Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № e-2(050)-37/2025 14.07.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi, Cavabdehin vəkili Vəkil iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh (üçüncü şəxs X4) qarşı subroqasiya qaydasında pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 4713 manat məbləğində sığorta ödənişi, 67.13 manat dövlət rüsumu və 0.87 manat xidmət haqqı olmaqla, cəmi 4781 manat pulun tutulub iddiaçı "xxxx" ASC-nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Qaz 3302 Yük” markalı, ** BT *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2023-cü il tarixdə Cavabdeh tərəfindən idarə edilərkən yol-nəqliyyat hadisəsi törədilmiş və nəticədə "xxxx" ASC-də “avtokasko” risklərindən sığortalanmış "xxxx" markalı, ** KA *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə maddi zərər dəymişdir. Masallı RPİ tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərara və “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayış”a əsasən Cavabdeh baş vermiş yol-nəqliyyat hadisəsinin törədilməsində təqsirli bilinərək, AR İXM-in 327.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmişdir. Qeyd edilən sığorta hadisəsi nəticəsində "xxxx" markalı, ** KA *** markalı dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəymiş zərərə görə zərər məbləğindən 100 manat azadolma məbləği çıxılmaqla tərəflərindən 9613 manat məbləğində sığorta ödənişi edilmişdir. Həmin məbləğin 4900 manat məbləğində olan hissəsi cavabdehin üçüncü şəxslər qarşısında mülki məsuliyyətinini icbari qaydada sığortalamış "xxxx" ASC tərəfindən ASC-yə geri ödənilmiş, 4713 manat məbləğində sığorta ödənişi isə ödənilməmişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli, ********** saylı sığorta müqaviləsindən görünür ki, "xxxx" markalı, ** KA *** dövlət qeydiyyat nişanlı avtomobil ASC-də “əmlak sığortası” qaydasında sığortalanmışdır. Masallı RPİ tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərara və “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayış”a əsasən Cavabdeh baş vermiş yol-nəqliyyat hadisəsinin törədilməsində təqsirli bilinərək AR İXM-in 327.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmişdir. İddia ərizəsinə əlavə edilmiş zərərin hesablanması aktından müəyyən olunur ki, sığorta hadisəsi nəticəsində "xxxx" markalı, ** KA *** markalı dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəymiş zərərin məbləği 9713 manat məbləğində sığorta ödənişi edilmişdir. İSB.az portalından çıxarışdan müəyyən olunur ki, yol-nəqliyyat hadisəsi baş verən vaxt “Qaz 3302 Yük” markalı, ** BT *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün üçüncü şəxslər qarşısında mülki məsuliyyəti "xxxx" ASC tərəfindən sığortalanmışdır. xx.xx.2023-cü il tarixli ödəniş tapşırığından və xx.xx.2023-cü il tarixli sığorta aktından müəyyən olunur ki, sığorta hadisəsi nəticəsində "xxxx" markalı, ** KA *** markalı dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəymiş zərərə görə zərər məbləğindən 100 manat azadolma məbləği çıxılmaqla ASC tərəfindən 9613 manat məbləğində sığorta ödənişi edilmişdir. İddia ərizəsinə əlavə edilmiş “1 C” sistemindən çıxarışdan müəyyən olunur ki, 9613 manat məbləğində sığorta ödənişinin 4900 manat məbləğində olan hissəsi cavabdehin üçüncü şəxslər qarşısında mülki məsuliyyətinini icbari qaydada sığortalamış "xxxx" ASC tərəfindən ASC-yə geri ödənilmişdir. xx.xx.2023-cü il tarixli, BS-S-23/2704 saylı geriyə tələb məktubundan və məktubun cavabdehə çatdırılmasını təsdiq edən xəbərnamədən müəyyən edilir ki, ödənilmiş 9613 manat məbləğində sığorta ödənişinin 4713 manat məbləğində olan hissəsinin geri ödənilməsi cavabdehdən tələb edilmişdir. Cavabdeh məhkəməyə etiraz ünvanlayaraq, "xxxx" ASC-nin ona qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki işə iddia icraatı qaydasında baxılması barədə qərardad qəbul olunmasını və iddianın rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, idarə etdiyi “QAZ 3302 Yük” markalı, ** BT *** dövlət qeydiyyat nişanlı avtomobillə xx.xx.2023-cü il tarixdə "xxxx" markalı, ** KA *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və hadisə nəticəsində xəsarət alan olmamışdır. Nəticədə o, inzibati məsuliyyətə cəlb olunmuş və 80 manat cərimə olunmuşdur. Hazırda isə sığorta şirkəti əsassız olaraq ondan dəymiş ziyana görə pul tələb edir. Baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində avtomobilə 9613 manat məbləğində maddi ziyan dəyməsi mümkün deyildir. İddia ərizəsindən görünür ki, həmin ziyanın 4900 manat hissəsi icbari sığorta tərəfindən qarşılanmış, qalan 4713 manat hissəsi ödənilməmiş qalmışdır. Halbuki, "xxxx" markalı avtomobilin hazırkı bazar qiyməti təxminən 20.000 manat təşkil edir, hadisə yerində avtomobilin fotoşəkildən görünür ki, avtomobilin təkcə sol qabaq və sol arxa hissələri zədələnmiş, həmin zədələrə görə 9713 manat ziyan hesablanması isə real məbləğ deyildir. Demək olar ki, ziyan avtomobilin dəyərinin yarısını təşkil edir, lakin avtomobilə dəymiş ziyan həmin həddə deyildir. Dəymiş ziyanı iddiaçı sığorta şirkətinin tabeçiliyində olan qurum hesablamışdır, təbiidir ki, həmin qurum real məbləği hesablaya bilməz, iddiaçının xeyrinə hesablama aparmışdır. Dəymiş ziyanla bağlı aktdan görünür ki, təkcə rəngsaza görə 1200 manat hesablama aparılmışdır, ön bufer və arxa buferin 1200 manata rənglənməsi mümkün deyildir, 750 manat dəmirçiyə verilməsi mümkün deyildir, çünki alınmış ehtiyyat hissələrindən görünür ki, bütün hissələr yenidən alınmışdır, belə olan halda dəmirçinin hansı işi görməsi də real deyildir. Hissələrə gəldikdə isə hissələrində qiyməti şişirdilmiş, misal üçün sol faraya 550 manat, bamperə 650 manat, arxa sol qanada 950 manat və digər hissələrə fantastik qiymətlər qoyulmuşdur. Fotoşəkillərdən görünür ki, ümumiyyətlə sol ön fara və ön bumper heç sınmamış, sağlam vəziyyətdə qalmış, sadəcə yan hissənin dəmiri əzilmişdir. Qoyulmuş qiymətlər hazırkı bazar qiymətindən 2 dəfə artıq hesablanmışdır, hazırda internet resurslarında bütün avtomobillərin ehtiyyat hissələrinin qiymətləri vardır və asanlıqla məlumat əldə etmək mümkündür. Lakin hesablanmış qiymətlər heç bir reallığı əks etdirmir və həddindən artıq yüksək hesablama aparılmışdır. Hazırkı bazar şəraitində yeni model avtomobillərdə belə olmayan qiymətlər ziyan aktında göstərilmişdir. Hər bir halda avtomobilin ehtiyyat hissələri və usta xərcləri yenidən araşdırılmalı, ekspertiza tədqiqatı aparılmalı və real bazar qiyməti müəyyən olunmalıdır. Avtomobilə dəymiş ziyana görə icbari sığorta 4900 manat ödəniş etmişdir, real bazar qiyməti müəyyən olunarsa bu zaman dəymiş ziyanın təxminən həmin məbləğdə olması müəyyən olunacaqdır. Dəymiş ziyan təxminən 5000 manat ola bilərki, həmin məbləğdə icbari sığorta tərəfindən ödənilmişdir. Belə olan halda hazırkı iddia tamamilə əsassızdır və dəymiş ziyan tamamilə icbari sığorta tərəfindən qarşılanmışdır. İddiaçının yenidən ziyana görə pul tələb etməsi əsassızdır. İddiaçı dəymiş ziyanın məbləğini şişirtməklə artıq pul tələb edir, dəymiş ziyanın məbləği real deyildir və yenidən hesablanmalıdır. Masallı Rayon Məhkəməsinin 12 fevral 2024-cü il tarixli, 2(050)-861/2024 saylı qərardadı ilə iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında verilmiş iddiasına iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasını onların iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin vəkili Vəkil iddianı qəbul etməyərək bildirdi ki, avtomobilə dəymiş ziyan qeyd edilən məbləğdə ola bilməz. Dəymiş ziyanın 5000 manatını icbari sığorta qarşılamış, qalan 4713 manatı isə iddiaçı subroqasiya qaydasında tələb edir. Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta qaydalarına əsasən avtomobilin tam məhv olması avtomobilin 75 faizdən çox hissəsinin yararsız hala düşməsidir. Həmin qaydalara əsasən avtomobil tam məhv olarsa, sığorta ödənişi tam məbləğdə ödənilir. Nəzərə alınsa ki, avtomobilin orta bazar qiyməti 22000 manat civarındadır və dəymiş ziyan 9713 manatdır, tam sığorta ödənişi edilməməlidir. Həmin qaydaların avtomobilin sığortası üzrə müəyyən olunan sığorta məbləği sığortalanan avtomobilin bazar dəyərindən artıq ola bilməz. İş materiallarından görünür ki, avtomaşının bir tərəfi əzilmişdir. Tərəflər arasında ziyanın məbləği ilə bağlı mübahisə vardır. Belə olan halda ziyanın qiymətləndirilməsini sığorta şirkəti tərəfindən deyil, müstəqil ekspert tərəfindən aparılmalıdır. Lakin hazırki iş üzrə ziyanın hesablanması sığorta şirkəti tərəfindən aparılmışdır. Həmçinin iddiaçı subroqasiya hüququnun yaranmasını sübut edə bilmir. Ekspert rəyi ilə razı deyil. Ekspert rəy verərkən iddiaçı təşkilat tərəfindən tərtib edilmiş ziyan aktını ekspert rəyinə köçürmüşdür. İddianın rədd edilməsini xahiş etdi. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 məhkəmə iclasının vaxtı və yeri barəsində rəsmi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və bu barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, cavabdeh tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan: Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyat vasitəsinin tam sığorta üzrə sığorta şəhadətnaməsindən görünür ki, "xxxx" markalı, ** KA *** dövlət nömrə nişanlı avtomobil "xxxx" ASC tərəfindən xx.xx.2023-cü ildən xx.xx.2024-cü ilədək avtonəqliyyat sahiblərinin mülki məsuliyyətinin sığortası üzrə sığortalanmışdır. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli ziyan aktından görünür ki, "xxxx" markalı, ** KA *** dövlət nömrə nişanlı avtomobilə 15440.88 manat zərər dəymişdir. xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Əliyev X1 Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 80 manat məbləğində cərimə edilmişdir. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə xx.xx.2023-cü il tarixli, 3-13-97/2- 38036/2023 saylı arayışdan görünür ki, Qaz 3302 Yük” markalı, ** BT *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi və sürücüsü Cavabdeh inzibati xəta nəticəsində "xxxx" markalı, ** KA *** dövlət nömrə nişanlı avtomobilə (mülkiyyətçi X4) zərər vurmuşdur. xx.xx.2023-cü il tarixli zərərin hesablanması aktından görünür ki, "xxxx" markalı, ** KA *** dövlət qeydiyyat nişanlı avtomobilə 9713 manat ziyan dəymişdir. xx.xx.2023-cü il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən X3 9613 manat məbləğində pul köçürülmüşdür. AE 063745 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, Qaz 3302 Yük” markalı, ** BT *** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh mülkiyyətindədir. AD 767370 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, "xxxx" markalı, ** KA *** dövlət qeydiyyat nişanlı avtomobil X2 mülkiyyətindədir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən məhkəməyə təqdim edilmiş 24 iyul 2024-cü il tarixli, 9/3648 saylı ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə 2013-cü il buraxılışlı, "xxxx" markalı, ** KA *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 15424 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 1096.1 və 1096.2-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə araşdırmaları zamanı müəyyən edildi ki, Cavabdeh təqsirli hərərkəti nəticəsində 29 iyul 2023-cü il tarixdə Masallı rayonu ərazisində yolnəqliyyat hadisəsi nəticəsində "xxxx" markalı, ** KA *** dövlət qeydiyyat nişanlı avtomobilə ziyan vurmuşdur. Ziyan olaraq "xxxx" markalı, ** KA *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi iş üzrə üçüncü şəxs X3 9613 manat sığorta ödənişi edilmişdir. Ödənilmiş məbləğin 4900 manat məbləğində olan hissəsi cavabdehin üçüncü şəxslər qarşısında mülki məsuliyyətinini icbari qaydada sığortalamış "xxxx" ASC tərəfindən iddiaçıya geri ödənilmiş, ziyanın qalan 4713 manat hissəsi isə cavabdehdən tələb edilir. Hazırda tərəflər arasında mübahisə dəymiş ziyanın məbləğilədir. Keçirilmiş ekspertiza ilə müəyyən edilmişdir ki, avtoqəza nəticəsində "xxxx" markalı, ** KA *** dövlət qeydiyyat nişanlı avtomobilə 15424 manat məbləğində ziyan dəymişdir. İddia tələbi əsaslı olduğu üçün təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddiaçı təşkilat tərəfindən ödənilmiş 67.13 manat dövlər rüsumu və 0.87 manat xidmət haqqı da Cavabdeh aid edilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 238, 253, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 4713 manat sığorta ödənişi, 67.13 manat ödənilmiş dövlət rüsumu və 0.87 manat məbləğində bank xidmət haqqı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına Masallı Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №e-2(050)-37/2025
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(050)-37/2025
14.07.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver