Azərbaycan Respublikası adından QƏRARDAD Masallı rayonu İş № e-2(050)-2777/2024 15.08.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Ellara Həsən qızı, İddiaçı1 MMC-nin pul tələbinə dair iddia ərizəsinin mümkünlüyünü yoxlayaraq müəyyən etdim: İddiaçı1 MMC pul tələbinə dair məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. İddia ərizəsindən görünür ki, İddiaçı1 MMC iddia tələbini kimə qarşı irəli sürdüyünü iddia ərizəsində qeyd etməmişdir. Bununla da o, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.2-ci maddəsinin tələblərinə riayət etməmişdir. Belə olan halda iddia ərizəsi və əlavə olunmuş sənədlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinin tələblərinə əsasən geri qaytarılmalıdır. Həmin maddədə qeyd edilmişdir ki, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmçinin Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinin tələbinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılmalıdır. Odur ki, İddiaçı1 MMC tərəfindən ödənilmiş (xx.xx.2024-cü il tarixli, qəbz nömrəsi **********, büdcə təsnifat kodu ********) 77 (yetmiş yeddi) manat məbləğində dövlət rüsumu İddiaçı1 MMC-yə qaytarılmalıdır. Göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra İddiaçı1 MMC ümumi qaydada ikinci dəfə məhkəməyə müraciə edə bilər. Yuxarıdakılara əsasən və MPM-in 152, 263-264, 267-269-cu maddələrini rəhbər tutaraq, qərara aldım: İddiaçı1 MMC-nin pul tələbinə dair iddia ərizəsi və əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçı1 MMC tərəfindən ödənilmiş (xx.xx.2024-cü il tarixli, qəbz nömrəsi **********, büdcə təsnifat kodu ********) 77 (yetmiş yeddi) manat məbləğində dövlət rüsumu İddiaçı1 MMC-yə qaytarılsın. Şikayət qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Masallı rayon məhkəməsinə verilə bilər. Hakim: Ellara Abbasova
Məhkəmə qərarları › İş №e-2(050)-2777/2024
Masallı Rayon Məhkəməsi Qərardad — İş №e-2(050)-2777/2024
15.08.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver