə ilə Binəqədi rayon məhkəməsinə müraciət olunmuşdur. Bunun üçün 10 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Ərizənin verilməsinə baxmayaraq işə baxan birinci instansiya məhkəməsi ərizənin təmin olunmaması barədə xx.xx.2022-ci il tarixli, MMT(001)-223/2022 nömrəli qərardad qəbul etmişdir. Qeyd olunan qərərdaddan narazı qalaraq müvafiq qaydada şikayət verilmiş və şikayət yenidən təmin olunmayaraq baxılması üçün Bakı Apelyasiya məhkəməsinə göndərilmişdir. Şikayət verilərkən "Dövlət rüsumu haqqında" AR-nın Qanunun tələblərinə əsasən, 50 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, qeyd olunan müvəqqəti təminat tədbiri üzrə ödənilmiş ümumi dövlət rüsumunun məbləği 60 (altmış) manat təşkil etmişdir. İşə baxan apellyasiya instansiyası şikayətin təmin olunması, Binəqədi rayon Məhkəməsinin qərardadının ləğv olunması, təminat tədbiri barədə verilmiş ərizənin təmin edilərək "xxxx" MMC-nin təsis payını və həmin MMC-nin adına qeydiyyata alınmış və hazırda mülkiyyətində olan ünvan 6 ünvanında yerləşən qeyri-yaşayış binasının özgəninkişləşdirilməsinin cavabdehlər Cavabdeh1 və "xxxx" MMC-yə qadağan edilməsi barədə xx.xx.2022-ci il tarixli, MTT(103)- 339/2022 nömrəli yeni qərardad qəbul etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi vəkil Nümayəndə1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələblərinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh4 nümayəndəsi (vəkil) Vəkil2 izahatında iddianın Cavabdeh4 qarşı qanunsuz və əsassız olduğu üçün, həmdə iddia müddətinin ötürülməsinə görə rədd edilməsini xahiş etdi. Cavabdeh İ.N.V." Mənzil-Tikinti Kooperativinə, üçüncü şəxslər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə və 7 saylı Bakı «ASAN xidmət» Mərkəzində Notariat Ofisinə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Cavabdeh İ.N.V." Mənzil-Tikinti Kooperativinin nümayəndəsi Nümayəndə2 məhkəməyə yazılı müraciət göndərərək bildirmişdir ki, cavabdeh olaraq tərəfindən 26 sentyabr 2023-cü il tarixdə məhkəmədə iştirak edərək mövqeyini məhkəməyə bildirmişdir. Eləcə də, həmin məhkəmə prosesindən sonra MTK-ya aid olan bəzi sənədlər elektron məhkəmə sistemi vasitəsi ilə təqdim olunmuşdur. Məhkəmədə MTK-nın adından iştirak etməyəcəyini və iştirakları olmadan yekun məhkəmə qərarının çıxarılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdeh İ.N.V." Mənzil-Tikinti Kooperativinin və ücüncü şəxslər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsi və 7 saylı Bakı «ASAN xidmət» Mərkəzində Notariat Ofisinin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçının nümayəndəsi (vəkil) Nümayəndə1 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, hazırki iş üzrə Masallı rayon məhkəməsinə hakimə etirazla bağlı ərizə ünvanlanmışdır. Etirazın verilməsinə səbəb isə o olmuşdur ki, xx.xx.2023-cü il tarixdə və həmin tarixədək olan dövrü əhatə edir. İlk növbədə qeyd etmişdir ki, neçə müddətdir ki, hazırki iş məhkəmənin icraatındadır və məhkəmə baxışına təyin edilməsinə baxmayaraq işə yekun qərar verilməmişdir, digər səbəb isə cavabdehlər tərəfindən verilmiş sübutların məhkəmənin elektron informasiya sisteminə yerləşdirilməməsi və cavabdehlər tərəfindən istənilən sənədlərin təqdim edilməsidir. Həmçinin, Cavabdeh1 tələbi əsasında iddiaçıya zəng edilərək məhkəmə iclasında məcburi iştirakının təmin edilməsi tələb edilmişdir. Belə olan halda qənaətə gəlinir ki, məhkəmə tərəfindən cavabdehlərin maraqları qorunur. Bu səbəbdən də Masallı rayon məhkəməsinin sədrinə etiraz ilə müraciət edilmişdir. O, məhkəməyə vəsatətlər vermişdir. Lakin vəsatətlərin təmin olunub olunmaması barədə məlumat verilməmişdir. O da məcbur olub yenidən xx.xx.2023-cü ildə xx.xx.2023-cü il tarixli vəsatətinə baxılması ilə bağlı müraciət etmişdir. Qeyd edilən xüsusatlar hazırlıq iclasında olmuşdur. Cavabdeh tərəfindən verilmiş sənədləri isə heç bir halda götürə bilməmişdir. Məcbur qalıb məhkəmədən surətlərini götürmüşdür. O, xx.xx.2023-cü il tarixdə MTK-nın sədrlərinin kim olması ilə bağlı sorğu verilməsi üçün məhkəməyə müraciət etmişdir. MTK tərəfindən xx.xx.2023-cü ildə sorğuya cavab verilmişdir. Sorğuda MTK-nın sədrlərinin kim olması barədə siyahı ona göndərilmişdir. Həmin siyahıda X28 fəaliyyət müddəti xx.xx.2007-ci il tarixədək olmuşdur. Lakin onun sorğusuna verilmiş cavabda MTKnın sədrlərinin kim olmasına dair sənədlərin məhkəmə istərsə məhkəməyə rəsmi qaydada veriləcəyi qeyd edilmişdir. Vilayət Talıblı ilə bağlıda qeyd edilən sorğuda məlumatlar vardır. xx.xx.2004-cü il tarixdə Vilayət Talıblı MTK-nın sədri təyin edilmişdir. Həmin əmr xx.xx.2004-cü il tarixdə təsdiq edilmişdir. xx.xx.2005-ci il tarixli MTK-nın yığıncağından görünür ki, MTK-nın sədri Nizami Kazımov təyin edilmiş və çıxarış verilmişdir. xx.xx.2005ci ildə isə alqı-satqı həyata keçilmişdir. Elektronlaşdırma isə xx.xx.2006-cı ildə olmuşdur. Həmin dövrə qədər isə payçı kimi, xx.xx.2004-cü ildə isə qanuni təmsilçi kimi Vilayət Talıblı qeyd olunmuşdur. xx.xx.2004-cü ildən xx.xx.2005-ci ilə kimi alqı-satqı ilə satış olmuş və payçı Vilayət Talıblı deyil başqa şəxslər olmuşdur. xx.xx.2005-ci ildə payçı və təsisçi Nizami Kazımov olmuşdur. xx.xx.2006-cı ildən isə təmsilçinin Vilayət Talıblının olması cavabdehlər tərəfindən təqdim edilmiş sənədlərdən görünür. Belə olan halda sual olunur ki, əvvəlki qanuni təmsilci Vilayət Talıblı olmuş, xx.xx.2005-ci il tarixdə isə Nizami Kazımov olmuşdur. Bu fakt qanunla təsdiq edilmiş olsa da, dövlət qeydiyyatına xx.xx.2006-cı ildə təqdim edilmiş və xx.xx.2006-cı ildə isə sistem işlənmişdir. MTK-nın məktubunda qeyd edilmişdir ki, Mülki məcəllənin 111-ci maddəsinə əsasən MTK-nın sədri sadəcə payçı olan şəxs ola bilər. Hazırda qeyd edilən sənədlər iddiaçı tərəfindən təqdim edilə bilməmişdir. Belə ki, tərəflər ayrılan zaman aralarında mübahisə yaranmış və mübahisə zamanı iddiaçı Elmira cavbadeh Vasif tərəfindən döyülmüşdür. Bu şəraitdə isə sənədlər iddiaçı Elmirada qeyd edilən sənədlər, həmçinin müqavilə qalmamışdır. 2021-ci il tarixli qətnamədə hər şey göstərilmişdir. Tərəflər arasında boşanma ilə bağlı hansı vaxtdan hansı vaxtadək yaşadıqları, rəsmi nikahada olduqları və sair qeydlər aparılmamışdır. xx.xx.2005-ci il tarixli müqavilənin surəti olmaqla Vasifə verilməsi qeyd edilmişdir. Həmin müqavilənin Vasiflə heç bir adiyyəti yoxdur. Belə ki, həmin müqavilədə Cavabdeh1 adı və ata adında səhv göstərilmişdir. Həmçinin, həmin müqavilələrdə mənzilin nömrəsi 9 və 10 nömrəli göstərilmişdir və maliyyə arayışlarında İddiaçı ilə bağlı verilmişdir. Burada Cavabdeh1 nə müqaviləsi, nə də arayışı olmamışdır. MTK-dan iki ədəd bir 16, digəri 17 nömrəli mənzil alınmışdır. Hazırda 16 nömrəli mənzillə bağlı mübahisə yoxdur. Hazırki mübahisə edilən mənzil 17 nömrəli mənzildir. Belə ki, 16 nömrəli mənzil etibarnamə üzrə Cavabdeh1, əslində isə İddiaçı tərəfindən X1. Hər iki müqaviləyə baxılan zaman görünür ki, iki müqavilə arasındakı imzalar Vilayət Talıblı adlı şəxsin imzaları fərqlidir. Belə görünr ki, həmin şəxsin adından çəkilmiş imzalar başqa şəxslər tərəfindən icra edilmişdir. Həmin mərtəbənin 4 və 5 olması ilə bağlı qeyd edir ki, İddiaçı ilə bağlı müqavilədə 4-cü mərtəbə qeyd edilir. 2005-ci ildə müqavilə bağlanandan 2020-ci ilədək problem olmamışdır. Hətda İddiaçı Cavabdeh1 etibarnamə vermiş, Cavabdeh1 həmin etibarnamə əsasında xx.xx.2020-ci ildə ərizə yazır. Həmin ərizədə yazır ki, arvadım İddiaçı məxsus olan 4-cü mərtəbədə yerləşən mənzili öz adıma keçirməyə etiraz etmirəm. 2020-ci ildə həmin mənzillə ilə bağlı müqavilə bağlanır. Lakin müqavilədə mərtəbə 5 göstərilmişdir. Çünki 2004-2005-cü illərdən müqavilə bağlanandan sonra 2019-cu ildə layihə təsdiq ediləndən sonra ilk mərtəbə qeyri yaşayış kimi qeydə alınmışdır. 2-ci mərtəbədən başlamaqla isə yaşayış kimi hesablanmışdır. Belə olan halda mərtəbə olaraq 5 hesab edilir və Cavabdeh1 ilə 2020-ci ildə müqavilə bağlanarkən mərtəbə 5 qeyd edilir. Cavabdeh1 ona qarşı şərböhtan xarakterli müraciətlər edilməsi ilə bağlı müvafiq orqanlara müraciət etmişdir. Onun Cavabdeh1 hədə-qorxu ilə pul tələb etdiyi qeyd edilmişdir. Hazırda o, Cavabdeh1 prokurorluq, polis və məhkəmə orqanlarına sənədlərin saxta olması ilə bağlı müraciət edə bilər. O, İddiaçı ilə 2020-ci ilin iyul ayında müqavilə bağlamışdır. Məhkəmə proseslərindən öncə müvafiq sənədlərin toplanması üçün müvafiq sorğular və sübutların toplanması olmuşdur. Həmin mübahisə ilə bağlı İddiaçı ilə söhbətlər aparılmışdır. Söhbətlər və sorğular zamanı məlum olmuşdur ki, iki mənzil alınmışdır və 16 nömrəli mənzil satılmışdır. Hazırki iddia tələbi üzrə 16 nömrəli mənzillə bağlı deyildir. xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edilmişdir. Əgər qeyd edilən sənədlər saxta olmuş olsaydı İddiaçı adına və Cavabdeh1 adına verilmişdir. Cavabdeh1 bacısı oğlunun adına bağışlanma müqaviləsi ilə keçirmişdir. Birgə nikah dövründə əmlaklar əldə edilmişdir. xx.xx.2020-ci ildə İddiaçı adında olan 17 nörməli mənzil Cavabdeh1 adına keçrilmiş və Cavabdeh1 etibarnamə əsasında öz ərizəsi əsasında keçirib adına. Binəqədi Rayon Məhkəməsinin MTT-si əsasında mənzilin özgəninkiləşdirilməsi qadağan edilmişdir. Hazırda xahişimiz odur ki, mübahisə predmenti olan 17 nömrəli mənzil birgə nikah dövründə əldə edilmişdir, qeydiyyata alınmasından asılı olmayaraq həmin mənzillə bağlı 2 ədəd MTT verilmişdir. Hər ikisidə MTT təmin edilmiş və özgəninkiləşdirilməsi qadağan edilmişdir, Cavabdeh1 isə 2022-ci ildə sənədləri saxtalaşdırılan qeyd edilən mənzilə dair çıxarış alır. Hazırda həmin əmlaka çıxarış alınmışdır. Həmin əmlak üzərində həbs vardır və boşanma zamanı əmlaklarda paylar müəyyən edilmiş və pulları bölünmüşdür. Odur ki, hazırki iddia ərizəsi əsaslı olduğundan tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh1 məkhəmə iclasında verdiyi izahatında bildirdi ki, iddiaçı tərəfindən verilmiş etirazı Asan xidmətdə olan vəkil vasitəsi ilə əldə etmişdir. Hazırda vəkil Nümayəndə1 qeyd etdiyi kimi Masallı rayon məhkəməsinin hakimi ilə əlbir olması ilə bağlı qeyd edir ki, o, xx.xx.2023-cü il tarixdə onun bir vəsatəti və etirazı verilmişdir. Həmin etiraz Binəqədi rayon Məhkəməsinə və Masallı rayon Məhkəməsinə təqdim edilmişdir, qeyd eidlən vəsatət və etiraz eyni məzmundan ibarət olmuşdur. Onunda vermiş olduğu vəsatətə baxılmamışdır. Həmçinin onun elektron kabineti olmadığı üçün poçtla məhkəməyə müraciətlərini etmişdir. xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək iddiaçı tərəfin təqdim edilmiş sənədləri tələb etmişdir. Lakin sənədlər ona təqdim edilməmişdir. Bu hal onu göstərir ki, məhkəmə ilə onun arasında hər hansı maraqlar qorunmur. O, özü məhkəməyə rəsmi qaydada etiraz etmişdir. Etirazına səbəb isə o olmuşdur ki, məhkəmə hazırlıq iclasında MTK tərəfindən müvafiq sənədlər təqdim olunmuşdur. Həmin sənədlərdə göstərilmişdir ki, İddiaçı adına rəsmi müqavilələr və maliyyə arayışları vardır. O, da buna öz etirazını xx.xx.2023-cü il tarixdə vermişdir. Həmin sənədlərin saxtalaşdırılması barədə fikrini bildirmişdir. Qarşı tərəf etirazında bildirir ki, Muğanbanka sorğu verilməsi ilə bağlı vəsatət verilmiş və məhkəmə vəsatəti təmin etməmişdir. Lakin o, iş materialları ilə tanış olduğu zaman görmüşdür ki, qarşı tərəfin vəsatəti təmin edilmiş və Muğanbanka sorğu ünvanlanmışdır. İddiaçı tərəfindən saxtalaşdırılmış sənədlər təqdim edildikdən sonra o, öz etirazını vermiş və məhkəməyə sənədlərin əslinin təqdim edilməsini tələb etmişdir. Hazırda qarşı tərəfin məqsədi işi yubatmaq və hakimə təsir etməkdir. Hakimə olan etirazı qəbul etmir və əsassız olduğundan baxımamış saxlanılmasını xahiş etdi. Qarşı tərəfin vəkili onu təhqir etmişdir və bununla bağlı vəkil barəsində xüsusi qərar çıxarılmasını xahiş edir. Hazırki işlə bağlı xx.xx.2022-ci ildə məlumatı olmuşdur. Belə ki, Nərimanov rayon icra şöbəsi tərəfindən ona zəng edildikdən sonra məlmatı olmuşdur ki, Binəqədi rayon Məhkəməsində əmlakla bağlı iddia vardır. Binəqədi rayon Məhkəməsinə müraciət edərək barəsində olan MTT-nin ona təqdim edilməsini xahiş etmişdir icra şöbəsi isə ona bildirmişdir ki, ayın 5-də icra söbəsində olması xahiş edilmişdir. xx.xx.2022-ci il tarixli qərardadda qeyd edilmişdir ki, ünvan 8 ünvanında İ.N.V MTK tərəfındən tikilərək istifadəyə verilmiş yeni tikili binanın blok A, 4-cü mərtəbəsində yerləşən 3 otaqdan ibarət olan 17 saylı mənzilin özgəninkiləşdirilməsi qadağan edilməsi qərara alınmışdır. Oda Nərimanov rayon icra şöbəsinə müraciət edərək bildirmişdir ki, onun qeyd edilən 4-cü mərtəbədə yerləşən mənzili yoxdur. 2005-ci ildə MTK ilə onun arasında müqavilə 9 və 10 nömrəli mənzillər üzrə bağlanmışdır. MTK tərəfindən müqavilə tərtib edilərkən onun adı səhvən Vaqif kimi qeyd edilmişdir. Həmçinin qardaşına məxsus olan mənzilin müqaviləsində xarici pasport əsasında qeydiyyat aparılmışdır. Pasportda qardaşının adı X5 qeyd edilmişdir. Belə olan halda həmin mənzilin ona yox qardaşı Vaqifə məxsus olması təsdiqini tapır. Qeyd edilən mənzillərin ödənişi xx.xx.2005-ci ildə dollarla edilmişdir. 2004-cü ildə MTK-ya bina tikilisi üçün sərəncam verilmişdir. Sonra sərəncam ləğv edilmiş və yenidən xx.xx.2007-ci ildə tikiliyə icazə verilmişdir. Onunla bağlanan müqavilələrdə layihə üzrə mənzillər qeyd edilməmişdir. İlkin layihədə də mənzilin kvadratmetri qeyd edilmişdir. İlkin müqavilədə 145 kvadratmetr göstərilmişdir. Sonradan isə blok A, 3-cü mərtəbə qeyd edilmişdir. 17 nönrəli mənzillə bağlı qeyd etmişdir ki, xx.xx.2005-ci il tarixli arayışdan görünür ki, onun tərəfindən pul tam olaraq ödənilmişdir. xx.xx.2020-ci ildə Şahid ailəsi ilə birlikdə Ukranada yaşamışdır və Şahid üçün mənzil almışdır. 2020-ci ildə aldığı mənzil Şahid oğlu Cavabdeh4 tərəfindən göndərilmiş pullar əsasında almışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid özüdə qeyd etmişdir ki, oğlu Cavabdeh4 ona mənzilin alınması üçün pul göndərmişdir. İddiaçı adına olan müqavilə tərəflər arasında saxtalaşdırılmış, MTK tərəfindən təqdim edilmiş və onun adı ilə yazılmış ərizə də saxtadır. MTK-dan sənədlərin əslinin götürülməsi tələb edilmişdir. Lakin hazırda saxtalaşdırılmış sənədlərdən də görünür ki, ərizə başqa şəxs tərəfindən yazılmış və imza isə başqa şəxs tərəfindən imzalanmışdır. Sənədlərin əsli olmadığı üçün o sənədlərə dair münasibət bildirə bilmir. Sənədlərin saxtalaşdırılmasında sübhəli şəxslər isə MTK-nın sədri, vəkil Nümayəndə1 və İddiaçıdır.14,15,16 tarixlərdə MTK-ya gedən vəkil və iddiaçı sənədlərin saxtalaşdırılmasına iştirak etmişdir. Bununla bağlı onda videogörüntü vardır. 2005-ci ildən 2006-cı ilin 01 yanvar tarixində Vilayət Talıblı sədr, mühasib isə Vəlidir. İddiaçı tərəfindən 2005-2008-ci illərdə olan ödənişlərin edilməsi ilə bağlı sənədlərin təqdim edilməsi xahiş edilmişdir. 2005-ci il qərarı ilə alış-satışlar manatla olması barədə göstəriş verilmişdir. Ona 2020-ci ildə bağlanan müqavilədə 103365 manat, qarşı tərəfin müqaviləsində isə 60904 dollar qeyd edilmişdir. 2005-2013-cü illərə kimi solların qiyməti orta hesabla 78 manat olmuşdur. Bu halda İddiaçı almış olduğu mənzili 57249 manat təsdiq edir. Burada olan məbləğlərin fərqindədə görünür ki, sənədlər saxtalaşdırılmışdır. MTK və İddiaçı arasında bir neçə dəfə saxtalaşdırılma olmuşdur. Vəkil tərəfindən Cavabdeh4 təsir göstərilmişdir. 2020-ci ildə alınmış mənzil ona məxsusdur. Çünki payçısı və pulu o ödəmişdir. İddiaçı tərəfindən həmin mənzilin alınmasına heç bir köməklik göstərilməmişdir. İddiaçı Superfarm MMC-də müdir olmuşdur və əmək haqqı almışdır. 2002-ci ildən 2020-ci ilədək orada işləmişdir. 2021-ci ildə isə boşandıqdan sonra əmrlə işdən çıxarılmışdır. MMC ilə bağlı İddiaçı məhkəmədə iddia qaldıran zaman heç bir iddia irəli sürməmişdir. MC 1992-ci ildə yaradılmışdır. Cavabdeh4 məxsus olan evin kvadratmetrində yanlışlıq olduğu üçün MTKya müraciət edilmişdir. Yanlışlıq aradan qaldırıldıqdan sonra rəsmi olaraq onun adında olmuş mənzil Cavabdeh4 adına rəsmiləşdirilmişdir. Sonra isə o, Nərimanov Rayon Polis şöbəsinə müraciət edərək sənədlərin saxtalaşdırılmasını qeyd etmişdir sənədlərin saxtalaşdırılmasında sübhəli şəxslər kimi Nümayəndə1, MTK-nın hüquqşünası Bəhlul İsgəndərov və İddiaçı göstərmişdir. Buna səbəb isə 26000 manat məbləğində MTK-ya qarşı iddianın olmasıdır. Bu səbəbdən MTK və iddiaçı tərəf əlbir olmuşdur. Bu iddiadan kənarda qalmaq üçün. Həmçinin, Bakı şəhəri, Binəqədi rayonu, 14-cü Aşırım, ev 31, 63 nömrəli mənzilin ½ payının müəyyən edilməsi ilə bağlı qeyd edir ki, mənzil atasına məxsus olmuşdur. Atasından sonra isə ona verilmişdir. İddiaçı adında olan mənzilin pulunun ödənilməsi üçün onun adına olan mənzil ipoteka qoyulmuş və 45000 manat pul götürülmüşdür. 16 nömrəli mənzilin ödənişi edilmişdir. Qalan ipotekadan pulun ödənilməsi üçün isə İddiaçı adına olan mənzil ipotekaya qoyulmuşdur. Lakin buna ödənişləri onun şəxsi vəsaiti əsasında olmuşdur. İddiaçı heç bir ödənişdə iştirak etməmişdir nikah pozulduqdan sonra isə ödənişləri etməyi dayandırmışdır. Sonrasında isə bank İddiaçı qarşı iddia qaldırmışdır. Həmçinin, qeyd etmişdir ki, bu məsələ olan zaman evin ½ hissəsinin payının bölünməsi məsələsi olmamışdır. Həmin mənzilin satılması ilə bağlı məhkəmə qətnamə çıxarmış və qətnamə qanuni qüvvəsini almışdır. Masallı rayon məhkəməsinin İddiaçı barəsində olan qətnaməsi qanuni qüvvəsinin almadan öncə İddiaçı mənzilin onun adına keçrilməsinə razılıq vermişdir. O, bankda 46000 manat, 1600 manat olmaqla ödənişlər etmişdir ki, bank mənzilin onun adına keçililməsinə razılıq versin. O, banka 50000 manata yaxın pul ödəmişdir. Mənzilin satışı qətnamədən sonra olmuşdur. Qətnamə 18 aprel 2022-ci ildə çıxarılmış, satış isə 20 aprel tarixdə olmuşdur. Həmin mənzillə bağlı Binəqədi məhkəməsində icraatında ½ hissənin bölünməsinə etiraz edilmişdir. İcra şöbəsində onlara məlumat verilmişdir ki, mənzil ½ hissəsi bölünməlidir. Şirkətlə bağlı qeyd edir ki, 1992-ci ildə təsis edilmişdir. Odur ki, iddia tələbi əsassız olduğundan, verilmiş sənədlər saxtalaşdırıldığından rədd edilməsini xahiş etdi. Cavabdeh4 nümayəndəsi (vəkil) Vəkil2 məhkəmə iclasında verdiyi izahatında bildirid ki, hazırda iddiaçının vəkili tərəfindən verilmiş etiraz kifayət qədər əsaslandırılmamışdır. Belə ki, məhkəmənin araşdırma aparması nə vaxtdan pozuntu olmuşdur. Vəkil tərəfindən elektron informasiya sisteminə yerləşdirilmiş sənədlərdən görünür ki, həmin sənədlər sürətdir. Həmin sənədlər nə notariat qaydada təsdiq edilməmişdir, nə də ki, əsli sistemə yerləşdirilməmişdir qeyd edilən hal isə qanuni tələblərin birbaşa pozulması deməkdir. Ona görə də məhkəməyə həmin səndlərin əsillərinin alınması barədə vəsatət verilmişdir. Lakin sənədlərin əsli hələ də, məhkəməyə təqdim edilməmişdir. İkinci vəsatət isə o olmuşdur ki, MTK-nın hazırki dövrədək olan sədrlərinin kimlərin olması barədə olmuşdur. Buna səbəb isə işə əlavə edilmiş müqavilələrin hərəsinin bir sədr tərəfindən təsdiq edilməsi olmuşdur. Bu səbəbdən məhkəmədən MKT-nın sədrləri barədə məlumatların alınması tələb edilmişdir. Hazırki iş üzrə qeyd edilən sənədlərin saxtalaşdırılmasında əsaslar vardır. İddiaçı tərəfindən təqdim edimiş müqavilədə MTK-nın sədri başqa şəxs, Vasifdə olan müqavilədə isə sədr başqa şəxsdir. Sual doğulur ki, ər və arvad MTK-da eyni tarixli müqavilə bağlanır və həmin müqavilələr fərqli sədrlər tərəfindən imza edilə bilir. Hazırda İddiaçı iştirakı onun üçün tələb edilmişdir ki, həmin müqavilələr necə, kim tərəfindən, hansı tarixlərdə imzalanmışdır. Hazırda iddiaçının nümayəndəsinin olması isə maraq doğuran sullara cavabın tapılması üçün əhəmiyyət kəsb etmir. Çünki 2005-ci ildə iddiaçının nümayəndə və vəkili olan Nümayəndə1 müqavilənin imzalanması prosesində iştirak etməmişdir. 2005-ci ildə bağlanan müqavilərlə bağlı araşdırma aparılması üçün vaxt istənilmişdir. Hazırda isə vəkil tərəfindən prosesin uzadılmasına etiraz edilir. Hakimə verilən etirazın səbəbi isə müqavilələrdə olan saxtalaşdırmanın üzə çıxmaması və süründürməçilik məqsədi daşıyır. Hazırda isə MTK-nın sədrinin kim olması onlara aydın olmuş və qarşı tərəfdən təqdim edilmiş müqavilənin imzalanmasında iştirak edən şəxslə eyni olması ortaya çıxmışdır. Odur ki, etirazın baxılmamış saxlanılmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, MTK tərəfindən təqdim edilmiş sənəd müvafiq orqanlar tərəfindən təsdiq edilməmişdir. Həmin sənəd sürət olduğundan və müəyyən hissələri silindiyindən, möhtəbərliyi şübhə doğurduğundan sübut kimi qəbul olunmamalıdır. Amma onun tərəfindən təqdim edilmiş sənədlər müvafiq orqanlar tərəfindən təsdiq edilmişdir bu səbəbdən də onun təqdim etdiyi sənədlər sübut kimi əsas götürülməlidir. Cavabdeh1 özünün gəlirləri ilə mənzili pulunu ödəmişdir. İddiaçı ilə Cavabdeh1anın birgə gəliri iki mənzilin alınmasına kifayət edəcək qədər deyildir. Bu da onu göstərir ki, Elvin Abiyevə bağışlanma müqaviləsi ilə verilmiş mənzilin pulu, məhz Elvin tərəfindən göndərilmiş pullar əsasında alınmışdır. X81 Cavabdeh1 evin alınması məqsədi ilə pul göndərmiş, Cavabdeh1 həmin pullar əsasında ev almışdır. X74 ilə Cavabdeh1 arasında bağlanmış bağışlanma müqaviləsi etibarlıdır və hər hansı qanun pozuntusu sənədlərin təsdiq edildiyi zaman müəyyən edilməmişdir, iddianın Elvin Abiyevə münasibətdə rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, 30 ilə yaxındır ki, Ukraynanın Odessa şəhərində yaşayır və orada ticarətlə məşğul olur, orada qazandığı pulu ona ev alsın deyə Cavabdeh1 adına göndərmişdir. Həmin mübahisəli binada oğlu Elvinin adına ev almışlar, həmin ev onlarındır və həmin evin pulunu o öz şəxsi pulu hesabına vermişdir. Məhkəmə iclasında Şahid Bakı şəhəri, Nərimanov rayonu, Əlicabbar Orucəliyev küçəsi, 11A, 1952-ci məhəllə, 17 saylı mübahisəli mənzilə dair pul ödəməsi, mənzilin ünvanı, quruluşu, girişi, təmir edilməsi barədə məhkəməyə tam məlumat verə bilmədiyi üçün məhkəmə şahidin ifadəsini iddianın mübahisəli mənzilə dair cavabdehlər Cavabdeh1 ilə Cavabdeh4 arasında xx.xx.2022-ci il tarixli, 4 Ə-423 reyestr nömrəli bağışlanma müqaviləsinin etibarsız hesab edilməsinin, bağışlanma müqaviləsi əsasında Cavabdeh4 mülkiyyət hüquqlarını təsdiq edən çıxarışın ləğv edilməsinin rədd edilməsi baxımından əsassız hesab etmişdir. Azərbaycan Respublikasının MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Belə ki, iş materiallarında olan; Nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh1 ilə X21 arasında 08 yanvar 2002-ci il tarixdə Bakı şəhəri Qaradağ rayonu VVADQ şöbəsində 05 saylı nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra qadına Quliyeva soyadı verilmişdir. Nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh1 ilə İddiaçı arasında bağlanmış nikah 08 dekabr 2021-ci il tarixdə pozulmuş və bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 09 dekabr 2021-ci il tarixdə, 651 nömrə ilə qeyd edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 08 may 2021-ci il tarixli, 2 (001)- 602/2021 nömrəli qətnaməsindən görünür ki, iddia qismən təmin edilərək iddiaçı Quliyeva (Cəfərova) Elmira Cəbrayıl qızı ilə Cavabdeh1 arasında bağlanmış və Bakı şəhəri Qaradağ rayonu VVADQ şöbəsi tərəfindən nikahın bağlanması haqqında akt qeydləri kitabında 08 yanvar 2002-ci il tarixdə 05 nömrə ilə qeydə alınmış nikahın pozulması, nikah pozulduqdan sonra tərəflərin birgə nikahından olmuş xx.xx.2012-ci il təvəllüdlü X53 İddiaçı yanında qalması, xx.xx.2012-ci il təvəllüdlü X34 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh1 İddiaçı xeyrinə hər ay 175 manat sabit pul məbləğində aliment tutulması, iddia qalan hissədə rədd edilməsi, aliment məbləği qətnamənin elan edildiyi, yəni xx.xx.2021-ci il tarixdən hesablanması, qətnamə alimentin tutulması hissəsində dərhal icra edilməsi qət edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 26 iyul 2021-ci il tarixli, 2(001)-746/2021 nömrəli qətnaməsindən görünür ki, ilk iddia üzrə İddiaçı Cavabdeh1 qarşı “birgə nikah dövründə əldə olunmuş əmlak və cehiz əşyaları” tələbi barədə iddiası təmin edilməsi və ilk iddia üzrə ödənilmiş dövlət rüsumu İddiaçı özünə aid edilməsi, Cavabdeh1 İddiaçı qarşı “əmlak” tələbi barədə qarşılıqlı iddiası qismən təmin edilməsi, RX seriyalı ******* nömrəli çıxarışla İddiaçı mülkiyyətində olan Masallı rayonu, Təzə Alvadı kəndində yerləşən 0,07 ha torpaq sahəsinin 1/2 (ikidə bir) hissəsinə Cavabdeh1, 1/2 (ikidə bir) hissəsinə İddiaçı payı müəyyən edilməsi, qalan hissədə qarşılıqlı iddia təmin edilməsi, qarşılıqlı iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 10 (on) manatı İddiaçı alınaraq Cavabdeh1 ödənilməsi, bir icraatda birləşdirilmiş İddiaçı Cavabdeh1 qarşı “birgə nikah dövründə əldə edilmiş əmlakların bölünməsi” tələbi barədə iddiası qismən təmin edilməsi, MH seriyalı, ******* nömrəli çıxarışla Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, 14-cü Aşırım küçəsi, 31 saylı evin 63 saylı mənzilinin ½ (ikidə bir) hissəsinə İddiaçı, ½ (ikidə bir) hissəsinə isə Cavabdeh1 payı müəyyən edilməsi, qalan hissədə birləşdirilmiş iddia təmin edilməsi, birləşdirilən iddia üzrə iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun 10 (on) manatı Cavabdeh1 alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Masallı Rayon Məhkəməsinin 18 aprel 2022-ci il tarixli, 2(050)-104/2022 nömrəli qətnaməsindən görünür ki, iddia qismən təmin edilərək cavabdeh İddiaçı 37668,57 manat əsas borc, 6698.26 manat faiz borcu, ümumlikdə 44366,83 manat kredit borcu, 30 manat ödənilmiş dövlət rüsumu, ipotekanın qeydə alınması üçün ödənilmiş 40 manat tutularaq Ləğv prosesində olan "xxxx" Kommersiya Bankı QSC-nin hesabına ödənilməsi, ipoteka ilə yüklü edilmiş və Cavabdeh1 mülkiyyətində olan, Bakı şəhəri, Binəqədi rayonu, 14-cü Aşırım, ev 31, 63 nömrəli mənzil açıq hərracda satılması, mənzilin hərracda ilkin satış qiyməti, likvid dəyərinə uyğun 81000 manat müəyyən edilməsi, hərrac yolu satışdan əldə edilmiş pul vəsaitdən İddiaçı borcuna 44366,83 manat kredit borcu, 30 manat ödənilmiş dövlət rüsumu, ipotekanın qeydə alınması üçün ödənilmiş 40 manat tutulması, qalan məbləğ Cavabdeh1 ödənilməsi, Mənzilə tutma yönəldikdən və əmlak satıldıqdan sonra ipoteka qoyan Cavabdeh1 və onunla birlikdə yaşayan ailə üzvləri mənzili ən geci 01 ay müddətində tərk etmədikləri və mənzildən çıxmadıqları halda, həmin şəxslər məcburi qaydada mənzildən çıxarılmaları və mənzil boşaldılması qət edilmişdir. "xxxx" Mənzil Tikinti Kooperativinin 26 avqust 2022-ci il tarixli, 54 nömrəli məktubundan görünür ki, 01 avqust 2022-ci il tarixli, 493 saylı sorğuya cavab olaraq bildirilmişdir ki, ünvan 9 ünvanında inşa edilən binanın blok A, mərtəbə 4, 3 otaqlı, 17 saylı mənzil xx.xx.2005-ci il tarixdə dəyəri ödənilməklə İddiaçı satılmıdır. İddiaçı ƏN-İ N=764054 saylı, 15 noyabr 2018-ci il tarixində baş etibarnaməni Cavabdeh1 vermişdir. Cavabdeh1 həmən etibarnamə əsasında 01 iyul 2020-ci il tarixdə 17 saylı mənzili öz adına rəsmiləşdirmişdir. Hal-hazırda İddiaçı adına heç bir mənzil yoxdur. Notariat qaydada təsdiq edilmiş xx.xx.2022-ci il tarixli, **********890 nömrəli “elektron notariat” avtomatlaşdırılmış informasiya sistemindən çıxarışdan görünür ki, etibar edən (mülkiyyətçi) İddiaçı etibar edilən Cavabdeh1 etibarnamə ilə harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq imza etmək hüququ ilə bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi buna müvafıq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən: almaq, satmaq, bağışlamaq, hədiyyə qəbul etmək dəyişmək, əmlakı ipoteka (girov) qoymaq və ipotekanı (girovu) qəbul etmək, icarə müqaviləsi bağlamaq haqqında əqdləri bağlamağı, bu əqdlər üzrə haqq-hesab aparmağı, imzalamağı, varəsəlik işi ilə bağlı bütün işləri görməyi, mirası qəbul etməyi və yaxud ondan imtina etməyi, bütün şəxslərdən, müəssisələrdən, idarələrdən, təşkilatlardan o cümlədən bank orqanlarından, poçtdan və teleqrafdan bütün əsaslar üzrə çatası əmlakı, pulu, əmanəti, qiymətli kağızları, eləcə də sənədləri almağı, bank orqanlarında hesabların açılması və bağlanması, hesablar üzərində sarəncam verməyi, bütün növ bank əməliyyatlarını aparmağı, mədaxil və məxaric etməyi, poçt, teleqraf, qiymətli və digər hər cür məktubları və baratları almağı, bütün dövlət və qeyri dövlət idarələrində, vergi orqanlaında, notariat kontorunda, bank, maliyyə və kredit taşkilatlarında, kooperativ va ictimai təşkilatlarda, AR Ədliyyə Nazirliyində, Qeydiyyat şöbəsində, İcra Hakimiyyətində, Əmək va Əhalinin Sosial Müdafiə Fondunda, AR ƏMDK Yanında DƏDRX-in Ərazi İdarəsində, MKİS-də onun adından ərizə yazmağı, imzalamağı, işləri aparmağı, lazım olan sənədləri təqdim etməyi və almağı, adından amlakın satılması barədə razılıq ərizələri veriməyi, onları ləğv etməyi, bağlanmış müqavilələri ləğv etməyi, qeydiyyata almağı, sazişlər bağlamağı bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar digər hərəkətləri etməyi etibar edir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 30 avqust 2022-ci il tarixli, e-16(001)- 7/2022 nömrəli qərardadından görünür ki, ünvan 10 ünvanında "xxxx" MTK tərəfindən tikilərək istifadəyə verilmiş yeni tikili binanın Blok A, 4-cü mərtəbəsində yerləşən, 3 otaqdan ibarət olan 17 saylı mənzilin üzərinə həbs qoyulmaqla özgəninkiləşdirilməsi qadağan edilməsi, qərardad dərhal icra edilməsi, qərardad xx.xx.2022-ci il tarixdə qüvvədən düşmüş hesab edilməsi, qərardadın icrası Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsinə həvalə edilməsi qərara alınmışdır. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Cavabdeh1 ünvan 52eni qaydalarla AZ 1033, Bakı şəhəri, Nərimanov rayonu, Əlicabbar Orucəliyev küçəsi, 71, M5, mənzil 2 xüsusi mülkiyyətində 150 kv.m olan mənzil verilmiş və bu barədə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi, xx.xx.2022-ci il qeydiyyat tarixi ilə qeydiyyata alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin 07 sentyabr 2022-ci il tarixli, MTT(103)-339/2022 saylı qərardadından görünür ki, şikayət qismən təmin edilməsi, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 11 avqust 2022-ci il tarixli MTT(001)-223/2022 saylı qərardadın ləğv edilməsi, ərizəçi İddiaçı müvəqqəti təminat tədbiri barədə ərizəsi qismən təmin edilməsi, Cavabdeh2 MMC-nin təsis payının və həmin MMC-nin adına qeydiyyata alınmış və hazırda mülkiyyətində olan ünvan 6 ünvanında yerləşən qeyri-yaşayış binasının özgəninkişləşdirilməsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qadağan edilməsi, ərizə qalan hissədə təmin edilməməsi, qərardad dərhal icra edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında elektron baza məlumatlarından çıxarışdan görünür ki, kommersiya qurumu olan Cavabdeh2 MMC-nin (VÖEN **********) qanuni təmsilçisi Cavabdeh1dur. Dövlət qeydiyyatına alındığı tarix xx.xx.2001-ci ildir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı ərazi idarəsinin xx.xx.2022-ci il tarixli, **********41 nömrəli məktubundan görünür ki, Cavabdeh2 MMC-nin adına Azərbaycan Respublikası üzrə daşınmaz əmlakın olubolmamasına dair müvafiq məlumatların verilməsi ilə bağlı sorğuya Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsində baxılmışdır. Bununla əlaqədar olaraq bildiririk ki, ünvan 11 ünvanında yerləşən qeyriyaşayış binası Cavabdeh2 MMC-nin adına qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. Cavabdeh2 MMC-nin adına ölkə ərazisi üzrə qeydiyyata alınmış digər daşınmaz əmlak aşkar edilməmişdir. Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 26 sentyabr 2022-ci il tarixli, e-16(001)- 7/2022 nömrəli qərardadından görünür ki, vəsatət qismən təmin edilməsi, ünvan 8 ünvanında İ.N.V MTK tərəfındən tikilərək istifadəyə verilmiş yeni tikili binanın blok A, 4-cü mərtəbəsində yerləşən 3 otaqdan ibarət olan 17 saylı mənzilin özgəninkiləşdirilməsi Cavabdeh1 müvəqqəti təminat tədbiri olaraq qadağan edilməsi, qərardadın icrası Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinə, Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinə və İ.N.V MTK-ya həvalə olunması, qərardad dərhal icra edilməsi, vəsatət qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı ərazi idarəsinin Cavabdeh1 vermiş olduğu xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Cavabdeh1 adına Respublika ərazisi üzrə daşınmaz əmlakın mövcudluğuna dair xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli müraciətinə əsasən daşınmaz əmlak aşkar edilməmişdir. İ.N.V Mənzil-Tikinti Kooperativinin 07 sentyabr 2022-ci il tarixli, 55 nömrəli məktubdan görünür ki, 29 avqust 2022-ci il tarixli, 566 saylı sorğuya cavab olaraq ünvan 9 ünvanında inşa edilən binanın blok A, mərtəbə 4, 3 otaqlı, 17 saylı mənzil xx.xx.2005-ci il tarixində dəyəri ödənilməklə İddiaçı satılmışdır. İddiaçı ƏN-İ №764054 saylı, 15 noyabr 2018-ci il tarixdə baş etibarnaməni Cavabdeh1 vermişdir. Cavabdeh1 həmən etibarnamə əsasında 01 iyul 2020-ci il tarixində 17 saylı mənzili öz adına rəsmiləşdirmişdir. xx.xx.2005-ci il tarixdən 01 iyul 2020-ci il tarixədək (Cavabdeh1 adına keçirilənədək), eləcə də həmin tarixdən bu günə kimi başqa şəxslərin adına rəsmiləşdirilməmişdir. Sözügedən bina dövlət orqanlarına təhvil verildiyi üçün mənzilə dair ilkin sənədlər arxivə təhvil verilmişdir. Hal-hazırda mənzillə bağlı ilkin sənədləri təqdim edə bilmədiklərini və məhkəmə qaydasında həmin mənzilə dair sorğu olunarsa o halda arxiv sənədlərinin kserosurətlərini təqdim edə biləcəkləri qeyd edilmişdir. Muğanbank ASC-nin 30 avqust 2022-ci il tarixli, M/11-7505 nömrəli məktubundan görünür ki, xx.xx.2022-ci il tarixli, 559 saylı sorğuya cavab olaraq bank hesabı və bank əmanəti, hesab əməliyyatları və qalıqları, eləcə də müştəri haqqında məlumatlar Azərbaycan Respublikası Mülki Məcəlləsinin 967.1-ci maddəsinə və "Banklar Haqqında" Azərbaycan Respublikası Qanununun 41.1-ci maddəsinə əsasən bank sirrinə aiddir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 967.2-ci maddəsinə və "Banklar Haqqında" Azərbaycan Respublikası Qanununun 41.2-ci maddəsinə əsasən bank sirri təşkil edən məlumatlar yalnız müştərilərin özlərinə və onların nümayəndələrinə, kredit bürolarına, kənar auditorlara və maliyyə bazarlarına nəzarət orqanına verilə bilər. Bu cür məlumatlar dövlət orqanlarına və onların vəzifəli şəxslərinə yalnız cinayət işinin istintaqı, müştərinin pul vəsaitinə və bankın saxlancında olan əmlakına həbs qoyulması, tələb yönəldilməsi və bunların müsadirə edilməsi ilə əlaqədar məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında verildiyi qeyd edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı ərazi idarəsinin xx.xx.2022-ci il tarixli, **********70 nömrəli məktubundan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Əlicabbar Orucəliyev küçəsi, 1952-ci məhəllə, 17 saylı mənzilə dair müvafiq sənədlərin surətlərinin verilməsi barədə sorğuya cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsində baxılmışdır. Bununla əlaqədar "xxxx" MTK-nın xx.xx.2020-ci il tarixli maliyyə arayışı, "xxxx" MTK üzvlərinin ümumi iclasının xx.xx.2022-ci il tarixli 50 nömrəli protokolundan çıxarışı və xx.xx.2022-ci il tarixdə 7 saylı Bakı "ASAN xidmət" mərkəzində notariat ofisi tərəfindən təsdiq edilmiş 40-423 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinin surəti məhkəmə sorğusu əsasında təqdim oluna biləcəyi qeyd edilmişdir. İ.N.V Mənzil-Tikinti Kooperativinin 01 noyabr 2022-ci il tarixli, 56 nömrəli məktubdan görünür ki, 13 oktyabr 2022-ci il tarixli, 656 saylı sorğuya cavab olaraq ünvan 12 ünvanında inşa edilmiş binanın blok A, 4-cü mərtəbəsində yerləşən, 3 otaqlı, 17 saylı mənzilin dəyəri 14 aprel 2005-ci il tarixdə İddiaçı tərəfindən tam ödənilmiş və pay üzvlüyünə qəbul edilmişdir. İddiaçı verdiyi və müvafiq notariat orqanında da təsdiq olunmuş, 05 noyabr 2018-ci il tarixli, ƏN-1 №764054 nömrəli, müvafiq etibarnamə ilə 01 iyul 2020-ci il tarixdə adı çəkilən mənzili öz adına rəsmiləşdirmişdir (keçirmişdir). Bir müddət sonra, Cavabdeh1 MTK-ya müraciət edərək mənzilə dair hüquqi sənədlərin alınması barədə ümumi yığıncağın protokolundan çıxarış istəsə də, ona bu barədə hər hansı bir protokol və ya protokoldan çıxarış verilməmişdir. Sorğuda istinad olunan və əlavə etdiyi DƏDKR publik hüquqi şəxsin 1 saylı Ərazi İdarəsinin 10 oktyabr 2022-ci il tarixli, **********86 nömrəli məktubunda göstərilən 15 avqust 2022-ci il tarixli, 50 saylı protokoldan çıxarış "xxxx" MTK tərəfindən hazırlanmamış və ümumiyyətlə, 2022-ci il tarixə MTK-nın 50 nömrəli protokolu olmamışdır. İstinad olunan həmin protokoldan çıxarış 2021-ci il tarixdə tərtib edilməklə yanaşı, MTK-nın digər payçısının barəsində verilmişdir. 15 avqust 2022-ci il tarixdə isə, MTK tərəfindən verilmiş protokoldan olan çıxarış həm başqa nömrə, həm də digər şəxsin barəsində olmuşdur, vəkil sorğusunda istədiyi 50 nömrəli protokoldan çıxarış Cavabdeh1 barəsində olmamışdır. Sorğuda istənilmiş və Cavabdeh1 adına verilmiş xx.xx.2020-ci il tarixli maliyyə arayışı isə qurum tərəfindən ona verilmişdir. Yuxarıda istinad eilmiş hər iki sənəddən yalnız maliyyə arayışının bir nüsxəsi MTK- nın arxivində saxlanıldığından, həmin sənədin təqdim edilməsi üçün müvafiq məhkəmə qərarı və ya sorğusu əsasında mümkündür. Həmçinin, yuxarıda göstərilən 50 nömrəli protokol və bununla bağlı digər hüquq müəyyənedici istənilən sənəd (və ya sənədlər) yenə də məhkəmənin müvafiq tələbi və ya sorğusu əsasında verilə bilər. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 11 oktyabr 2022-ci il tarixli, e-16(001)- 50/2022 nömrəli qərardadından görünür ki, Cavabdeh2 MMC-nin nizamnamə kapitalında olan 10 manat məbləğinin və mülkiyyət hüququ ilə Cavabdeh2 MMC-yə məxsus olan ünvan 11 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin üzərinə qoyularaq hər hansı bir qaydada özgəninkiləşdirilməsinin cavabdehlərə qadağan edilməsi, qərardad dərhal icra edilməsi, qərardadın icrası Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsinə və DƏDRX-in Bakı şəhər Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 07 sentyabr 2022-ci il tarixli, MTT(103)-339/2022 nömrəli qərardadından görünür ki, şikayət qismən təmin edilərək Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 11 avqust 2022-ci il tarixli MTT(001)-223/2022 saylı qərardadı ləğv edilməsi, ərizəçi İddiaçı müvəqqəti təminat tədbiri barədə ərizəsi qismən təmin edilməsi, Cavabdeh2 MMC-nin təsis payının və həmin MMC-nin adına qeydiyyata alınmış və hazırda mülkiyyətində olan ünvan 6 ünvanında yerləşən qeyri-yaşayış binasının özgəninkişləşdirilməsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qadağan edilməsi, ərizə qalan hissədə təmin edilməməsi, qərardadın dərhal icra edilməsi qərara alınmışdır. İ.N.V Mənzil-Tikinti Kooperativi üzlərinin ümimi iclasının 15 avqust 2022-ci il tarixli, 50 nömrəli protokolundan çıxarışdan görünür ki, “Quliyev X6 üzv qəbul olunmaqla, MKT-nın Bakı şəhəri, Nərimanov rayonu, Ə.Orucəliyev küçəsi, 1952-ci məhəllə ünvanında giriş A, mərtəbə V, ümumi sahəsi 159.63 kv.m. olan, 3 (üç) otaqlı, 17 saylı mənzilin payçısı olması təsdiq edilsin. Ailə tərkibi 1 nəfər. Özü Cavabdeh1. Sənədlər Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin Bakı şəhəri Ərazi idarəsinə hüquqların dövlət qeydiyyatına alınması üçün göndəilsin”. Seriyası AB nömrəsi 009722 olan, qeydiyyat nömrəsi 0722 olan 07 iyun 2001-ci il tarixli Lisenziyadan görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən ünvan 14 ünvanda sərbəst tikilidə “Aptek məntəqəsi” təşkil edib, dərman preparatlarının və tibb ləvəzimatlarının pərakəndə satışını həyata keçirməyə icazə verilmişdir. İddiaçı notariat qaydada təsdiq edilmiş xx.xx.2022-ci il tarixli, **********060 nömrəli ərizəsindən görünür ki, İddiaçı birgə nikah dövründə əldə edilmiş Cavabdeh1 məxsus olan ünvan 15 ünvanında yerləşən mənzilin satılmasına etiraz etmir. Eyni zamanda bəyan etmişdir ki, aralarında satılan əmlakın hüquqi rejimini müəyyən edən nikah müqaviləsi bağlanmışdır. "xxxx" MT-nın xx.xx.2022-ci il tarixli, 54 nömrəli məktubdan görünür ki, 01 avqust 2022-ci il tarixli, 493 saylı sorğuya cavab olaraq ünvan 16 ünvanında inşa edilən binanın blok A, mərtəbə 4, 3 otaqlı, 17 saylı mənzil xx.xx.2005-ci il tarixdə dəyəri ödənilməklə İddiaçı satılmışdır.İddiaçı ƏN-İ № 764054 saylı, 15 noyabr 2018-ci il tarixində baş etibarnaməni Cavabdeh1 vermişdir.Cavabdeh1 həmən etibarnamə əsasında 01 iyul 2020ci il tarixdə 17 saylı mənzili öz adına rəsmiləşdirmişdir.Hal-hazırda İddiaçı adına heç bir mənzil yoxdur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı ərazi idarəsinin xx.xx.2022-ci il tarixli, **********96 nömrəli məktubundan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Əlicabbar Orucəliyev küçəsi, 1952-ci məhəllə, 17 saylı mənzilin mülkiyyətçisi və üzərində həbsin olub-olmaması haqqında məlumat verilməsi ilə bağlı müraciətə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi idarəsində baxılmışdır. Bakı şəhəri, Nərimanov rayonu, Əlicabbar Orucəliyev küçəsi, 1952-ci məhəllə, 17 saylı mənzil (Yeni qaydalarla Bakı şəhəri, Nərimanov rayonu, Əlicabbar Orucəliyev küçəsi, 71, M5, m2) xx.xx.2022-ci il tarixdə Cavabdeh4 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Sözügedən mənzil üzərinə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin e-16(001)-7/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərardadına əsasən qadağa, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin e-16(001)- 62/2022 nömrəli xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən həbs qoyulmuşdur. Binəqədi Rayon Məhkəməsinin 14 oktyabr 2022-ci il tarixli, e-16(001)-62/2022 nömrəli qərardadından görünür ki, ünvan 10 ünvanında "xxxx" MTK tərəfindən tikilərək istifadəyə verilmiş yeni tikili binanın Blok A, 4-cü mərtəbəsində yerləşən, 3 otaqdan ibarət olan 17 saylı mənzilin üzərinə həbs qoyulması, qərardad dərhal icra edilməsi, qərardadın icrası Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsinə və AR iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə həvalə edilməsi qərara alınmışdır. 16 sentyabr 2022-ci il tarixli Daşınmaz Əmlakın Bağışlanması müqaviləsindən görünür ki, hədiyyə verən Bakı şəhəri, Nərimanov rayon Əlicabbar Orucəliyev küçəsi, 1952-ci məhəllə, mənzil 17 Yeni qaydalara AZ 1033, ünvan 17 ünvanında yerləşən, ümumi sahəsi 150 km-olan mənzilin tam mülkiyyət üzrə on(lar)a məxsus hissəsindən aşağıda göstərilən hissəni (hissələr) “Hədiyyə alanın” mülkiyyətinə verir(lər). Hədiyyə verən Cavabdeh1 (150 kv.m) - bacısının oğlu olan Hədiyyə alan ABİYEV ELVİN SƏDRƏDDİN OĞLUNA; Bağışlanan daşınmaz əmlak aşağıdakı hüquqmüəyyənedici sənədə asasən Hədiyyə verənə məxsusdur: ƏMDK-nin yanında DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə Cavabdeh1 verimiş **********40-05301-093038 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət üzrə 150 kv/m; Tərəflər bağışlanan daşınmaz əmlak qiymətləndirmədilər. Real vaxt rejimində daşınmaz əmlakın dövlət-reyestrindən əldə edilmiş xx.xx.2022-ci il tarixili, qeydiyyal nömrəsi **********YD30702 olan arayışa əsasən müqavilə bağlananadək Bakı şəhəri, Nərimanov rayonu, Əlicabbar Orucəliyev küçəsi, 1952-ci məhəllə mənzil 17 Yeni qaydalarla AZ 1033, ünvan 18 ünvanında yerləşən mənzil ipoteka ilə yüklü edilməmiş, həbs altında deyil və özgəninkiləşdirilməsinə qadağan qoyulmamışdır. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 150.1.9-cu maddəsinə əsasən sadələşdirilmiş vergi ödənişindən azad edilmişdir. Hədiyyə verən Cavabdeh1. Hədiyyə verən “İcbari sığortalar haqqında" Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinə uyğun olaraq mülkiyyətində olan daşınmaz əmlakı icbari qaydada sığorta etdirmişdir.Daşınmaz əmlakın icbari sığortası şəhadətnaməsi (şəhadətnamələri) -RPA**********. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 666-674-cü maddələrinin məzmunu, habelə Vergi Məcəlləsinin 150-ci, 220-ci maddələrinin “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun 37-ci maddəsinin məzmunu, müqavilənin bütün şərtləri ilə əlaqədar hüquqi və vəzifələri, həmçinin müqavilənin doğuracağı hüquqi nəticələr notarius tərəfindən tərəflərə izah edildi. Müqavilənin notariat qaydasında təsdiqi və rəsmiləşdirilməsi üzrə xərclər Hədiyyə alan Tərəfindən, əmlakın təqdim edilməsinə görə verginin ödənilməsi ilə bağlı bank xərcləri isə Hədiyyə verən tərəfindən ödənilir. Bu Müqavilə dörd nüsxədən ibarət Azərbaycan dilində tərtib edildi. Onlardan bir bağışlama işi ilə birlikdə notariat ofisində saxlanır, biri Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə müvafiq qeydiyyat aparılması təqdim edilir (müqavilənin elektron nüsxəsi həmin gün, kağız daşıyıcıda olan nüsxəsi sifarişli poçt vasitəsi ilə 2 iş günü ərzində), digər nüsxələri isə Azarbaycan Respublikası Vergi Məcəlləsinin 150.1.9-cu maddəsinə uyğun olaraq sadələşdirilmiş vergi tutulduqdan sonra tərəflərə verilir. Müqavilə tərəfinə onların hüququ və vəzifələri izah edilmiş, notariat hərəkətinin aparılmasının nəticələri barədə xəbərdarlıq edilmişdir. Cavabdeh1 notariat qaydada təsdiq edilmiş xx.xx.2022-ci il tarixli, **********962 nömrəli ərizəsinin məzmunundan görünür ki, “DƏDRX ərazi idarəsi tərəfindən xx.xx.2022ci il tarixdə verilmiş, ********** qeydiyyat nömrəli çıxarış əsasında mənə məxsus mənzili (satmaq, bağışlamaq, dəyişmək, ipoteka qoymaq, icarəyə və kirayə vermək) istəyirəm. Bununla əlaqədar həmin əmlak üzrində qadağanın olub-olmaması və ya ona həbs qoyulub-qoyulmaması barədə məlumatın real vaxt rejimində daşınmaz əmlakın dövlət reyestrindən əldə edilməsini təmin etməyini xahiş edirəm”. RPA********** nömrəli, BB seriyalı, 723871 nömrəli Daşınmaz Əmlakın İcbari Sığortası Şəhadətnaməsindən görünür ki, sığortaçı Paşa Şığorta ASC, sığortalı Cavabdeh4dur. **********40-05301-093038 nömrəli dövlət reyestri çıxarışlı yaşayış evi xx.xx.2022-ci ildən, xx.xx.2023-cü il tarixədək sığortalanmışdır. Cavabdeh4 notarial qaydada təsdiq edilmiş xx.xx.2022-ci il tarixli, **********963 nömrəli ərizəsinin məzmunundan görünür ki, 7 saylı Bakı Asan Xidmət Mərkəzi Notariat Ofisində xx.xx.2022-ci il tarixdə rəsimləşdirilmiş 4Ə-421 Reyestri Daşınmaz Əmlakın Alqı- Satqı Müqaviləsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən Dövlət Reyestr Çıxarışın və Planı və ölçüsünün (10 on) gün ərzində verilməsi üçün ərizəni DƏDRX-nin Ərazi idarəsinə göndərilməsi xahiş edilmişdir. 20 aprel 2022-ci il tarixli, AN-İ ******* nömrəli Daşınmaz Əmlakın Alqı-Satqı müqaviləsindən görünür ki, Satıcı BAKİ ŞƏHƏRİ, BİNƏQƏDİ RAYONU, 14-CÜ AŞİRİM KÜÇƏSİ EV 31, MƏNZİL 63 ünvanında yerləşən, ümumi sahəsi 42.75 kv.m, yaşayış sahəsi 30.05 kv.m olan 2 otaqlı mənzilin tam mülkiyyət üzrə ona məxsus hissəsindən aşağıda göstərilən hissəni "Alıcının" mülkiyyətinə verir: Satıcı Cavabdeh1 (tam hissə, 42.75 kv.m. 2 otaq) Alıcı RZAYEVA FLORA AYDİN QİZİNA; Satılan daşınmaz əmlak aşağıdakı hüquqmüəyyənedici sənədə əsasən Satıcıya məxsusdur. ƏMDK-nin yanında DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2008 tarixdə Cavabdeh1 verilmiş **********75-05101-093003 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət üzrə, 42.75 kv.m, 2 otaq; Real vaxt rejimində daşınmaz əmlakın dövlət reyestrindən əldə edilmiş xx.xx.2022 il tarixli, qeydiyyat nömrəsi **********LY72601 olan arayışa əsasən müqavilə bağlanan anda BAKİ ŞƏHƏRİ, BİNƏQƏDİ RAYONU, 14-CÜ AŞİRİM KÜÇƏSİ, EV 31, MƏNZİL 63 ünvanında yerləşən mənzil LƏĞV PROSESİNDƏ OLAN QSC "xxxx" KB-DA İPOTEKA İLƏ YÜKLÜDÜR. Satıcı daşınmaz əmlakı 90000 manat 00 qəpik (doxsan min manat sıfır qəpik) qiymətinə satdı, Alıcı isə həmin qiymətə aldı: -Alıcı RZAYEVA FLORA AYDİN QİZİ Satıcı Cavabdeh1-dan satdığı tam hissəni (42.75 kv.m 2 otaq) ondan 90000 manat 00 qəpik (doxsan min manat sıfır qəpik) qiymətinə aldı. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MH ******* nömrəli çıxarışdan görünür ki, Cavabdeh1 ondan ötrü ki, Bakı şəhəri, Binəqədi rayonu, 14-cü Aşırım küçəsində istifadədə olan 0.10307 ha torpaq sahəsində yerləşən 31 nömrəli, 5 mərtəbəli binada, 42.75 kv.m ümumi, 30.05 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 63 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində 454 nömrəli reyestr kitabının 42092 nömrəli vərəqində qeydiyyata alınmışdır. Reyestr nömrəsi **********75-05101-093003, qeydiyyat nömrəli **********, qeydiyyat tarixi xx.xx.2008-ci ildir. İddiaçı notariat qaydada təsdiq edilmiş xx.xx.2022-ci il tarixli, **********060 nömrəli ərizəsinin məzmunundan görünür ki, “mən İddiaçı birgə nikah dövründə əldə edilmiş Cavabdeh1 məxsus olan ünvan 15 ünvanında yerləşən mənzilin satılmasına etiraz etmirəm.Eyni zamanda bəyan edirəm ki, aramızda satılan əmlakın hüquqi rejimini müəyyən edən nikah müqaviləsi bağlanmamışdır”. X35 notariat qaydada təsdiq edilmiş xx.xx.2022-ci il tarixli, **********770 nömrəli ərizəsinin məzmunundan görünür ki, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş **********75-05101-093003 reyestrli, ********** qeydiyyat nömrəli, xx.xx.2008-ci il tarixi çıxarışa əsasən qeydiyyatda olduğu və Cavabdeh1 mülkiyyətində olan ünvan 19 ünvanında yerləşən mənzilin satılmasına etiraz etmir. X30 notariat qaydada təsdiq edilmiş xx.xx.2022-ci il tarixli ərizəsinin məzmunundan görünür ki, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş **********75-05101-093003 reyestrli, ********** qeydiyyat nömrəli, xx.xx.2008-ci il tarixi çıxarışa əsasən qeydiyyatda olduğu və Cavabdeh1 mülkiyyətində olan ünvan 19 ünvanında yerləşən mənzilin satılmasına etiraz etmir. xx.xx.2022-ci il tarixli Muğanbank ASC-nin Mətbuat filialına ünvanlanmış məktubun məzmunundan görünür ki, RZAYEVA FLORA AYDİN QİZİ notariat qaydasında təsdiq ediləcək alqı-satqı müqaviləsi üzrə ödənilməli olan 90.0 (doxsan min) manat məbləğində pulun müvafiq müqavilə tərəfimdən təsdiq edildikdən sonra mənim məktubum əsasında: Cavabdeh1 43.823,96 (qırx üç min səkkiz yüz iyirmi üç) manat (doxsan altı) qəpik verilməsi üçün; 46.176, 04 (qırx altı min yüz yetmiş altı) manat (sıfır dörd) qəpik LƏĞV PROSESİNDƏ OLAN BANK QSC STANDARD KB-nın qoşmada qeyd olunan bank hesabına köçürülməsi üçün bankda olan AZ44MUGA**********00001AZM27 nömrəli depozit hesabıma qəbul olunmasını xahiş edilmişdir. Azərbaycan Respublikası Vergilər Nazirliyinin Vergi ödəyicisinin filialının, nümayəndəliyinin və təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə üçota alınması haqqında xx.xx.2006-cı il tarixli, **********-10001 kodlu, **********1 nömrəli arayışından görünür ki, Bakı şəhəri Vergilər Departamentinin 2 saylı filialı tərəfdən verilmiş bu arayış Cavabdeh2 MMC, VÖEN ********** olan, AZ 1069, ünvan 20 ünvanında yerləşən təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə uçota alınmasını təsdiq edir. Cavabdeh3 05 sentyabr 2023-cü il tarixli, 59 nömrəli məktubundan görünür ki, 01 sentyabr 2023-cü il tarixli, 1025 saylı sorğuya cavab olaraq Bakı şəhəri, Nərimanov rayonu, Ə.Orucəliyev küçəsi, 1952-ci məhəllə ünvanında inşa edilmiş yaşayış binasında Masallı rayon Təzə Alvadı kənd sakini İddiaçı blok A, mərtəbə 4, 3 (üç) otaqlı, 17 saylı mənzilin dəyəri tam ödənilərək pay üzvlüyünə qəbul edilmişdir. İddiaçı 17 saylı mənzil satılarkən həmin mənzilin yerləşdiyi binanın birinci mərtəbəsində yerləşən sahələr, Bakı şəhəri İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinin 18/04776 saylı 23 sentyabr 2005-ci ildə təsdiqlənmiş və razılaşmasına əsasən qeyri-yaşayış kimi nəzərdə tutulmuşdur. Bu səbəbdən, İddiaçı ilə 14 aprel 2005-ci il tarixdə bağlanmış (imzalanmış) müqavilədə göstərilən 17 saylı mənzil İddiaçı) satılarkən, birinci mərtəbə qeyri-yaşayış sahəsi olduğundan nəzərə alınmamışdır. Ona görə də göstərilən mənzil müqavilədə dördüncü mərtəbədə yerləşdiyi göstərilmişdir (qeyd olunmuşdur). Hətta, 01 avqust 2022-ci il tarixli, 493 nömrəli vəkil sorğusunun cavablandırılması barədə 26 avqust 2022-ci il tarixli, 54 nömrəli rəsmi məktubla bildirilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 04 mart 2019-cu il tarixli, 74 nömrəli Qərarı ilə təsdiq edilmiş, 30 dekabr 2019-cu il tarixli, 295 nömrəli icazəsinə əsasən (28 dekabr 2019-cu il tarixli, 0325 nömrəli istismara hazırlıq barədə rəy əsasında), həmin yaşayış binası istismara qəbul edilmişdir. Bina istismara verildikdən sonra, binanın birinci mərtəbəsində yerləşən (inşa edilmiş) bütün sähələr qeyriyaşayış kimi nəzərdə tutulmuşdur. Nəticə etibarı ilə, 01 iyul 2020-ci il tarixdə Cavabdeh1 etibarnamə əsasında İddiaçı məxsus olan 17 saylı mənzili öz adına rəsmiləşdirərkən, binanın birinci mərtəbəsində olan qeyri-yaşayış sahəsi də nəzərə alınmaqla, 01 iyul 2020ci il tarixli müqavilədə haqqında danışılan mənzil beşinci mərtəbə yerləşdiyi göstərilmişdir. Beləliklə, həm İddiaçı, həm də Cavabdeh1 ilə bağlanmış müqavilələrdə nəzərdə tutulan və Bakı şəhəri, Nərimanov rayonu, Ə.Orucəliyev küçəsi, 1952-ci məhəllə ünvanında inşa edilmiş yaşayış binasında yerləşən 17 saylı mənzil binada olan qeyri-yaşayış sahələri nəzərə alınmaqla beşinci mərtəbədə, həmin qeyri-yaşayış sahələri nəzərə alınmadıqda isə, dördüncü mərtəbədə yerləşməsi müəyyən olunur. Bu isə onu bildirir ki, mənzil eynidir (yəni həmin mənzildir) və sadəcə olaraq, vaxtı ilə müqavilələr rəsmiləşdirlərkən qeyriyaşayış sahələrinin nəzərə alınıb-alınmamsına görə onun yerləşmə mərtəbəsi xəyali (yəni, say hesabı ilə) olaraq dəyişir. Bu səbəbdən, 17 saylı mənzil əvvəl İddiaçı məxsus olmuş, sonradan Cavabdeh1 adına yuxarıda qeyd edilmiş əsaslar üzrə rəsmiləşdirilmişdir. Cavabdeh3 Kooperativ Binada Mənzil Tikintisi Haqqında 01 iyul 2020-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh3, sonralar "xxxx" adlanan və kooperativin Nizamnaməsinə əsasən hərəkət edən Cavabdeh3 MTK-nın sədri X55 bir tərəfindən ünvan 22 ünvanında yaşayan, sonralar «Payçı» adlandırılan Cavabdeh1 digər tərəfdən aşağıdakılar haqqında müqavilə bağlanmışdır. Kooperativ, ünvan 23 ünvanında yerləşmiş Cavabdeh3 MTK-nın binasında 17 nömrəli mənzili payçıya verməyi, payçı isə həmin mənzili qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqını vaxtında ödəməyi öhdəsinə götürür. Göstərilən mənzil 3 (üç) otaqdan ibarətdir. Mənzilin ümumi 159.63 kv.m, Mənzilin bloku, mərtəbəsi A blok; V mərtəbə, Mənzil son variantda daxili sanitariya avadanlığı və daxili tamamlama işləri görülmədən, bilavasitə payçının özünə verilir. Göstərilən mənzilin ümumi dəyəri 103.365 (yüz üç min üç yüz altmış beş) AZN məbləğində müəyyən olunmuşdur. Müqavilə bağlandığı gündən 5 gün ərzində payçı tərəfindən mənzilin ümumi qiymətinin 30% məbləğindən az olmayaraq ilk haqq ödənilir. Payçı, pulun qalan hissəsini kooperativə 3 ay müddətində hər ayın 20-30 arasında ödəməyi öhdəsinə götürür. Tikinti etapı və müddəti ilə payçı tanışdır. Gecikdirilən hər ay üçün ümumi məbləğin 1,4%-i məbləğində cərimə hesablanır. Ödəniş nəğd pulla həyata keçirilir. Payçı ilk ödəməni gecikdirərsə, Kooperativin ixtiyarı var ki, müqaviləyə əsasən öhdəlikdən pay üzvünü azad etsin. İlk ödəmədən sonrakı haqların 10 gündən artıq gecikdirilməsi halında MTK payçıya ümumi məbləğin 2% cərimə tətbiq etsin, kooperativin ixtiyarı var ki, müqaviləni bir tərəfli qaydada ləğv etsin. Bu halda ödənilmiş pulun miqdarı kooperativ tərəfindən yalnız həmin mənzil başqa bir şəxsə verildikdən sonra payçıya qaytarılır. Müqavilənin tərəfləri arasındakı bütün mübahisəli məsələlər Azərbaycan Respublikasının qüvvədə olan Qanunvericiliyinə uyğun şəkildə həll olunur. Müqavilə imzalandığı gündən qüvvəyə minir. Müqavilə iki nüsxədə tərtib olunmuşdur, bunlardan hər biri eyni hüquqa malikdir. Cavabdeh3 01 iyul 2020-ci il tarixli maliyyə arayışından görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Ə.Orucəliyev küçəsi, 1952-ci məhəllə ünvanında yerləşən kooperativ yaşayış binası "xxxx" MTK-sına məxsusdur. Bu binanın A giriş, V mərtəbəsində, ümumi sahəsi 159.63 kv.m. olan 3 (üç) otaqlı, 17 saylı mənzilin ümumi pay dəyəri 103.365 AZN (yüz üç min üç yüz altmış beş) manat payçı Cavabdeh1 tərəfindən tam ödənilmişdir. MTKya borcu yoxdur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşısımaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı ərazi idarəsinin xx.xx.2021-ci il tarixli, **********60 nömrəli məktubundan görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(001)-746/2021 saylı icra vərəqəsinin icrasına dair Bakı şəhəri Binəqədi Rayon icra Şöbəsinin xx.xx.2022-ci il tarixli, 17/68N4691-4 saylı məktubuna Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi idarəsində baxılmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021ci il tarixli, 2(001)-746/2021 saylı icra vərəqəsi ilə Cavabdeh1 müikiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, 14-cü aşırım küçəsi, 31 saylı evin 63 saylı mənzilinin 1/2 (ikidə bir) hissəsinə İddiaçı, 1/2 (ikidə bir) hissəsinə cavabdeh X9 payının müəyyən edilməsi qət edilmişdir. Bakı şəhəri, Binəqədi rayonu, 14-cü aşırım küçəsi, 31 saylı evin 63 saylı mənzili hal-hazırda QSC "xxxx" KB tərəfindən xx.xx.2013-cü il tarixli, 141/14/249/13 saylı ipoteka müqaviləsi ilə yüklü edilmişdir. İpoteka saxlayanın razılıq ərizəsi idarəyə daxil olacağı təqdirdə Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(001)-746/2021 saylı icra vərəqəsinin icrasına qanunamüvafiq qaydada baxılacaqdır. Cavabdeh3 22 sentyabr 2023-cü il tarixli 64 nömrəli məktubundan görünür ki, İddiaçı Cabrayıl qızının cavabdehlər Cavabdeh1, eləcə də “İ.N.V," MTK-ya qarşı iddia tələbləri üzrə Masallı rayon məhkəməsinin 31 avqust 2023-cü və 14 sentyabr 2023-cü il tarixli, 2(050)-2458/2023 nömrəli məktubların icra olunması üçün elektron məhkəmə sistemi vasitəsi ilə "xxxx" MTK-ya təqdim olunmuşdur. İlk olaraq qeyd edilmişdir ki, sözügedən mənzilə dair ünvan 24 ünvanında inşa edilmiş binanın blok A, mərtəbə 4, 3 otaqlı, 17 saylı mənzil 14 aprel 2005-ci il tarixdə dəyəri ödənilməklə İddiaçı satılmışdır. X31 ƏN-İ 764054 saylı, 15 noyabr 2018-ci il tarixdə baş etibarnaməni Cavabdeh1 vermişdir. Cavabdeh1 da həmin etibarnamə əsasında 01 iyul 2020-ci il tarixdə 17 saylı mənzili öz adına rəsmiləşdirmişdir (keçirmişdir). Eyni zamanda, haqqında danışılan mənzil xx.xx.2005-ci il tarixdən 01 iyul 2020-ci il tarixədək (Cavabdeh1 adına keçirilənədək) heç kəsin adına rəsmiləşdirilməmişdir. Qeyd olunan bu xüsusatlarla əlaqədar iddiaçının vəkilinin verdiyi sorğular “İ.N.V." MTK-nın 26 avqust 2022-ci il tarixli, 54 nömrəli və 07 sentyabr 2022-ci il tarixli, 55 nömrəli məktublar ilə cavablandırılmışdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq Masallı rayon məhkəməsinin 31 avqust 2023-cü il tarixli, 2(050)- 2458/2023 nömrəli məktubunun icrası ilə əlaqədar, Bakı şəhəri, Nərimanov rayonu, Əlicabbar Orucəliyev küçəsi, 1952-ci məhəllə ünvanında inşa edilmiş binanın blok A, mərtəbə 4, 3 otaqlı, 17 saylı mənzillə bağlı bütün hüquq müayyənedici sənədlər təqdim edilmişdir. Cavabdeh3 Kooperativ Binada Mənzil Tikintisi Haqqında 14 aprel 2005-ci il tarixli Müqavilədən görünür ki, Cavabdeh3, sonralar "xxxx" adlanan və kooperativin Nizamnaməsinə əsasən hərəkət edən Cavabdeh3 MTK-nın sədri X48 bir tərəfindən Masallı rayonu, Təzə Alvadı kəndində yaşayan, sonralar «Payçı» adlandırılan vətəndaş İddiaçı tərəfdən aşağıdakılar haqqında müqavilə bağlanmışdır. Kooperativ, ünvan 23 ünvanında yerləşmiş Cavabdeh3 MTK-nın binasında 17 nömrəli mənzili payçıya verməyi, payçı isə həmin mənzili qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqını vaxtında ödəməyi öhdəsinə götürür. Göstərilən mənzil 3 (üç) otaqdan ibarətdir. Mənzilin ümumi 159.63 kv.m, Mənzilin bloku, mərtəbəsi A blok; İV mərtəbə (qeyri-yaşayış sahəsi nəzərə alınmadan), mənzil son variantda daxili sanitariya avadanlığı və daxili tamamlama işləri görülmədən, bilavasitə payçının özünə verilir. Göstərilən mənzilin ümumi dəyəri 60.904 (altmış min doqquz yüz dörd) ABŞ dolları məbləğində müəyyən olunmuşdur. Müqavilə bağlandığı gündən 5 gün ərzində payçı tərəfindən mənzilin ümumi qiymətinin 30% məbləğindən az olmayaraq ilk haqq ödənilir. Payçı, pulun qalan hissəsini kooperativə 3 ay müddətində hər ayın 20-30 arasında ödəməyi öhdəsinə götürür. Tikinti etapı və müddəti ilə payçı tanışdır. Gecikdirilən hər ay üçün ümumi məbləğin 1.4%-i məbləğində cərimə hesablanır. Ödəniş nəğd pulla həyata keçirilir. Payçı ilk ödəməni gecikdirərsə, Kooperativin ixtiyarı var ki, müqaviləyə əsasən öhdəlikdən pay üzvünü azad etsin. İlk ödəmədən sonrakı haqların 10 gündən artıq gecikdirilməsi halında MTK payçıya ümumi məbləğin 2% cərimə tətbiq etsin kooperativin ixtiyarı var ki, müqaviləni bir tərəfli qaydada ləğv etsin. Bu halda ödənilmiş pulun miqdarı kooperativ tərəfindən yalnız həmin mənzil başqa bir şəxsə verildikdən sonra payçıya qaytarılır. Müqavilənin tərəfləri arasındakı bütün mübahisəli məsələlər Azərbaycan Respublikasının qüvvədə olan Qanunvericiliyinə uyğun bir şəkildə həll olunur. Müqavilə imzalandığı gündən qüvvəyə minir. Müqavilə iki nüsxədə tərtib olunmuşdur, bunlardan hər biri eyni hüquqa malikdir. Cavabdeh3 12 fevral 2013-cü il tarixli maliyyə arayışından görünür ki, ünvan 25 ünvanında yerləşən kooperativ yaşayış binası Cavabdeh3 MTK-ya məxsusdur. Bu binanın A giriş, İV mərtəbəsində, ümumi sahəsi 159,63 kv.m. olan 3 (üç) otaqlı, 17 saylı mənzilin ümumi pay dəyəri 60904 (altmış min doqquz yüz dörd) ABŞ dolları tərəflər arasında 14 aprel 2005-ci il tarixdə bağlanmış müqavilə üzrə İddiaçı tərəfindən tam ödənilmişdir. Halhazırda Cavabdeh3 MTK-ya borcu yoxdur. Cavabdeh3 Kooperativ Binada Mənzil Tikintisi Haqqında 14 aprel 2005-ci il tarixli Müqavilədən görünür ki, Cavabdeh3, sonralar "xxxx" adlanan və kooperativin Nizamnaməsinə əsasən hərəkət edən MTK Cavabdeh3ın sədri Talıblı V.Ə bir tərəfindən ünvan 26 ünvanında yaşayan, sonralar «Payçı» adlandırılan vətəndaş Cavabdeh1 digər tərəfdən aşağıdakılar haqqında müqavilə bağlanmışdır. Kooperativ, Bakı şəhəri Nərimanov rayonu Ə.Orucəliyev küçəsi 18, yerləşmiş MTK Cavabdeh3-nin tikilməkdə olan binasında 9 nömrəli mənzili payçıya verməyi, payçı isə həmin mənzili qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqını vaxtında ödəməyi öhdəsinə götürür. Göstərilən mənzil 3 (üç) otaqdan ibarətdir. Mənzilin ümumi 145.12 kv.m, Mənzilin bloku, mərtəbəsi A blok; İİİ mərtəbə. Mənzil son variantda daxili sanitariya avadanlığı və daxili tamamlama işləri görülmədən, bilavasitə payçının özünə verilir. Göstərilən mənzilin ümumi dəyəri 65304 (altmış beş min üç yüz dörd) ABŞ dolları şərti vahid məbləğində müəyyən olunmuşdur. Müqavilə bağlandığı gündən 5 gün ərzində payçı tərəfindən mənzilin ümumi qiymətinin 30% məbləğindən az olmayaraq ilk haqq ödənilir. Payçı, pulun qalan hissəsini kooperativə bərabər hissələrlə olmaqla, ümumi qiymətin 10%-i məbləğində hər ayın 20-30 arasında ödəməyi öhdəsinə götürür tikinti etapı və müddəti ilə payçı tanışdır. Ödəniş nəğd pulla həyata keçirilir. Payçı ilk ödəməni gecikdirərsə Kooperativin ixtiyarı var ki, müqaviləyə əsasən öhdəlikdən pay üzvünü azad etsin.İlk ödəmədən sonrakı haqların 30 gündən artıq gecikdirilməsi halında kooperativin ixtiyarı var ki, müqaviləni bir tərəfli qaydada ləğv etsin.Bu halda ödənilmiş pulun miqdarı kooperativ tərəfindən yalnız həmin mənzil başqa bir şəxşə verildikdən sonra payçıya qaytarılır. Müqavilənin tərəfləri arasındakı bütün mübahisəli məsələlər Azərbaycan Respublikasnın qüvvədə olan Qanunvericiliyinə uyğun şəkildə həll olunur. Müqavilə imzalandığı gündən qüvvəyə minir. Müqavilə iki nüsxədə tərtib olunmuşdur, bunlardan hər biri eyni hüquqa malikdir. Cavabdeh3 maliyyə arayışından görünür ki, Cavabdeh3 MTK-nə məxsus kooperativ yaşayış binasının A giriş, İİİ mərtəbəsində, ümumi sahəsi 1545.12 kv.m, olan 3 (üç) otaqlı, 9 saylı mənzilin ümumi pay dəyərindən payçı X60 tərəfindən mənzilin ümumi pay dəyəri ödənilmişdir. xx.xx.2005-ci ildə 5000 ABŞ dolları, xx.xx.2005-ci idə 10000 ABŞ dolları. Cavabdeh3 maliyyə arayışından görünür ki, Cavabdeh3 MTK-na məxsus kooperativ yaşayış binasının A giriş, İV mərtəbəsində, ümumi sahəsi 156.64 kv.m, olan 3 (üç) otaqlı, 16 saylı mənzilin ümumi pay dəyərindən payçı İddiaçı tərəfindən mənzilin ümumi pay dəyəri ödənilmişdir. xx.xx.2007-ci ildə 13050 manat, xx.xx.2007-ci idə 4000 manat, xx.xx.2007-ci ildə 5500 manat, xx.xx.2007-ci ildə 4500 manat, xx.xx.2008-ci ildə 3000 manat, xx.xx.2008-ci ildə 16800 manat, xx.xx.2012-ci ildə 4000 manat, xx.xx.2013cü ildə 7000 manat. Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2005-ci il tarixli, 331 nömrəli sərəncamından görünür ki, Azərbaycan Respublikasının Baş Prokurorunun xx.xx.2005-ci il tarixli, 76502 saylı təqdimatı və sifarişçi tərəfindən sərəncamda qeyd edilən bəndlərin tələbləri yerinə yetirilmədiyi nəzərə alınaraq, "xxxx" MTK-ya Nərimanov rayonu, Orucəliyev küçəsi, 1952 saylı məhəllədə yaşayış binasının layihələşdirilməsi və tikintisi üçün torpaq sahəsinin ayrılması barədə Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2004-cü il tarixli, 323 saylı sərəncamının 46-cı bəndi ləğv edilmişdir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Cavabdeh4 ünvan 52eni qaydalarla AZ 1033, Bakı şəhəri, Nərimanov rayonu, Əlicabbar Orucəliyev küçəsi, 71, M5, mənzil 2 xüsusi mülkiyyətində 150 kv.m olan mənzil verilmiş və bu barədə daşınmaz əmlakın dövlət reyestr nömrəsi **********40-05301-093038, ********** qeydiyyat nömrəsi, xx.xx.2022-ci il qeydiyyat tarixi ilə qeydiyyata alınmışdır. Cavabdeh3 20 oktyabr 2023-cü il tarixli, 65 nömrəli məktubundan görünür ki, 17 oktyabr 2023-cü il tarixli, 1121 saylı sorğuya cavab olaraq "xxxx" MTK-ya təqdim edilmiş və 14 aprel 2005-ci il tarixdə Cavabdeh1 ilə MTK arasında bağlanmış, ünvan 27 ünvan ünvan 28inasında olan 9 və 10 nömrəli mənziliərin (A bloku, 3-cü mərtəbədə yerləşən, ümumi sahəsi 145,12 olan, 3 otaqlı) Vasif Məmmədqulu oğluna satılması ilə əlaqədar müqavilələrin sorğunuzda adı çəkilən şəxslərlə heç bir əlaqəsi olmamışdır. Masallı rayon Məhkəməsinin icraatında olan və "xxxx" MTK-nın cavabdeh qismində iştirakı nəzərdə tutulan e-2(050)-2458/2023 nömrəli iş üzrə mübahisə predemti olan 17 nömrəli mənzilin təqdim etdiyi sənədlərlə heç bir əlaqəsi yoxdur. Əlavə olaraq, müqavilələr bağlanarkən MTK-nın sədri ilə bağlı məsələlərə aydınlıq gətirərək bildiririk ki, "xxxx" MTK-nın dövlət qeydiyyatına alındığı gündən hazrki vaxta qədər (hazırki cavab məktubunun təqdim edildiyi gün də daxil olmaqla) qanuni təmsilçiləri aşağıdakı kimi olmuşdur. 1. "xxxx" MTK ilk olaraq, 14 aprel 2003-cü il tarixdə rəsmi qaydada dövlət qeydiyyatına alınmış və bu zaman onun fəaliyyəti olmadığından, qanuni təmsiliçisi təyin edilməmişdir. 2. "xxxx" MTK-nın ilk qanuni təmsilçisi, X11 ümumi yığıncağın 03 dekabr 2004-cü il tarixli qərarı asasında təyin olunmuşdur. 3. "xxxx" MTK-nın ilk qanuni təmsilçisi X4 fəaliyyət müddəti 16 yanvar 2005-ci il tarixədək olmuşdur. Həmin tarixdə ümumi yığıncağın qərarı ilə X48 MTK-nin sədri təyin edilmişdir. 4. "xxxx" MTK-nın qanuni təmsilçisi X28 fəaliyyət müddəti 15 yanvar 2007-ci il tarixədək olmuşdur. Həmin tarixdə ümumi yığıncağın qərarı ilə X32 MTK-nin sədri təyin edilmişdir. 5. "xxxx" MTK-nın qanuni təmsilçisi X12 fəaliyyət müddəti 2013-cü il tarixədək olmuşdur. Bu tarixdə isə "xxxx" MTK-nı növbəti sədri X40 təyin edilmişdir. 6. "xxxx" MTKnın qanuni təmsilçisi X22 fəaliyyət müddəti 2015-ci il tarixədək olmuşdur. Bu tarixdə isə "xxxx" MTK-nın növbəti sədr yenidən X32 təyin edilmişdir. 7. "xxxx" MTK-nın qanuni təmsilçisi X12 fəaliyyət müddəti 2016-cı il tarixədək olmuşdur. Bu tarixdə isə "xxxx" MTKnın növbət sədri X23 təyin edilmişdir. 8. "xxxx" MTK-nın qanuni təmsilçisi X10 fəaliyyət müddəti 2018-ci il tarixədək olmuşdur. Bu tarixdə isə "xxxx" MTK-nın növbəti sədri X55 təyin edilmişdir. Hal-hazırda da "xxxx" MTK-nin sədri X41r. Sorğuya əlavə edilmiş və İddiaçı adına verilmiş maliyyə arayışı barədə qeyd edilmişdir ki, həmin arayışda olan mənzil 16 nömrəlidir. Hal-hazırda isə, Masallı rayon Məhkəməsində olan mülki mübahisə predmet 17 nömrəli mənzillə bağlıdır. Digər tərəfdən, qeyd olunan 16 nömrəli mənzil haqqında 07 iyul 2022-ci il tarixli, 438 nömrəli vəkil müraciətinə cavab olaraq bildirilmişdir ki, göstərilən 16 saylı mənzil əvvəlcə İddiaçı məxsus olsa da, onun tərəfindən ünvan 29 ünvanında qeydiyyatda olan X15 xx.xx.2013-cü il tarixdə verilmiş, AR-İ 240068 nömrəli (reystrdə 7-E-02-1648 nömrəsi ilə qeyd olunmuş) etibarnamə əsasında digər şəxsə satılmışdır. Bu rəsmiləşdirmə İddiaçı əri Cavabdeh1 12 fevral 2013-cü il tarixdə notariat qaydada təsdiq edilmiş razılıq ərizəsinə uyğun həyata keçirilmişdir. İddiaçı xx.xx.2018-ci il tarixli etibarnamə üzrə nümayəndəsi Cavabdeh1 tərəfindən "xxxx" MTK-yə ünvanlanmış ərizənin məzmunundan görünür ki, “həyat yoldaşı İddiaçı xx.xx.2018-ci il tarixli mənə verdiyi etibarnamə əsasında hərəkət edərkən yoldaşıma məxsus olan Nərimanov r, 1952-ci məhəllə, Ə.Orucəliyev küç, 11A ünvanında yaşayış binası, a bloku, İV mərtəbə, 159.63 kv.m, 3 otaqlı, 17 saylı mənzilə 103.365 AZN (yüz üç min üç yüz altmış beş) manat məbləğində ödədiyim bütövlükdə həyat yoldaşım Cavabdeh1 adına keçirəsiniz və məni könüllü olaraq pay üzvlərindən azad edəsiniz bununla əlaqədar gələcəkdə MTB rəhbərliyi və yeni qəbul olunmuş payçıya heç bir iddia və tələbim olmayacaqdır. Ərizəni oxudum mənim sözlərimlə düzgün yazılmışdır. Doğruluğunu imzamla təsdiq edirəm”. İş üzrə məhkəmə sorğuları əsasında təqdim edilmiş və tərəflərin təqdim etdikləri yuxarıda qeyd edilən sübutlar tədqiq edilərək iş materillarına əlavə edilir. Cavabdeh1 iddia tələblərinə qarşı yazılı etirazı: Cavabdeh1 (Cavabdeh2 MMC-nin təsisçisi) tərəfindən iddia tələblərinə qarşı etirazını onunla əsaslandırmışdır ki, İddiaçı Cavabdeh1 qarşı mülkiyyət hüququ ilə əlaqədar mübahisələr əmlakdan pay tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş Binəqədi rayonu 14 Aşırım 31 mənzil 63 satılmasından əldə olunan pulun bölünməsinə dair iddiasına, Cavabdeh2 MMC-nin nizamnamə kapitalından və əmlakından pay tələbinə və digər iddia tələblərinə, sənədlərin etibarsız və ləğv edilməsinə dair iddia tələblərinə etiraz edir. İş üzrə qəbul edilmiş qərardadlarda işin ərazi aidiyyatı üzrə baxılmamasından, mənzil üzərinə qoyulan həbsdən, birgə nikah dövrünə aid olmayan əmlaka yəni Cavabdeh2 MMC-nin nizamnamə kapitalına və ona məxsus Binəqədi rayonu A.Gəraybəyli 37A ünvanında yerləşən bir mərtəbəli tikilisinə qoyulan həbslər və s. dair prossesual qanunvericiliyin və maddi hüquq normaların, Azərbaycan Respublikası Konstitusiyasının müvafiq maddələrinin və bəndlərinin, Konstitusiya Məhkəməsinin, Plenum Qəralarının, Mülki Məcəllənin, Ailə Məcəlləsinin, Mənzil Məcəlləsinin, Daşınmaz əmlakın dövlət reyestri haqqında Qanunun, Mənzil Fondunun özəlləşdirilməsi haqqında Qanunun, Mülki Prossesual Məcəllənin, normativ hüquqi aktların tələblərinin və.s pozulması ilə nəticələndiyindən qanunsuz hesab edir, sübutları və faktları aşağıdakı kimi isbat edərək əsaslandırır və eyni zamanda qəbul edilmiş bəzi (e-16(001)-62/2022 saylı iş üzrə, e- 16(001)-50/2022 saylı, e-16(001)-7/2022 saylı iş üzrə apellyasiya məhkəməsi tərəfindən qəbul edilmiş qərardadları) əsassız, qanuna zidd və qeyri obyektiv və ədalətdən uzaq hesab edir. İnternetdən və elektron sistemdən istifadə etmədiyi, rayon ərazisində yaşadığını, vəkilinin olmadığını, elektron formada ərizə və şikayət vermək imkanının olmadığını üzürlü hal hesab edərək etirazını yazılı (kağız) şəkilində qəbul edilməsini xahiş etmişdir. Hazırki işlə əlaqəli olan Binəqədi rayon məhkəməsinin hakimi Günel Abbasova tərəfindən e-16(001)-62/2022 saylı iş üzrə xx.xx.2022-ci il tarixində iş üzrə qəbul edilmiş qərardaddan Cavabdeh4 verdiyi şikayəti və hazırda da iş üzrə verəcəyi etirazı dəstəkləyir və müdafiə edir. Belə ki, hazırda şəxsin mülkiyyətində olan mənzil qanunvericiliyin tələblərinə uyğun olaraq onun tərəfindən ona bağışlanılmışdır və onun şəxsi özəl mülkiyyətidir. Bağışlamaya səbəb uzun müddət Ukraynada yaşamış və orada olan ailəsi ilə (ata, ana, qardaş və bacısı) birlikdə fəaliyyət göstərdikləri ailə ticarətdən əldə etdikləri pulu ona müxtəlif vaxtlarda verərək özləri üçün alınacaq mənzili onun adına alınmaqla gələcəkdə onlara bağışlamaq şərti ilə həmən mənzili almış və o da, ədalətli olaraq, verdiyi sözə əməl edərək adına alınmış ("xxxx" MTK-nın verdiyi müqavilə, maliyyə arayışı, Protokoldan Çıxarış 50 saylı xx.xx.2022-ci il tarixli sənəddə mənzilin ünvanı ünvan 33a inşa edilən binanın blok A, mərtəbə 5, 3 otaqlı, 17saylı mənzil) mənzili xx.xx.2022-ci ildə adına alınmış çıxarış (ƏMDX-nin DƏDK və Reyestri Publik Hüquqi Şəxsi (qısa adı) sənədi əsasında həmin tarixdə yəni xx.xx.2022-ci il tarixdə Abıyevlər ailəsinin şifahi razılığı ilə Cavabdeh4 bağışlamışdır. Mənzili bağışlayan zaman rəsmi olaraq subay, mənzilin yeni tikilidə olması və mənzil üzrə "xxxx" MTK-da təkcə qeyd olunan mənzilə görə tək payçı olmağı və eyni zamanda dövlət reyestrində 2022-ci il tarixində mənzilin şəxsi mülkiyyətçisi kimi qeydiyyata aldırılan zaman qanunvericiliyin heç bir tələbi pozulmadan şəxsi özəl mənzil (mənzilə görə pul ödəyənlər baxımından sonrakı şəxs Cavabdeh4 mənzilin hazırkı mülkiyyətçisi rəsmi sənədlər əsasında) sahibi olaraq həmin mənzili ona görə ilkin alınmasından pul ödəyən şəxslərin ailə üzvlərindən birinin adına özlərinin şifahi razılıqları əsasında keçirmişdir. Hal-hazırdada həmin qeyd olunan mənzilin xüsusi özəl mülkiyyətçisi Cavabdeh4dur rəsmi olaraq işıq, qaz, su, sığorta və s şəxsin öz adındadır və qeyd edilən xərclər o, cümlədən mənzilin hal-hazıra kimi təmirinə çəkilən xərclər və sair onun tərəfindən ödənilir mənzilin sahibi olaraq. Ukraynada müharibə başladıqdan sonra Abıyevlər ailəsi o cümlədən qeyd olunan mənzilin xüsusi özəl mülkiyyətçisi Cavabdeh4 2022-ci ildə Azərbaycan Respublikasına qayıdıblar (rəsmi xarici pasportu vasitəsi ilə təsdiq edilir və məhkəməyə təqdim olunur) və qayıtdıqdan sonra 2022-ci ildə əvvəl onun adında ola-ola, sonrada öz adına keçdikdən sonra öz mənzilini təmir etməyə başlayıblar və mənzilin təkcə təmirinə özlərinin qeyd etdiyi kimi alınmasına çəkilən xərcdən başqa təmirinə 100000 (yüz min) manat xərclədiylərinin şahidi olaraq o da, təsdiq edə bilər və eyni zamanda "xxxx" MTK tərəfindən kərpic divarlarla ayrılmış təmirsiz, qapısız təhvil verdiyi 3 otaqlı mənzilin təmirə başlanmasını, yəni 2022-ci il tarixində olmasını həm "xxxx" MTK təsdiq edə bilər, qonşular təsdiq edə bilər və eyni zamanda təmir zamanı istifadə olunan mal və material sənədləri, o cümlədən təmirdə iştirak edən ustalar, mənzilin istifadəsində olan təmirə başlanma vaxtını göstərən öz adına olmaqla yeni quraşdırılmış su, elektrik, qaz saygacları qəbzləri və onlara görə ödənişlər rəsmi sənədlərlə təsdiq edilə bilər. Hal-hazırdada mənzilin təmirini Cavabdeh4 davam etdirir və hələdə qurtarmamışdır. İddia üzrə pay bölgüsü tələbində göstərilən mənzil ünvan 33a "xxxx" MTK tərəfindən tikilərək istifadəyə verilmiş yeni tikili binanın blok A, 4-cü mərtəbəsində yerləşən 3 otaqdan ibarət olan, 17 saylı mənzilin göstərilir və iddia 4-cü mərtəbədə yerləşən məzil üzrə qaldırılsada faktiki olaraq Cavabdeh4 məxsus mənzil sübut və fakt olaraq dövlət reyestrindən verilən çıxarışa və "xxxx" MTK tərəfindən verilmiş müqavilə, maliyyə arayışı və protokoldan çıxarışa əsasən Cavabdeh4 mülkiyətində olan mənzil Əlicabbar Orucəliyev küçəsi, 71, M5, M2 göstərilmiş köhnə, yəni MTK-dan verilən müqavilə, maliyyə arayışı və protokoldan çıxarışda mənzilin 4-cü mərtəbədə olması göstərilmişdir. İddia ərizəsində isə 4-cü mətəbədə yerləşən mənzil qeyd edilir. Açılmış iş üzrə iddianın təminat tədbiri olaraq e-16(001)-62/2022 saylı iş üzrə xx.xx.2022-ci il tarixində iş e-16(001)-62/2022 saylı iş üzrə qəbul edilmiş qərardadda o, cümlədən yuxarıda qeyd edilən iddanın özünə və s. maddi prossesual və digər qanunvericiliyin akt, norma və tələblərinin pozulması hallarına öz etirazını, izahını və isbatını əsaslandırmanı təqdim etmişdir. O, Masallı rayon Təzə Alvadı kəndində qeydiyyatda olduğu halda məhkəmə bunu ilk növbədə araşdırmalı və yoxlamalı olduğu halda, qeyri rəsmi sənədlər əsasında barəsində iş açmış (onunla bağlı) və eyni zamanda Cavabdeh4 barəsindədə qeyri-qanuni qərardad qət etmişdir. Mülki Prosessual Məcəllənin tələblərinin pozulması ilə nəticələnmişdir. “Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 mart 2018-ci il tarixli qərarındakı hüquqi mövqeyinə görə məhkəmə, təmin etmə tədbirlərinin tətbiq edilməsinə dair ərizələrə baxarkən ərizəçinin tələb etdiyi konkret təmin etmə tədbirinin irəli sürülmüş iddia tələbi ilə nə qədər bağlı olduğunu, ona müvafiq olub-olmadığım araşdırmalıdır. Buna görə məhkəmə, irəli sürülmüş iddia tələbindən və həmin iddia ilə bağlı mümkün məhkəmə qərarından çıxış edərək təmin olmalıdır ki, iddia tələbinin təmin olunması halında Mülki Prosessual Məcəllənin 158-ci maddəsində göstərilən tədbirlərdən hər hansı birinin qəbul olunmaması məhkəmə qərarının icrasmı çətinləşdirə və yaxud qeyri-mümkün edə bilər. Həmçinin, qeyd olunan qərardadda göstərilmişdir ki, iddianı təmin etmək üçün istənilən növ tədbir, tətbiq edildiyi şəxsə münasibətdə həmin şəxsin və digər şəxslərin hüquqlarıın məhdudlaşdırır və bəzən onlara əsaslı dərəcədə zərər dəyməsinə səbəb olur. Buna görə Konstitusiyada təsbit olunmuş prosessual hüquq bərabərliyi prinsipindən çıxış edərək, işdə iştirak edən şəxs ərizədə iddianı təmin etmək üçün tədbirlərin görülməsi zərurətini kifayət qədər əsaslandırmalıdır. Məhkəmə iddianın təmin etmə tədbiri barədə ərizənin “Cavabdeh4 mülkiyyətində olan mənzil əmlakımn üzərinə həbs qoyulması” (qərardadda olduğu kimi: Binəqədi Rayon Məhkəməsinin hakimi Günel Abbasova e-16(001)-62/2020 saylı iş üzrə l4.10.2022-ci il tarixli Qərardadında olduğu kimi təqdim edir Cavabdeh4 mülkiyyətində olan ünvan 33a "xxxx" MTK tərəfindən tikilərək istifadəyə verilmiş yeni tikili binanm blok A, 4-cü mərtəbəsində yerləşən, 3 otaqdan ibarət olan, 17 saylı mənzilin üzərinə həbs qoyulsun) hissəsi ilə əlaqədar isə qeyd etmişdir ki, ərizə bu hissədə də təmin edilməməlidir. Belə ki, yuxarıda qeyd olunan prosessual normaların tələblərindən, həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenum qərarındakı hüquqi mövqedən aydın olur ki, təmin etmə tədbirlərinin tətbiq edilməsinə dair ərizələrə baxılarkən ərizəçinin tələb etdiyi konkret təmin etmə tədbirinin irəli sürülmüş iddia tələbi ilə nə qədər bağlı olduğu, həmçinin tələbə müvafiq olub-olmadığı məhkəmə tərəfindən araşdırılmalıdır. Çox təhsüflər olsun ki, birinci instansiya məhkəməsi iddia tələbi ərizəsində göstərilən (qərardadda olduğu) kimi ”Cavabdeh4 mülkiyyətində olan Əlicabbar Orucəliyev küçəsi, 11 A, 1952-ci məhəllə ünvanıında "xxxx" MTK tərəfindən tikilərək istifadəyə verilmiş yeni tikili binanın Blok A, 4-cü mərtəbəsində yerləşən, 3 otaqdan ibarət olan 17 saylı mənzilin üzərinə həbs qoyulması haqqında qərardad qəbul etmişdir. Həqiqətdə isə qəbul edilən qərardadın Cavabdeh4 mənzilinə heç bir aidiyyatı yoxdur çünki mənzil 5 mərtəbədə yerləşir. Lakin, iddaçı tərəfindən verilmiş iddianı təmin etmə tədbiri barədə ərizədə Cavabdeh4 mülkiyyətində olan mənzilin üzərinə həbsin qoyulması xahiş edilsə də, həmin əmlakların adları, habelə fərdi əlamətləri dəqiq göstərilməmiş, onların mövcudluğu barədə ilkin sübutlar verilməmiş, habelə iddianı təmin etmə tədbirlərinin görülməsi zərurəti kifayət qədər əsaslandırılmamışdır. Belə olan halda isə, ərizəçinin xahiş etdiyi iddianı təmin etmə tədbirinin irəli sürülmüş iddia tələbi ilə nə qədər bağlı olduğunu, tələblə müvafiq olub-olmadığını müəyyən etmək mümkün olmamışdır. Ona görə də hesab edir ki, məhkəmə qeyri-müəyyən əmlakın üzərinə həbs qoya, həmçinin digər tədbirləri görə bilməz. Ona görə ki, faktiki dövlət reyestrindən verilən çıxarışa və "xxxx" MTK tərəfindən verilmiş protokoldan çıxarışa (xx.xx.2022) əsasən Cavabdeh4 mülkiyətində olan mənzil Əlicabbar Orucəliyev küçəsi, 71, M5, M2 göstərilmiş köhnə yəni MTK-dan verilən protokoldan çıxarışda mənzilin 5-ci mərtəbədə olması göstərilmişdir. İddia ərizəsində isə 4-cü mətəbədə yerləşən mənzil qeyd edilir bu da belə olan halda isə, ərizəçinin xahiş etdiyi iddianı təmin etmə tədbirinin irəli sürülmüş iddia tələbi ilə nə qədər bağlı olduğunu, tələblə müvafiq olub-olmadığını müəyyən etmək mümkün olmamışdır. Ona görə də hesab edir ki, məhkəmə qeyri-müəyyən əmlakın üzərinə həbs qoya, həmçinin digər tədbirləri görə bilməz. Cavabdeh4 (evlidir, 1 uşaq atasıdır), X13, anası X16, qardaşı X17 və bacısı X33 2000-ci ildən Ukrayna dövlətinin Odessa şəhərində yaşamış (orada olmağlarının sübutu kimi rəsmi xarici pasportların surətini məhkəməyə təqdim edilib), orada təhsil almaları, şəhər ərazisində yerləşən bazarda şəxsi ailəvi ticarət biznesi olmaları və orada qazandıqları pul vəsaiti əsasında Azərbaycan Respublikasında Bakı şəhərində MTK-lar tərəfindən tikilən yeni binalarda Cavabdeh1 adına "xxxx" MTK-da 3 otaqlı mənzil almış və payçı kimi onların adından Cavabdeh1 çıxış etsədə mənzil payına görə ödənilən pul vəsaiti Abıyevlər ailəsin ticarətdən, biznesdən əldə etdiyi qazanc hesabına ödənilmişdir. Bunu Cavabdeh1, Abıyevlər ailəsi və digər şəxslər də təsdiq edir. "xxxx" MTK tərəfindən ona təhvil verilən mənzil nə qapısı olub nə təmiri olub, sadəcə kərpic hörgüsü ilə ayrılmış 3 otaqdan ibarət halına salınmış şəkildə təhvil almış və aldıqdan sonrada mənzildə təmir işlərinə Abıyevlər o, cümlədən Cavabdeh4 başlamış 2022-ci ildə bunu təmir zamanı istifadə edilən su, işıq, qaz sənədlərindən görmək olar ona görəki təmir zamanı mənzilin adında su, işıq, qaz sayğacları vardır və təmirə nə vaxtdan başlandığını nə qədər su, işıq, qaz sərf edildiyni açıq aşkar şəkildə görünür. Bunu eyni zamanda lazım olsa həmin binada olan qonşular, ustalar və "xxxx" MTK-da təsdiq edə bilər. Belə ki, mənzilin payçı kimi Cavabdeh4 öz adına mənzilin alınmamasının səbəbi 2020-ci ildə dünyada koronavirusla bağlı respublikaya gediş-gəlişin olmaması yəni onların Ukraynadan Azərbaycana gəlməsinə qadağalar olması və digər səbəb niyə vaxtında keçirməməyinin qeyri-rəsmi olaraq MTK tərəfindən ada dəyişməyə 4000 manat pul istənildiyindən edilməmiş və ucuz başa gəlsin deyə Cavabdeh1 adına 2022-ci ildə reyestirdən çıxarış götürülərək sonrada həmin çıxarış əsasında dərhal qanuni olaraq adına bağışlanma əməliyatı keçirilmiş rəsmi qaydada mənzilin əmlakın qanuni sahibliyini Cavabdeh4 Sədraddin oğlu əldə etmiş və halhazırda mənzilin əmlakın sahibidir, işıq, qaz, su rəsmi olaraq onun Cavabdeh4 Sədraddin oğlu adındadır və bütün ödənişlərdə onun tərəfindən həyata keçirilir. Mənzillə bağlı bütün xərclər onun alınmasından tutmuş adına keçməsi və digər əməliyatlara çəkilən xərclər o, cümlədən mənzilin təmir xərcləri də daxil olmaqla Cavabdeh4 və ailəsi (atası, anası və s şəxslər) tərəfindən qazanılmış əldə edilmiş pullar hesabına ödənişlər həyata keçirilmişdir və hal hazırdada davam edir və digər qurumlara da ödənişlər Cavabdeh4 tərəfindən ödənişlər köçürülür. Keçmiş (nikahı pozulmuş) arvadı İddiaçı Cavabdeh4 mülkiyyətində olan şəxsi mənzilinə qarşı iddia qaldırmasının heç bir hüquqi əsası yoxdur. Hər bir şəxs digər şəxsin adına razılığı ilə istənilən daşınar və daşınmaz əmlakı ala bilər sübutlar əsasında onda həmin mənzilə görə qarşı tərəfin yəni Cavabdeh4 və onun ailəsinin ona müxtəlif vaxtlarda verdiyi pulları təsdiq edir və həmin mənzilə görə ödənişlər, xərclər Cavabdeh4 və onun ailəsi tərəfindən qazanılmış pullar hesabına ödənilib və verilib. Eyni zamandada həmin mənzilə görə həmin pulları aldığını və həmin mənzilə yönəltdiyini və sonluqda həmin alınmış mənzilin Cavabdeh4 bağışlanmaqla onun şəxsi mülkiyətinə keçirmişdir. İddiaçı bu iş üzrə qeyd olunan Cavabdeh4 mülkiyyətində olan məzilə görə "xxxx" MTK-dan öz qazancı hesabına mənzil əldə etmişsə bu pul vəsaitini haradan və necə əldə etməsinə dair sənədləri sübutları məhkəməyə təqdim etsin və göstərsin ki, bu pulu qazanmış və MTK-ya da bu mənzil paya görə ödəniş İddiaçı şəxsi qazancı hesabına ödənilib və alınıb. Qeyd olunan iddia ərizəsi ilə bağlı bir il gedən məhkəmə hazırlığı prosesində təqdim olunmayan və bu işlə (iddia) ilə bağlı Nərimanov RPİ istintaq şöbəsində aparılan araşdırma zamanı təqdim olunmayan və bir ildən sonra iddaçının öz adına saxta qeyri-qanuni düzəldilmiş müqavilə (xx.xx.2005) və maliyyə arayışını xx.xx.2013) "xxxx" MTK xx.xx.2023-cü il tarixli 64 nömrəli məktubu ilə məhkəməyə təqdim etmişdir ki, sənədin saxta olmasına baxmayaraq yenədə həmin sənədlərdə mənzili 4-cü mərtəbədə olması göstərilir. Eyni zamanda iddiaçıya mənzilin satışı 8 il müddətinə pulun ödənişi göstərilir və sonluqda dollarla ödəniş 2013-cü il tarixində maliyyə arayışı verilməsi (saxtalaşma ilə) nəticələnir. Respublikada alqı satqı və s. əməliyyatlar Azərbaycan manatı ilə həyata keçirildiyindən bir daha həmin sənədin necə saxta olduğu ortaya çıxır və həmin qeyri qanuni sənədlərdə köçürmələrin ABŞ dolları ilə həyata keçirildiyi göstərilir və qanunlara zidd olaraq, yəni "xxxx" MTK xx.xx.2020-ci ildə 5-ci mərtəbədə yerləşən 17 saylı mənzilin onunla bağlanmış müqaviləsində, maliyyə arayışında, protokoldan çıxarışda mənzilin 159.63 kv.m görə ümumi dəyəri 103.365 (yüz üç min üç yüz altımış beş) AZN olduğu halda iddaçının öz adına saxta qeyri-qanuni düzəldilmiş müqavilə (xx.xx.2005) və maliyyə arayışını xx.xx.2013) "xxxx" MTK tərəfindən iddiaçı ilə xx.xx.2005-ci ildə 4-cü mərtəbədə yerləşən 17 saylı mənzilin 159.63 kv.m görə ümumi dəyəri 60.904 (altımış min doqquz yüz dörd) dollar ABŞ qeyd edilməsi və bu da əgər sonluqda tam ödəmə maliyyə arayışında göstərilən ümumi dəyəri 60.904 (altımış min doqquz yüz dörd) dollar ABŞ həmin vaxta Azərbaycanda ABŞ dolların valyuta məzənnəsi (2013-cü il üçün) manata nisbətdə dollar təqribən 0.78 manat olması, onda mənzilin ümumi dəyəri 60904 x 0.78=47505.1 manat edir bu da yenə sənədin saxta olmasını yəni onunla bağlanan müqavilə üzrə mənzilin ümumi dəyəri 103.365 manat iddiaçı ilə bağlanmış müqavilədə isə 47505.1 manat olması bu sənədin iddiaçının müqavilə və maliyyə arayışının saxta olmasının daha bir sübutu hesab etmək olar. "xxxx" MTK-dən ilkin olaraq bir mənzil onun digər qardaşının olmaqla iki mənzil (hər ikisi onun adına sənədləşib imza ilə) xx.xx.2005-ci il tarixində 1 kvadrat metrəsi 450 (dört yüz əlli) dollar ABŞ olmaqla binanın təsdiq olunmayan ilkin layihəsi əsasında 9 və 10 saylı mənzillər A bloku 3 mərtəbədə 145.12 kv.m olan dəyəri hər birinin 65304 (altımış beş min üç yüz dörd) dollar ABŞ olmaqla onun adına Cavabdeh1 adına rəsimləşdirilmişdir. Buna dair müqavilə, maliyyə arayışı və "xxxx" MTK-dən binanın təsdiq olunmayan ilkin layihəsi məhkəməyə təqdim olunur. "xxxx" MTKdən binanın təsdiq olunmayan ilkin layihəsi ona görə qeyd edilir ki, 2005-ci ildə binanın tikintisi olmayıb, tikilməsinə icazə verilməyib və 2007-ci ildən tikintisinə başlanılıb buna dair sübut edici sənədlər məhkəməyə təqdim olunur. Burdan sual olunur ki, iddiaçının adına olan müqavilə əsasında İddiaçı ilə birgə nikahda olduğu zaman onun xəbəri olmadan və ondan ucuz bir kv.m 381,54 (üçyüz səksən bir dollar 54 sentə) dollar ABŞ satılır və mənzilin ümumi dəyəri 60904 (altımış min doqquz yüz dörd) dollar ABŞ satılır. xx.xx.2005-ci il tarixindən xx.xx.2013-cü il tarixinə kimi ödənilməsinə şərait yaradılır. Onunla bağlanmış müqavilədə belə bir şərt yoxdur və qiymətdə bahadır bu bir daha həmin iddiaçının müqaviləsinin və maliyyə arayışınm saxta olmasını göstərir. Onunla bağlanmış müqavilədə və maliyyə arayışında "xxxx" MTK Nərimanov rayonu Ə.Orucəliyev küçəsi 18 göstərilir (xx.xx.2005) (faktiki vergi orqanında qeydiyyatda olduğu ünvan). "xxxx" MTK-nın sədri Talıblı V.Ə, mühasib Şükürov Ə.Ş qeyd olunub İddiaçı ilə bağlanmış müqavilədə "xxxx" MTK ünvan 34 ünvan). "xxxx" MTK-nın sədri X48 maliyyə arayışında "xxxx" MTKnın sədri X32. xx.xx.2005-ci ildə binanın layihəsi təsdiq olunmadığından həmin ünvanın göstərilməsi mümkün deyil, ikincidə 2005-ci ildə ümumiyyətlə binanın nə tikintisi olub (olmayıb) nə də tikintisinə icazə verilib. "xxxx" MTK-nin özünə məxsus torpaq sahəsində yaşayış binasının layhələndirilməsi və tikilməsi Bakı şəhər icra hakimiyyətinin 331 nömrəli sərəncamı ilə xx.xx.2005-ci ildə ləğv edilmişdir. Binanın layihəsi təsdiq olunmadan binada mənzilin kv.m dəqiq göstərilməsi, mənzilin mərtəbəsinin müəyyən edilməsi mümkün deyildir. MTK-nın məhkəməyə təqdim etdiyi saxta müqavilə və maliyyə arayışında dəqiq göstərilməsi və "xxxx" MTK-nın sədri adlarındakı fərqli başqa adam adları olması bu da digər saxtalaşmaya sübutdur. Saxtalaşdırmaya dair digər sübutlarda vardır sadəcə məhkəmə çəkişməsi prosesində kamera çəkilişi video və audio yazılışlar zamanı iclas prosesində sübuta yetiriləcəkdir tərəfindən xx.xx.2023 tarixində baxış zamanı. "xxxx" MTK xx.xx.2023-cü il tarixli 56 nömrəli məktubunda qeyd edir ki (olduğu kimi), Cavabdeh1 MTK-ya müraciət edərək mənzilə dair hüquqi sənədlərin alınması barədə ümumi yığıncağın protokolundaıı çıxarış istəsə də ona bu barədə hər hansı bir protokol və protokoldan çıxarış verilməmişdir. Ümumiyətlə xx.xx.2022-cü il tarixli 56 nömrəli məktubda bu və digər məsələlər yəni "xxxx" MTK tərəfindən ona verilmiş sənədlərin saxtalaşdırılması ilə əlaqədar Bakı şəhər prokurorluğuna verdiyi şikayət ərizəsi əsasında Nərmanov RPİ istintaq şöbəsinin müstəntiqi X66 icraatında olan RPİ HK-l-də xx.xx.2023cü ildə qeyd olunmuş 138 nömrəli məlumatla əlaqədar aparılmış araşdırma ilə toplanmış materialı nəzərdən keçirib, (01 mart 2023-cü il qərar) müəyyən etdi hissəsində onun şikayəti əsasında toplanmış materiallara hüquqi qiymət verərək qeyd edir ki (olduğu kimi), “Təqdim olunmuş Cavabdeh1 payçı qəbul edilməsinə dair 50 nömrəli xx.xx.2022-ci il tarixli MTK-nın ümumi yığıncağının protokolundan çıxarışından və əldə olunmuş sübutlardan görünür ki, çıxarışda yalan məlumat yoxdur. Çıxarış rəsmi şəxs tərəfındən tərtib edilmiş və imzası, möhürii itə təsdiq olunmuşdur. Çıxarışın mətninə heç bir yalan məlumat əlavə edilməmiş, düzəlişlər olunmamışdır. Sənədin mətni həqiqətə uyğun olduğundan və səlahiyyətli şəxs tərəfindən təsdiq edildiyindən digər rekvizitlərin əlavə olunması sənədin mahiyyətini dəyişmədiyindən sənədin saxtalaşdırılması və saxta hazırlanması kimi hesab oluna bilməz. Bu səbəbdən həmin fakt üzrə də cinayət işi başlanması rədd edilməlidir”. Yuxanda göstərilən qeydlər bir daha "xxxx" MTK yalan danışması, yalan məlumat və saxta məktublar imzalamasının və qarşı tərəflə əlbir olmasının sübutudur. "xxxx" MTK xx.xx.2023-cü il tarixli 59 nömrəli məktubunda qeyd edir ki (olduğu kimi), “Beləliklə, həm İddiaçı, həm də Cavabdeh1 ilə bağlanmış müqavilələrdə nəzərdə tutulan və ünvan 36 ünvanında inşa edilmiş yaşayış binasında 17 saylı mənzil binada olan qeyri yaşayış sahələri nəzərə alınmaqla beşinci mərtəbədə, həmin qeyri yaşayış sahələri nəzərə alınmadıqda isə dördüncü mərtəbədə yerləşməsi müəyyən olunur. Bu isə onu bildirir ki, mənzil eynidir (yəni həmin mənzildir) və sadəcə olaraq, vaxtı ilə müqavilələr rəsimləşdirilərkən qeyri yaşayış sahələrinin nəzərə alınıb-alınmamasına görə onun yerləşmə mərtəbəsi xəyali (yəni say hesabı ilə) olaraq dəyişir”. Bu qeyd edilən 59 nömrəli məktuba münsibətdə qeyd etmişdir ki, onun adına rəsimləşdirilən müqavilədə və digər sənədlərdə mənzil V (5) mərtəbədə yerləşir və yaşayışın 3-cü mərtəbəsidir. Binanın rəsmi istismarına icazə xx.xx.2019-cu il 295 nömrəli sənəddə 2 mərtəbə birinci və ikinci mərtəbə qeyri yaşayış sahələri göstərilmişdir. Bu bir sübutdur. Digər sübut İddiaçı ilə bağlanmış saxta müqavilədə onun mənzili 4-cü mərtəbə yəni yaşayışın 2-ci mərtəbəsi geyri yaşayış 1-ci və 2-ci mərtəbələr nəzərə ahnmaqla 4-cü mərtəbə hesab olunur rəsmi sənədlər əsasında bu da MTK saxtakarlığıdır. Digər saxtakarlığı MTK-nın məktubunda İddiaçı adına yazılmış saxta müqavilədə MTK mənzilin yerləşmə yerinin mərtəbəsini guya xəyali göstərib. Onlar yuxularında hardansa xəyali mənzil ala bilərlər ancaq əvvəl onun sonrada Cavabdeh4 mənzilini özlərinin şəxsi əmlakı mülki hesab edə bilməzlər çünki, mülkün əmlakın faktiki sahibi hal-hazırda rəsmi Cavabdeh4dir. MTK tərəfindən verilən məktublar və izahatlar yalanlar və xəyallar üzərində qurulmaqla məhkəməni, hakimi aldatmağa yönəlmiş saxta fikirlərdir ki, yanlış qətnamə əsasında öz saxtakarlıqlarına, şübhəli cinayət əməllərinin həyata keçirilməsinə nail olmalarına yönəlmiş addımlar hesab edir. Birgə nikah dövründə onun şəxsi qazancı hesabına ödənilən, İddiaçı adına Bank Standartdan götürülən ipoteka ilə 2013-cü ildə ünvan 37 ünvanında "xxxx" MTK tərəfindən tikilərək istifadəyə verilmiş yeni tikili binanm Blok A, 4-cü mərtəbəsində yerləşən, 3 otaqdan ibarət olan 17 saylı mənzil yox 16 saylı mənzil alınmışdır. Həmin 16 saylı mənzil üzrə paya görə bütün ödənişlər və o, cümlədən Bank ödənişləri onun şəxsi qazancı hesabına ödənilmiş lakin həmin 16 saylı mənzil "xxxx" MTK” da İddiaçı adında olduğundan (reyestirdən çıxarış olmayan mənzil olması) (Binəqədi Rayon Məhkəməsində (hakimi X42) iddia ərizələri əsasında Bakı şəhəri 2(001)-5746/2020 saylı xx.xx.2020-ci il tarixində açılmış faktiki iş nömrəsi 2(001)-746/2021 saylı iş materialında) ilkin açılmış 2020-2021-ci il üzrə qət edilmiş mülki işdə mənə idda əsasında nə pay verilmiş nə də ödənişlər onun tərəfdən ödənilməsinə dair hər-hansı bir kompensasiya verilməsi göstərilməmişdir və "xxxx" MTK” da İddiaçı adında 16 saylı mənzil yuxarıda qeyd edilən binada qalmışdır. Həmin qətnamədən İddiaçı şikayət etməmiş o, isə həmin qətnamədən şikayət etməyinə baxmayaraq şikayətə baxan məhkəmə instansiyaları 2021-2022-ci il şikayətinə baxmamışlar və hüquqlarını pozmuşlar. Əgər o, Cavabdeh1 şəxsi qazancı hesabına mənzil payına görə "xxxx" MTK-ya ödəniş etmiş olsaydı, onda hansı əsasla öz şəxsi mənzilini öz uşaqlarına deyil Cavabdeh4 bağışlayır və hətta özü mənzilsiz qalaraq kirayədə yaşadığı halda və İddiaçı təqsiri üzündən. Birgə nikah dövründə İddiaçı işlədiyinə və gəlir əldə etməsinə dair sübut olaraq Sosial “Arayış” təqdim edir. Məhkəmə özüdə sosial fonda sorğu verərək həmin faktın doğruluğunu əldə edə bilər nəinki onun təqdim etdiyi sənədlər əsasında. 2014-2022-ci illərdə də Cavabdeh2 MMC-nin müdiri olsada MMC-nin fəaliyyəti olmadığından əmək haqqı almamış və yalnız vəzifəsi müvafıq dövlət orqanlarına fəaliyyətin olmaması ilə bağlı hesabat vermək olmuşdur. İddiaçı MMC-nin fəaliyyət göstərdiyi illər ərzində əldə etdiyi gəliri rəsmi sənədlər əsasında 2006-2014-ci illər ərzində və ondan əvvəlki illərdə də işləməsi (buna dair rəsmi sənədlər var) və əmək haqqı minimum əmək haqından da aşağı olub 2002-2005-ci illər ərzində minimum əmək haqından yuxarı olmayıb və həmin əmək haqqının 25%-ni də Sosial Müdafiə fonduna ödəyib (SUPERFARM LTD” MMC nin müdiri olub və özü-özünə əmək haqqı qeyd edirdi və rəsmi şəkildə dövlətə ödəmələri özü həyata keçirirdi). Məhkəməyə təqdim olunan arayış. İllər üzrə gəlir, hesablanmış, ödənilmiş 25%. 2014-cü il 1260.0-315, 2013-cü il 990.0- 247.5, 2012-ci il 1140.0-285.0, 2011-ci il 1030.0-257.5, 2010-cu il 940.0-235.0, 2008-ci il 775.0-193.75, 2007-ci il 590.0-147.51, 2006-cı il 360.0-90. Cəmi illər üzrə gəliri 7085.0 1771.25 manat. Sosial sığorta üzrə (DSMF) ödənildikdən sonra gəliri 2006-2014-cü illər üzrə ümumilikdə gəliri 7085.0-1771.25=5313.75 (azn) manat bu 8 il ərzində (96 ay) aylıq gəliri 1 ayda 5313/96=55.35 (azn) manat, buda İddiaçı bir ay yeyib içməyi üçün tələb olunan ərzağın cüzi bir hissəsidir və yaxud da ayda özünə lazım olan hər hansı bir əşyanın, paltarın və s. alınmasını belə ödəmir nəinki Cavabdeh4 məxsus evə, hətta uşaqlarına və mənzildə (evdə) olan hər hansı bir əşyanın alınması üçün ödənilən pulu ödəməyə çatsın. İddiaçı işsizlik statusu xx.xx.2020-xx.xx.2020 xx.xx.2021-ci il tarixinə kimi. Sənədin verilmə tarixi xx.xx.2021. Cavabdeh1 işsizlik statusu xx.xx.2020-xx.xx.2020xx.xx.2021-ci il tarixə kimi. Sənədin verilmə tarixi xx.xx.2021. Birgə nikah dövründə Cavabdeh1 işləməsi və gəlir əldə etməsinə dair sübut olaraq Arayış təqdim edir. Bu əldə etdiyi şəxsi gəlir 2006-2014-cü illər ərzində arayışda göstərildiyi kimi cəmi illər üzrə gəliri: 40957.32 manat. 2006-2014-cü illər ərzində gəlir, hesblanmış, ödənilmiş 25%, cəmi illər üzrə gəliri 40957.32 manat. Birgə nikah dövründə İddiaçı işləyərək gəlir əldə etməsi cəmi gəliri 5313.75 (azn) manat ümumilikdə 8 il ərzində (96 ay) aylıq gəliri bunun da üzərinə birgə nikah dövründə Cavabdeh1 işləməsi və gəlir əldə etməsini üstünə gəldikdə cəmi gəlir 40957.32 (azn) manat ümumilikdə 8 il ərzində (96 ay) aylıq gəliri. Hər iki şəxsin ümumilikdə cəmi 8 il ərzində (96 ay) aylıq gəliri 5313.75+40957.32= 46271.07 azn manat edir ki, ümumilikdə aylar üzrə bölündükdə 46271.07/96 (ay) = 481.99 azn manat yəni dörd yüz səksən bir manat doxsan doqquz qəpik (yuvarlaq şəkildə 482.0 manat) olduğu nəzərdən keçirsək buradan hər ay üzrə xərclər komunal, bank faizləri, beş ailə üzvünün xərcləri (maddi və qeyri maddi xərclər və s) və s çıxılmaqla yerdə qalan məbləğ hesabına İddiaçı və Cavabdeh1 yeni tikilidə "xxxx" MTK-da iki (2) mənzil almağı qeyri mümkündür nəinki birini. Ailə üçün "xxxx" MTK-dan onun tikdiyi binadan iş üzrə qeyd edilən 17 saylı mənzil yox bu Cavabdeh4 mənzilidir, 16 saylı mənzil alınıb və həmin mənzilə görə MTK-ya tam mənzilin pulu ödənilməsi üçün "xxxx" dan 2013-cü ildə kredit götürülüb İddiaçı adına mənzil adına olduğu üçün həmin kredit Cavabdeh1 tərəfindən ödənilib və bütün ödənişlərə dair Cavabdeh1 tərəfindən ödənilən ödəniş qəbzləri hal-hazırdada mövcuddur. İddiaçı tərəfindən isə şəxsi qazancı hesabına heç bir ödəniş həyata keçirilməyib nəinki, hər hansı MTK-da mənzil alınması üçün ödəniş. Qeyd olunanlar onu göstərir ki, birgə nikah dövründə alınmış 5-ci mərtəbədə 17 saylı mənzil olsa belə yəni qarşı tərəfin və onun şəxsi pul vəsaitləri qazancları hesabına alınması rəsmi sənədlər və sübutlar əsasında mümkün deyildir və isbatlanmış fakt olaraq məhkəməyə təqdim olunur. Cavabdeh4 və ailə üzvlərinin birgə əldə etdikləri ticarət biznesindən qazanılmış pullar hesabına hal-hazırda mülkiyyətində olan alınmış mənzilə görə ödənilən pullar Cavabdeh4 Sədraddin oğlu və ailə üzvlərinin qazandığı pullar hesabına ödənildiyindən və sonluqdada qanuni olaraq o, Cavabdeh1 ədalətli qərar verərək Cavabdeh4 Sədraddin oğlu və ailə üzvülərinə məxsus mülkiyətində olan "xxxx" MTK-nın tikdiyi tiklidəki Nərimanov rayonu Əlicabbar Orucəliyev küçəsi, 71, M5, M2 göstərilmiş mənzili Cavabdeh4 bağışlamışdır qanuni olaraq. Sonluqda onu da bildirmək istəyir ki, iddiaçı və onun vəkilinin verdiyi iddia ərizəsi qeyri qanunidir, ədalətdən uzaqdır. Verilmiş iddia ərizələri ilə qarşı tərəflər Cavabdeh4 Sədraddin oğlundan və o, Cavabdeh1 qeyri-qanuni yolla qazanc əldə etmək məqsədi təhdid yolu ilə verildiyindən ləğv edilməlidir və iş geri qaytarılmalıdır, iddia təmin edilməməlidir. "xxxx" MTK-nın rəhbər şəxslərinin o, cümlədən İddiaçı və onun vəkili Nümayəndə1 onu təhdid etməklə əmlakını qanunsuz yollarla əldə etmək və rüşvət tələb etmələrinə dair şikayəti üzrə Nərimanov rayon Prokurorluğunda iş açılmış hal-hazırda araşdırılır və həmin şəxslər barəsində müvafiq qərar qəbul edilərək iş məhkəməyə göndəriləcəkdir. Şikayət ərizəsində təqdim olunan sosial arayış və əmək haqqları və s. sənədlər hər ikisinə məxsus sənədlər Binəqədi Rayon Məhkəməsində (hakimi X42) iddia ərizələri əsasında Bakı şəhəri 2(001)- 5746/2020 saylı xx.xx.2020-ci il tarixində açılmış faktiki iş nömrəsi 2(001)-746/2021 saylı iş materialından götürülərək hazırkı iş üzrə məhkəməyə təkrarən təqdim olunur. Cavabdeh4 Sədraddin oğlunun mülkiyyətində olan mənzili tikən "xxxx" MTK da həmin adresdə İddiaçı öz adına olan mənzili sonrada gizlincə "xxxx" MTK ilə əlbir olaraq satdırmışdır (başqa şəxsə verdiyi etibarnamə əsasında, xx.xx.2013-cü il tarixində Etibarnamə ******* ilə ünvan 38 ünvanında yerləşən 16 saylı mənzil, Etibamamə 44 saylı notariat kontoru tərəfındən təsdiq edilmişdir). Qeyd olunan 16 saylı mənzillə bağlı sənədlər "xxxx" MTK-dan yenicə oktyabr 2022-ci ildə əldə olunmuşdur və məlum olmuşdur ki, birgə nikah dövüründə bütün xərcləri o, cümlədən bank və alınma xərcləri onun tərəfdən ödənilən mənzil ondan gizlin satılıb və hətta həmin mənzillə bağlı o, məhkəmədə iddia qaldırmağına rəğmən (2020, 2021, 2022). Binəqədi Rayon Məhkəməsində (hakimi X42) iddia ərizələri əsasında Bakı şəhəri 2(001)-5746/2020 saylı xx.xx.2020-ci il tarixində açılmış faktiki iş nömrəsi 2(001)-746/2021 saylı iş materialında hətta o, Cavabdeh1 həmin əmlakdan 16 saylı mənzildən pay ona düşmədiyindən dövlət reyestrində qeydiyyatı olmadığından, İddiaçı adında olan mənzilə görə ödədiyi pulun kompensasiyasını qarşı tərəfdən tutulması tələbi ilə bağlı iddia ərizəsi də vermişdir. Həmin mənzili İddiaçı QSC "xxxx" KB-nın İpoteka filialı ilə xx.xx.2013-ci il tarixində 141/14/249/13 nömrəli kredit müqaviləsi (226 ay və ya 05 dekabr 2031-ci il tarixli müddətinə pulu faizi birlikdə qaytarmaq şərti ilə) imzalamaqla 43305 azn manat götürərək yeni tikliyə (dövlət reyestrində çıxarışı olmayan) "xxxx" MTK da 4-cü mərtəbədə Bakı şəhəri, Nərimanov rayonu, Ə.Orucəliyev küçəsi, ev 18, m 16 alınması üçün kredit əldə etmişdir kreditə görədə pullar o, Cavabdeh1 tərəfindən ödənilmişdir (rəsmi sənədlər əsasında). İddiaçı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində (hakimi X42) iddia ərizələri əsasında Bakı şəhəri 2(001)-5746/2020 saylı xx.xx.2020-ci il tarixində açılmış faktiki iş nömrəsi 2(001)- 746/2021 saylı mülki məhkəmə işi materiallarındada hər iki tərəfin verdiyi iddia ərizələrində də 16 sayh mənzillə bağlı qeydlər əks olunmuşdur və iş materialı üzrə qət edilmiş xx.xx.2021 iş nömrəsi 2(001)-746/2021 saylı iş üzrə qətnamədə öz əksini tapmışdır. İddiaçı öz adına "xxxx" MTK da 4-cü mərtəbədə Bakı şəhəri, Nərimanov rayonu, Ə.Orucəliyev küçəsi, ev 18, m 16 aldığı mənzili satmaq üçün (sübut və faktik etibarnamədə öz əksini tapıb) faktiki olaraq xx.xx.2013-cü il tarixində Etibarnamə 240068 ilə ünvan 39 ünvanında yerləşən 16 saylı mənzili satmaq üçün Fətullayev Çingiz adlı şəxsə 30 il müddətinə Etibarnamə verməklə həmin mənzili satdırmışdır və bir neçə il sonra gizlincə (etibarnamə uzun müddətə verildiyindən). Bundan o, Cavabdeh1 bu işlə bağlı araşdırma aparan zaman həmin 16 saylı mənzilin satılması xəbərini əldə etmiş 2022-ci ildə. Bu mənzillə bağlı o, Cavabdeh1 məhkəmədə qarşılıqlı iddia vermiş 2020-ci ildə və sonrakı illərdədə 2021, 2022-ci illərdə şikayət ərizələrində buna məhkəmənin münasibət bildirməsi göstərilsədə cavabsız qalmışdır. İddiaçı öz adına olan Nərimanov Rayonu 1952-ci məhəllə, Ə.Orucəliyev küçəsi., A ünvanda yerləşən 16 saylı ("xxxx" MTKnın tikdiyi yeni tikilidə olan) mənzilə görə QSC "xxxx" KB-nın filialından götürdüyü krediti (xx.xx.2013-ci il tarixində 141/14/249/13 nömrəli kredit müqaviləsi) o, Cavabdeh1 öz adına olan (atası tərəfındən verilən) mənzili Binəqədi Rayonu 14-cü Aşrım 31 mənzil 63 girovluqda olduğundan satılaraq həmin kreditin ödənilməsinə yönəldilmişdir. Masallı rayon Məhkəməsi Qətnaməsi əsasında Masallı rayonu iş 2(050)- 104/2022 xx.xx.2022-ci il) 2022-ci ildə. Bu cür əməllərə sahib olan İddiaçı o, Cavabdeh1 yəni keçmiş ərinin etibarından istifadə edərək belə əməllər törətməsi təbiidir. Bu gündə əldə etdiyi pullar hesabına müxtəlif vəkillər tutaraq yenidən qazanc əldə etmək məqsədi ilə onun adından istifadə edərək Cavabdeh4 və ailə üzvlərinin öz zəhmətləri hesabına əldə etdikləri və hazırda mülkiyyətçisi olduğu mənzilə qarşı tutduğu vəkil vasitəsi ilə qeyri-qanuni həbs qoydurur və hakimlərdə ədaləti bərpa etmək əvəzinə belə qadınların tələsinə düşərək onun və tutduğu vəkillərinin dediklərini, qeyri-qanuni tələblərini icra edirlər. Rəsmi olaraq birgə nikah dövründə yalnız "xxxx" MTK-nın tikdiyi yeni tikili binada iddiaçının adına alınmış 16 saylı mənzilə görə İddiaçı həm onu həmdə məhkəməni aldadaraq (Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində (hakimi X42) iddia ərizələri əsasında Bakı şəhəri 2(001)- 5746/2020 saylı xx.xx.2020-ci il tarixində açılmış işdə) həmin mənzilin mövcud olmasını hal-hazırda satılmadığını göstərmiş və onun isə sonda əldə etdiyi məlumata əsasən həmin mənzil İddiaçı tərəfindən Fətulayev Çingiz adlı şəxsə 30 il müddətinə (xx.xx.2013-cü il tarixində Etibamamə 240068) verilmiş Etibarnamə 240068 əsasında satılmışdır onun xəbəri olmadan. Ona görə də, 16 saylı mənzil İddiaçı adına olduğundan o, mənzili alan zaman borclanmaya getdikdən sonra həmin mənzilə görə borcu ödəmək iqtidarında olmayacağını nəzərə alaraq həmin mənzilin satılması qərarına gəlmişlər və İddiaçı tərəfindən rəsmi olaraq Fətulayev Çingizə notariusda etibarnamə verməsi. Mənzilin Fətulayev Çingizə satılması göstərilsədə mənzil ona satılmamış başqa şəxsə satılmışdır və buna dair də razılıq ərizəsi yoxdur. 16 saylı mənzilin satışına dair rəsmi etibarnamənin verilməsi həmin vaxtı ödənişləri həyata keçirmək imkanı olmayacağı səbəbindən verilmişdir və sonra da ödənişi etmək üçün imkan yarandığından həmin mənzilin satılmasının dayandırılmasını və etibarnamənin ləğv olunmasını İddiaçı bildirdikdə o, da etibarnaməni ləğv edəcəyini bildirsədə bunu ondan gizlədərək etməyib və bundan şəxsi qazanc əldə etmək məqsədi ilə istifadə edib yəni 16 saylı mənzili onun etibarnamə vermədiyi, başqa şəxsə "xxxx" MTK ilə əlbir olaraq satmış ondan və məhkəmədən gizlin etmişdir və oda bunu oktyabr 2022-ci ildə bilmişdir. Qanunla onun razılığı olmadan ünvan 38 ünvanında yerləşən 16 saylı mənzilin satışı qeyri qanuni həyata keçirilmiş İddiaçı ilə birlikdə əlbir olan "xxxx" MTK tərəfindən qeyri-qanuni olaraq başqasının adına özgənkiləşdirilmişdir. Hal-hazırda heç-bir yerdə işləməyən İddiaçı 16 saylı mənzildən əldə etdiyi qeyri-qanuni pullar hesabına 3 vəkil tutmuş, 1-ci mülki iş üzrə vəkil (hal- hazırda hakim vəzifəsində işləyən) X43 (28 saylı Vəkil Bürosu) etibarnamə 2020-2021 əsasında, vəkil X56 (Fəaliyyət göstərdiyi vəkil qurumu: "Kredo" Vəkil Bürosu) etibarnamə 2021-2022 əsasında, hal-hazırkı iş üzrədə vəkil Nümayəndə1dur ki, ona və Cavabdeh4 qarşı təhdid vasitəsi olaraq yenidən qazanc əldə etmək məqsədi ilə bu qeyri qanuni mülki işi açdırmışdır. Bir daha qeyd edərək bildirir ki, birgə nikah dövründə ailə üçün bir mənzili "xxxx" MTK-dan almışlar. O da onun şəxsi qazancı vəsaiti hesabına ünvan 38 ünvanında yerləşən 16 saylı yeganə mənzil olmuşdır. Oki, qaldı ikinci mənzilə, bu mənzil nə ona, nə də birgə nikahda olduğu keçmiş (nikahı pozulmuş) arvadı İddiaçı məxsusdur. Hal-hazırda xüsusi mülkiyyətçisi olan Cavabdeh4 Sədrədin oğluna məxsusdur vicdanlı əqd olaraq eyni zamanda mənzilin alınmasından adına keçməsinə və hal-hazırda adında olan mənzilə görə bütün xərclər onun tərəfindən ödənildiyindən və şəxsi mülkiyyətində olan ƏMDX-nin DƏDK və Reyestri Publik Hüquqi Şəxsi (qısa adı) mənzillə bağlı çıxarış sənədinə əsasən mənzilin ünvanı ünvan 41 Yeni qaydalarla: AZ1033, Bakı şəhəri, Nərimanov Rayonu, Əlicabbar Orucəliyev küçəsi, 71, M5, m2 (burada 71 binanın nömrəsi, M5 mənzilin 5-ci mərtəbədə olması, m2-isə mənzilin öz nömrəsini əks etdirir.) göstərilmişdir. Eyni zamanda mənzilin yeni tikilidə payçısı Cavabdeh1 olduğu və adına verilmiş "xxxx" MTK-nın Protokoldan Çıxarış 50 saylı xx.xx.2022-ci il tarixli sənəddə mənzilin ünvanı ünvan 33a inşa edilən binanın blok A, mərtəbə 5, 3 otaqlı, 17 saylı mənzil göstərilmişdir ki, bu da Cavabdeh4 Sədrədin oğlunun və ailəsinin şəxsi pul qazancı hesabına alındığından ona Cavabdeh4 məxsusdur. Bunu rəsmi şəkildə əldə etdiyi (işləyərək yuxarıda göstərilən sənədlər) gəlirlər əsasında təsdiq olunur və eyni zamanda onun özüdə təsdiq edir ki, bu mənzilə görə ona pulları Cavabdeh4 və onun ailəsi vermiş mənzildə onlara məxsusdur və birgə nikahda olduğu keçmiş arvadı İddiaçı bu ikinci mənzilə sahib olması, pay alması qeyri mümkündür və məhkəmədən bunu nəzərə almağını və 17 saylı mənzillə bağlı verilmiş iddianı rədd etməyi xahiş edir. Yeni tikilidə olan mənzillər Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyata (uçota) alındıqdan sonra bölünə bilər. Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyata (uçota) alınmayan mənzil (əmlak, əşya) ər-arvadın ümumi birgə mülkiyyəti sayıla və onlar arasında bölünə bilməz. Bu da onu göstərir ki, qanunvericilik daşınmaz əşyaya mülkiyyət hüququnun əmələ gəlməsini dövlət reyestrində qeydiyyatdan asılı etmişdir. Beləliklə göstərilən mənzil əmlak üzərində birgə nikah dövründə heç kəsin mülkiyyət hüququ əmələ gəlməmişdir. Əgər əşya üzərində mülkiyyət hüququ ümumiyyətlə əmələ gəlməyibsə, həmin əşyanın ər-arvadın ümumi mülkiyyəti sayılması mümkün deyildir. Ər-arvadın ümumi birgə mülkiyyətinin əldə edilməsinin əsas şərti kimi nigah münasibətləri çıxış etdiyi halda, onların hər birinin şəxsi mülkiyyətinin yaranması əsaslarından biri isə müvafiq payın qanun və vərəsəlik üzrə keçməsidir. Bununla əlaqədar olaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, məhkəmələr tərəfindən mübahisəli mənzilin birgə mülkiyyət hesab edilib-edilməməsi hissəsində işə baxılarkən göstərilən maddi hüquq normalarının müddəaları nəzərə alınmalıdır. Onun keçmiş və hal-hazırda Cavabdeh4 Sədrədin oğluna məxsus və özünün şəxsi mülkiyyətində olan mənzilə münasibətdə qeyd olunanları nəzərə almağı xahiş edir. Mülkiyətində olmuş keçmiş mənzil Daşınmaz Əmlakın Dövlət Reyestrində (hal-hazırkı adı ƏMDX-nin DƏDK və Reyestri Publik Hüquqi Şəxsi qeydiyata (uçota) alınmamışdan öncə "xxxx" MTK-da mənzilin təkcə payçısı Cavabdeh1 olmasını və İddiaçı həmin mənzil üzrə heç bir mənzil payına sahib olmamasını və eyni zamanda qanunvericilikdə MTK-lar MTK ilə (mənzillərlə və.s.) bağlı məsələləri həll edərkən özlərinin keçirtdikləri iclasın nəticəsi olaraq protokoldan çıxarış tərtib edilər və sənədləri həmin çıxarış əsasında rəsimləşdirirlər. Mülkiyyətində olan mənzillə bağlı "xxxx" MTK-da mənzilin payçısı Cavabdeh1 göstərilməklə payçısı olduğu mənzilin Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyata (uçota) aldırmasına heç bir problem olmadığı aydın görünür və həmin mənzillə bağlı "xxxx" MTK-nın protokoldan çıxarışı 50, xx.xx.2022-ci il tarixində tərtib olunaraq qeydiyyatdan keçirilmişdir. Həmin protokol və digər sənədlər əsasında Cavabdeh1 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində mükiyyətində olan mənzili öz adına qeydiyat xx.xx.2022-ci il tarixində çıxarış sənədi alararaq və sonrada mülkiyyətində olan mənzilin ilkin alınmasından sonuna kimi bütün xərcləri və ödənişlər etmiş Cavabdeh4 Sədrədin oğlunun və ailəsinin şəxsi pul qazancı hesabına və ailənin qazandığı pullar hesabına ödənildiyindən o, Cavabdeh1 ədalətli olaraq ədalətli qərar verərək hazırda mülkiyyətində olan Cavabdeh4 Sədrədin oğluna yeganə mənzilini 7 saylı ASAN xidmətdə fəaliyyət göstərən Notariat kontorunda xx.xx.2022-ci il tarixində rəsmi bağışlama müqaviləsi imzalayaraq bağışlamışdır. Həmin müqavilə əsasında Cavabdeh4 Sədrədin oğlu hal-hazırda mülkiyyətində olan mənzilin sahibidir. Bağışlanma müqviləsi imzalanan zaman o, Cavabdeh1 subay və mənzilin bağışlanılmasına görə kimsənin icazəsi tələb olunmurdu. 1 saylı “Bakı ASAN” xidmət mərkəzinin notariat kontorunda İddiaçı (etibar edən) tərəfindən Cavabdeh1 (etibar edilən) verilmiş 05 noyabr 2018-ci il tarixli etibarnamədən görünür ki, İddiaçı Cavabdeh1 harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq imza etmək hüququ ilə onun əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən almaq, satmaq, bağışlamaq, hədiyyə qəbul etmək, dəyişmək, əmlakı ipoteka (girov) qoymaq, ipoteka (girov) qəbul etmək, icarə müqaviləsi bağlamaq haqqında əqdləri bağlamağı, bu əqdlər üzrə haq-hesab aparmağı, imzalamağı, vərəsəlik işi ilə bağlı bütün işləri görməyi, miras qəbul etməyi və yaxud ondan imtina etməyi bütün şəxslərdən, müəssisələrdən, idarələrdən, təşkilatlardan o cümlədən bank orqanlarından, poçtdan və teleqrafdan bütün əsaslar üzrə ona çatası əmlakı, pulu, əmanəti, qiymətli kağızları eləcə də sənədləri almağı bank orqanlarmda hesabların açılması və bağlanması, hesablar üzərində sərəncam verməyi, bütün növ bank əməliyyatlarını aparmağı, mədaxil və məxaric etməyi, poçt, teleqraf, qiymətli və digər hər cür məktubları və baratları almağı, bütün dövlət və qeyri dövlət idarələrində, vergi orqanlarında, notariat kontorunda, bankmaliyyə kredit təşkilatlarında, kooperativ və ictimai təşkilatlarda, Azərbaycan Respublikası Ədliyyə Nazirliyində, Qeydiyyat idarəsində, İcra hakimiyyətində, Əmək və Əhalinin Sosial Müdafiəsi Fondunda, AR ƏMDK yanında DƏDRX-nin ərazi idarəsində, MKİS-də onun admdan ərizə yazmağı, imzalamağı, işləri aparmağı lazım olan sənədləri təqdim etməyi və almağı, adından əmlakın satılması barədə razılıq ərizələri verməyi, onları ləğv etməyi, bağlanmış müqavilələri ləğv etməyi, qeydiyyata almağı, sazişlər bağlamağı bu tapşırığı yerinə yetirilməsi ilə əlaqədar digər hərəkətləri etməyi etmişdir. Etibarnamə (ƏN-İ 764054) 50 il müddətinə verilmiş və 05 noyabr 2068-ci il tarixində qüvvədədir. Yuxarıda qeyd edilən etibarnaməni göstərməkdə məqsəd Cavabdeh4 Sədrədin oğlu və ailəsinin şəxsi qazancı, pulu hesabına əldə edilmiş və hal-hazırda mülkiyyətində olan mənzil əmlakın qanuni olaraq Cavabdeh1 tərəfindən bağışlanılaraq keçməyi üçün heç bir qanunsuzluğa yol verilməmişdir. İlkin məhkəmədə (2(001)-5746/2020 saylı xx.xx.2020-ci il tarixində açılmış faktiki iş nömrəsi 2(001)-746/2021 saylı birgə nikah dövründə əmlaklar göstərilən zaman bağışlanılan mənzillə bağlı tələb irəli sürülməmişdir. Ona görə də, hazırkı iş üzrə iddiaçı özüdə bilirdi ki, Cavabdeh4 Sədrədin oğlunun və ailəsinin şəxsi pul qazancı hesabına "xxxx" MTK-da mənzil alınmış Cavabdeh1 adına. İddiaçı ilə o, Cavabdeh1 arasında nigahın pozulması əmlakın bölünməsi işi xx.xx.2021-ci ildə yekunlaşmasına baxmayaraq İddiaçı keçmiş əri olaraq o, Cavabdeh1 və onun yaxın qohumlarından intiqam almaq üçün yenidən iddia verməsi və özünə yeni qazanc əldə etmək məqsədi güdməsindən başqa bir şey deyildir. İkincisi də bu yolla Cavabdeh4 və Cavabdeh1 təhdid (şantaj) etməklə qeyri qanuni vasitələrdən istifadə etməklə pul qoparmaq, əldə etmək istəyində oduğundan irəli gələn məsələ kimi başa düşülməlidir. İlkin açılmış mülki iş üzrə və hazırkı işlər üzrədə İddiaçı vəkili 1-ci də X43, hazırkı iş üzrədə vəkil Nümayəndə1dur. Cavabdeh1 isə heç bir vəkili olmayıb. İmkanı və maddi durumu imkan vermədiyindən. Birici işlər 2(001)- 5746/2020 saylı xx.xx.2020-ci il tarixində açılmış faktiki iş nömrəsi 2(001)-746/2021 saylı mülki iş üzrə tutduğu vəkili X43 bütün yəni hər iki tərəfin birgə nikah dövründəki mülk, əmlak varlıqlarından və s. məsələlərdən xəbərdar olub və eyni zamanda iddiaçının özü. Onda sual olunur iddiaçıya nəyə görə birinci iddia ərizənizdə məlum olduğu halda ona məxsus mülk əmlakla bağlı iddia ərizəsində göstərməmişdir? O, buna öz münasibətini bildirir (qarşı tərəfdə öz münasibətini bildirməlidir) ona görə ki, birinci iddiaçı bilirdiki həmin mənzil Abıyevlərin pulu ilə alınıb və onlara məxsusdur. İkinci hal-hazırda mülkiyyətində olan şəxsin mənzilinə görə ilkin alınmasından sonuna kimi özü və ailəsinin qazandığı pullar hesabına ödənilən və alınmış mənzilə qarşı iddia qaldırdıqda və həmin iddianı sübut edə bilməyəcəyi üçün verməmişdir. Bu gün isə İddiaçı keçmiş əri olaraq o, Cavabdeh1 və yaxın qohumlarından intiqam almaq üçün birinci və ikinci mülki iş yekunlaşdıqdan sonra yenidən iddia verməklə və təhdid vasitəsi ilə özünüzə yeni qazanc əldə etmək məqsədi güdməyindən başqa bir şey deyildir. İkincisi də bu yolla mənzilin hazırkı mülkiyyətçisini Cavabdeh4 və Cavabdeh1 təhdid (şantaj) etməklə qeyri qanuni vasitələrdən istifadə etməklə pul qoparmaq əldə etmək istəyində oduğundan irəli gəlməsi kimi başa düşülməlidir. İdiaçı iddia etdiyi mənzili "xxxx" MTK-da neçənci mərtəbədə olduğunu bildiyi halda başqa ünvan göstərməklə hansı hüquqi əsasla Cavabdeh4 Sədrədin oğlunun adını məhkəmədə hallandırmaqla onun mülkiyyətində olan mənzilinə həbs qoydurur və ya qoydurmağa çalışır. Bir daha nəzərə çatdırmaq istəyir ki, ilkin mülkiyyət sənədində ona məxsus olduğu göstərilmiş mənzil rəsmi dövlət və MTK-nın protokoldan çıxarışında 5-ci mərtəbədə yerləşməsi göstərildiyi halda da iddiaçı isə 4-cü mərtəbədə yerləşən 17 saylı mənzilə həbs qoydurur. Bunun onunla heç bir əlaqəsi yoxdur və eləcədə Cavabdeh4lə. Binəqədi Rayon Məhkəməsində e-16(001)-50/2022 saylı mülki iş üzrə İddiaçınm özünün və vəkilinin, o, Cavabdeh1 və təsisçisi olduğu Cavabdeh2 MMC qarşı “birgə nikah dövründə əldə olunmuş əmlakla bağlı verdiyi müvəqqəti təminat tədbirinə dair ərizə və ona əlavə edilmiş digər sənədlər əsasında mülki işə baxılaraq Binəqədi rayon Məhkəməsi e- 16(001)-50/2022 saylı iş üzrə hakim Günel Abbasova tərəfindən xx.xx.2022-ci il tarixdə qəbul edilmiş Qərardaddan narazıdır. Qəbul edilmiş qərardaddan narazı olduğundan Qərardadan Şikayət ərizəsini əvvəlcə xx.xx.2022-ci il tarixində və sonrada təkrarən xx.xx.2022-ci il tarixində verdi və hər iki şikayətinə iş üzrə hakim tərəfindən baxılaraq qərardadlar qəbul edilmişdir. İş e-16(001)-50/2022 saylı iş üzrə qəbul edilmiş xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli Qərardadda possesual qanunvericiliyin, Azərbaycan Respublikası Konstitusiyasını müvafiq maddələrinin və bəndlərinin, Ailə Məcəlləsinin, Mülki Prossesual Məcəllənin, normativ hüquqi aktların tələblərinin və.s pozulması ilə nəticələndiyindən qanunsuz hesab edir və sübutları və faktları aşağıdakı kimi əsaslandırır və eyni zamanda qərardaddı əsassız, qanuna zidd və qeyri obyektiv hesab edir. Birinci instansiyanın qəbul etdiyi qərardaddan şikayət verdiyi üçün iş materialları Bakı Apellyasiya Məhkəməsinə göndərildi və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası iş 16(103)- 86/2022 saylı iş açıldı. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası iş 16(103)- 86/2022 saylı iş üzrə 11 noyabr 2022-ci il tarixdə ona və Cavabdeh2 MMC-ə göndərdiyi “Bildiriş” sənədini (məktubunu) iş materialları ilə xx.xx.2022-ci il tarixində tanış olarkən görmüşdür. “Bildiriş” sənədində onun faktiki ünvanı, nə də Cavabdeh2 MMC-nin faktiki ünvanı göstərilməmiş və yanlış ünvan göstərilməklə ondan gizlincə məhkəmə işinin aparılması və ya baxılması halı kimi qəbul ediyini (bununla əlaqəli digər işlərdə olduğu kimi). Məhkəmədən ədalətli və diqqətli olmağı xahiş və tələb edir. Ona görə ki, yuxarıda qeyd etdiyi kimi onun rayon şəraitində yaşamağı, internetdən və elektron sistemdən istifadə etmədiyini, vəkilinin olmadığını xəbərdar etməyinə baxmayaraq yenidən təkrarlanması bu halın bir daha təkrarlanmamasını nəzarətdə saxlamağı xahiş etmişdir. Bu işlə əlaqəli olan baxılan və qərardadlar qəbul edilən işlərdə nə onun, nə də Cavabdeh2 MMC-nin faktiki ünvanı göstərilməmiş və yanlış ünvan göstərilməklə ondan gizlincə keçirilmiş məhkəmə iclasları baş verdiyindən və oda həmin işlərə dair sübutlar və qanunsuz olmasına dair əsaslandırıcı, isbat edici sənədləri məhkəməyə təqdim edə bilmədiyindən və bunlarla bağlı şərait yaradılmadığından onun və Cavabdeh2 MMC-nin barəsində qanunsuz məhkəmə işləri və qəbul edilmiş qərardadlar hal-hazırda mövcuddur. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası 07 sentyabr 2022-ci il tarixli MTT(103)- 339/2022 saylı qərardadı qəbul etmişdir. Qəbul edilmiş qərardadlardan xəbəri belə olmayıb. Ona görə ki, məhkəmə prosesinə cəlb olunmamış bu qeyri qanuni qərardadlardan şikayət verərək öz hüquqlarını müdafi edərdi və qeyri qanuni qərardadlardan şikayət verərdi. Belə ki, qərardadlardan xəbər tutduqdan sonra o, apellyasiya məhkəməsindən həmin qərardadı yazılı kağız formasında verilməsini (rəsmi təqdim olunmasını) istəmişdir (xx.xx.2022) və aldıqda həmin qəbul edilmiş qərardadlarda belə normativ hüquqi aktların, prossesual hüquq normalarının tələblərinin pozulduğunu görmüş və məhkəmə hüquq şurasına müraciət edəcəyini bildirdikdə məhkəmədən (Apellyasiya Məhkəməsindən) həmin qərardadda (07 sentyabr 2022-ci il tarixli MTT(103)- 339/2022 saylı qərardadda) düzəlişlər ediləcəyini və həmin qərardaddın onsuz da yeni düzəlişlər edildikdən sonra qüvvədən düşəcəyi bildirildi və belə də oldu qərardadda xx.xx.2022-ci il tarixində düzəlişlər edildi və qərardadda bu düzəlişlərdən sonra qüvvədən düşdüyündən şikayət etməyin mənası olmadığından şikayət vermədi. Baxmayaraq ki qərardad qeyri qanuni qəbul edilmişdir. Belə ki, qeyd edilən qərardadda onun şifahi şikayəti əsasında baxılaraq aşağıdakı düzəlişlər edilib. Mülki Prosessual Məcəllənin 157.4-cü maddəsinə əsasən iddia ərizəsi verilənədək müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə verildikdə məhkəmə 1 aydan çox olmayan müddətə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Qərardadda müvəqqəti təminat tədbirinin qüvvədən düşəcəyi tarix qeyd edilməlidir. Bu müddət ərzində iddia ərizəsi verilərsə, müvəqqəti təminat tədbirlərinin tətbiqi məsələsinə müvafiq vəsatət əsasında yenidən baxılır və qərardad qəbul edilir. Hazırki işdən görünür ki, iddia ərizəsi ilə məhkəməyə müraciət edilməmişdən qabaq, iddia ərizəsi verilənədək müvəqqəti təminat tədbiri barədə ərizə verilmişdir. Eyni zamanda bu işlə bağlı MTT qərardadı qüvvədə olduğu müddətdə iddiaçı tərəfindən iddia verilməməsi və həmin qərardadın qüvvədən düşdükdən sonra verilməsi öz hüquqi qüvvəsini itirmiş olur və verilmiş iddia qeyri qanuni hesab olunur və eləcədə Binəqədi rayon Məhkəməsi e-16(001)-50/2022 saylı iş üzrə qəbul etdiyi qərardad qanunsuzdur. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası iş 16(103)-86/2022 saylı iş üzrə 29 noyabr 2022-ci il tarixində işə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflərin izahatları dinləmək üçün çağrılmadan keçirilməsinə etiraz etmişdir. Səbəb olaraq isə, bu günki günə kimi həmin işlə əlaqədar keçirilən məhkəmə iclaslarının heç birində iştirakı təmin olunmaması, izahatlarının dinlənilməməsi səbəbindən qeyri-qanuni qərardadlar qəbul edilməsi ilə nəticələnməsinə gətirib çıxarılmışdir. Məhkəmədən xahiş etmişdir ki, tərəflər dinlənilməklə, şifahi qaydada məhkəmə iclasınm keçirilməsini təmin etsin. Cavabdeh2 MMC-nin nizamnamə kapitalında olan 10 manat məbləğinin və mülkiyyət hüququ ilə Cavabdeh2 MMC-yə məxsus olan ünvan 43 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin birgə nikah dövrünə olan əmlakların bölünməsinə heç bir aidiyyatı yoxdur. Aşağıda göstərilən hüquqi sənədlər əsasında yəni MMC 1992-ci idən fəaliyyət göstərən və 1994-cü ildə “JUGİ” kiçik müəssisə və onun hüquqi varisi olaraq təkrarən 2001-ci ildə Ədliyə Nazirliyindən qeydiyyatdan keçərək yaradılmış hüquqi nizamnaməsi əsasında fəaliyyətini davam etdirir və o ki, qaldı onun mövcud daşınmaz əmlakına (tikliyə) o, da Binəqədi rayon icra hakimiyyəti tərəfindən “JUGİ” kiçik müəssisəsinin adına xx.xx.1992 ci ildə Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş 988 saylı sərəncamda “hamburgerlərin” satışı üçün pavliyon tikintisinə icazə verilmiş sənəd əsasında 1992-ci ildə tikilmiş 1 mərtəbəli binasına sahibdir və həmin dəlillər hüquqi sənədlərin bəzilərinin notarial, bəzilərinin surəti məhkəməyə təqdim olunmuşdur. Konstitusiyanm 60-cı maddəsinin İ hissəsində təsbit olunan hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsi hüququndan irəli gəlir. İş üzrə hakim bilərəkdən qəsdən kobud şəkildə maddi hüquq normalarının pozulmasını əks etdirən qərardad qəbul etmişdir. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32-ci maddəsinə əsasən, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Ər-arvadın ümumi birgə mülkiyyətinə ərarvadın ümumi gəlirləri hesabma əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarma qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adma əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Hal-hazırda icraatda olan iş materiallarında Bakı şəhəri Binəqədi rayon Məhkəməsi e-16(001)-50/2022 saylı iş üzrə hakim Günel Abbasova tərəfindən xx.xx.2022-ci il tarixdə qəbul edilmiş Cavabdeh2 MMCin nizamnamə kapitalında olan 10 manat məbləğinin və mülkiyyət hüququ ilə Cavabdeh2 MMC-yə məxsus olan ünvan 43 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin üzərinə həbs qoyularaq hər hansı bir qaydadda özgənkiləşdirilməsinin cavabdehə qadağan edilsin göstərilməsindən narazıdır və buna etirazını bildirir və eyni zamanda həmin qərardaddan verdiyi şikayəti qüvvəsində saxlayan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası 16(103)-86/2022 saylı iş üzrə hakimlərin qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərardadından və ümumiyyətlə bu işlə bağlı iddiadan narazıdır və etirazını bildirir. Buna münasibətdə məhkəmə yalnız isbatlanmış sübutlar əsasında belə bir qərardad qəbul edə bilər yoxsa Cavabdeh2 MMC-yə məxsus binanın olması və MMC-nin nizamnamə kapitalında olan 10 manat məbləğin olması başqa digər sənədlərin olmaması üzündən faktlar isbata yetirilmədiyindən belə bir qərardad qəbul edilməsi yol verilməzdir, qanunvericiliyin tələblərinin, prosessual hüquq normalarınm tələblərinin pozulması halı kimi qiymətləndirilməlidir. Əmlak üzərinə həbs qoyulması növündə iddianı təmin tədbirinin tətbiqinə dair ərizələr o halda təmin oluna bilər ki, işə mahiyyəti üzrə baxılarkən qorunan mübahisə obyekti məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etməyə xidmət edə bilsin. Bu mənada nəzərə almaq lazımdır ki, ərizəçinin gələcəkdə verilməsi nəzərdə tutulan iddiası üzrə qəbul ediləcək (iddianın təmin edilməsi halında) qətnamənin icra edilməsinin çətinliyini və ya mümkünsüzlüyünü təsdiq edən halların mövcudluğuna dair sübutlar təqdim edilmədiyi kimi, hüquqi şəxsin nizamnamə kapitalına həbs qoyulması əsaslandınlmamışdır. Bununla yanaşı hüquqi şəxsin əmlakının Cavabdeh1 tərəfindən özgəninkiləşdirilməsi ilə bağlı ərizəçinin ehtimalına dair qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 91.2-ci maddəsinə əsasən cəmiyyəti idarəetmə orqanlarının səlahiyyətləri, habelə onların qərarlar qəbul etməsi və cəmiyyətin adından çıxış etməsi qaydası bu Məcəlləyə və cəmiyyətin nizamnaməsinə uyğun olaraq müəyyənləşdirilir. Eyni zamanda, bu işlə bağlı MTT qərardadı qüvvədə olduğu müddətdə iddiaçı tərəfindən iddia verilməməsi və qərardad qüvvədən düşdükdən sonra xx.xx.2022-ci il tarix iddia ərizəsində göstərilən tarix elektron ərizə isə xx.xx.2022-ci il tarix göstərilməsi həmin iş üzrə MTT-nin qəbul edilməsi qərardad çıxarılması qanunsuzdur. “JUGİ” kiçik müəssisəsi 1992-ci ildən faliyyət göstərir. Cavabdeh2 MMC xx.xx.1994-cü il tarixində 9486 saylı şəhadətnamə ilə Ədliyə Nazirliyində qeydiyyatdan keçmiş “JUGİ” kiçik müəssisəsinin bazasında yaranıb və onun hüquqi varisidir. Cavabdeh2 MMC xx.xx.2001-ci il tarixində 1360 saylı şəhadətnamə ilə Ədliyə Nazirliyində qeydiyyatdan keçmişdir. Təsisçisi olaraq Cavabdeh1 qeydiyyatdan keçmiş digər təsisçisi və payçısı yoxdur. Rəsmi 1360 saylı şəhadətnamə sənədin surəti eyni zamanda Cavabdeh2 MMC-nin nizamnaməsinin notariat təsdiqli surəti məhkəməyə təqdim edilir. Cavabdeh2 MMC-yə məxsus yeganə bir bina mövcuddur ki, onunda tikintisinə “JUGİ” kiçik müəssisəsinin adına 988 saylı sərəncam xx.xx.1992-ci ildə Binəqədi İcra Hakimiyyəti tərəfindən verilmiş və həmin ildədə bir mərtəbədən ibarət bina tikilərək istifadəyə verilmişdir və bu günki günə kimi MMC-nin istifadəsindədir bundan başqa MMC-nin başqa binası mövcud deyildir. Həmin birmərtəbəli qeyri yaşayış sahəsində hal-hazırda Cavabdeh2 MMC faliyət göstərir. Rəsmi sənədin surəti məhkəməyə təqdim edilir. “JUGİ” kiçik müəssisəsinin adına xx.xx.1992-ci ildə Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş 988 saylı sərəncamda “hamburgerlərin” satışı üçün pavliyon tikintisinə icazə verilməsi nəzərdə tutulsada sonradan yuxarıda qeyd olunan icra hakimiyyəti tərəfindən qeydiyat nömrəsi xx-xx/1086 saylı xx.xx.2001-ci il tarixində RİH-ti tərəfindən əzcaçıhq məhsulları və mədəni məişət xidmətləri göstərilməsinə etiraz etmir icazəsi verilmişdir. Rəsmi sənədin surəti məhkəməyə təqdim edilib. Bakı şəhər icra hakimiyyəti “Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən tikilən və faliyyət göstərən obyektə Dərnəgül qəsəbəsi A.Gəraybəyli 37a poçt ünvanı təyin edilmişdir 18/03-8/1780 saylı xx.xx.2000 tarixində. Həm “JUGİ” kiçik müəssisəsi həmdə Cavabdeh2 MMC hüquqi ünvan olaraq əvvəllər özünün rəsmi poçt ünvanı olmadığından tikilən birmərtəbəli qeyri yaşayış sahəsi (obyekt) 37 saylı yataxanaya bitişik tikildiyindən həmin ünvan qeyd edilərək göstərilsədə sonradan rəsmi olaraq Bakı şəhər icra hakimiyyəti “Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən obyektə Dərnəgül qəsəbəsi A.Gəraybəyli 37a poçt ünvanı təyin edilmişdir və vergi xidmətində və digər qurumlarda rəsmi olaraq həmin ünvan kimi qeydiyyatdan keçirilmişdir. Rəsmi sənədin surəti məhkəməyə təqdim edilib. Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Aparatı Texniki İnventarlaşdırma və Mülkiyyət Hüququnun Qeydiyyat idarəsi tərəfindən qeydiyyata uçota alınaraq Qeyri yaşayış fonduna daxil olan özəl obyektlərin texniki pasportu verilmişdir. Sonuncu həmin idarə tərəfindən verilən Texniki Pasportda 30/204, 15.02.03 tarixində verilən Texniki Pasportda obyektin tikildiyi il 2000-ci il göstərilməsi iddiaçının birgə nigah dövründə olan əmlakın siyahısına, bölünməsinə heç bir aidiyyatı olmadığını göstərir. Hakim tərəfindən çıxarılan qərardadın qeyri qanuni olduğunu yuxarıda göstərilən sənədlər əsasında isbat olunması bir daha qərardadın və ona əlavə edilmiş sənədlərin heç bir hüquqi əsası olmadığını və həmin qərardadın qanunsuz, qeyri qanuni olduğunu göstərir və qanunsuz olması isbat olunur. Rəsmi sənədin surəti məhkəməyə təqdim edilib. Cavabdeh1 ilə İddiaçı arasında nikah müqaviləsi xx.xx.2002-ci ildə bağlanmışdır və xx.xx.2021-ci ildə xitam verilərək ləğv edilmişdir. İddiaçı və onun vəkilinin Cavabdeh2 MMC-nin nizamnamə kapitalında olan 10 manat məbləğinin və mülkiyyət hüququ ilə Cavabdeh2 MMC-yə məxsus olan ünvan 45 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin bölünməsinə həbs qoyulmasına qarşı verdiyi ərizəsinin heç bir hüquqi əsası yoxdur. Cavabdeh2 MMC və ona məxsus mülkiyyətində olan tikili birgə nikah dövründən qabaq yaranıb və bundan pay ayrılması qeyri qanunidir. İddiaçı birgə nigah dövründə Cavabdeh2 MMC-nin direktoru olmuş və rəsmi olaraq əmək haqqı almışdır. Əgər o direktor olduğu dövrdə MMC-yə hər hansı pul vəsaitinin birgə nikah dövründə qoyulmasının şahididirsə və rəsmi sənədlərə sahibdirsə məhkəməyə rəsmi sənədlər təqdim etsin ki, hər-hansı tarixdə birgə nikah dövründə MMC-yə yatırılan pulun məbləğini və ya binasının tikintisinə hər hansı pulun xərclənməsini sübut edəcək rəsmi sənədlərə sahibdirsə məhkəməyə təqdim etsin. Belə bir sənəd mövcud deyildir çünki, Cavabdeh2 MMC-yə məxsus olan ünvan 45 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin tikintisinə onunla birgə nikah dövründən qabaq başlanılmış və tikintisi başa çatdırılmış 1992, işlək faliyətə də birgə nigah dövründən qabaq başlamışdır və hətda, Cavabdeh2 MMC-nin gəlirindən birgə nikah dövründən qabaq qoyduğu pul vəsaitindən belə iddiaçı şəxsi məqsədləri üçün istifadə etmişdir. Bakı şəhəri Binəqədi rayon Məhkəməsi iş e-MTT(001)- 223/2022 saylı iş üzrə hakim X18 iş üzrə təqdim olunan vəsatətə və ərizəyə bundan öncə baxıb və qərardad da sübut və dəlilləri ilə imtina verib xx.xx.2022-ci il tarixli qərardadı ilə. Məhkəmə bunu da araşdırmadan təkrarən qeyri qanuni xx.xx.2022-ci il tarixində e-16 (001)50/2022 saylı iş üzrə qeyri qanuni qərardad qət etmişdir. Belə çıxır ki, hakim ya qarşı tərəflə iş birliyində olaraq iddiaçının və onun vəkilinin tələblərini yerinə yetirməklə məşğul olaraq qanunvericiliyin tələblərini pozur. Eyni vəsatət və ərizə əsasında Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 07 sentyabr 2022-ci il tarixli MTT(103)-339/2022 saylı qərardad qəbul edilmişdir. Apellyasiya Məhkəməsi həmin qərardadda 07 sentyabr 2022-ci il tarixli MTT(103)-339/2022 saylı qərardadda xx.xx.2022-ci il tarixdə düzəlişlər edildi. Baxmayaraq ki, qərardad qeyri qanuni qəbul edilmişdir. Belə ki, qeyd edilən qərardadda onun şifahi şikayəti əsasında baxılaraq aşağıdakı düzəlişlər edilib. Mülki Prosessual Məcəllənin 157.4-cü maddəsinə əsasən iddia ərizəsi verilənədək müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə verildikdə məhkəmə 1 aydan çox olmayan müddətə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Qərardadda müvəqqəti təminat tədbirinin qüwədən düşəcəyi tarix qeyd edilməlidir. Bu müddət ərzində iddia ərizəsi verilərsə, müvəqqəti təminat tədbirlərinin tətbiqi məsələsinə müvafiq vəsatət əsasında yenidən baxılır və qərardad qəbul edilir. Hazırki işdən görünür ki, iddia ərizəsi ilə məhkəməyə müraciət edilməmişdən qabaq, iddia ərizəsi verilənədək müvəqqəti təminat tədbiri barədə ərizə verilmişdir. İddiaçı və onun vəkili tərəfindən verilən iddia ərizəsində birgə nikah dövründə əldə edilən əmlak kimi göstərməklə amma əksinə həmin əmlakın birgə nikah dövrünə aid olmadığını (yuxarıda göstərilən sənədlər əsasında) bilə-bilə əmlakla bağlı verdiyi müvəqqəti təminat tədbirinə dair ərizə, ona əlavə edilən sənədlər, vəsatətlər heç bir hüquqi əsas vermir ki, kiminsə əmlakına həbs və qadağalar tətbiq olunsun sübutlar, faktlar isbatlanmadığı halda. Qərardadın qeyri qanuni olduğunu bilə-bilə onu dəyişdirmədən qüvvədə saxlayan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası iş 16(103)-86/2022 saylı iş üzrə hakimlərin qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərardadı və həmin qərardadı qəbul etməkdən ötrü həmin iş üzrə iş materialına 90-120-ci səhifəyə kimi iki üzlü 30 vərəqdən ibarət 60 səhifə qeyri qanuni sənədləri iclasdan və rəsmi təqdim olunmadan kənar iş materialına daxil edən hakimlərin saxtakarlıqla məşğul olmaları və qarşı tərəfin vəkili ilə əlbir olmaları faktdır (üzə çıxması) və bu faktlar iş materialında olduğunu görsə də həmin faktları saxta sənədləri saxtakar hakim heyyəti ona təqdim etmir və öz saxta qeyri qanuni qərardadlarını bilərəkdən qüvvədə saxlayırlar və o da bunula bağlı Bakı Apellyasiya Məhkəməsinin sədrinə xx.xx.2022, xx.xx.2022, xx.xx.2022-ci il tarixlərdə şikayət etmiş, hələdə bir nəticə yoxdur. Sonluqda belə nəticə, bu saxtakarlığın davam etməsinin qarşısını almaq üçün Apellyasiya Məhkəməsi ərazi aidiyyatı üzrə Masallı Rayon Məhkəməsinə göndərilməsinə qərar verib. Bir daha ədalətli və vicdanlı olmağı xahiş edir və təqdim olunan hüquqi sənədləri diqqətlə nəzərdən keçirməyi həmin sənədlər əsasında qanunvericiliyin tələblərinə uyğun olaraq qərar qəbul etməyi xahiş edir. İddiaçı ilə rəsmi nikahı 08 yanvar 2002-ci ildən olduğundan təqdim olunan sənədlərdə isə Cavabdeh2 MMC-nin və onun tikilisinin birgə nikah dövründən qabaq yaradıldığı tikildiyi və faliyyətə başladığı rəsmi sənədlər əsasında görmək olar. Sənədlər əlavə olunmuşdur. Göstərilən bu və ya digər sənədlər bir daha Cavabdeh2 MMC-nin özünün və onun tikdiyi və fəaliyyət göstərdiyi hal-hazırkı tikili birgə nikah dövrünə heç bir aidiyyatı yoxdur və pay kimi bölünməsi yol verilməzdir, qanunsuzdur və eyni zamanda müvəqqəti təminat tədbiri olaraq həbs qoyulması qeyri qanunidir və həbs qoyula bilməz, MMC-nin fəaliyyətini məhdudlaşdırılması qanunlarla yol verilməzdir və qanunsuzdur. MMC icarə fəaliyyəti ilə məşğul olur hal-hazırda qoyulmuş həbs nəticəsində öz obyektini icarəyə verə bilmir. V.Q.Teryoxinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Aİi Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 02 iyun 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiyas Məhkəməsinin plenumunun qərarı: Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələri müəyyən edir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. ƏMDX-nin DƏDK və Reyestri Publik Hüquqi Şəxsi mülkiyyətində olan (Cavabdeh4) mənzillə bağlı çıxarış sənədində mənzilin ünvanı ünvan 46 Yeni qaydalarla: AZ1033, Bakı şəhəri, Nərimanov Rayonu, Əlicabbar Orucəliyev küçəsi, 71, M5, m2 (burada 71 binanın nömrəsi, M5 mənzilin 5-ci mərtəbədə olması, m2isə mənzilin öz nömrəsini əks etdirir) göstərilmişdir. Eyni zamanda mənzilin yeni tikilidə payçısı Cavabdeh1 olduğu və adına verilmiş "xxxx" MTK-nın Protokoldan Çıxarış 50 saylı xx.xx.2022-ci il tarixli sənəddə mənzilin ünvanı ünvan 33a inşa edilən binanın blok A, mərtəbə 5,3 otaqlı, 17saylı mənzil göstərilmişdir. Binəqədi Rayon Məhkəməsinin hakimi Günel Abbasova e-16(001)-62/2020 saylı iş üzrə xx.xx.2022-ci il tarixli Qərardadında Cavabdeh4 mülkiyyətində olan ünvan 33a "xxxx" MTK tərəfindən tikilərək istifadəyə verilmiş yeni tikili binanın blok A, 4-cü mərtəbəsində yerləşən, 3 otaqdan ibarət olan, 17 saylı mənzilin üzərinə həbs qoyulsun göstərilmişdir. Bu qərardadla nə onunla (keçmişdə) nə də hal-hazırda mülkiyətində olan şəxsin mənzil ünvanı, adresi, yerləşmə yeri arasında ziddiyət olduğu göz qabağındadır. Təsvir elementlərinə əsasən göstərilən mənzilin 4-cü mərtəbədə olduğu, həm iddia ərizəsində həmdə qərardadda mənzilin 4-cü mərtəbədə olması göstərilsədə rəsmi sənədlər əsasıda (özgənin pul vəsaiti hesabına onun adına alınan) ona məxsus olmuş və hal-hazırda Cavabdeh4 məxsus şəxsi mülkiyyətində olan mənzil, bütün rəsmi sənədlər əsasında 5-ci mərtəbədə olması faktdır, sübutdur və qəbul edilən qərardadda göstərilən 4-cü mərtəbədki mənzillə onunla və hal-hazırdakı mülkiyyətçisi Cavabdeh4lə heç bir əlaqəsi və aidiyyatı yoxdur. Halbu ki, işin faktiki hallarının obyektiv surətdə aşkara çıxarılmağa imkan verən sübutlar təqdim olunması iddiaçının bir başa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsas hesab edilə bilməz. Ona görə və digər səbəblərə yuxarıda və aşağıda qeyd olunanlara və sübutlara əsasən iddaçı və onun vəkili tərəfindən adı hallanan və mülkiyətində olan mənzilə həbs qoyulması kimi göstərilərək məhkəməyə müvəqqəti təminat tədbirinin tətbiq edilməsi barədə verilmiş ərizə və onun əsasında qəbul edilmiş qərardad əsasız olduğundan ləğv edilməlidir. İddia tələbi təmin olunmamalıdır. Halbuki, işin faktiki hallarının obyektiv surətdə aşkara çıxarılmağa imkan verən sübutlar təqdim olunması iddiaçının bir başa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsas hesab edilə bilməz. Ona görə və digər səbəblərə yuxarıda və aşağıda qeyd olunanlara və sübutlara əsasən iddaçı və onun vəkili tərəfindən adı hallanan və mülkiyətində olan mənzilə həbs qoyulması kimi göstərilərək məhkəməyə müvəqqəti təminat tədbirinin tətbiq edilməsi barədə verilmiş ərizə və onun əsasında qəbul edilmiş qərardad əsasız olduğundan ləğv edilməlidir və iddia ərizəsi üzrə açılmış iş 2(001)-5743/2022 sayıl iş üzrə iddia tələbi təmin edilməməlidir. ƏMDX-nin DƏDK və Reyestri Publik Hüquqi Şəxsi mülkiyyətində olan (Cavabdeh4 Sədrədin oğlunun) mənzillə bağlı çıxarış sənədində mənzilin ünvanı ünvan 46 Yeni qaydalarla: AZ1033, Bakı şəhəri, Nərimanov Rayonu, Əlicabbar Orucəliyev küçəsi, 71, M5, m2 (burada 71 binanın nömrəsi, M5 mənzilin 5-ci mərtəbədə olması, m2isə mənzilin öz nömrəsini əks etdirir.) göstərilmişdir. Eyni zamanda mənzilin yeni tikilidə payçısı Cavabdeh1 olduğu və adına verilmiş "xxxx" MTK-nın Protokoldan Çıxarış 50 saylı xx.xx.2022-ci il tarixli sənəddə mənzilin ünvanı ünvan 33a inşa edilən binanm blok A, mərtəbə 5, 3 otaqlı, 17 saylı mənzil göstərilmişdir. Binəqədi Rayon Məhkəməsinin hakimi Günel Abbasova e-16(001)-62/2020 saylı iş üzrə xx.xx.2022-ci il tarixli Qərardadında (o, cümlədən həmin qərardadı öz qüvvəsində saxlayan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası 16(103)-123/2022 xx.xx.2022-ci il tarixli qərardadında) Cavabdeh4 mülkiyyətində olan ünvan 33a "xxxx" MTK tərəfindən tikilərək istifadəyə verilmiş yeni tikili binanın blok A, 4-cü mərtəbəsində yerləşən, 3 otaqdan ibarət olan, 17 saylı mənzilin üzərinə həbs qoyulsun göstərilmişdir. Bu qərardadla onun (keçmişdə) hal-hazırda mülkiyətində olan şəxsin mənzil ünvan adresi yerləşmə yeri arasında ziddiyət olduğu göz qabağındadır. Yəni faktiki əvəlcə onun sonra Cavabdeh4 mülkiyyətində olan mənzil ƏMDX DƏDK və Reyestri Publik Hüquqi Şəxsi (qısa adı) mənzillə bağlı çıxarış sənədinə əsasən mənzilin ünvanı ünvan 46 Yeni qaydalarla: AZ1033, Bakı şəhəri, Nərimanov Rayonu, Əlicabbar Orucəliyev küçəsi, 71, M5, m2 (burada 71 binanın nömrəsi, M5 mənzilin 5-ci mərtəbədə olması, m2 isə mənzilin öz nömrəsini əks etdirir.) göstərilmişdir. Təsvir elementlərinə əsasən göstərilən mənzilin 4-cü mərtəbədə olduğu həm iddia ərizəsində həm də qərardadda mənzilin 4-cü mərtəbədə olması göstərilsədə əvvəlcə onun adına mülkiyyət sənədində (çıxarışda) mənzil bütün rəsmi sənədlər əsasında 5 mərtəbədə olması faktdır, sübutdur və qəbul edilən qərardadda göstərilən 4-cü mərtəbədki mənzillə onunla və eləcədə Cavabdeh4lə heç bir əlaqəsi və aidiyyatı yoxdur. Halbu ki, işin faktiki hallarının obyektiv surətdə aşkara çıxarılmağa imkan verən sübutlar təqdim olunması iddiaçının bir başa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsas hesab edilə bilməz. Ona görə və digər səbəblərə yuxarıda və aşağıda qeyd olunanlara və sübutlara əsasən iddaçı və onun vəkili tərəfindən adı hallanan və mülkiyətində olan mənzilə həbs qoyulması kimi göstərilərək məhkəməyə müvəqqəti təminat tədbirinin tətbiq edilməsi barədə verilmiş ərizə və onun əsasında qəbul edilmiş qərardad əsasız olduğundan ləğv edilməlidir və iddia ərizəsi üzrə (iş 2(001 )-5743/2022) tələb təmin edilməməlidir. Faktiki əvəlcə onun, sonra Cavabdeh4 mülkiyyətində olan mənzil onun şəxsi mülkiyətidir (ƏMDX-in DƏDK və Reyestri Publik Hüquqi Şəxsi mənzillə bağlı çıxarış sənədinə əsasən mənzilin ünvanı ünvan 46 Yeni qaydalarla: AZ1033, Bakı şəhəri, Nərimanov Rayonu, Əlicabbar Orucəliyev küçəsi, 71, M5, m2. Bu barədə qüvvədə olan, eyni zamanda həqiqiliyi və tamamlığı faktiki olaraq mübahisələndirilməyən dövlət qeydiyyatı mövcuddur. İddiaçı ünvan 33a "xxxx" MTK tərəfindən tikilərək istifadəyə verilmiş yeni tikili binanın blok A, 4-cü mərtəbəsində yerləşən, 3 otaqdan ibarət olan, 17 saylı mənzildən pay tələbinə dair qeyd edilən əsaslandırılmış sübutlar və faktlar əsasında qeyd edərək bildirir ki, iddia üzrə verilmiş tələb heç bir hüquqi əhəmiyyəti yoxdur və qeyri qanunidir. Onu və yaxın qohumlarını təhdid etməklə (bunula bağlı prokurorluğa yazılı şikayət ərizəsi vermiş araşdırılır) yenidən nikah pozulan zaman qaldırdığı mülk iş üzrə birgə nikah payların bölünməsi işidə nigah pozulduğundan yekunlaşaraq 2021-ci ildə qət edilmiş qətnamədə belə iddia tələbləri bu daşınmaz əmlaklarm mövcudluğunu iddiaçının özünün və vəkillərinin bildiyi halda qaldırmamış bu gün isə həmin iddia tələblərini verməklə onu və yaxın qohumlarını təhdid etməklə onların onun və iddiaçının öz adına şəxsi qazancları hesabına alınmış daşınmaz əmlak mülklərdən qazanc əldə etmək məqsədi ilə verilmiş iddia olduğundan iddia tələbləri rədd edilməlidir. İddia ərizəsində göstərilən ünvan 33a "xxxx" MTK tərəfindən tikilərək istifadəyə verilmiş yeni tikili binanın blok A, 4-cü mərtəbəsində yerləşən, 3 otaqdan ibarət olan, 17 saylı mənzil nə o, Cavabdeh1 adında, nədəki iş üzrə Cavabdeh4 adında belə bir mənzil mövcud deyildir. "xxxx" MTK tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli protokoldan çıxarış sənədində ünvan 33a "xxxx" MTK tərəfindən tikilərək istifadəyə verilmiş yeni tikili binanın blok A, 5-ci mərtəbəsində yerləşən, 3 otaqdan ibarət olan, 17 saylı mənzil, həmdə ƏMDXnin DƏDK və Reyestri Publik Hüquqi Şəxsi (qısa adı) mənzillə bağlı çıxarış sənədinə əsasən mənzilin ünvanı ünvan 46 Yeni qaydalarla: AZ1033, Bakı şəhəri, Nərimanov Rayonu, Əlicabbar Orucəliyev küçəsi, 71, M5, m2) göstərilmişdir. Bu rəsmi sənədlərdən görmək olar ki, iddia üzrə 4 mərtəbə faktiki isə 5-ci mərtəbə olduğundan burada ziddiyət vardır bu baxımdan iddia üzrə tələb təmin edilməməlidir. İddiaçı tərəfindən göstərilən mənzil hətta birgə nigah dövründə alınmış olsa belə həmin mənzilin alınmasından tutmuş təmirinə və müvafiq qurumlara həmin mənzilə görə (mənzilin almmasına, suya, qaza, İşığa, sığortaya, MTK-ə və s digər qurumlara görə ödənişlər Abıyevlər ailəsi tərəfindən o cümlədən, mənzilin şəxsi mülkiyyətçisi Cavabdeh4 tərəfindən ödənişlər həyata keçirilmişdir (vicdanlı şəxs olaraq) və keçirilməkdə də davam edir. İddiaçının işləməsi və qazancının az olmasını təqdim olunan sosial Arayışdanda görmək olar və iddiaçının adında ünvan 33a "xxxx" MTK tərəfindən tikilərək istifadəyə verilmiş yeni tikili binanın blok A, 4-cü mərtəbəsində yerləşən, 3 otaqdan ibarət mənzil alınması (1-ci və 2-ci birlikdə mülki iş materialındada 2021) öz əksini tapması və həmin mənzilə görə ödənişlər onun şəxsi qazancı hesabına həm "xxxx" MTK-ya həmdə həmin iddiaçının adında olan və onda qalan 16 saylı mənzilə görə Bank Standartdan iddiaçının adına götürülən kreditlər görə. O ki, qaldı ikinci mənzilin 17 saylının alınmasına nə onun nədə iddiaçının qazancı imkan vermir ki, ikinci iddia üzrə göstərilən mənzil alınsın. Əgər iddia tələbinə görə həmin mənzilə görə hər-hansı öz şəxsi qazancı hesabına ödəniş edilmişsə sübutlarını məhkəməyə təqdim etsin eyni zamanda onun şəxsi qazancı hesabına alınmışsada ona dair hər hansı sübutu əsaslandırması varsa məhkəməyə təqdim etsin. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin mövqeyinə görə isə əmlakın ər-arvad birgə mülkiyyəti sayılması üçün iki şərtin eyni zamanda mövcud olması vacibdir: əmlakın ərarvadın nikah müddətində əldə olunması və ər-arvadın ümumi gəlirləri (qazancları) əsasında əldə olunması. Mənzil alınan zaman (2020) birgə nigah olsada sonradan (2021) xitam verilmiş yuxarıda qeyd etdiyi mənzil nikah pozulduqdan sonra dövlət reyestrindən qeydiyyatdan (2022) keçmişdir. Mənzilin "xxxx" MTK-dan alınmasına görə nə o, nədə İddiaçı öz şəxsi və ya ümumi gəlirlər (qazancları) əsasında əldə olunmamışdır. Yuxarıda qeyd etdiyi kimi hal-hazırda Cavabdeh4 şəxsi mülkiyyətində olan mənzilə görə bütün ödənişlər onun və ailəsinin şəxsi qazancı gəlirləri hesabına ödənilmişdir. Qeyd edilən mənzilə görə birgə ər-arvad mülkiyyəti sayılması üçün ilk növbədə həmin mülkün dövlət reyestrində ərin (arvadın) adına reyestrdən Çıxarış olmalıdır. Buda birgə nikah dövründə olmamışdır yəni nikahın xitamı xx.xx.2021-ci ildə, mənzilin dövlət reyestrində Çıxarış xx.xx.2022-ci il tarixdə alınmışdır. Həmin mənzilə görə təkcə payçı olaraq Cavabdeh1 olması həm sahiblik həm istifadəçi, həmdə sərəncam hüququ dövlət reyestrində qeydə alındıqdan sonra cavabdeh olaraq ona məxsus olmuşdur. Mənzilin mülkiyyətçisi olaraq, eyni zamanda subay olaraq kimsənin razılığı tələb olunmadan, şəxsi mülkiyyətində olan, yuxarıda qeyd edilən mənzili onun alınmasından təmirinə və digər xərclərin ödənilməsini həyata keçirən vicdanlı şəxsin adına Cavabdeh4 adına xx.xx.2022-ci il tarixində keçirmiş heç bir qanun pozuntusuna yol verilməmişdir. İddiaçının iddiası üzrə tələbi təmin edilməməlidir. İddiaçı Binəqədi rayonu 14-cü Aşrım küçəsi, ev 31, mənzil 63 ünvanının satışından əldə olunan gəlirin bölünməsi və ona çatası paya dair iddia tələbinə münasibət bildirərək qeyd etmək istəyir ki, iddia bu hissədə təmin edilməməlidir aşağıdakı hüquqi faktlar və sübutlar əsasında. Yuxarıda qeyd edilən mənzil atası X7 tərəfindən ona 2008-ci ildə verilmişdir. Əvvəlcə öz adında olub sonra onun adına keçirmişdir. Qeyd edilən mənzilin faktiki sahibi və mülkiyyətçisi satılan zaman o, Cavabdeh1 olması. Mənzil satılan zaman 2022-ci ildə iddiaçı ilə cavabdeh arasında nikaha xitam verildiyindən xx.xx.2021-ci ildə subay idi. Mənzil satılan zaman yetkinlik yaşına çatmış övladlarının notariusda təsdiqlənmiş razılıq ərizələri satılmasına etiraz etməmələrinə dair həm qızı Quliyeva Leylanın həmdə oğlu Quliyev Samirin razılıq ərzələri vardır və alqı satqı zamanı da təqdim olunmuşdur. Məhkəməyə də təqdim olunur. İddiaçı ilə arasında şifahi razılıq əqdi bağlanmışdır və həmin şifahi razılıq əqdində də şahidi kimi mənzili satışını təşkil edəcək makler adı İlham olan şəxs iştirak etmişdir ki, həmin şəxsin iştirakı ilə razılığa gəlinmişdir, mənzil tez bir zamanda satılsın və həmin məzilin qiymətləndiricilər tərəfindən aşağı qiymət müəyyən edilməsi, eyni zamanda nə o, cavabdehin nədə İddiaçı həmin mənzili məhkəmə qətnaməsi əsasında auksionda satılan zaman almaq imkanı olmadığından və sonrada təkrar satışa çıxarlaraq dəyər dəyməzə satacağını həm o, həmdə iddiaçı öz vəkilləri vasitəsi ilə öyrənmişdi ki, bu mənzil dərhal satılsın Bank Standarta olan borc ödənilsin yerdə qalan məbləğdə uşaqlara və birgə nigah zamanı müxtəlif şəxslərdən götürülən borclara sərf edilsin və iddiaçı özünə dair heç bir yəni hər hansı bir məbləğin payın ona verilməsi tələbini irəli sürməmişdir və bunu hətta verdiyi razılığ ərizəsində də göstərməmişdir. Eyni zamanda verdiyi razılıq ərizəsində həmin mənzillə bağlı pay bölgüsü olmasını da göstərməmişdir. Bu gün satılmış mənzilə görə hər hansı məbləğ tələb etməsinədə heç bir hüquqi əsas yoxdur. Masallı rayon məhkəməsinin 2022-ci il tarixli qətnaməsində Bank Standarta olan borcun ödənilməsi yerdə qalan məbləğin Cavabdeh1 ödənilməsi qət edilmişdir. Həmin Qətnamə üzrə cavabdeh olan İddiaçı qətnamə qüvvəyə mindikdən sonra həmin qətnamədən apellyasiya şikayəti belə verməmişdir. Əgər qətnamə qeyri qanuni idisə onda şikayət verərək mənzilin satışından əldə edilən məbləğ əsasında Banka olan borc ödənildikdən sonra yerdə qalan məbləğin həm o, Cavabdeh1, həmdə İddiaçı arasında bölünməsi tələbini irəli sürə bilərdi bunu da etməmişdir. Həmin vaxtı İddiaçı vəkili də vardı o da tələb edə bilərdi o da etməmişdi. Qeyd olunan mənzil satışı xx.xx.2022 tarixdə notariusda həyata keçirilmişdir. Masallı məhkəməsinin qətnaməsi xx.xx.2022 tarixdə qəbul edilmişdir. Bu tarixləri ona görə göstərmişdir ki, iddiaçı satışdan xəbərdar olub, həmin vaxtı şikayət verməyib, eyni zamanda qətnamə hələ tam öz qüvvəsini tapmadığından ondanda şikayət verməyib və sonrada qətnamə hüquqi qüvvəsini alıb və satışdan bütün xərclər qətnamə üzrə ödənildikdən sonra qalan pulun o, Cavabdeh1 verilməsi hüquqi qüvvəsini tapmış olub. Bu gün yenidən qazanc əldə etmək məqsədi ilə onu təhdid edərək özü, vəkili və əlbir olduğu şəxslər vasitəsilə hər hansı bir qazanc əldə etmək istəyir. Bu iş üzrə ilkin (2022-ci ildə) məhkəməyə təqdim edilən iddia ərizəsində belə tələb irəli sürülməmişdir. Sonradan onu təhdid etdiklərindən bir nəticə əldə edə bilmədiklərindən sonra belə bir iddia tələbi də əlavə olaraq irəli sürmüşlər qeyri qanuni olaraq. İddiaçı hətta verdiyi razılıq ərizəsində qeyd edilən mənzilin birgə nikah dövründə ələ edilmiş olmasını və Cavabdeh1 məxsus olan mənzil kimi göstərir və özünü həmin mənzilə payçı olduğunu göstərmir. (ünvan 48 ünvanında yerləşən mənzil) İddiaçı özü də bilir ki, ünvan 50 ünvanında yerləşən mənzil atası X7 tərəfindən ona 2008-ci ildə verilmişdir. İddiaçı qeyd edilən mənzilin satılmasına dair razılıq ərizəsi vardır həmin ərizədə (ərizə xx.xx.2023-cü il tarixdə iş üzrə hazırlıq iclasında hakimə təqdim edilmişdir) göstərilənləri olduğu kimi təqdim edir: ƏRİZƏ (**********060), “İddiaçı birgə nikah dövründə ələ edilmiş Cavabdeh1 məxsus olan ünvan 50 ünvanında yerləşən mənzilin satılmasına etiraz etmirəm. Eyni zamanda bəyan edirəm ki, aramızda satılan əmlakın hüquqi rejimini müəyyən edən nikah müqaviləsi bağlanmamışdır”. Məhkəmə qətnaməsi xx.xx.2022-ci il tarixdə qəbul edildikdən sonra satılmış mənzilin sərbəst satışına "xxxx" Kommersiya Bankı QSC-i o şərtlə razılıq vermişdi ki, məhkəmə qətnaməsində göstərilən məbləğ yox mənzilin satıldığı günə kimi banka borclu olan cavabdeh İddiaçı mənzilin satıldığı günə kimi olan borcu ödənilsin bu borcda həmin tarixə kimi 46176.04 manat pilus banka ödəniş xərci 46.18 manat pilus bankın özündə (xx.xx.2022-ci il tarixdə) əlavə 1600.0 manat ödənilmiş cəmi 47822.22 manat ödəniş Cavabdeh1 tərəfindən xx.xx.2022-ci il tarixinə ödənilmişdir rəsmi sənədlər əsasında. Bundan əlavə digər xərclərdə olmuşdur ki, məhkəmə qətnaməsində göstərilən xərclər, evin alqı satqısının təşkilində iştirak edən (mənzilin satılmasını təşkil edən) makler adı İlham ona verilən 10000 manat, mənzilin girovluğunun ləğvi üçün dövlət rejestrinə ödənilən məbləğ 45 manat 40 qəpik və s. digər xərclərdə lazım olsa əlavə edilə bilər. Bu da onu göstərir ki, iddiaçı hakimi aldatmaqla yanlış qeyri rəsmi sübutu olmayan məlumatın əsasında iddia irəli sürmüşdür ki, yuxarıda qeyd edilənlərə əsaslandırılmış isbat edilmiş faktlar və dəlilər əsasında qeyd edə bilər ki, iddanın bu hissəsidə qeyri qanunidir təmin edilməməlidir. Ona görə ki, birinci alqı satqıya heç bir şərt irəli sürülmədən razılıq verilməsi, ikinci mənzilin ata tərəfindən ona verilməsi, sonrada həmin mənzili ipotekaya saldırmaqla təkrarən pul əldə edərək həmin pulun krediti də onun tərəfdən ödənilməsi və götürülən alınan pulun İddiaçı adında "xxxx" MTK-da alınmış 16 saylı mənzilə yönəldilməsi və sonda nikaha xitam verildikdən sonra həmin mənzilin onda qalması, 2(050)-104/2022. xx.xx.2022-ci il tarixli qətnamədə Masallı rayon məhkəməsi göstərmişdir ki, mənzilin satışından əldə edilən pulun bank üzrə borc ödənildikdən sonra Cavabdeh1 ödənilsin iddiaçı hazırkı iş üzrə İddiaçı mənzil satıldıqdan sonra hər hansı bir vəsaitin pulun ödənilməsi barədə heç bir qeyd yoxdur və eyni zamandada məhkəmənin nəzərinə çatdırır ki, İddiaçı qeyd edilən mənzilin satışına etiraz etmir ərizəsindədə və arasında olan şifahi razılaşma əqdindədə hər hansı payın məbləğin satışdan ona verilməsini qeyd etməmişdir. Bu gün hər-hansı məbləği tələb etməsi qeyri-qanunidir bunun üçün heç bir hüquqi əsas yoxdur ona görə ki, həmin mənzil atası tərəfindən ona verilib 2008-ci ildə, ondan da qabaq həmin mənzil atası Quliyev Məmmədquluya məxsus olub sadəcə yanlış məhkəmə qətnaməsi əsasında və başqasının girovluğunda olan mənzilin bölünməsi barədə məhkəmə qətnaməsi olması yanlış qətnamə kimi nəzərə alınmalı, icrası bölünməsi mümkün olmayan qətnamə kimi qəbul edilmiş və sonluqdada yanlış qət edilmiş qətnamə olaraq icra edilməsi mümkün olmadığından icrası dayandırılmışdır və məhkəməyə geri qaytarılmışdır. Binəqədi rayon icra şöbəsi İddiaçı bu qərardan da məhkəməyə şikayət verməmişdir. Ona görə ki, iddiaçı mənzilin satılmasına razılıq vermiş heç bir iddia tələbi razılıq ərizəsində göstərməmiş, eyni zamanda 2(050)-104/2022, xx.xx.2022-ci il tarixli Masallı rayon məhkəməsi qətnaməsində mənzilin satılmasından əldə edilən pulun bölünməsi yəni banka olan borc ödənildikdən sonra qalan məbləğin Cavabdeh1 verilməsi hissəsindən və qətnamənin digər hissələrindən şikayət verməmiş qətnamə qüvvəyə minmişdir. İddiaçı birgə nikah dövrünə aid olan əmlaka (iddia ərzəsində əsasən ancaq faktiki olaraq birgə nikah dövrünə heç bir aidiyyatı yoxdur rəsmi sənədlər əsasında) yəni Cavabdeh2 MMC-nin nizamnamə kapitalına və ona məxsus Binəqədi rayonu A.Gəraybəyli 37A ünvanında yerləşən bir mərtəbəli tikilisinin bölünməsi və pay tələbinə dair iddiasına münasibət bildirərək bir daha ədalətli və vicdanlı olmasını xahiş edir, təqdim olunan hüquqi sənədləri diqqətlə nəzərdən keçirməyi, həmin sənədlər əsasında qanunvericiliyin tələblərinə uyğun olaraq qərar qəbul etməyi xahiş edir. İddiaçı ilə rəsmi nikahın 08 yanvar 2002-ci ildən olduğundan və birgə nikahda olan əmlak mülkə hüquqi qüvvə həmin tarixdən başlaması təqdim olunan sənədlərdə isə Cavabdeh2 MMCnin və onun tikilisinin birgə nikah dövründən qabaq yaradıldığı tikildiyi və fəaliyyətə başladığı rəsmi sənədlər əsasında görmək olar. Cavabdeh2 MMC xx.xx.2001-ci il tarixdə 1360 saylı şəhadətnamə və nizamnaməsinin notarial təsdiq edilmiş surəti 1 ədəd. Cavabdeh2 MMC-nin nizamnaməsinin notarial təsdiq surət 1 ədəd. “JUGİ” kiçik müəssisəsinin adına 988 saylı sərəncam xx.xx.1992-ci ildə Binəqədi İcra Hakimiyyəti tərəfindən verilmiş sərəncam notarial təsdiq surəti 1 ədəd. Cavabdeh2 MMC-nin adında olan daşınmaz əmlakla bağlı “TEXNİKİ PASPORT” surəti 1 ədəd. Bakı şəhər icra hakimiyyəti “Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən tikilmiş və fəaliyyət göstərən obyektə Dərnəgül qəsəbəsi A.Gəraybəyli 37a poçt ünvanı təyin edilmişdir 18/03-8/1780 saylı xx.xx.2000-ci il tarixində surət 1 ədəd. Tikilmiş obyektin fəaliyətinin dəyişdirilməsi bağlı BRİH məktubu 2001, surət 1 ədəd. 7. Nikah müqaviləsi 2002, surəti 1 ədəd. Cavabdeh2 MMC-nin adına tikdiyi tikilidə “Aptek Məntəqəsi” fəaliyyət göstərməsi üçün qeydiyyat nömrəsi 0722, 07 iyun 2001-ci ildə verilmiş Lisenziya əsli 1 ədəd. İş üzrə iddiaçının vəkilinə ƏMDX DƏDK və Rublik hüquqi şəxsi 1 saylı Bakı ərazi idarəsi Cavabdeh2 MMC-nin adına tikdiyi tikili ilə bağlı rəsmi xx.xx.2022-ci il tarixli məktubun surəti 1 ədəd. Yuxarıda göstərilən bu və ya digər sənədlər bir daha Cavabdeh2 MMC-nin özünün yaradılmasının və onun tikdiyi, fəaliyyət göstərdiyi hal-hazırkı tikili və nizamnamə kapitalının birgə nikah dövrünə heç bir aidiyyatı yoxdur və pay kimi bölünməsi yol verilməzdir, qanunsuzdur və eyni zamanda müvəqqəti təminat tədbiri olaraq həbs qoyulması qeyri qanunidir və həbs qoyula bilməz MMC-nin fəaliyyətini məhdudlaşdırılması qanunlarla yol verilməzdir və qanunsuzdur. MMC icarə fəaliyyəti ilə məşğul olur halhazırda qoyulmuş həbs nəticəsində öz obyektini icarəyə verə bilmir və faliyyəti məhkəmənin qanunsuz (iş e-16(001)-50/2022 saylı iş xx.xx.2022-ci il onu dəyişdirmədən qüvvədə saxlayan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası iş 16(103)-86/2022 saylı iş üzrə xx.xx.2022-ci il tarixli) qərardadı əsasında dayanmışdır qeyri qanuni məhkəmə aktı əsasında. İddiaçının iddiası üzrə tələbi təmin edilməməlidir. Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən formalaşdırılmış hüquqi mövqeyə görə insan hüquq və azadlıqlarının qorunması və müdafiəsi prosessual hüquq normalarna dəqiq riayət etməklə müvafiq maddi hüquq normalarının elə tərzdə tətbiqini şərtləndirir ki, nəticədə konstitusiya əhəmiyyətli dəyərlərə xələl gətirilməsin, ictimai və xüsusi maraqlar arasındakı tarazlığa riayət olunsun, ədalət bərpa edilsin (Konstitusiya Məhkəməsi Plenumunun S.Mahmudovanın şikayəti üzrə noyabr 2013-cü il tarixli Qərarı). Habelə ümumi yurisdiksiyalı məhkəmələr tərəfindən iş üzrə müəyyən edilmiş faktiki hallara diqqət yetirilməsi həmin halların prosessual qanunvericiliyə uyğun müəyyən edilibedilməməsindən irəli gəlir. Həmçinin, faktiki halların prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması məhkəmə aktları ilə məhkəmə müdafiəsi (ədalətli məhkəmə araşdırılması) hüququnun pozulmasına dəlalət etməklə Konstitusiya Məhkəməsində baxılan mübahisənin hüquqi hallarına təsir göstərə bilər.(Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə" 11 iyun 2004-cü il tarixli, 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun İİİ hissəsinin 9-cu bəndinin və İV hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İX hissəsinə uyğunluğunun yoxlanılmasına dair" 25 yanvar 2005-ci il tarixli Qərarı). Bu mənada qeyd olunmalıdır ki, məhkəmə baxışı zamanı mübahisə elə həll olunmalıdır ki, həmin işlə əlaqəli olan digər iştirakçıların subyektiv hüquqlarına və qanuni maraqlarına qanuna zidd təsir göstərilməsin. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Önəryıldız Türkiyəyə qarşı iş üzrə 30 noyabr 2004-cü il tarixli qərarında göstərmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin 1ci hissəsində “mülkiyyət” anlayışı mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində titulun ərizəçiyə təqdim edilib-edilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “əmlak hüquqları” və beləliklə, “mülkiyyət” kimi qiymətləndirilə bilər.“Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və “qanuni gözləntiyə” malik olduğuna dair tələblərini də əhatə edə bilər (§ 124).İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin X8rşı iş üzrə 17 noyabr 2005-ci il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyinə görə 1 saylı Protokolun 1-ci maddəsi, ilk növbədə və xüsusən tələb edir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət orqanının müdaxiləsi qanuni əsasa malik olsun.Demokratik cəmiyyətin fundamental prinsiplərindən biri olan qanunun aliliyi Konvensiyanın bütün maddələrinin tərkib hissəsidir (§ 71).V.Q.Teryoxinin şikayəti ilə əlaqədar Konstitusiya Məhkəməsi Plenumunun 15 yanvar 2010- cu il tarixli qərarında Konstitusiya Məhkəməsinin Plenumu baxılan məsələ ilə əlaqədar qeyd edir ki, Konstitusiyada, beynəlxalq müqavilələrdə və ölkə qanunvericiliyində təsbit olunmuş mülkiyyət hüququnun müdafiə vasitələrindən biri Konstitusiyanın 60-cı maddəsində nəzərdə tutulmuşdur. Həmin maddənin İ hissəsinə görə, hər kəsin hüquq və azadlıqlarınm məhkəmədə müdafiəsinə təminat verilir.Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndində də müəyyən olunmuşdur ki, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin İ hisssəsinə müvafiq olaraq Azərbaycan Respublikasında məhkəmə hakimiyyətini ədalət mühakiməsi yolu ilə məhkəmələr həyata keçirirlər. Ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsində təsbit olunmuşdur. Konstitusiyanın 129-cu maddəsinin İİİ hissəsinə görə məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Yuxarıda qeyd olunanlara, Azərbaycan Respublikası Konistitusiyasına, Azərbaycan Respublikası Müllki Prosessual Məcəlləsinə, Azərbaycan Respublikası Müllki Məcəlləsinə, Ailə Məcəlləsinə, Mənzil Məcəlləsinə, Daşınmaz əmlakın dövlət reyestri haqqında qanuna, Mənzil fondunun özəlləşdirilməsi haqqında qanuna və digər qanunvericiliyin norma və tələblərini uyğun olaraq məhkəmədən xahiş edir ki, İddiaçı və onun vəkilinin iddia ərzələri əsasında Binəqədi Rayon Məhkəməsində e-2(001)-5743/2022 saylı iş üzrə və hazırda Masallı rayon Məhkəməsində davam etdirilən e-2(050)-2458/2023 saylı mülki iş üzrə İddiaçı və onun vəkilinin iddia ərzələri üzrə iddia tələblərinin təmin edilməməsi ilə bağlı qətnamə qəbul edilməsini, İddiaçı və onun vəkilinin iddia ərzələri əsasında Binəqədi Rayon Məhkəməsində e-2(001)-5743/2022 saylı iş üzrə və hazırda Masallı rayon Məhkəməsində davam etdirilən e-2(050)-2458/2023 saylı mülki iş üzrə İddiaçı və onun vəkilinin iddia ərzələri əsasında qəbul edilmiş MTT Qərardadların qüvvədən düşməsini, Binəqədi Rayon Məhkəməsində e-2(001)-5743/2022 saylı iş üzrə xx.xx.2022-ci il tarixli və hal-hazırda Masallı rayon məhkəməsində davam etdirilən e-2(050)-2458/2023 saylı mülki iş üzrə xx.xx.2023-cü il tarixli (təkrar) vəsatətinə hüquqi münasibətini bildirməsini və onun təmin edilməsini, internetdən və elektron sistemdən istifadə etmədiyini, Masallı rayonu Təzə Alvadı kəndində qeydiyyatda olduğunu, rayon ərazisində yaşadığını, vəkilinin olmadığını, elektron formada ərizə və şikayət vermək imkanı olmadığını üzürlü hal hesab edərək etirazını yazılı (kağız) şəkildə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh4 iddia tələbinə qarşı yazılı etirazı: Cavabdeh4 etirazına görə icraatda İddiaçı cavabdeh kimi ona, Cavabdeh1, Cavabdeh2 MMC-nə, Cavabdeh3nə, 3-cü şəxs kimi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 1 saylı Bakı Ərazi İdarəsinə və 1 saylı Bakı “ASAN xidmət” Mərkəzində Notariat Ofisinə qarşı “birgə nikah dövründə əldə edilmiş əmlaka pay hüququnun tanınması, pul tələbi, maliyyə arayışı və protokoldan çıxarışın etibarsız hesab edilməsi, mülkiyyət hüququna dair çıxarışların ləğvi, bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi barədə” iddia ərizəsinə dair mülki iş vardır. İddia tələbləri ona məxsus mənzillə bağlı hissələrdə təmin edilməməlidir. Belə ki, hazırda mülkiyyətində olan mənzil qanunvericiliyin tələblərinə uyğun olaraq Cavabdeh1 tərəfindən ona bağışlanılmışdır və şəxsi özəl mülkiyyətidir. Bağışlanmaya səbəb uzun müddət Ukraynada yaşamaqla və orada olan ailəsi ilə (ata, ana, qardaş və bacısı) birlikdə fəaliyyət göstərdikləri ailə ticarətindən əldə etdikləri pulu Cavabdeh1 verərək adına gələcəkdə bağışlamaq şərti ilə mənzil almış və Vasif də ədalətli olaraq, verdiyi sözə əməl edərək adına alınmış (Cavabdeh3 MTK-nın Protokoldan Çıxarış № 50 saylı xx.xx.2022-ci il tarixli sənəddə mənzilin ünvanı ünvan 33a inşa edilən binanın blok A, mərtəbə 5, 3 otaqlı, 17 saylı mənzil) mənzili xx.xx.2022-ci ildə adına alınmış çıxarış (ƏMDX-nin DƏDK və Reyestri Publik Hüquqi Şəxsi sənədi əsasında həmin tarixdə yəni xx.xx.2022-ci il tarixində ailəsinin şifahi razılığı ilə ona bağışlamışdır. Mənzili bağışlayan zaman Cavabdeh1 rəsmi olaraq subay olmuş, mənzilin yeni tikilidə olması və mənzil üzrə Cavabdeh3 MTK-da təkcə qeyd olunan mənzilə görə Cavabdeh1 tək payçı olması və eyni zamanda dövlət reyestrində 2022-ci il tarixində mənzilin şəxsi mülkiyyətçisi kimi qeydiyyata (ƏMDX-nin DƏDK və Reyestri Publik Hüquqi Şəxsi) aldırılan zaman qanunvericiliyin heç bir tələbi pozulmadan Cavabdeh1 şəxsi özəl mənzil (rəsmi sənədlər əsasında Cavabdeh1, lakin ona həmin mənzilə görə pul ödəyənlər baxımından sonrakı şəxs kimi o, mənzilin hazırkı mülkiyyətçisi) sahibi olaraq həmin mənzili ona görə ilkin alınmasından pul ödəyən şəxslər kimi ailə üzvlərindən birinin adına özlərinin şifahi razılığı əsasında keçirmişdir. Hal-hazırdada həmin qeyd olunan mənzilin xüsusi özəl mülkiyyətçisi rəsmi olaraq odur. Ukraynada müharibə başladıqdan sonra ailə üzvləri və o, 2022-ci ildə Azərbaycan Respublikasına qayıtmışlar (rəsmi xarici pasportu vasitəsi ilə təsdiq edilir və məhkəməyə təqdim olunur) və qayıtdıqdan sonra 2022-ci ildə əvvəl Cavabdeh1 adında ola-ola, sonra da öz adına keçdikdən sonra öz mənzilini təmir etməyə başlamışdır və mənzilin təkcə təmirinə alınmasına çəkilən xərcdən başqa təmirinə 100000 manat xərcləmişdir. Cavabdeh3 MTK tərəfindən kərpic divarlarla ayrılmış təmirsis, qapısız təhvil verdiyi 3 otaqlı mənzilin təmirə başlanmasını, yəni 2022-ci il tarixində olmasını həm "xxxx" MTK təsdiq edə bilər, qonşular təsdiq edə bilər və eyni zamanda təmir zamanı istifadə olunan mal və material sənədləri, o cümlədən təmirdə iştirak edən ustalar, mənzilin istifadəsində olan təmirə başlanma vaxtını göstərən su, elektrik, qaz saygacları qəbzləri və onlara görə ödənişlər rəsmi sənədlərlə təsdiq edilə bilər. Hal-hazırdada mənzilin təmirini özü davam etdirir və hələdə qurtarmamışdır. İddia üzrə pay bölgüsü tələbində göstərilən mənzil ünvan 33a "xxxx" MTK tərəfindən tikilərək istifadəyə verilmiş yeni tikili binanın blok A, 4-cü mərtəbəsində yerləşən 3 otaqdan ibarət olan, 17 saylı mənzil göstərilir və iddia 4-cü mərtəbədə yerləşən mənzil üzrə qaldırılsa da faktiki olaraq ona məxsus mənzil sübut və fakt olaraq dövlət reyestrindən verilən çıxarışa və Cavabdeh3 MTK tərəfindən verilmiş protokoldan çıxarışa əsasən mülkiyətində olan mənzil Əlicabbar Orucəliyev küçəsi, 71, M5, M2 göstərilmiş köhnə yəni MTK-dan verilən protokoldan çıxarışda mənzilin 5-ci mərtəbədə olması göstərilmişdir. İddia ərizəsində isə 4-cü mətəbədə yerləşən mənzil qeyd edilir. O, evli olmaqla, 1 uşaq atasıdır. X13, anası X16, qardaşı X17 və bacısı X33 ilə 2000-ci ildən Ukrayna dövlətinin Odessa şəhərində yaşamış (orada olmaqlarının sübutu kimi rəsmi xarici pasportların surətini məhkəməyə təqdim edilib), orada təhsil almaqları, şəhər ərazisində yerləşən bazarda şəxsi ailəvi ticarət biznesinin olması və orada qazandıqları pul vəsaiti əsasında Azərbaycan Respublikasında Bakı şəhərində MTK-lar tərəfindən tikilən yeni binalarda Cavabdeh1 adına Cavabdeh3 MTK-da 3 otaqlı mənzil almış və payçı kimi adından Cavabdeh1 çıxış etsə də mənzil payına görə ödənilən pul vəsaiti ailənin ticarətdən, biznesdən əldə etdiyi qazanc hesabına ödənilmişdir. Bunu Cavabdeh1, ailəsi və digər şəxslər də təsdiq edir. Cavabdeh3 MTK tərəfindən Cavabdeh1 təhvil verilən mənzil nə qapısı olub nə təmiri olub, sadəcə kərpic hörgüsü ilə ayrılmış 3 otaqdan ibarət halına salınmış şəkildə təhvil almış və aldıqdan sonrada mənzildə təmir işlərinə ailəsi və o başlamışdır. 2022-ci ildə bunu təmir zamanı istifadə edilən su, işıq, qaz sənədlərindən görmək olar ona görə ki, təmir zamanı mənzilin adında su, işıq, qaz sayğacları vardır və təmirə nə vaxtdan başlandığını nə qədər su, işıq, qaz sərf edildiyni açıq aşkar şəkildə görünür. Bunu eyni zamanda lazım olsa həmin binada olan qonşular, ustalar və "xxxx" MTK-da təsdiq edə bilər. Mənzilin payçı kimi öz adına niyə vaxtında keçirməməyinin səbəbi qeyri-rəsmi olaraq MTK tərəfindən ada dəyişməyə Cavabdeh1 4000 manat pul istənildiyindən edilməmiş və ucuz başa gəlsin deyə Cavabdeh1 adına 2022-ci ildə reyestirdən çıxarış götürülərək sonrada həmin çıxarış əsasında dərhal qanuni olaraq adına bağışlanma əməliyatı keçirilmiş rəsmi qaydada mənzilin əmlakın qanuni sahibliyini əldə etmiş və hal-hazırda mənzilin əmlakının sahibidir, işıq, qaz, su rəsmi olaraq adınadır və bütün ödənişlərdə tərəfindən həyata keçirilir. Mənzillə bağlı bütün xərclər onun alınmasından tutmuş adına keçməsi və digər əməliyatlara çəkilən xərclər o, cümlədən mənzilin təmir xərcləri də daxil olmaqla o, və ailəsi (atası, anası və s şəxslər) tərəfindən qazanılmış əldə edilmiş pullar hesabına ödənişlər həyata keçirilmişdir və hal hazırdada davam edir və digər qurumlara da ödənişlər tərəfindən köçürülür. İddiaçı mülkiyyətində olan şəxsi mənzilinə qarşı iddia qaldırmasının heç bir hüquqi əsası yoxdur. Hər bir şəxs digər şəxsin adına razılığı ilə istənilən daşınar və daşınmaz əmlakı ala bilər. Sübutlar əsasında Cavabdeh1 də həmin mənzilə görə onun və ailə üzvlərinin ona ödədiyi pulları təsdiq edir və həmin mənzilə görə ödənişlər, xərclər onun və ailəsi tərəfindən qazanılmış pullar hesabına ödənilib və eyni zamandada Cavabdeh1 həmin mənzilə görə həmin pulları aldığını və həmin mənzilə yönəltdiyini təsdiq edir və sonluqda həmin alınmış mənzilin ona bağışlanmaqla şəxsi mülkiyətinə keçirmişdir. İddiaçı bu iş üzrə qeyd olunan mülkiyyətində olan məzilə görə Cavabdeh3 MTK-dan öz qazancı hesabına mənzil əldə etmişsə bu pul vəsaitini haradan və necə əldə etməsinə dair sənədləri sübutları məhkəməyə təqdim etsin və göstərsin ki, bu pulu o və ya Cavabdeh1 qazanmış və MTK-ya da bu mənzil paya görə ödəniş o və ya Cavabdeh1 onun şəxsi qazancı hesabına ödənilib və alınıb. Birgə nigah dövründə İddiaçı işlədiyinə və gəlir əldə etməsinə dair sübut olaraq təqdim edilmiş Sosial “Arayış”dan aydın olur ki, 2014-2022-ci illərdə də Cavabdeh2 MMC nin müdiri olsada MMC-nin fəaliyyəti olmadığından əmək haqqı almamış və yalnız vəzifəsi müvafiq dövlət orqanlarına fəaliyyətin olmaması ilə bağlı hesabat vermək olmuşdur. İddiaçıın MMC-nin fəaliyyət göstərdiyi illər ərzində əldə etdiyi gəliri rəsmi sənədlər əsasında 2006-2014-ci illər ərzində və ondan əvvəlki illərdə də işləməsi və əmək haqqı minimum əmək haqından da aşağı olub. 2000-2005-ci illər ərzində minimum əmək haqqından yuxarı olmayıb və həmin əmək haqqının 25%-ni də Sosial Müdafiə fonduna ödəyib Sosial sığorta üzrə (DSMF) odənildikdən sonra 2006-2014 illər üzrə ümumilikdə gəliri 7085.0-1771.25= 5313.75 manat bu 8 il ərzində (96 ay) aylığ gəliri 1 ayda 5313/96=55.35 (azn) manat bu da iddiaçının bir ay yeyib içməyi üçün tələb olunan ərzağın cüzi bir hissəsidir və yaxud da ayda özünə lazım olan hər hansı bir əşyanın, paltarın və s. alınmasını belə ödəmir nəinki ona məxsus evə, hətta uşaqlarına və mənzildə (evdə) olan hər hansı bir əşyanın alınması üçün ödənilən pulu ödəməyə çatsın. İddiaçı işsizlik statusu xx.xx.2020-xx.xx.2020 xx.xx.2021-ci il tarixinə kimi. Sənədin verilmə tarixi xx.xx.2021. Cavabdeh1 işsizlik statusu xx.xx.2020-xx.xx.2020-xx.xx.2021-ci il tarixinə kimi. Sənədin verilmə tarixi xx.xx.2021. Birgə nikah dövründə Cavabdeh1 işləməsi və gəlir əldə etməsinə dair sübut olaraq “Arayış” təqdim edilmişdir. Bu onun əldə etdiyi şəxsi gəlirin 2006-2014-ci illər ərzində 40957.32 manat təşkil etməsini göstərir. Birgə nikah dövründə İddiaçı işləyərək gəlir əldə etməsi cəmi gəliri 5313.75 manat ümumilikdə 8 il ərzində (96 ay) aylığ gəliri bunun da üzərinə birgə nigah dövründə Cavabdeh1 işləməsi və gəlir əldə etməsini üstünə gəldikdə cəmi gəlir 40957.32 manat ümumilikdə 8 il ərzində (96 ay) aylıq gəliri. Hər iki şəxsin ümumilikdə 8 il ərzində (96 ay) aylıq gəliri 5313.75+40957.32=46271.07 manat edir ki, ümumilikdə aylar üzrə bölündükdə 46271.07/96 (ay)=481.99 manat yəni dörd yüz səksən bir manat doxsan doqquz qəpik (yuvarlaq şəkildə 482.0 manat) olduğu nəzərdən keçirilsə buradan hər ay üzrə xərclər komunal, bank faizləri, beş ailə üzvünün xərcləri (maddi və qeyri maddi xərclər və s) və s çıxılmaqla yerdə qalan məbləq hesabına İddiaçı və Cavabdeh1 yeni tikilidə "xxxx" MTK-da iki (2) mənzil almağı qeyri mümkündür nəinki birini. Cavabdeh1 ailəsi üçün Cavabdeh3 MTK-dan onun tikdiyi binadan iş üzrə qeyd edilən 17 saylı mənzil yox (bu onun mənzilidir) 16 saylı mənzil alınıb və həmin mənzilə görə MTK-ya tam mənzilin pulu ödənilməsi üçün "xxxx"-dan 2013-cü ildə kredit götürülüb İddiaçı adına mənzil adına olduğu üçün həmin kredit də Cavabdeh1 tərəfindən ödənilib və bütün ödənişlərə dair Cavabdeh1 tərəfindən ödənilən ödəniş qəbzləri hal-hazırdada mövcuddur. İddiaçı tərəfindən isə şəxsi qazancı hesabına heç bir ödəniş həyata keçirilməyib nəinki, hər hansı MTK-da mənzil alınması üçün ödəniş. Qeyd olunanlar onu göstərir ki, birgə nikah dövründə alınmış mənzil olsa belə yəni İddiaçı, istərsə də Cavabdeh1 şəxsi pul vəsaitləri qazancları hesabına alınması rəsmi sənədlər və sübutlar əsasında mümkün deyildir və isbatlanmış faktdır. Onun və ailə üzvlərinin birgə əldə etdikləri ticarət biznesindən qazanılmış pullar hesabına hal-hazırda mülkiyyətində olan alınmış mənzilə görə ödənilən pullar onun və ailə üzvlərinin qazandığı pullar hesabına ödənildiyindən və sonluqdada qanuni olaraq Cavabdeh1 ədalətli qərar verərək onun və ailə üzvülərinə məxsus mülkiyətində olan "xxxx" MTK-nın tikdiyi tikilidəki Nərimanov rayonu Əlicabbar Orucəliyev küçəsi, 71, M5, M2 göstərilmiş mənzili qanuni olaraq ona bağışlamışdır. Halhazırda xüsusi mülkiyyətçisi olduğu mənzilin alınmasından adına keçməsinə görə bütün xərclər tərəfindən ödənildiyindən və şəxsi mülkiyyətində olan ƏMDX-nin DƏDK və Reyestri Publik Hüquqi Şəxsi mənzillə bağlı çıxarış sənədinə əsasən mənzilin ünvanı ünvan 46Yeni qaydalarla: AZ1033, Bakı şəhəri, Nərimanov Rayonu, Əlicabbar Orucəliyev küçəsi, 71, M5, m2 (burada 71 binanın nömrəsi, M5 mənzilin 5-ci mərtəbədə olması, m2 isə mənzilin öz nömrəsini əks etdirir.) göstərilmişdir. Eyni zamanda mənzilin yeni tikilidə payçısı Cavabdeh1 olduğu və adına verilmiş "xxxx" MTK-nın Protokoldan Çıxarış №50 saylı xx.xx.2022-ci il tarixli sənəddə mənzilin ünvanı ünvan 33a inşa edilən binanın blok A, mərtəbə 5, 3 otaqlı, 17 saylı mənzil göstərilmişdir ki, buda onun və ailəsinin şəxsi pul qazancı hesabına alındığından ona məxsusdur. Bunu İddiaçı və Cavabdeh1 rəsmi şəkildə əldə etdikləri (işləyərək yuxarıda göstərilən sənədlər) gəlirlər əsasında təsdiq olunur və eyni zamanda Cavabdeh1 özü də təsdiq edir ki, bu mənzilə görə ona pulları o və ailəsi vermiş, mənzil də onlara məxsusdur və Cavabdeh1 birgə nikahda olduğu keçmiş arvadı İddiaçı bu mənzilə sahib olması, pay alması qeyri mümkündür və məhkəmədən bunu nəzərə almağı xahiş edir. Məlumdur ki, (qanunvericilik norma və aktlarına, məcəllələrə əsasən) yeni tikilidə olan mənzillər Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata (uçota) alındıqdan sonra bölünə bilər. Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata (uçota) alınmayan mənzil (əmlak, əşya) ər-arvadın ümumi birgə mülkiyyəti sayıla və onlar arasında bölünə bilməz. Bu da onu göstərir ki, qanunvericilik daşınmaz əşyaya mülkiyyət hüququnun əmələ gəlməsini dövlət reyestrində qeydiyyatdan asılı etmişdir. Beləliklə göstərilən mənzil əmlak üzərində birgə nikah dövründə heç kəsin mülkiyyət hüququ əmələ gəlməmişdir. Əgər əşya üzərində mülkiyyət hüququ ümumiyyətlə əmələ gəlməyibsə, həmin əşyanın ər-arvadın ümumi mülkiyyəti sayılması mümkün deyildir. Ər-arvadın ümumi birgə mülkiyyətinin əldə edilməsinin əsas şərti kimi nikah münasibətləri çıxış etdiyi halda, onların hər birinin şəxsi mülkiyyətinin yaranması əsaslarından biri isə müvafiq payın qanun və vərəsəlik üzrə keçməsidir. Bununla əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, məhkəmələr tərəfindən mübahisəli mənzilin birgə mülkiyyət hesab edilibedilməməsi hissəsində işə baxılarkən göstərilən maddi hüquq normalarının müddəaları nəzərə alınmalıdır. Hal-hazırda ona məxsus və özünün şəxsi mülkiyyətində olan mənzilə münasibətdə qeyd olunanları nəzərə almağı xahiş edir. Mülkiyyətində olan mənzil Daşınmaz Əmlakın Dövlət Reyestrində (hal-hazırkı adı ƏMDX-nin DƏDK və Reyestri Publik Hüquqi Şəxsi qeydiyyata alınmamışdan öncə Cavabdeh3 MTK-da mənzilin təkcə payçısı Cavabdeh1 olmasını və İddiaçı həmin mənzil üzrə heç bir mənzil payına sahib olmamasını və eyni zamanda qanunvericilikdə MTK-lar MTK ilə (mənzillərlə və.s.) bağlı məsələləri həl edərkən özlərinin keçirtdikləri iclasın nəticəsi olaraq protokoldan çıxarış tərtib edirlər və sənədləri həmin çıxarış əsasında rəsimləşdirirlər. Mülkiyyətində olan mənzillə bağlı Cavabdeh3 MTK-da mənzilin payçısı Cavabdeh1 göstərilməklə payçısı olduğu mənzilin Daşınmaz Əmlakın Dövlət Reyestrində (ƏMDX-nin DƏDK və RPHŞ) qeydiyata (uçota) aldırmasına heç bir problem olmadığı aydın görünür və həmin mənzillə bağlı Cavabdeh3 MTK-nın protokoldan çıxarışı №50, xx.xx.2022-ci il tarixdə tərtib olunaraq qeydiyyatdan keçirilmişdir. Həmin protokol və digər sənədlər əsasında Cavabdeh1 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində mükiyyətində olan mənzili öz adına qeydiyyat xx.xx.2022-ci il tarixində çıxarış sənədi alararaq və sonrada mülkiyyətində olan mənzilin ilkin alınmasından sonuna kimi bütün xərcləri və ödənişlər onun və ailəsinin şəxsi pul qazancı hesabına və ailənin qazandığı pullar hesabına ödənildiyindən Cavabdeh1 ədalətli olaraq ədalətli qərar verərək hazırda mülkiyyətində olan mənə həmin mənzilini 7 saylı ASAN xidmətdə fəaliyyət göstərən Notariat kontorunda xx.xx.2022-ci il tarixdə rəsmi bağışlanma müqaviləsi imzalayaraq bağışlamışdır. Həmin müqavilə əsasında hal-hazırda mülkiyyətində olan mənzilin sahibidir. Bağışlanma müqviləsi imzalanan zaman Cavabdeh1 subay olduğundan bağışlanmasına görə kiminsə icazəsi tələb olunmurdu. 1 saylı “Bakı ASAN” xidmət mərkəzinin notariat kontorunda İddiaçı (etibar edən) tərəfindən Cavabdeh1 (etibar edilən) verilmiş 05 noyabr 2018-ci il tarixli etibarnamədən görünür ki, İddiaçı Cavabdeh1 harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq imza etmək hüququ ilə onun əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən almaq, satmaq, bağışlamaq, hədiyyə qəbul etmək, dəyişmək, əmlakı ipoteka (girov) qoymaq, ipoteka (girov) qəbul etmək, icarə müqaviləsi bağlamaq haqqında əqdləri bağlamağı, bu əqdlər üzrə haq-hesab aparmağı, imzalamağı, vərəsəlik işi ilə bağlı bütün işləri görməyi, miras qəbul etməyi və yaxud ondan imtina etməyi bütün şəxslərdən, müəssisələrdən, idarələrdən, təşkilatlardan o cümlədən bank orqanlarından, poçtdan və teleqrafdan bütün əsaslar üzrə ona çatası əmlakı, pulu, əmanəti, qiymətli kağızları eləcə də sənədləri almağı bank orqanlarında hesabların açılması və bağlanması, hesablar üzərində sərəncam verməyi, bütün növ bank əməliyyatlarını aparmağı, mədaxil və məxaric etməyi, poçt, teleqraf, qiymətli və digər hər cür məktubları və baratları almağı, bütün dövlət və qeyri dövlət idarələrində, vergi orqanlarında, notariat kontorunda, bank-maliyyə kredit təşkilatlarında, kooperativ və ictimai təşkilatlarda, Azərbaycan Respublikası Ədliyyə Nazirliyində, Qeydiyyat idarəsində, İcra hakimiyyətində, Əmək və Əhalinin Sosial Müdafiəsi Fondunda, AR ƏMDK yanında DƏDRX-nin ərazi idarəsində, MKİS-də onun adından ərizə yazmağı, imzalamağı, işləri aparmağı lazım olan sənədləri təqdim etməyi və almağı, adından əmlakın satılması barədə razılıq ərizələri verməyi, onları ləğv etməyi, bağlanmış müqavilələri ləğv etməyi, qeydiyyata almağı, sazişlər bağlamağı bu tapşırığı yerinə yetirilməsi ilə əlaqədar digər hərəkətləri etməyi etmişdir. Yuxarıda qeyd edilən etibarnaməni göstərməkdə məqsəd onun və ailəsinin şəxsi qazancı, pulu hesabına əldə edilmiş və hal-hazırda mülkiyyətimdə olan mənzil əmlakın qanuni olaraq Cavabdeh1 tərəfindən bağışlanılaraq keçməyi üçün heç bir qanunsuzluğa yol verilməmişdir. İlkin məhkəmədə 2(001)-5746/2020 saylı xx.xx.2020-ci il tarixində açılmış iş nömrəsi 2(001)- 746/2021 saylı mülki məhkəmə işi birgə nikah dövründə əmlaklar göstərilən zaman bağışlanılan mənzillə bağlı tələb irəli sürülməmişdir. Ona görə ki, hazırkı iş üzrə iddiaçı özüdə bilirdi ki, onun və ailəsinin şəxsi pul qazancı hesabına Cavabdeh3 MTK-da mənzil alınmış Cavabdeh1 adına. İddiaçı ilə Cavabdeh1 arasında nikahın pozulması əmlakın bölünməsi işi xx.xx.2021-ci ildə yekunlaşmasına baxmayaraq İddiaçı keçmiş əri olaraq Cavabdeh1 və onun yaxın qohumlarından intiqam almaq üçün yenidən iddia verməsi və özünə yeni qazanc əldə etmək məqsədi güdməsindən başqa bir şey deyildir. Sual olunur iddiaçı nəyə görə ona məlum olduğu halda Cavabdeh1 məxsus mülk əmlakla bağlı birinci iddia ərizəsində onun mənzilini göstərməmişdir? Ona görə ki, birinci iddiaçı bilirdiki həmin mənzil onun və ailəsinin pulu ilə alınıb və onlara məxsusdur. İkinci mənzilə görə ilkin alınmasından sonuna kimi özü və ailənin qazandığı pullar hesabına ödənilən və alınmış mənzilə qarşı iddia qaldırdıqda və həmin iddianı sübut edə bilməyəcəyi üçün verməmişdir. Bu gün isə İddiaçı keçmiş əri olaraq Cavabdeh1 və yaxın qohumlarından intiqam almaq üçün birinci mülki iş yekunlaşdıqdan sonra yenidən iddia verməklə və təhdid vasitəsi ilə özünə yeni qazanc əldə etmək məqsədi güdməyindən başqa bir şey deyildir. İkincisi də bu yolla mənzilin hazırkı mülkiyyətçisi kimi onu və Cavabdeh1 təhdid (şantaj) etməklə qeyri qanuni vasitələrdən istifadə etməklə pul qoparmaq əldə etmək istəyində oduğundan irəli gəlməsi kimi başa düşülməlidir. İddiaçı iddia etdiyi mənzili Cavabdeh3 MTK-da neçənci mərtəbədə olduğunu bildiyi halda başqa ünvan göstərməklə hansı hüquqi əsasla adını məhkəmədə halandırmaqla mülkiyyətində olan mənzilinə həbs qoydurur və ya qoydurmağa çalışır. Bir daha nəzərə çatdırmaq istəyir ki, ilkin mülkiyyət sənədində Cavabdeh1 məxsus olduğu göstərilmiş mənzil rəsmi dövlət və MTK-nın protokoldan çıxarışında 5-ci mərtəbədə yerləşməsi göstərildiyi halda da iddiaçı isə 4-cü mərtəbədə yerləşən 17 saylı mənzilə həbs qoydurur. Bunun nə onunla, nə də Cavabdeh1 ilə heç bir əlaqəsi yoxdur. İş materiallarında isə mübahisəli mənzilin iddiаçı ilə Cavabdeh1 ər-arvad kimi birgə nikahda olduğu dövrdə MTK-dan əldə olunması təsdiq olunsa da, həmin əmlakın iddiаçı ilə Cavabdeh1 ümumi gəlirləri hesabına əvəzli əqdlər əsasında əldə edilməsi təsdiq olunmadığından, həmin əmlak onlar arasında nikah dövründə əldə edilmiş əmlak kimi bölünə bilməz. İddia tələbində mülkiyyətində olan mənzillə bağlı maliyyə arayışının, protokoldan çıxarışın etibarsızlığı, Cavabdeh1 adına olan mülkiyyət hüququna dair Çıxarışışın ləğvi, onun adına olan bağışlanma müqaviləsinin və mülkiyyət hüququna dair çıxarışın ləğvi qoyulsa da, bu tələblər əsaslandırılmamış, qeyd olunan sənədlərin tərtibi zamanı hansı normativ aktların tələblərinin pozulması, o cümlədən etibarsızlıq üçün əsasın nə olması göstərilməmişdir. Qanunvericiliyin tələbinə əsasən ona məxsus mübahisəli mənzillə bağlı Cavabdeh1 adı payçı kimi qeyd edildiyindən, mənzilin dəyəri ödənildikdən sonra onun adına maliyyə arayışı və ümumi yığıncağın protokolundan çıxarışın verilməsində hər hansı pozuntu olmamışdır. Bu sənədlər də hüququn qeydiyyatı üçün əsas olmuşdur. İşdən görünür ki, mənzilə dair hüquqular qeydə alınarkən və ona bağışlanarkən Cavabdeh1 subay olmuşdur. Bu səbəbdən iddiaçının razılığının alınmasına zərurət olmamışdır. Bundan başqa Cavabdeh1 etirazından və ona əlavə edilmiş etibarnamədən aydın olur ki, 1 saylı “Bakı ASAN” xidmət mərkəzinin notariat kontorunda İddiaçı (etibar edən) tərəfindən Cavabdeh1 (etibar edilən) verilmiş 05 noyabr 2018-ci il tarixli etibarnamə vardır. Həmin etibarnamə (ƏN-İ №764054) 50 il müddətinə verilmiş və 05 noyabr 2068-ci il tarixinədək qüvvədədir. Həmin etibarnamənin növcudluğu isə onun və ailəsinin şəxsi qazancı, pulu hesabına əldə edilmiş və hal-hazırda mülkiyyətində olan mənzil əmlakın qanuni olaraq iddiaçının keçmiş əri olaraq Cavabdeh1 tərəfindən bağışlanılaraq keçməyi üçün heç bir qanunsuzluğa yol verilməməsini göstərir. Qanunvericiliyin tələbinə əsasən iddiaçının mübahisəli mənzillə bağlı hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından onun həmin mənzillə bağlı subyektiv hüququ yaranmamışdır. Qeyd olunan iddia tələbi ilə bağlı olaraq həmçinin nəzərə alınmalıdır ki, iş üzrə sübut etmə yükü iddiaçının üzərinə düşür və məhz o, tələb etdiyi əşyanın mülkiyyətində olduğunu, iddia irəli sürülən anda isə cavabdehin qanunsuz sahibliyində olduğunu sübut etməlidir. İddiaçı ilə Cavabdeh1 xx.xx.2002-cü il tarixdə rəsmi nikaha giriblər, xx.xx.2021-ci il tarixdə isə məhkəmə qətnaməsi ilə nikahları pozulub. Adıçəkilən şəxslərin birgə nigah dövründə onun və ailəsinin Ukrayna dövlətində şəxsi ailə ticarətindən qazandıqları pullar hesabına dövlət reyestrində qeydiyyatı olmayan və sonra birgə nikaha xitam verildikdən sonra dövlət reyestrində qeydiyyata alınan daşınmaz əmlakın mənzilin alınması ilə bağlı heç bir pul iddiaçı tərəfindən ödənilməyibdir. Mübahisəli əmlak tərəflərin birgə nikahları dövründə əldə edilsə də, birgə vəsait hesabına əldə edilməmişdir. Mübahisəli əmlak mənzil xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh1 xx.xx.2021-ci il tarixdə məhkəmə qətnaməsi ilə nikah pozulduqdan sonra xx.xx.2022-ci il tarixdə adına rəsmiləşdirilmişdir və həmin tarixdədə həmin mənzilə ilkin alınmasından və hal-hazıra kimi bütün (alınma və təmir və s) xərcləri ödəyən şəxs olaraq onun və ailənin şifahi razılığı ilə ailə üzvü kimi adına bağışlanma yolu ilə rəsmləşdirilmiş və şəxsi mülkiyyətinə keçmişdir. Hazırkı iddia tələbi mülkiyyət hüququnun pozulmasına yönəlmişdir. Qanunvericiliyin tələbinə görə isə bu yolverilməzdir. Hüquqi dövlət və demokratik cəmiyyətdə mülkiyyət hüququ toxunulmaz və ayrılmazdır. Hazırkı iş üzrə birgə nikah dövründə özgənin pulu hesabına alınmasına baxmayaraq və eyni zamanda iddiaçı bunu özü və həmdə vəkilləri bildikləri halda belə məhkəməyə iddia ərizəsi ilə müraciət etməsi halında iddiaçı tərəfindən qeyd edilən daşınmaz əmlaka dair hər hansı ödənişi şəxsi qazancı hesabına ödənilmədiyini bildiyi halda belə yuxarıda qeyd edilən sübutlar və faktlar əsasında əsaslandırılaraq isbat olunduğu halda daşınmaz əmlaka mənzilə dair "xxxx" MTK-da pay bölgüsü əldə etməsi qeyri-qanunidir. İş üzrə ƏMDX-nin DƏDK və Reyestri Publik Hüquqi Şəxsi mülkiyyətində olan mənzillə bağlı çıxarış sənədində mənzilin ünvanı ünvan 52eni qaydalarla: AZ1033, Bakı şəhəri, Nərimanov Rayonu, Əlicabbar Orucəliyev küçəsi, 71, M5, m2 (burada 71 binanın nömrəsi, M5 mənzilin 5-ci mərtəbədə olması, m2 isə mənzilin öz nömrəsini əks etdirir.) göstərilmişdir. Eyni zamanda mənzilin yeni tikilidə payçısı Cavabdeh1 olduğu və adına verilmiş "xxxx" MTK-nın Protokoldan Çıxarış №50 saylı xx.xx.2022-ci il tarixli sənəddə mənzilin ünvanı ünvan 33a inşa edilən binanın blok A, mərtəbə 5, 3 otaqlı, 17 saylı mənzil göstərilmişdir. İddia tələbində mülkiyyətində olan ünvan 33a "xxxx" MTK tərəfindən tikilərək istifadəyə verilmiş yeni tikili binanın blok A, 4-cü mərtəbəsində yerləşən, 3 otaqdan ibarət olan, 17 saylı mənzildən bəhs olunur. Bu isə iddia ərizəsində göstərilən mənzillə mülkiyyətində olan mənzil ünvanı, adresi, yerləşmə yeri arasında ziddiyət olduğunu göstərir. Təsvir elementlərinə əsasən həm iddia ərizəsində, həmdə mənzil üzərinə həbs qoyulması ilə bağlı qərardadda mənzilin 4-cü mərtəbədə olması göstərilsədə rəsmi sənədlər əsasıda (onun pul vəsaiti hesabına Cavabdeh1 adına alınan) Cavabdeh1 məxsus olmuş və hal-hazırda ona məxsus şəxsi mülkiyyətində olan mənzil, bütün rəsmi sənədlər əsasında 5-ci mərtəbədə olması faktdır, sübutdur və qəbul edilən qərardadda göstərilən 4-cü mərtəbədki mənzillə Cavabdeh1 və hal-hazırdakı mülkiyyətçisi kimi onunla heç bir əlaqəsi və aidiyyəti yoxdur. Halbuki, işin faktiki hallarının obyektiv surətdə aşkara çıxarılmağa imkan verən sübutlar təqdim olunması iddiaçının bir başa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsas hesab edilə bilməz. Ona görə qeyd olunanlara və sübutlara əsasən iddia tələbi təmin olunmamalıdır. İddiаçı İddiaçı iddiаsını ona məxsus mənzillə bağlı hissələrdə həm əsassız olmasına, həm də iddia müddətinin ötürülməsinə görə rədd edilməsi xahiş edilmişdir. Məhkəmə iş üzrə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən sorğuya cavab olaraq verilmiş xx.xx.2023-cü il tarixli məktubu ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh4 münasibətdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən təqdim edilmiş Bakı şəhəri, Nərimanov rayonu, Əlicabbar Orucəliyev küçəsi, 11A, 1952-ci məhəllə, 17 saylı mənzilə dair sənədləri tədqiq edərək iş materillarına əlavə edilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktuba qoşma sənədlərdən görünür ki, 01 iyul 2020-ci il tarixli maliyyə arayışı ilə Bakı şəhəri, Nərimanov rayonu, Əlicabbar Orucəliyev küçəsi, 1952-ci məhəllə ünvanında yerləşən kooperativ yaşayış binası "xxxx" MTK-na məxsusdur. Bu binanın A giriş, V mərtəbəsində, ümumi sahəsi 159.63 kv.m olan 3 otaqlı, 17 saylı mənzilin ümumi pay dəyəri 103.365 manat paycı Cavabdeh1 tərəfindən tərəflər rəsmi nikah münasibətində olduqları zaman ödənilmişdir. Məhkəmə mübahisəli mənzilin İV mərtəbə olması ilə bağlı iddiaçının, cavabdehlərin isə mübahisəli mənzilin V mərtəbədə yerləşməsi ilə bağlı fikir ayrılığına münasibətdə qeyd edir ki, iş üzrə cavabdeh İ.N.V." Mənzil-Tikinti Kooperativinin təqdim etdiyi mübahisəli mənzilə dair sənədlərlə müəyyən edilmişdir ki, binanın 2 yeraltı qarajı olmaqla, 1 qeyriyaşayış sahəsi daxil olmaqla mübahisəli mənzil V mərtəbə kimi xəyali qeyd edilmişdir, qeyri-yaşayış sahəsi nəzərə alınmadıqda isə İV mərtəbə hesab edilir. Məhkəmə işin qeyd edilən halının texniki məsələ olduğunu nəzərə alaraq İddiaçı ilə Cavabdeh1 birgə nikah dövründə əldə etdikləri Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində olan ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli çıxarışda qeyd edilmiş ünvan 41 Yeni qaydalarla AZ 1033, ünvan 53 ünvanında yerləşən mənzilə İddiaçı və Cavabdeh1 paylarının müəyyən edilməsində maneə hesab etmir. İddiaçının dəlillərinə görə İddiaçı ilə Cavabdeh1 arasında rəsmi nikahları 08 yanvar 2002-ci il tarixdə rəsmiləşdirilmiş və həmin nikah Binəqədi rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(001)-602/2021 nömrəli qətnaməsi ilə pozulmuşdur, uşaqlar ananın himayəsində saxlanılmışdır, qətnamənin qanuni qüvvəyə minməsindən sonra tərəflərin nikahlarının pozulması barədə xx.xx.2021-ci il tarixli, AZ-İ 409718 nömrəli nikahın pozulması haqqında şəhadətnamə verilmişdir. Ona görə də, iddia tələbi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində olan ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli çıxarışda qeyd edilmiş ünvan 52eni qaydalarla AZ 1033, Bakı şəhəri, Nərimanov rayonu, Əlicabbar Orucəliyev küçəsi, 71, M5, mənzil 2 ünvanında yerləşən mənzilə dair cavabdehlər Cavabdeh1 ilə Cavabdeh4 arasında 7 saylı Bakı "ASAN xidmət" mərkəzində yerləşən notariat ofisində təsdiq edilmiş xx.xx.2022-ci il tarixli, 4 Ə-423 reyestr nömrəli bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində olan ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli çıxarışda qeyd edilmiş ünvan 41 Yeni qaydalarla AZ 1033, Bakı şəhəri, Nərimanov rayonu, Əlicabbar Orucəliyev küçəsi, 71, Mətəbə 5, yaşayışın İV mərtəbəsi, mənzil 2 ünvanında yerləşən mənzilə dair mübahisələndirilən bağışlanma müqaviləsi əsasında Cavabdeh4 mülkiyyət hüquqlarını təsdiq edən çıxarışın ləğv edilməsi, İddiaçı ilə Cavabdeh1 birgə nikah dövründə əldə etdikləri Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində olan ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli çıxarışda qeyd edilmiş ünvan 52eni qaydalarla AZ 1033, Bakı şəhəri, Nərimanov rayonu, Əlicabbar Orucəliyev küçəsi, 71, mərtəbə 5, qeyri yaşayış çıxılmaqla mərtəbə İV, mənzil 2 ünvanında yerləşən mənzilə İddiaçı 3/4 hissədə payı müəyyən edilməlidir. Məhkəmə iddiaçının həmin dəlilləri ilə bağlı qeyd edir ki, tərəflərin birgə nikahından anadan olmuş uşaqları X54, X47 artıq yetkinlik yaşına çatmışdır, qətnamə ilə xx.xx.2012-ci il təvəllüdlü X34 İddiaçı yanında qalması, onların hazırda anaları İddiaçı ilə birlikdə qalmaqla, kirayədə yaşamalarına görə mübahsəli mənzilə iddiaçının payı 3/4 hissədə deyil, tərəflərin hər birinin 1/2 hissədə payı müəyyən edilməlidir. İddia tələbləri qalan hissələrdə Bakı şəhəri, Binəqədi rayonu, 14-cü Aşırım küçəsi, ev 31 ünvanında yerləşən, 63 nömrəli mənzilin xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi üzrə satşından əldə edilmiş 43823,96 (qırx üç minsakkiz yüz iyirmi üç manat 96 qəpik) manat hissəsinin yarı hissəsinin, yəni 21911,98 (iyirmi bir min doqquz yüz on bir manat, 98 qəpik) manatın və bu tələb üzrə ərizənin məhkəməyə verilməsi üçün ödənilmiş 156 (bir yüz əlli altı) manat dövlət rüsumunun, eləcə də vaxtı ilə müvəqqəti təminat tədbiri baradə verilmiş ərizə və şikayət üzrə ödənilmiş 60 (altmış) manat məbləgində dövlət rüsumu olmaqla, ümumilikdə 22127,98 (iyirmi iki min bir yüz iyirmi yeddi manat 98 qəpik) manatın Cavabdeh1 tutularaq iddiaçı X19 verilməsi, İddiaçı Cabrayıl qızı ilə Cavabdeh1 birgə ailə münasibətlərinin yarandığı dövrdə Cavabdeh1 tərəfindən təsis edilmiş və yeganə təsisçisi olduğu Cavabdeh2 MMC-nin nizamnamə (təsis) kapitalının 3 / 4 hissəsinə İddiaçı pay hüququnun tanınması, mülkiyyat hüququ ilə Cavabdeh2 MMC-yə məxsus olan və ünvan 2 ünvanında yerləşən, qeyri-yaşayış sahəsinə ¾ hissədə pay hüququnun tanınması hissələrində iddia tələbləri sübut olunmadığı və əsassız olduğundan rədd edilməlidir. İddia tələbinin Binəqədi rayonu, 14-cü Aşırım küçəsi, ev 31 ünvanında yerləşən, 63 nömrəli mənzilin xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi üzrə satşından əldə edilmiş 43823,96 (qırx üç min səkkiz yüz iyirmi üç manat 96 qəpik) manat hissəsinin yarı hissəsinin yəni 21911,98 (iyirmi bir min doqquz yüz on bir manat, 98 qəpik) manatın cavabdehdən alınıb iddiaçıya verilməsi hissəsi ilə bağlı məhkəmə araşdırmaları ilə müyyən edilmişdir ki, həmin mənzil X3 və buna Bank da etiraz etməmişdir. Alqı-satqı müqaviləsinə əsasən iddiaçı ilə cavabdehin birgə nikah dövründə əldə etdikləri və yarı hissədə də hər ikisinin pay hüquqları tanınan mənzil 90000 (doxsan min) manat məbləğində satılmışdır. Qeyd olunan məbləğdən banka olan borc ödənildikdən sonra, yerdə qalan 43823,96 manat Cavabdeh1 adına köçürülmüşdür.İddiaçı ilə Cavabdeh1 birgə nikah dövründə əldə etdikləri, ünvan 56 ünvanında yerləşən, 63 nömrəli mənzilin xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi üzrə satışından ədə edilmiş 43823,96 (qırx üç min səkkiz yüz iyirmi üç manat, 96 qəpik) manat hissəsinin yarı hissəsinin, yəni 21911,98 (iyirmi bir min doqquz yüz on bir manat, 98 qəpik) manatın Cavabdeh1 alınıb İddiaçı verilməsi barədə iddia tələbi əsaslandırılmadığı, sübut edilmədiyi və müəyyən olunmadığı üçün həmin hissədə iddia təmin edilməməlidir. Ona görə də hazırda 43823,96 manatın yarı hissəsinin, yəni 21911,98 manatın Cavabdeh1 alınıb iddiaçıya verilməsi üçün qanuni əsaslar müəyyən olunmamışdır. Belə ki, Masallı Rayon Məhkəməsinin 18 aprel 2022-ci il tarixli, 2(050)-104/2022 saylı qətnaməsi ilə İddiaçı 37668,57 manat əsas borc, 6698.26 manat faiz borcu, ümumlikdə 44366,83 manat kredit borcu, 30 manat ödənilmiş dövlət rüsumu, ipotekanın qeydə alınması üçün ödənilmiş 40 manat tutularaq Ləğv prosesində olan "xxxx" Kommersiya Bankı QSC-nin hesabına ödənilməsi, ipoteka ilə yüklü edilmiş və Cavabdeh1 mülkiyyətində olan, Bakı şəhəri, Binəqədi rayonu, 14-cü Aşırım, ev 31, 63 nömrəli mənzil açıq hərracda satılması, mənzilin hərracda ilkin satış qiyməti, likvid dəyərinə uyğun 81000 manat müəyyən edilməsi, hərrac yolu satışdan əldə edilmiş pul vəsaitdən İddiaçı borcuna 44366,83 manat kredit borcu, 30 manat ödənilmiş dövlət rüsumu, ipotekanın qeydə alınması üçün ödənilmiş 40 manat tutulması, qalan məbləğ Cavabdeh1 ödənilməsi qət edilmişdir. Belə ki, Mülki Prosessual Məcəllənin 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir. İddiaçının dəlillərinə görə tərəflər arasında olan nikah münasibətləri faktik olaraq 16 iyul 2000-ci il tarixdən başlamış və xx.xx.2002-ci il tarixdə isə rəsmiləşdirmişlər, ona görə də tərəflər arasında nikah münasibətləri faktik olaraq 16 iyul 2000-ci il tarixdən başladığı üçün Cavabdeh2 MMC-nin nizamnamə (təsis) kapitalının 3 / 4 hissəsinə İddiaçı pay hüququ tanınmalı, mülkiyyət hüququ ilə Cavabdeh2 MMC-yə məxsus olan və ünvan 2 ünvanında yerləşən, qeyri-yaşayış sahəsinə ¾ hissədə pay hüququ tanınmalıdır. Məhkəmə bu hissədə iddianı əsassız hesab edir, ona görə ki, tərəflər nikahlarını xx.xx.2002-ci il tarixdə rəsmiləşdirmişlər və Cavabdeh2 MMC-i isə xx.xx.2001-ci ildə dövlət qeydiyyatına alınmışdır. Belə ki, işdə olan sənədlər və tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, “JUGİ” kiçik müəssisəsi 1992-ci ildən təsis edilərək fəaliyyət göstərir, Cavabdeh2 MMC 06.05. 1994-cü il tarixdə 9486 saylı şəhadətnamə ilə Ədliyə Nazirliyində qeydiyyatdan keçmiş “JUGİ” kiçik müəssisəsinin bazasında yaranıb və onun hüquqi varisidir. Cavabdeh2 MMC xx.xx.2001-ci il tarixdə 1360 saylı şəhadətnamə ilə Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir. Təsisçisi olaraq Cavabdeh1 qeydiyyatdan keçmiş digər təsisçisi və payçısı yoxdur. İşin təqdiq edilən halından görünür ki, Cavabdeh2 MMC tərəflər rəsmi nikaha daxil olmazdan əvvəl təsis edilmiş və Cavabdeh1 məxsus olmuşdur. Ona görə də İddiaçı Cabrayıl qızı ilə Cavabdeh1 birgə ailə münasibətlərinin yarandığı dövrdə Cavabdeh1 tərəfindən təsis edilmiş və yeganə təsisçi olduğu Cavabdeh2 MMC-nin nizamnamə (təsis) kapitalının 3 / 4 hissəsinə İddiaçı pay hüququnun tanınması, mülkiyyət hüququ ilə Cavabdeh2 MMC-yə məxsus olan və ünvan 2 ünvanında yerləşən, qeyri-yaşayış sahəsinə 3/4 hissədə pay hüququnun tanınması barədə iddia tələbi əsassız olduğundan rədd edilməlidir. 01 mart 2023-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərarda qeyd edilir ki, təqdim olunmuş Cavabdeh1 payçı qəbul edilməsinə dair 50 nömrəli xx.xx.2022-ci il tarixli MTK-nın ümumi yığıncağının protokolundan çıxarışdan və əldə olunmuş sübutlardan görünür ki, çıxarışda yalan məlumat yoxdur. Çıxarış rəsmi şəxs tərəfindən tərtib edilmiş və imzası, möhürü ilə təsdiq olunmuşdur. Çıxarışın mətninə heç bir yalan məlumat əlavə edilməmiş, düzəlişlər olunmamışdır. Bununla belə çıxarış qeydiyyata alınmadığından tarix, nömrə düzgün deyil və imza etmək səlahiyyəti olan şəxslərin imzaları saxtalaşdırılmışdır.Sənədin mətni həqiqətə uyğun olduğundan və səlahiyyətli şəxs tərəfindən təsdiq edildiyindən digər rekvizitlərin əldə olunması sənədin mahiyyətini dəyişmədiyindən sənədlərin saxtalaşdırılması və saxta hazırlanması kimi hesab oluna bilməz. Bu səbəbdən həmin fakt üzrə də cinayət işinin bağlanması rədd edilmişdir. Belə ki, xx.xx.2022-ci il tarixli, **********86 nömrəli məktuba istinadən “İ.N.V" MTK tərəfindən təqdim edilmiş, xx.xx.2020-ci il tarixli maliyyə arayışının və "xxxx" MTK üzvlərinin ümumi iclasının xx.xx.2022-ci il tarixli, 50 nömrəli protokolundan olan çıxarışın etibarsız hesab olunması barədə iddianın təmin edilməsi üçün hüquqi əsaslar müəyyən edilməmişdir və məhkəmə hesab edir ki, iddia tələbinin “İ.N.V" MTK tərəfindən təqdim edilmiş, xx.xx.2020-ci il tarixli maliyyə arayışının və "xxxx" MTK üzvlərinin ümumi iclasının xx.xx.2022-ci il tarixli, 50 nömrəli protokolundan çıxarışın etibarsız hesab edilməsi hissədə əsassız olduğu və qanuni əsaslar müəyyən olunmadığından təmin edilməməlidir. 01 mart 2023-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərardan görünür ki, Cavabdeh1 əmlakının hədə-qorxu ilə tələb edilməsinə ondan rüşvət tələb olunmasına dair ərizəsi əsasında aparılmış araşdırma zamanı Nümayəndə2, Nümayəndə1, X55, X36 və X10 əməllərində Azərbaycan Respublikası CM-nin 182.1, 320.1-ci maddələrinin tərkibi olmadığından barəsində cinayət işinin başlanması rədd edilməsi, İ.N.V MTK-nın protokollardan çıxarış kitabı qaytarılması, qərarın surəti ibtidai araşdırmaya prosesual rəhbərliyi həyata keçirən Nərimanov rayon prokuroruna və şikayətçi Cavabdeh1 göndərilməsi qərara alınmışdır. 01 mart 2023-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərarda qeyd edilir ki, təqdim olunmuş Cavabdeh1 payçı qəbul edilməsinə dair 50 nömrəli xx.xx.2022-ci il tarixli MTK-nın ümumi yığıncağının protokolundan çıxarışdan və əldə olunmuş sübutlardan görünür ki, çıxarışda yalan məlumat yoxdur. Çıxarış rəsmi şəxs tərəfindən tərtib edilmiş və imzası, möhürü ilə təsdiq olunmuşdur. Çıxarışın mətninə heç bir yalan məlumat əlavə edilməmiş, düzəlişlər olunmamışdır. Bununla belə çıxarış qeydiyyata alınmadığından tarix, nömrə düzgün deyil və imza etmək səlahiyyəti olan şəxslərin imzaları saxtalaşdırılmışdır. Sənədin mətni həqiqətə uyğun olduğundan və səlahiyyətli şəxs tərəfindən təsdiq edildiyindən digər rekvizitlərin əldə olunması sənədin mahiyyətini dəyişmədiyindən sənədlərin saxtalaşdırılması və saxta hazırlanması kimi hesab oluna bilməz. Bu səbəbdən həmin fakt üzrə də cinayət işinin bağlanması rədd edilmişdir. Bu baxımdan xx.xx.2022-ci il tarixli, **********86 nömrəli məktuba istinadən, “İ.N.V" MTK tərəfindən təqdim edilmiş, xx.xx.2020-ci il tarixli maliyyə arayışının və "xxxx" MTK üzvlərinin ümumi iclasının xx.xx.2022-ci il tarixli, 50 nömrəli protokolundan olan çıxarışın etibarsız hesab olunması barədə iddianın təmin edilməsi üçün əsas müəyyən edilməmişdir. Cavabdeh4 iddiaya qarşı etirazında və nümayəndəsi Vəkil2 izahatında iddianın əsassız olması, bağışlanma müqaviləsinin qanuna uyğun bağlanması və İddiaçı iddiasının ona məxsus mənzillə bağlı hissələrdə tam əsassız olmasına görə, həmdə iddia müddətinin ötürülməsinə görə rədd edilməsi xahiş edilmişdir. Məhkəmə cavabdehin həmin dəlillərini iş materilları üzrə tədqiq edərək işin faktiki və hüquqi hallarına əsasən əsassız hesab edir. Belə ki, işdən göründüyü kimi mübahsələndirilən bağışlanma müqaviləsi cavabdehlər Cavabdeh1 ilə Cavabdeh4 arasında 7 saylı Bakı "ASAN xidmət" mərkəzində yerləşən notariat ofisində xx.xx.2022-ci il tarixdə bağlanmış, iddiaçı mübahisəli mənzillə bağlı iddia ərizəsi ilə 01 sentyabr 2022-ci il tarixdə məhkəməyə müraciət etmiş və iddia ərizəsi həmin tarixdə Bakı şəhəri, Binəqədi rayon məhkəməsinə daxil olmuşdur. MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin artırılması və digər şəxslərin cavabdeh və üçüncü şəxs qismində cəlb olunması barədə 12 oktyabr 2022-ci il tarixli ərizədə ünvan 1 ünvanında "xxxx" MTK tərəfindən tikilərək istifadəyə verilmiş yeni tikili binanın Blok A, 4-cü mərtəbəsində yerləşən, 3 otaqdan ibarət olan 17 saylı mənzilə dair Cavabdeh1 adına verilmiş çıxarışın ləğv olunması, həmin mənzilə dair cavabdehlər Cavabdeh1 ilə Cavabdeh4 arasında 7 saylı Bakı "ASAN xidmət" mərkəzində yerləşən notariat ofisində təsdiq edilmiş xx.xx.2022-ci tarixli, 4 Ə-423 reyestr nömrəli bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi, həmin mənzilə dair mübahisələndirilən bağışlanma müqaviləsi əsasında Cavabdeh4 mülkiyyət hüquqlarını təsdiq edən çıxarışın ləğv edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 9.4-cü maddəsinə əsasən ər-arvadın hüquq və vəzifələri müvafiq icra hakimiyyəti orqanı tərəfindən nikahın bağlanmasının dövlət qeydiyyatı günündən yaranır. 29.1. Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmiş qadın və kişinin hüquq bərabərliyinə uyğun olaraq ər və arvad ailə münasibətlərində bərabər şəxsi və əmlak hüquqlarına malikdirlər. 31.1. Ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur. 31.2. Nikah müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, ər-arvadın əmlakının qanuni rejimi fəaliyyət göstərir. 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 32.2. Ər-arvadın ümumi birgə mülkiyyətinə: 32.2.1. onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (xəsarət, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); 32.2.2. ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. 32.3. Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. 33.1. Ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir. 33.2. Ər-arvadın rəsmi reyestrdə qeydə alınmalı olmayan ümumi daşınar əmlakı üzərində sərəncam əqdini onlardan biri həyata keçirirsə, bu halda güman edilir ki, o, digərinin razılığı ilə hərəkət edir. 33.3. Ər-arvaddan biri digərinin razılığı olmadan onların ümumi əmlakı üzərində sərəncam əqdi bağlamışsa və əqdin iştirakçısı olan digər tərəf bu cür razılığın olmadığını bilirdisə və ya bilməli idisə, əqd bağlanmasına razılığı olmayan ər (arvad) tərəfindən mübahisələndirilə bilər. 33.4. Ər-arvaddan birinin daşınmaz əmlak üzərində sərəncam vermək barədə notariat qaydasında təsdiq edilən və (və ya) qeydiyyata alınan əqdlər bağlaması üçün digər tərəfin notariat qaydasında təsdiq edilmiş razılığı lazımdır. Ərin (arvadın) bu barədə notariat qaydasında təsdiq olunmuş razılığı olmadıqda, bu əqd Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş müddətdə mübahisələndirilə bilər. 34.1. Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Maddə 35. Ər-arvadın hər birinin əmlakının onların birgə mülkiyyəti sayılması Nikahda olduqları dövrdə ər-arvadın ümumi əmlakı və ya hər birinin əmlakı, yaxud da ər-arvadın hansınınsa əməyi hesabına ər-arvadın hər birinin əmlakının dəyərini xeyli artıran vəsaitin qoyulması (əsaslı təmir, yenidən quraşdırma, avadanlığı dəyişdirmə və s.) müəyyən edilərsə, həmin əmlak onların birgə mülkiyyəti sayıla bilər. 36.1. Ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. 36.2. Ər-arvadın ümumi əmlakı onların sazişi əsasında bölünə bilər. Belə saziş ərarvadın arzusu ilə notariat qaydasında təsdiq edilə bilər. 36.3. Mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. 36.4. Məhkəmə ər-arvadın ümumi əmlakını bölərkən onların tələbi ilə hər birinə çatacaq əmlakı müəyyən edir. Ər-arvaddan birinə, dəyəri ona çatası payın dəyərini aşan əmlak verildikdə, bunun əvəzində digərinə müvafiq məbləğdə pul və ya başqa kompensasiya verilə bilər. 36.5. Məhkəmə, ər-arvadın ailə münasibətlərinə xitam verdiyi və ayrı yaşadığı dövrdə hər birinin qazandığı əmlakı onların hər birinin mülkiyyəti hesab edə bilər. 36.8. Ər-arvadın ümumi əmlakı bölündükdə, nikah dövründə həmin əmlakın bölünməmiş hissəsi, eləcə də nikah dövründə sonradan qazanılmış əmlak onların birgə mülkiyyətini təşkil edir. 36.9. Nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə 3 illik iddia müddəti tətbiq olunur. 37.1. Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. 37.2. Ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ər-arvaddan biri üzürsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər. 37.3. Ümumi əmlak bölünərkən ər-arvadın ümumi borcları onun payına uyğun olaraq müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. 225.2. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. 225.4. Ər-arvaddan hər birinin əmlakı o halda onların birgə mülkiyyəti sayıla bilər ki, nikah dövründə ərlə arvadın ümumi əmlakı və ya ərin (arvadın) şəxsi əmlakı hesabına həmin əmlakın dəyərini əhəmiyyətli dərəcədə artıran vəsait qoyulduğu (əsaslı təmir, yenidənqurma, yeni avadanlıqla təchizetmə və i.a.) müəyyənləşdirilsin. Əgər nikah kontraktında və ya ərlə arvadın razılaşmasında ayrı qayda nəzərdə tutulubsa, bu qayda tətbiq edilmir. 225.5. Ərin (arvadın) öhdəlikləri üzrə tutma onun mülkiyyətində olan əmlaka, habelə onun ərlə arvadın ümumi əmlakındakı payına bu şərtlə yönəldilə bilər ki, nikah kontraktında ayrı qayda nəzərdə tutulmuş olmasın. 225.6. Daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir. Bu, həmçinin əldə edənin belə hüququn yalnız müqavilə tərəfinə məxsus olması barədə vicdanlı olduğu hallara da aiddir. Əgər müqavilə üzrə tərəf müqavilənin etibarsızlığını bilirdisə və ya bilməli idisə, əldə edən həmin tərəfdən etibarsızlıqdan irəli gələn zərərin əvəzinin ödənilməsini tələb edə bilər. 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. 339.6. Bu Məcəllənin 339.1-339.4-cü maddələrində göstərilən əsaslar üzrə əqd zərərçəkənin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər. 354.1. Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci maddəsinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür.Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması təsbit edilmişdir. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir.Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır.Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir.Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 217.1 və 217.3-cü maddələri). Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin mənasına görə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını göstərir. Bu ümumi qaydaya görə, iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər.Bu normaya görə, sübutetmə vəzifələri iddia icraatında tərəflər, xüsusi iddia icraatında və xüsusi icraatda ərizəçi və maraqlı şəxslər arasında uyğun olaraq bölünür. Sübutemə vəzifəsi iş iştirakçıları arasında 77.1-ci maddədə göstərilən qaydada və maddi hüquq normalarında göstərilən xüsusi qaydalar əsasında bölünür. Sübutemə yükü sübutların verilməsi, onları istəmək barədə vəsatət verilməsi, məhkəməyə sübutların yerləşdiyi yer barədə bilgi verilməsi, sübutların araşdırılmasında iştirak etməklə işdə olan sübutlarla tanış olmaq yolu ilə yerinə yetirilir. Məhkəmə işdə olan sübutların işə baxmaq üçün yetərsizliyi düşüncəsinə gəldiyi bütün hallarda sübutetmə yükünü daşıyan tərəfə uyğun sübutları verməyi təklif etməli, sübutların verilməsinin və ya gec verilməsinin nəticələrini ona anlatmalıdır. «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli Qərarında qeyd edilir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir.Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Məhkəmə tərəflərin izahatlarını, şahidin ifadəsini dinləyib, iş üzrə sübutları araşdırıb hüquqi qiymət verərək işin tədqiq edilən faktiki və hüquqi hallarına, tətbiq edilən maddi və prosessual hüquq normalarına əsasən nəticəyə gəlir ki, iddia qismən təmin edilərək hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində olan ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli çıxarışda qeyd edilmiş ünvan 52eni qaydalarla AZ 1033, Bakı şəhəri, Nərimanov rayonu, Əlicabbar Orucəliyev küçəsi, 71, M5, mənzil 2 ünvanında yerləşən mənzilə dair cavabdehlər Cavabdeh1 ilə Cavabdeh4 arasında 7 saylı Bakı "ASAN xidmət" mərkəzində yerləşən notariat ofisində təsdiq edilmiş xx.xx.2022-ci il tarixli, 4 Ə-423 reyestr nömrəli bağışlanma müqaviləsi etibarsız hesab edilməli, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində olan ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli çıxarışda qeyd edilmiş Bakı şəhəri, Nərimanov rayonu, Əlicabbar Orucəliyev küçəsi, 1952-ci məhəllə, mənzil 17 (yeni qaydalarla AZ 1033, ünvan 57 ünvanında yerləşən mənzilə dair mübahisələndirilən bağışlanma müqaviləsi əsasında Cavabdeh4 mülkiyyət hüquqlarını təsdiq edən çıxarış ləğv edilməli, İddiaçı ilə Cavabdeh1 birgə nikah dövründə əldə etdikləri hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində olan ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli çıxarışda qeyd edilmiş ünvan 41 Yeni qaydalarla AZ 1033, Bakı şəhəri, Nərimanov rayonu, Əlicabbar Orucəliyev küçəsi, 71, M5, mənzil 2 ünvanında yerləşən mənzilə İddiaçı 1/2 (ikidə bir) hissədə, Cavabdeh1 1/2 (ikidə bir) hissədə payları müəyyən edilməlidir, iddia qalan hissədə təmin edilməməlidir. MPM-in 107-ci maddəsinə əsasən dövlət rüsumu məhkəmə xərclərinə aid edilmişdir, 119.1-ci maddəsinə əsasən isə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsinin verilməsi üçün köçürülmüş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu, eləcə də müvəqqəti təminat tədbiri barədə ərizənin verilməsi üçün ödənilmiş 10 (on) manat olmaqla, ümumilikdə 110 (bir yüz on) manat məbləğində pul Cavabdeh1 alınaraq İddiaçı verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində olan ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli çıxarışda qeyd edilmiş ünvan 41 Yeni qaydalarla AZ 1033, Bakı şəhəri, Nərimanov rayonu, Əlicabbar Orucəliyev küçəsi, 71, M5, mənzil 2 ünvanında yerləşən mənzilə dair cavabdehlər Cavabdeh1 ilə Cavabdeh4 arasında 7 saylı Bakı "ASAN xidmət" mərkəzində yerləşən notariat ofisində təsdiq edilmiş xx.xx.2022-ci il tarixli, 4 Ə-423 reyestr nömrəli bağışlanma müqaviləsi etibarsız hesab edilsin. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində olan ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli çıxarışda qeyd edilmiş ünvan 41 Yeni qaydalarla AZ 1033, Bakı şəhəri, Nərimanov rayonu, Əlicabbar Orucəliyev küçəsi, 71, M5, mənzil 2 ünvanında yerləşən mənzilə dair mübahisələndirilən bağışlanma müqaviləsi əsasında Cavabdeh4 mülkiyyət hüquqlarını təsdiq edən çıxarış ləğv edilsin. İddiaçı ilə Cavabdeh1 birgə nikah dövründə əldə etdikləri hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində olan ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli çıxarışda qeyd edilmiş ünvan 41 Yeni qaydalarla AZ 1033, Bakı şəhəri, Nərimanov rayonu, Əlicabbar Orucəliyev küçəsi, 71, M5, mənzil 2 ünvanında yerləşən mənzilə İddiaçı 1/2 (ikidə bir) hissədə, Cavabdeh1 1/2 (ikidə bir) hissədə payları müəyyən edilsin. İddia qalan hissədə təmin edilməsin. İddia ərizəsinin verilməsi üçün köçürülmüş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu, eləcə də müvəqqəti təminat tədbiri barədə ərizənin verilməsi üçün ödənilmiş 10 (on) manat olmaqla, ümumilikdə 110 (bir yüz on) manat məbləğində pul Cavabdeh1 alınaraq İddiaçı verilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar