Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № e-2(050)-631/2023 13.03.2023 MASALLI RAYON MƏHKƏMƏSİ X1 (sədrlik edən), məhkəmə iclas katibi X2, Cavabdeh iştirakı ilə. İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı «subroqasiya tələbinin təmin edilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Sığorta Şirkəti ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “Toyota Camry” markalı, ** SS *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərə görə İddiaçı Sığorta Şirkəti ASC tərəfindən həyata keçirilən 5000 manat sığorta ödənişi məbləği və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 70.40 manat məbləğin Cavabdeh alınaraq İddiaçı Sığorta Şirkəti ASC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixdə Cavabdeh tərəfindən idarə olunan “Toyota Prius” markalı, ** CY *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi “Toyota Camry” markalı, ** SS *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri ilə toqquşaraq yolnəqliyyat hadisəsi törətmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsində İddiaçı Sığorta Şirkəti ASC-də könüllü sığortalı “Toyota Camry” markalı, ** SS *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə maddi ziyan dəymişdir. xx.xx.2022-ci il tarixli nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə Hesabata uyğun olaraq 10915 manat zərər dəyməsi müəyyən edilmişdir. İcbari sığorta növü üzrə ümumi zərər məbləğinin 5.000 manat hissəsi ödənildiyindən, İddiaçı Sığorta Şirkəti ASC tərəfindən “Narıncı” Sığorta Pakti üzrə “Toyota Camry” markalı, ** SS *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə tam həcmdə 5000 manat sığorta ödənişi həyata keçirilmişdir. xx.xx.2022-ci il tarixdə yol-nəqliyyat hadisəsinin baş verməsində Cavabdeh təqsirli olduğuna görə cavabdehə qarşı subroqasiya hüququ yaranmışdır. İddiaçı Sığorta Şirkəti ASC-nin hüquqşünası Nərgiz Səmədova məhkəməyə ərizə ünvanlayaraq iddianı müdafiə etdiklərini, mülki işə onun iştirakı olmadan baxılaraq iddianın tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, hazırki iddia tələbindən razı deyildir. Belə ki, hadisənin baş verməsinə səbəb işıq cihazının işləməməsi olmuşdur. Hadisə zamanı zərər çəkmiş şəxslə razılıq əldə etmişlər və zərərçəkən şikayət etməmişdir. Həmçinin, zərər iddia ərizəsində qeyd edildiyi qədər yüksək olmamışdır. Odur ki, iddianın rədd edilməsini xahiş etdi. İş materiallarında olan İddiaçı Sığorta Şirkəti ASC-nin xx.xx.2022-ci il tarixli 104781 saylı Sığorta aktından görünür ki, “Toyota Camry” markalı, ** SS *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi sığortalamışdır. xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Atatürk prospekti ərazisində sığorta hadisəsi baş vermişdir. Bu zaman "Toyota Prius” markalı, ** CY *** markalı avtomobil sığortalı avtomobillə toqquşmuşdur. Zərərlə bağlı maddi ziyanın ümumi məbləği 10915 manatdır. “Narınc” Sığortaya paket üzrə 5000 manat sığorta ödənişi verilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli 9594 nömrəli ödəniş tapşırığının surətindən görünür ki, İddiaçı Sığorta Şirkəti ASC tərəfindən "xxxx" ASC-yə 5000 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. İş materiallarında olan Nərimanov rayon DYPŞ-nin TP seriyalı ******* saylı İnzibati tənbeh vermə haqqında Qərarından görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 60 manat məbləğində cərimə cəzası təyin edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarxili, 155516 nömrəli hesabatdan görünür ki, “Toyota Camry” markalı, ** SS *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəymiş zərərin ümumi məbləği 10915 (on min doqquz yüz on beş) manat müəyyən edilmişdir. İş materiallarında olan 17 mart 2022-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən material üzrə cinayət işinin başlanması rədd edilməsi, sürücü Cavabdeh haqqında Azerbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsindən ötrü qərarın sürəti Nərimanov RPİ-nin DYPŞ-nə göndərilməsi qərara alınmışdır. Məhkəmə cavabdehin izahatını dinləyib, iddiaçının nümayəndəsinin ərizəsinin nəzərə alıb, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia təmin edilməlidir. İcbari sığortalar haqqında Azərbaycan Respublikasının Qanununun: 25.1. Sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ aşağıda göstərilən hallarda yaranır: 25.1.3. icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Mülki işin məhkəmə baxışı zamanı müəyyən edildi ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Atatürk prospekti ərazisində etibarnamə ilə idarə etdiyi "Toyota Prius” markalı, ** CY *** dövlət qeydiyyat nişanlı avtomobili ilə “Toyota Camry” markalı, ** SS *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuş və qəza nəticəsində “Toyota Camry” markalı, ** SS *** qeydiyyat nişanlı nəqliyyat vasitəsinə zərər vurmuşdur. İddiaçı sığorta müqaviləsinə uyğun olaraq zərərçəkmişə dəymiş maddi ziyana görə sığorta məbləği həddində 5000 manat məbləğində sığorta ödənişi etmiş və hazırda həmin pulu subroqasiya qaydasında cavabdehdən tələb edir. İddia tələbi əsaslı olduğu üçün təmin edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddiaçı təşkilat tərəfindən ödənilmiş 30.40 manat dövlət rüsumu da Cavabdeh aid edilməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıdakılara əsasən və MPM-in 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 5000 (beş min) manat məbləğində sığorta ödənişinin əvəzi və ödənilmiş 70.40 manat məbləğində dövlət rüsumu alınaraq İddiaçı Sığorta Şirkəti ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №e-2(050)-631/2023
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(050)-631/2023
13.03.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver