Məhkəmə qərarları › İş №e-2(050)-3802/2025

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(050)-3802/2025

01.12.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № e-2(050)-3802/2025 01.12.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Masallı Rayon Məhkəməsinin hakimi X2, İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair mülki işə, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Sığorta Şirkəti ASC kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh “Daewoo Matiz” markalı, ** UX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə ödənilmiş 350 manat məbləğində sığorta ödənişi, ödənilmiş 30 manat dövlət rüsumunun və 0.40 manat xidmət haqqının İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi üzrə tələb onunla əsaslandırılmışdır ki, iş materiallarına əlavə edilmiş “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayışa (forma 4) əsasən, xx.xx.2025-ci il tarixdə Cavabdeh tərəfindən idarə olunan “BMW 525” markalı, ** UH *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi “Daewoo Matiz” markalı, ** UX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. İş materiallarında olan TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərara və İXP ******* saylı inzibati xəta haqqında protokola əsasən, hadisənin baş verməsində “BMW 525” markalı, ** UH *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Cavabdeh İXM-nin 327.1, 327.6-cı maddələri ilə təqsirli bilinmişdir. Həmçinin tərəflərin polis orqanlarına verdikləri izahatlarda da bu fakt təsdiq olunur. İş materiallarına əlavə edilmiş İcbari Sığorta Bürosunun (İSB) çıxarışından, həmçinin xx.xx.2025-ci il tarixli ödəniş tapşırığından və digər sığorta tələbinə aid sənədlərdən görünür ki, zərərvuran “BMW 525” markalı, ** UH *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi hadisə zamanı "xxxx" ASC-də avtonəqliyyat vasitələrinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanmışdırlar. Zərərvuranın idarə etdiyi “BMW 525” markalı, ** UH *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin icbari sığorta növü üzrə məsuliyyətini sığortalamış sığortaçısı olan "xxxx" ASC öz növbəsində dəymiş zərəri aradan qaldıraraq zərər dəymiş avtonəqliyyat vasitələrinin qiymətləndirmə aktına uyğun olaraq zərərlə bağlı yaranmış 350 manat sığorta ödənişini iş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli ödəniş tapşırığına əsasən zərərçəkənə ödəmişdir. Belə ki, iş materiallarında olan zərər dəymiş avtonəqliyyat vasitələrinin qiymətləndirilməsinə dair hesabatdan da göründüyü kimi “Daewoo Matiz” markalı, ** UX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 350 manat məbləğində zərər dəymişdir. İş materiallarına əlavə edilmiş İcbari Sığorta Bürosunun çıxarışından və sığorta tələbinə aid sənədlərdən görünür ki, yol-nəqliyyat hadisəsi zamanı Cavabdeh tərəfindən idarə olunan “BMW 525” markalı, ** UH *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin icbari avtoməsuliyyət sığortası İddiaçı Sığorta Şirkəti ASC-də sığortalanmışdır. Cavabdeh tərəfindən idarə olunan “BMW 525” markalı, ** UH *** qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin icbari sığorta növü üzrə məsuliyyətini sığortalamış sığortaçısı olan İddiaçı Sığorta Şirkəti ASC yol-nəqliyyat hadisəsində zərərçəkənin idarə etdiyi avtonəqliyyat vasitəsinə dəymiş zərərlə bağlı 350 manat məbləğində sığorta ödənişini müvafiq qaydada zərərçəkən X1 ödəmişdir. xx.xx.2025-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsinin törədilməsində Cavabdeh hadisə yerindən yayındığına görə ona qarşı subroqasiya hüquqları yaranmışdır. Cavabdehlə yazılı (pretenziya) müraciət olunsa və əlaqə yaradılsa da ödəniş edilməmişdir. Qeyd olunan yol nəqliyyat hadisəsi nəticəsində İddiaçı Sığorta Şirkəti ASC tərəfindən 350 manat məbləğində sığorta ödənişi subroqasiya qaydasında qanunvericilikdə nəzərdə tutulmuş qaydada cavabdehdən alınaraq iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284- 5-ci maddəsinin tələblərinə uyğun olaraq iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədlərin təqdim olunması barədə bildiriş cavabdehə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin Cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. Ərizəyə əlavə olunmuş sənədlərlə müəyyən edilmişdir ki, “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayışa (forma 4) əsasən, xx.xx.2025-ci il tarixdə Cavabdeh tərəfindən idarə olunan “BMW 525” markalı, ** UH *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi “Daewoo Matiz” markalı, ** UX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. İş materiallarında olan TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərara və İXP ******* saylı inzibati xəta haqqında protokola əsasən, hadisənin baş verməsində “BMW 525” markalı, ** UH *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Cavabdeh İXM-nin 327.1, 327.6-cı maddələri ilə təqsirli bilinmişdir. Həmçinin tərəflərin polis orqanlarına verdikləri izahatlarda da bu fakt təsdiq olunur. İcbari Sığorta Bürosunun (İSB) çıxarışından, həmçinin xx.xx.2025-ci il tarixli ödəniş tapşırığından və digər sığorta tələbinə aid sənədlərdən görünür ki, zərərvuran “BMW 525” markalı, ** UH *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi hadisə zamanı "xxxx" ASC-də avtonəqliyyat vasitələrinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanmışdırlar. Zərərvuranın idarə etdiyi “BMW 525” markalı, ** UH *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin icbari sığorta növü üzrə məsuliyyətini sığortalamış sığortaçısı olan "xxxx" ASC öz növbəsində dəymiş zərəri aradan qaldıraraq zərər dəymiş avtonəqliyyat vasitələrinin qiymətləndirmə aktına uyğun olaraq zərərlə bağlı yaranmış 350 manat sığorta ödənişini iş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli ödəniş tapşırığına əsasən zərərçəkənə ödəmişdir. Belə ki, iş materiallarında olan zərər dəymiş avtonəqliyyat vasitələrinin qiymətləndirilməsinə dair hesabatdan da göründüyü kimi “Daewoo Matiz” markalı, ** UX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 350 manat məbləğində zərər dəymişdir. İş materiallarına əlavə edilmiş İcbari Sığorta Bürosunun çıxarışından və sığorta tələbinə aid sənədlərdən görünür ki, yol-nəqliyyat hadisəsi zamanı Cavabdeh tərəfindən idarə olunan “BMW 525” markalı, ** UH *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin icbari avtoməsuliyyət sığortası İddiaçı Sığorta Şirkəti ASC-də sığortalanmışdır. Cavabdeh tərəfindən idarə olunan “BMW 525” markalı, ** UH *** qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin icbari sığorta növü üzrə məsuliyyətini sığortalamış sığortaçısı olan İddiaçı Sığorta Şirkəti ASC yol-nəqliyyat hadisəsində zərərçəkənin idarə etdiyi avtonəqliyyat vasitəsinə dəymiş zərərlə bağlı 350 manat məbləğində sığorta ödənişini müvafiq qaydada zərərçəkən X1 ödəmişdir. xx.xx.2025-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsinin törədilməsində Cavabdeh hadisə yerindən yayındığına görə ona qarşı subroqasiya hüquqları yaranmışdır. Cavabdehlə yazılı (pretenziya) müraciət olunsa və əlaqə yaradılsa da ödəniş edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1. və 936.2.-ci maddələrinə müvafiq olaraq “Subroqasiya hüququ” həmin Məcəllənin 936.6-cı maddəsini nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 1096.2-ci maddəsinin tələblərinə görə, delikt (mülki hüquq pozuntusu) törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə delikt nəticəsində fiziki şəxsin əmlakına vurulmuş zərərin əvəzini zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən istifadə edilməsi) nəticəsində mülki hüquq pozuntusu (delikt) törətmiş şəxsin vurduğu zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanunu əsaslarla (nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Göstərilən maddi hüquq normalarına əsasən məhkəmə qeyd edir ki, baş vermiş sığorta hadisəsi ilə Cavabdeh təqsirli hərəkətləri arasında səbəbli əlaqə vardır. Odur ki, ödənilmiş sığorta məbləği subroqasiya qaydasında ondan tutulmalıdır. MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə nəzərə alır ki, həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 30.40 manat dövlət rüsumu (0.40 manat xidmət haqqı ilə birlikdə) cavabdehə aid edilməlidir. Yuxarıdakılara əsasən və MPM-in 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Ödənilmiş 350 manat sığorta məbləği və 30.40 manat dövlət rüsumu (0.40 manat xidmət haqqı ilə birlikdə), cəmi 380.40 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı Sığorta Şirkəti açıq səhmdar cəmiyyətinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. X5

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar