Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № e-2(050)-2649/2024 03.09.2024 MASALLI RAYON MƏHKƏMƏSİ X4 Ellara Həsən qızı, iddiaçı Ləğv prosesində olan "xxxx" Kommersiya Şirkətinin Cavabdeh qarşı subroqasiya qaydasında zərərin ödənilməsi tələbinə dair mülki işə, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı Ləğv prosesində olan "xxxx" Kommersiya Şirkəti kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında məhkəməyə müraciət edərək, iddiaçı Ləğv Prosesində olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən faydalanan şəxsə ödənilmiş 430 manat sığorta ödənişi və ödənilmiş 30.40 manat dövlət rüsumu olmaqla, cəmi 460.40 manat pulun Cavabdeh tutularaq, Ləğv Prosesində olan "xxxx" Kommersiya Şirkətinin hesabına ödənilməsi tələbinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi üzrə tələb onunla əsaslandırılmışdır ki, “Chery A13” minik markalı, ** KH *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2021-ci il tarixli PDS********** saylı Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası şəhadətnaməsinə əsasən Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətində sığortalanmışdır. Cavabdeh xx.xx.2022-ci il tarixində, saat 00:30 radələrində həmin avtomobili Xətai rayonu, Q.Nəbi küçəsi ərazisində idarə edərkən “Volkswagen Tiguan” minik markalı, ** SG *** dövlət qeydiyyat nişanlı avtomobili vuraraq zədələmişdir. Xətai rayonu DYPŞ-nin Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışından, Xətai rayonu DYPŞ Polis kapitanı X1 xx.xx.2022-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokolundan və xx.xx.2022-ci il tarixli TP ******* saylı inzibati tənbeh tətbiq etmə barədə qərardan görünür ki, xx.xx.2022-ci il tarixində, saat 00:30 radələrində Xətai rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş vermişdir. Yol-nəqliyyat hadisəsinin növü toqquşmadır. Cavabdeh hadisə yerindən yayındığı üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci, 327.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. Zərər dəymiş “Volkswagen Tiguan” minik markalı, ** SG *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin miqdarı İcbari Sığortalar haqqında qanunun 16-cı və Sığorta fəaliyyəti haqqında qanunun 10.10-cu maddələrinin tələblərinə əsasən, "xxxx" MMC tərəfindən qiymətləndirilərək 430 manat məbləğində müəyyən edilmişdir. xx.xx.2022-ci il tarixli, 09446 saylı sığorta ödənişi aktına və xx.xx.2022-ci il tarixli, 37427 saylı ödəniş tapşırığına əsasən 430 manat sığorta ödənişi faydalanan şəxsin bank hesabına köçürülmüşdür Cavabdeh Azərbaycan Respublikası MPM-in 284-5.2-ci maddəsinə əsasən iddiaya qarşı əsaslandırılmış etirazlarını göndərmək barədə məlumat verilməsinə baxmayaraq, iddiaya qarşı etirazlarını məhkəməyə göndərməmişdir. 09446 nömrəli sığorta aktından görünür ki, 18 may 2022-ci il tarixdə Cavabdeh idarə etdiyi “Chery A13” minik markalı, ** KH *** dövlət nömrə nişanlı avtomobillə Xətai rayonu, Q.Nəbi küçəsi ərazisində, “Volkswagen Tiguan” minik markalı, ** SG *** dövlət nömrə nişanlı avtomobillə toqquşmuşdur. Zərərçəkmiş şəxs X2 430 manat sığorta ödənişi təyin edilmişdir. xx.xx.2022-ci il tarixli 37427 nömrəli ödəniş tapşırığının surətindən görünür ki, Ləğv prosesində olan "xxxx" Kommersiya Şirkətini tərəfindən “Azər-Türk Bank” vasitəs ilə X2 430 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Bakı şəhər Xətai rayonu DYPŞ-nin xx.xx.2022-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokolundan görünür ki, Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.1-ci və 327.6-cı maddəsi ilə məsuliyyətə cəlb edilmişdir. Bakı şəhər Xətai rayonu DYPŞ-nin xx.xx.2022-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.1-ci və 327.6-cı maddələrinə ilə təqsirli bilinərək 100 manat məbləğində cərimə edilmişdir. Ödəniş qəbzindən görünür ki, Ləğv prosesində olan "xxxx" Kommersiya Şirkəti məhkəmədə iddia qaldırılması üçün 30.40 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1 və 936.2-ci maddələrinə müvafiq olaraq “Subroqasiya hüququ” həmin Məcəllənin 936.6-cı maddəsini nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 1096.2-ci maddəsinin tələblərinə görə, delikt (mülki hüquq pozuntusu) törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə delikt nəticəsində fiziki şəxsin əmlakına vurulmuş zərərin əvəzini zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən istifadə edilməsi) nəticəsində mülki hüquq pozuntusu (delikt) törətmiş şəxsin vurduğu zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanunu əsaslarla (nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun 23.1.6-cı maddəsinə əsasən sığortaçının sığorta ödənişini verdikdən sonra müvafiq şəxslərə qarşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936-cı maddəsində və bu Qanunun 25-ci maddəsində nəzərdə tutulmuş qaydada subroqasiya hüququndan istifadə etmək hüququ vardır. Göstərilən maddi hüquq normalarına əsasən məhkəmə qeyd edir ki, baş vermiş sığorta hadisəsi ilə Cavabdeh təqsirli hərəkətləri arasında səbəbli əlaqə vardır. Odur ki, ödənilmiş sığorta məbləği subroqasiya qaydasında ondan tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etrazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərclərin ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçının tələbi təmin olunduğuna görə onun tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq, bankın hesabına ödənilməlidir. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 233, 284.1-285-6-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddia təmin edilsin. Cavabdeh 430 manat sığorta ödənişi və 30.40 manat ödənilmiş dövlət rüsumu, cəmi 460.40 manat pul tutularaq (Ləğv prosesində olan) "xxxx" Kommersiya Şirkətinin hesabına ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Hakim: Ellara Abbasova
Məhkəmə qərarları › İş №e-2(050)-2649/2024
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(050)-2649/2024
03.09.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver