Məhkəmə qərarları › İş №e-2(051)-1124/2025

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(051)-1124/2025

24.06.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № e-2(051)-1124/2025 24.06.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyeva Güləndam Gündüz qızının sədrliyi, Məhkəmə iclas katibi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, Ərizəçi, ərizəçinin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Ərizəçi Maraqlı şəxs cəlb edilməklə “ölüm faktının müəyyən edilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizə: Ərizəçi nümayəndəsi Vəkil Maraqlı şəxs cəlb edilməklə “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, X1 ölümün qeyd edilmə faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizənin əsaslandırılması: Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi ilə X4 birgə nikahından xx.xx.1987-ci il təvəllüdlü X5 doğulmuşdur. X5 xx.xx.1988-ci il tarixdə xəstəlikdən vəfat etmiş və Mingəçevir Şəhər Qəbiristanlığında dəfn edilmişdir. Ailə üzvlərinin yas mərasimlərində məşğul olduğundan mərhumun ölümünün qeyd edilmə faktının rəsmiləşdirilməsi ilə bağlı müvafiq qurumlara vaxtında müraciət etmədiyindən Maraqlı şəxs ölüm haqqında şəhadətnamənin verilməsindən imtina etmişdir. X1 ölümünün qeyd edilmə faktının müəyyən edilməsi tələbi onun ölüm haqqında şəhadətnaməsinin Maraqlı şəxsndən alınması, X6 vəfatı ilə bağlı ona aid mülkiyyətin üzərində vərəsələrinin sərəncam vermək hüququnun əldə edilməsi zərurətindən irəli gəlir. Məhkəmə icraatı iştirakçılarının izahatı: Məhkəmə iclasında iştirak edən Ərizəçi nümayəndəsi və vəkili Vəkil ərizənin məzmununa uyğun izahat verərək məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Ərizəçi izahat verərək bildirdi ki, X7 onun həyat yoldaşı olmuşdur. İsmayıl Qasımovun vəfatından sonra ondan miras qalmış torpaq sahəsinə mirasın qəbulu üçün müraciət etdikdə xx.xx.1987-ci il təvəllüdlü qızı X1 ölümünün qeyd edilməməsi kimi müəyyən edilmişdir. X5 xx.xx.1988-ci il tarixdə qəflətən xəstələnmiş və Mingəçevir şəhər xəstənasında vəfat etmişdir. Onu Mingəçevir şəhər qəbiristanlığında dəfn etmişlər, lakin həmin vaxt uşağa yas verməmişlər. Qasımova Svetlanadan sonra iki oğlu dünyaya gəlmişdir. İddia ərizəsinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində iştirak edən X3 öz izahatında göstərdi ki, Ərizəçi ilə 1986-cı ildən qonşu olmuşlar. 1987-ci il tarixdə Ərizəçi qızı Svetlana dünyaya gəlmişdir. Lakin həmin uşağ 11 aylığında məlum olmayan xəstəlik səbəbindən Mingəçevir şəhər xəstəxanasında vəfat etmişdir. Onu Mingəçevir Şəhər Qəbiristanlığında dəfn etmişlər. Məhkəmə iclasında şahid qismində iştirak edən X10 öz izahatında göstərdi ki, Ərizəçi ilə uzun illərdir ki, qonşu olmuşdur. Onun qızı Svetlana 1987-ci ildə dünyaya gəlmiş və 1988-ci ildə Mingəçevir şəhər xəstəxanasında vəfat etmişdir. X2 Mingəçevir şəhər qəbiristanlığında dəfn etmişlər. Həmin vaxt dəfndə o da iştirak etmişdir. Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, əvvəl keçirilən məhkəmə iclasında iştirak edən Mingəçevir regional “Asan Xidmət” mərkəzində Qeydiyyat şöbəsinin nümayəndəsi X8 izahat verərək ərizə ilə bağlı əlavə sualının olmadığını, ölüm faktının müəyyən edilməsi tələbinin təmin edilməsini xahiş etmişdir. İş materiallarında olan: Ədliyyə Nazirliyi Mingəçevir Qeydiyyat Şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış 3- 16-5/7-Q-1xx-xx/2025 saylı xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydasının 8.5-ci maddəsinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadığı üçün aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. xx.xx.1987-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamədən görünür ki, X5 xx.xx.1987-ci il tarixdə Mingəçevir şəhərində anadan olmuş, atası X7, anası Ərizəçidır. xx.xx.2025-ci il tarixli ********** №li mədaxil qəbzindən görünür ki, iddia ərizəsinin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İşin müəyyən olunmuş halı: Ərizəçi ölüm haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etmişdir. Maraqlı şəxs tərəfindən ərizəçinin qızı xx.xx.1987-ci il təvəllüdlü X1 ölümü haqqında akt qeydi aşkar olunmadığından məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Ərizəçinin qızı X5 xx.xx.1987-ci ildə Mingəçevir şəhərində doğulmuş, xx.xx.1988-ci il tarixdə Mingəçevir şəhərində ölmüşdür. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88.Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.3. doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının;

308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 310.1. Ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir.

311. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Ailə Məcəlləsi: 158.2. Doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. 164.4. Vətəndaşlıq vəziyyəti aktının qeyd olunduğu haqqında ərizə verən şəxslərə müvafiq şəhadətnamə verilir. 164.5. Vətəndaşlıq vəziyyəti akt qeydi “Elektron məhkəmə” informasiya sistemindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülmüş məhkəmə qətnaməsindən çıxarışa əsasən aparıldıqda, akt qeydi üzrə şəhadətnamə və ya arayış barəsində akt qeydi tərtib edilmiş şəxs müraciət etdikdə verilir.

193. Ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. Məhkəmənin mövqeyi: Ərizəçinin qızı X5 xx.xx.1987-ci il tarixdə Mingəçevir şəhərində doğulmuşdur. O, xx.xx.1988-ci il tarixdə Mingəçevir şəhərində ölmüş və Mingəçevir Şəhər Qəbiristanlığında dəfn edilmişdir. Lakin onun ölümü qeydə alınmamışdır. Ərizəçi qızı xx.xx.1987-ci il təvəllüdlü X1 Mingəçevir şəhərində doğulub, xx.xx.1988-ci il tarixdə Mingəçevir şəhərində vəfat etdiyi və Mingəçevir şəhər qəbristanlığında dəfn edilməsi faktı şahid ifadələri və təqdim edilmiş sənədlərlə müəyyən olunmuşdur. Ona görə də ərizə təmin edilməli xx.xx.1987-ci il təvəllüdlü X1 xx.xx.1988-ci il tarixdə Mingəçevir şəhərində ölməsi faktı müəyyən edilməlidir. Ərizənin verilməsinə görə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq

QƏT ETDİ:

Ərizə təmin edilsin. xx.xx.1987-ci il tarixdə Mingəçevir şəhərində doğulmuş X1 xx.xx.1988-ci il tarixdə Mingəçevir şəhərində ölməsi faktı müəyyən edilsin. Ölüm haqqında şəhadətnamənin verilməsi vəzifəsi Maraqlı şəxsnə həvalə edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamədən məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Güləndam Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar