Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № e-2(051)-1382/2022 23.09.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi İddiaçının nümayəndəsi,Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, X4 və Cavabdeh2 qarşı əmlak payının müəyyən edilməsi tələbinə dair mülki işə Mingəçevir şəhər məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, X4 və Cavabdeh2 qarşı ümumi mülkiyyətdə olan əmlakdan payının müəyyən edilməsi və əmlakın paylara uyğun naturada bölünməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, sonra iddia tələbinin həcmini azaldaraq əmlakdan payın müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi,Vəkil Heymət qızı iddianı müdafiə edərək izahatında bildirdi ki, Mingəçevir şəhəri Sabir küçəsi 11/51 №-li evin 2 №-li mənzili ümumi mülkiyyət hüququ əsasında İddiaçı və onun qardaşı X1 mülkiyyətindədir. Eldar Allahverdiyev 31 noyabr 2016-cı ildə vəfat etmişdir. Cavabdehlərdən Cavabdeh1 Eldar Allahverdiyevin arvadı, digər cavabdehlər Cavabdeh3 və Cavabdeh2 isə övladlarıdır, yəni cavabdehlər miras qoyan Eldar Allahverdiyevin birinci növbəli qanuni vərəsələrdir. Lakin vərəsələr miras əmlakla bağlı hər hansı bir tədbir görmürlər, hərəkət etmirlər, Ona görə də iddiaçı birgə mülkiyyətdə olan əmlakdan öz payının müəyyən edilməsi barədə məhkəməyə iddia ərizəsi ilə müraciət etməyə məcbur olmuşdur. Hesab edir ki, iddiaçı tələbində haqlıdır, ona görə də iddiaçı ümumi mülkiyyətdə olan əmlakdan öz payının müəyyən edilməsi barədə məhkəməyə iddia ərizəsi ilə müraciət etməyə məcbur olmuşdur. İddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehlərə məlumat verilmiş, lakin onlar məhkəməyə gəlməmişlər. Məhkəmə hesab edir ki, Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılması mümkündür. Məhkəmə iddiaçının nümayəndəsini,vəkili dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin olunmalıdır. İşdə olan Hüquqların Dövlət qeydiyyat haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışdan görünür ki, Mingəçevir şəhəri M.Ə.Sabir küçəsi 11/51 №-li evin 2 №-li mənzili ümumi mülkiyyət hüququ ilə xx.xx.2011-ci ildə X3 və X2 adlarına qeyd edilmişdir. İşdə olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2016-cı ildə vəfat etmişdir. İşə əlavə olunmuş Asan-Mingəçevirdən verilmiş arayışdan görünür ki, iddiaçı və cavabdehlər Mingəçevir şəhəri M.Ə.Sabir küçəsi 11/51 №-li evin 2 №-li mənzilində qeydiyyatdadırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1 və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İddiaçı tələbində ümumi mülkiyyətdə olan əmlakdan payının müəyyən olunmasını xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Mülki Məcəllənin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 213.3-ci maddəsinə görə əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. Mülki Məcəllənin 213.5-ci maddəsinə əsasən birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. İş materialları ilə müəyyən edildi ki, Mingəevir şəhəri M.Ə.Sabir küçəsi 11/51 №-li evin 2 №-li mənzili İddiaçı və X1 ümumi paylı mülkiyyətindədir. İddiaçı ümumi mülkiyyətdə olan həmin mənzildən ikidə bir hissədə payının müəyyən olunmasını tələb edir. Mülki Məcəllənin 214.1-ci maddəsində göstərilir ki, əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. Məhkəmə təqdim edilmiş sübutlara qiymət verərək hesab edir ki, iddia təmin olunmalı, ümumi mülkiyyətdə olan Mingəçevir şəhəi M.Ə.Sabir küçəsi 11/51 №-li evin 2 №-li mənzilinə ikidə bir hissədə İddiaçı oğlnun payı müəyyən edilməlidir. Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutub, məhkəmə qətetdi: İddia təmin olunsun. Mingəçevir şəhəri M.Ə.Sabir küçəsi 11/51 №-li evin 2 №-li mənzilinə ikidə bir hissədə İddiaçı payı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Məhburə Kərimova
Məhkəmə qərarları › İş №e-2(051)-1382/2022
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(051)-1382/2022
23.09.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver