Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № e-2(050)-954/2024 14.03.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Masallı Rayon Məhkəməsinin hakimi X1, İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı «Subroqasiya tələbinin təmin edilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Sığorta Şirkəti ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh “Opel Astra” markalı ** SR *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə ödənilmiş 850 manat və “Toyota Corolla”markalı ** CB *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə isə 800 manat olmaqla, ümumilikdə 1650 manat və ödənilmiş 36.50 manat dövlət rüsumu tutularaq İddiaçı Sığorta Şirkəti ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayışa (forma 4) əsasən, xx.xx.2021-ci ildə Cavabdeh tərəfindən idarə olunan “Mecedes Benz” markalı, ** SR *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi yol-nəqliyyat hadisəsi törədərək “Opel Astra” markalı, ** RJ *** dövlət qeydiyyat nişanlı və “Toyota Corolla” markalı ** CB *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri ilə toqquşmuşdur. İş materiallarına əlavə edilmiş 100180 nömrəli və 100141 nömrəli sığorta aktlarından və icbari sığorta bürosundan çıxarışdan göründüyü kimi hadisə zamanı Cavabdeh idarə etdiyi “Mecedes Benz” markalı, ** SR *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2021-ci ildən xx.xx.2022-ci ilə qədər İddiaçı SŞ-da avtonəqliyyat vasitələrinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalı olmuşdur. İş materiallarına əlavə olunmuş Nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin aradan qiymətləndirilməsi barədə hesabatlara əsasən hadisə zamanı “Opel Astra markalı, ** RJ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 850 manat və “Toyota Corolla” markalı ** CB *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə isə 800 manat məbləğində ziyan dəymişdir. İddiaçı Sığorta Şirkəti ASC görə dəymiş zərərləri aradan qaldırmış və iş materiallarına əlavə edilmiş 9139 nömrəli ödəniş tapşırığına əsasən “Opel Astra markalı, ** RJ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə 850 manat və 9085 nömrəli ödəniş tapşırığına əsasən “Toyota Corolla” markalı ** CB *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə 800 manat olmaqla, ümumilikdə 1650 manat sığorta ödənişi həyata keçirmişdir. xx.xx.2021-ci il tarixdə yol-nəqliyyat hadisəsi zamanı Cavabdeh hadisə yerindən yayındığı üçün ona qarşı subroqasiya hüququ yaranmışdır. Belə ki, TP seriyalı 467294 nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh İnzibati Xətalar Məcəlləsinin 327.6 və 327.1-ci maddəlləri ilə təqsirli bilinmişdir. Beləliklə, 1650 manat pul Cavabdeh İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulmalıdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5ci maddəsinin tələblərinə uyğun olaraq iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədlərin təqdim olunması barədə bildiriş cavabdehə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. İş materiallarında olan İddiaçı Sığorta Şirkəti ASC-nin 09 fevral 2024-cü il tarixli 100180 saylı Sığorta aktından görünür ki, “Mecedes Benz” markalı, ** SR *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi sığortalamışdır. xx.xx.2021-ci il tarixdə Sumqayıt şəhəri ərazisində sığorta hadisəsi baş vermişdir. Bu zaman “Opel Astra” markalı, ** RJ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuşdur. Nəticədə “Opel Astra” markalı, ** RJ *** dövlət qeydiyyat nişanlı avtomobillə 850 manat zərər dəymişdir. Paşayev Valeh Bakir oğluna sığorta üzrə 850 manat sığorta ödənişi verilmişdir. İş materiallarında olan İddiaçı Sığorta Şirkəti ASC-nin 09 fevral 2024-cü il tarixli 100141 saylı Sığorta aktından görünür ki, “Mecedes Benz” markalı, ** SR *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi sığortalamışdır. xx.xx.2021-ci il tarixdə Sumqayıt şəhəri ərazisində sığorta hadisəsi baş vermişdir. Bu zaman “Toyota Corolla” markalı, ** CB *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuşdur. Nəticədə “Toyota Corolla” markalı, ** CB *** dövlət qeydiyyat nişanlı avtomobillə 800 manat zərər dəymişdir. Əhmədov Rövşən İsrafil oğluna sığorta üzrə 800 manat sığorta ödənişi verilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, 9139 nömrəli ödəniş tapşırığının əlavəsindən görünür ki, İddiaçı Sığorta Şirkəti ASC tərəfindən Paşayev Valeh Bakir oğlunun hesabına 850 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, 9085 nömrəli ödəniş tapşırığının əlavəsindən görünür ki, İddiaçı Sığorta Şirkəti ASC tərəfindən Əhmədov Rövşən İsrafil oğlunun hesabına 800 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. İş materiallarında olan sumqayıt şəhər DYPŞ tərəfindən qəbul olunmuş xx.xx.2021-ci il tarixli TP ******* nömrəli İnzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci və 327.6-cı maddələri ilə təqsirli bilinərək 100 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarxili, 148068 nömrəli hesabatdan görünür ki, “Opel Astra” markalı, ** RJ *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəymiş zərərin ümumi məbləği 850 manat müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarxili, 148134 nömrəli hesabatdan görünür ki, “Toyota Corolla” markalı, ** CB *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəymiş zərərin ümumi məbləği 800 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096-cı maddəsinə görə isə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 936.1-ci maddəsinə görə subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur; 936.2-ci maddəsinə görə Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 63.1. İcbari sığortalar haqqında Azərbaycan Respublikasının qanununun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Göründüyü kimi, Cavabdeh xx.xx.2021-ci il tarixdə idarə etdiyi idarə etdiyi “Mecedes Benz” markalı, ** SR *** dövlət qeydiyyat nişanlı avtomobillə Sumqayıt şəhəri ərazisində “Opel Astra” markalı, ** RJ *** dövlət qeydiyyat nişanlı və “Toyota Corolla” markalı, ** CB *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri ilə toqquşaraq yol-nəqliyyat hadisəsi olmuşdur və nəticədə avtomaşlara ziyan dəymişdir. İddiaçı sığorta müqaviləsinə uyğun olaraq zərərçəkmişə dəymiş maddi ziyana görə sığorta məbləği həddində ümumilikdə 1650 manat sığorta ödənişi etmiş və hal hazırda həmin pulu subroqasiya qaydasında cavabdehdən tələb edir. İddia tələbi tam əsaslı olduğu üçün təmin edilməlidir. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284-5.4-cü maddəsi ilə nəzərdə tutulmuş işə iddia icraatı qaydasında baxılması əsasları aşkar olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir; 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək, təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, habelə iddiaçının tələbi aşkar və əsaslandırılmış olduğundan hesab edir ki, iddia təmin edilməli, Cavabdeh “Opel Astra” markalı ** SR *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə ödənilmiş 850 manat və “Toyota Corolla”markalı ** CB *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə isə 800 manat olmaqla, ümumilikdə 1650 manat məbləğində sığorta ödənişinin əvəzi və ödənilmiş 36.50 manat məbləğində dövlət rüsumu alınaraq İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulmalıdır. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh “Opel Astra” markalı ** SR *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə ödənilmiş 850 manat və “Toyota Corolla”markalı ** CB *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə isə 800 manat olmaqla, ümumilikdə 1650 manat məbləğində sığorta ödənişinin əvəzi və ödənilmiş 36.50 manat məbləğində dövlət rüsumu alınaraq İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №e-2(050)-954/2024
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(050)-954/2024
14.03.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver