Məhkəmə qərarları › İş №e-2(050)-964/2024

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(050)-964/2024

03.06.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № e-2(050)-964/2024 03.06.2024 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi ilə, İddiaçı Sığorta Şirkəti açıq səhmdar cəmiyyətinin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Sığorta Şirkəti ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Nissan Kicks” markalı, **-LT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə ödənilmiş 8210 manat məbləğində dəymiş zərərin və 102.1 manat məbləğində dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, Cavabdeh idarə etdiyi “Toyota Prius” markalı, **-FZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2022-ci il tarixdə “Nissan Kicks” markalı, **-LT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsində İddiaçı Sığorta Şirkəti ASC-də könüllü sığortalı olan “Nissan Kicks” markalı, **-LT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə maddi ziyan dəymişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi zamanı “Nissan Kicks” markalı, **-LT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi **********9 nömrəli, xx.xx.2022-ci il tarixli sığorta şəhadətnaməsinə əsasən İddiaçı Sığorta Şirkəti ASC-də könüllü sığorta növü ilə sığortalanmışdır. İddiaçı Sığorta Şirkəti ASC dəymiş zərəri aradan qaldıraraq, sığortalanmış “Nissan Kicks” markalı, **-LT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə 13760 manat məbləğində sığorta ödənişini həyata keçirmişdir. Cavabdeh tərəfindən idarə olunan “Toyota Prius” markalı, **-FZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin icbari sığorta növü üzrə məsuliyyətini sığortalamış sığortaçı "xxxx" Sığorta Şirkəti ASC subroqasiya qaydasında dəymiş zərərin 5000 manat məbləğini ödəmişdir. Ödənişin qalan hissəsi olan 8750 manat məbləğindən 550 manat Cavabdeh tərəfindən ödənilmiş, lakin 8210 manat ödənilməmiş qalmışdır. xx.xx.2022-ci il tarixdə yol-nəqliyyat hadisəsinin baş verməsində Cavabdeh təqsirli olduğuna görə ona qarşı subroqasiya hüququ yaranmışdır. Cavabdeh təqsirli olması inzibati tənbeh vermə haqqında qərar ilə sübuta yetirilmişdir. 8210 manat məbləğində pul vəsaiti Cavabdeh İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulmalıdır. İddia ərizəsində tələbin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 936.1, 936.2, 1096.2 və 1097.1-ci maddələrinə istinad edilmişdir. İddiaçının nümayəndəsi ərizə il məhkəməyə müraciət edərək, işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasında cavabdeh iddianı qəbul edərək, bildirmişdir ki, dəymiş ziyandan 550 manat ödəmişdir. Qalan məbləğ 8210 manat təşkil edir. Həmin məbləği ödəyəcəkdir. Hazırda borcunu ödəməyə maddi imkanı yoxdur. Sonda Cavabdeh göstərilənlərin nəzərə alınmasını xahiş etmişdir. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: İcbari sığorta müqavilələrinin mövcudluğunun yoxlanılması barədə elektron çıxarışdan görünür ki, “Toyota Prius” markalı, **-FZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin hadisənin baş verdiyi tarixdə, yəni xx.xx.2022-ci ildə "xxxx" Sığorta Şirkəti ASC-də icbari sığortası olmuşdur. **********9 nömrəli sığorta şəhadətnaməsindən görünür ki, “Nissan Kicks” markalı, **- LT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2022-xx.xx.2023-cü illərdə İddiaçı Sığorta Şirkəti ASC-də könüllü sığorta növü ilə sığortalanmışdır. xx.xx.2022-ci il tarixli, 111022 nömrəli sığorta aktından görünür ki, Cavabdeh idarə etdiyi “Toyota Prius” markalı, **-FZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi “Nissan Kicks” markalı, **-LT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə xx.xx.2022-ci il tarixdə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsində İddiaçı Sığorta Şirkəti ASC-də könüllü sığortalı olan “Nissan Kicks” markalı, **-LT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə maddi ziyan dəymiş və sığorta ödənişinin məbləği 13760 manatdır. xx.xx.2022-ci il tarixli, TP5167272 nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh Azərbaycan Respublikası İXM-in 327.1-ci maddələri ilə təqsirli bilinərərk, 40 manat məbləğində cərimə edilmişdir. Ödəniş tapşırığından görünür ki, İddiaçı Sığorta Şirkəti ASC tərəfindən 13760 manat məbləğində sığorta ödənişi ödənilmişdir. Ödəniş qəbzindən görünür ki, məhkəmədə iddia qaldırmaq üçün 102.10 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki işin məhkəmə baxışı zamanı müəyyən edildi ki, Cavabdeh idarə etdiyi “Toyota Prius” markalı, **-FZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi “Nissan Kicks” markalı, **-LT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə xx.xx.2022-ci il tarixdə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində İddiaçı Sığorta Şirkəti ASC-də könüllü sığortalı olan “Nissan Kicks” markalı, **-LT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə maddi ziyan dəymişdir. İddiaçı “Nissan Kicks” markal nəqliyyat vasitəsinə görə 13760 manat məbləğində sığorta ödənişi etmiş, həmin məbləğdən cavabdehin nəqliyyat vasitəsinin icbari sığorta növü üzrə məsuliyyətini sığortalamış sığortaçı "xxxx" Sığorta Şirkəti ASC tərəfindən subroqasiya qaydasında 5000 manatı ödənilmiş, 550 manatı isə cavabdeh tərəfindən ödənilmişdir. Qalan 8210 mnat pul cavabdeh tərəfindən ödənilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tərəfindən ödənilmiş 102.1 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Yuxarıdakılara əsasən və MPM-in 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. 8210 manat sığorta ödənişi və 102.1 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı Sığorta Şirkəti ASC-yə ödənilsin. Qətnamə rəsmi qaydada təqdim edildiyi gündən 1 ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilər. Hakim Ceyhun Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar