Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № e-2(051)-158/2023 26.01.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi İddiaçı ASC "xxxx" Bankının nümayəndəsi Nümayəndə iştirakı ilə, iddiaçı ASC "xxxx" Bankının Cavabdeh qarşı daşınmaz əmlakın özgəsinin qanunsuz sahibliyindən geri tələb olunması və qeyriyaşayış binasının boşaldılması tələbinə dair mülki işə Mingəçevir Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: İddiaçı ASC "xxxx" Bankı Cavabdeh qarşı daşınmaz əmlakın özgəsinin qanunsuz sahibliyindən geri tələb olunması və qeyri-yaşayış binasının boşaldılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək izahatında bildirdi ki, iddiaçı ASC "xxxx" Bankı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli **********14114 №-li kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 48 ay müddətinə, kreditdən istifadəyə görə illik 17% faiz ödənilməsi şərtilə, 30000 (otuz min) manat məbləğində kredit verilmişdir. Daha sonra cavabdeh ilə iddiaçı arasında “xx.xx.2014-cü il tarixli **********14114 №-li kredit müqaviləsi üzrə mövcud borcun restrukturizasiyasına dair” xx.xx.2016-cı il tarixdə Saziş bağlanmışdır. Qeyd edilən Sazişlə iddiaçı və Cavabdehin kredit müqaviləsi üzrə bank qarşısındakı xx.xx.2016-cı il tarixinə mövcud olan əsas borcunun, vaxtı keçmiş əsas borcunun, kreditdən istifadəyə görə hesablanmış faiz borcunun və vaxtı keçmiş əsas borc məbləğinə hesablanmış penyanın kapitallaşdırılmaqla, kreditin qaytarılma müddəti uzadılmaqla restrukturizasiyası barədə razılığa gəlmişlər. Beləliklə, Sazişə əsasən kredit üzrə əsas borcun məbləği xx.xx.2016-cı il tarixinə 20463.24 manat müəyyən edilmiş, qaytarılma müddəti xx.xx.2020-ci il tarixinədək uzaldılmışdır. Saziş üzrə cavabdehin öhdəliklərinin lazımi qaydada yerinə yetirilməsini təmin etmək məqsədilə iddiaçı ASC "xxxx" Bankı və Cavabdeh arasında mülkiyyət hüququ ilə cavabdehə məxsus Mingəçevir şəhəri, Naxçıvan küçəsində istifadədə olan 0.1197 ha torpaq sahəsində yerləşən 50 nömrəli binanın, 5-ci girişinin 1-ci mərtəbəsindəki ümumi sahəsi 91.90 kv.m təşkil edən qeyri-yaşayış sahəsinin ipoteka qoyulması barədə xx.xx.2014-cü il tarixli **********14114/ip №-li ipoteka müqaviləsi (həmin Müqaviləyə xx.xx.2016-cı il tarixli 01 №-li əlavə Sazişlə edilmiş dəyişikliklər nəzərə alınmaqla) bağlanmışdır. Cavabdeh tərəfindən kredit müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməməsinə görə iddiaçı ASC "xxxx" Bankı kredit müqaviləsi üzrə iddiaçının tələblərinin təmin edilməsi üçün ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında iddia tələbi ilə Ağdam Rayon Məhkəməsinə müraciət etmiş və həmin məhkəmənin 06 iyun 2018-ci il tarixli 2(013)-466/2018 №-li qətnaməsi ilə iddiaçı ASC "xxxx" Bankının iddiası qismən təmin olunaraq qeyri-yaşayış sahəsinin açıq hərracda satılması və həmin əmlakın satışından əldə olunmuş vəsait hesabına kredit müqaviləsi üzrə borcun ödənilməsi qət olunmuşdur. Sözügedən qətnamədən narazı qalan ASC "xxxx" Bankı və cavabdeh Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayətləri vermişlər. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(104)-397/2019 №-li qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilmədən, qətnamə isə dəyişdirilmədən saxlanılmışdır. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra icraatı qaydasında "xxxx" MMC tərəfindən keçirilmiş hərraclarda həmin qeyri-yaşayış sahəsi satılmadığından onun alınması iddiaçı ASC "xxxx" Bankına təklif edilmiş və bank buna öz razılığını bildirmişdir. Qeyri-yaşayış sahəsinin alqı-satqısı hərrac təşkilatçısı, Mingəçevir şəhər icra və probasiya şöbəsi və iddiaçı ASC "xxxx" Bankı tərəfindən imzalanmış hərracın yekunları barədə 07/01 №-li protokol və iddiaçı ASC "xxxx" Bankı ilə hərrac təşkilatçısı arasında 19 yanvar 2021-ci il tarixdə bağlanmış hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilə ilə rəsmiləşdirilmişdir. Qeyri-yaşayış binasına iddiaçı ASC "xxxx" Bankının mülkiyyət hüququnun qeydiyyata alınmasına dair xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən elektron Çıxarış verilmişdir. Bankın qeyri-yaşayış binası üzərində mülkiyyət hüququnu əldə etməsindən 1 ildən çox müddət keçməsinə baxmayaraq, bank bugünədək qeyri-yaşayış binasına dair öz konstitusion hüquqlarından istifadə edə bilməmişdir. İddiaçının mülkiyyət hüququnun pozulmasına səbəb qeyri-yaşayış binasına cavabdehin həmin əmlaka qanunsuz sahiblik və istifadə etməsidir. Bununla əlaqədar bank tərəfindən cavabdehə qeyri-yaşayış binasının 30 gün müddətindən gec olmayaraq boşaldılması barədə xx.xx.2022-ci il tarixli MGR-XO-6.9.2022-002 nömrəli bildirişin göndərilməsinə baxmayaraq, cavabdeh qeyri-yaşayış binasını boşaltmır. Bununla da iddiaçının mülkiyyət hüququnu pozmaqla həmin əmlaka sahiblik və istifadə hüquqlarının həyata keçirilməsinə mane olur. İddianın təmin olunmasını, Cavabdeh qanunsuz sahibliyində olan mülkiyyət hüququ əsasında iddiaçı ASC "xxxx" Bankına məxsus Mingəçevir şəhəri, Naxçıvan küçəsində, istifadədə olan 0.1197 ha torpaq sahəsində yerləşən 50 nömrəli binanın, 5-ci girişinin 1-ci mərtəbəsindəki ümumi sahəsi 91.90 kv.m təşkil edən qeyriyaşayış sahəsinin 1 ay müddətində boşaldılması, cavabdehin qanunsuz sahibliyindən alınaraq iddiaçı ASC “Xalq ” Bankına təhvil verilməsi, iddia ərizəsinin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 9 manat məbləğində çəkilmiş xərclərin cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barəsində qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh məlumat verilməsinə baxmayaraq, o, məhkəməyə gəlməmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkündür. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdırıb, hesab edir ki, iddia təmin olunmalıdır. İşdə olan hərracın yekunları barədə 07/01 №-li protokolun surətindən görünür ki, “İpoteka haqqında” Qanunun 43.7-ci maddəsinə əsasən ipoteka saxlayan "xxxx" ASC Cavabdeh məxsus Mingəçevir şəhəri, Naxçıvan küçəsi, 0.1197 ha torpaq sahəsində yerləşən 50 saylı binanın, 5-ci girişinin 1-ci mərtəbəsində ümumi sahəsi 91.90 kv.m ibarət qeyri-yaşayış binasını 31875 manata almışdır. İşə 19 yanvar 2021-ci il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilə əlavə edilmişdir. İşdə olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Mingəçevir şəhəri, Naxçıvan küçəsi, ev 50-də ümumi sahəsi 91.90 kv.m olan qeyri-yaşayış sahəsi xx.xx.2021-ci il tarixdən "xxxx" ASC-nin mülkiyyətindədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iclasında müəyyən edildi ki, iddiaçı ASC "xxxx" Bankı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli **********14114 №-li kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 48 ay müddətinə, kreditdən istifadəyə görə illik 17% faiz ödənilməsi şərtilə, 30000 (otuz min) manat məbləğində kredit verilmişdir. Daha sonra cavabdeh ilə iddiaçı arasında “xx.xx.2014-cü il tarixli **********14114 №-li kredit müqaviləsi üzrə mövcud borcun restrukturizasiyasına dair” xx.xx.2016-cı il tarixdə Saziş bağlanmışdır. Saziş üzrə cavabdehin öhdəliklərinin lazımi qaydada yerinə yetirilməsini təmin etmək məqsədilə iddiaçı ASC "xxxx" Bankı və Cavabdeh arasında mülkiyyət hüququ ilə cavabdehə məxsus Mingəçevir şəhəri, Naxçıvan küçəsində istifadədə olan 0.1197 ha torpaq sahəsində yerləşən 50 nömrəli binanın, 5-ci girişinin 1-ci mərtəbəsindəki ümumi sahəsi 91.90 kv.m təşkil edən qeyri-yaşayış sahəsinin ipoteka qoyulması barədə xx.xx.2014-cü il tarixli **********14114/ip №-li ipoteka müqaviləsi bağlanmışdır. Ağdam Rayon Məhkəməsinin 06 iyun 2018-ci il tarixli 2(013)-466/2018 №-li qətnaməsi ilə iddiaçı ASC "xxxx" Bankın iddiası qismən təmin olunaraq qeyri-yaşayış sahəsinin açıq hərracda satılması və həmin əmlakın satışından əldə olunmuş vəsait hesabına kredit müqaviləsi üzrə borcun ödənilməsi qət olunmuşdur. "xxxx" MMC tərəfindən keçirilmiş hərraclarda həmin qeyri-yaşayış sahəsi satılmadığından onun alınması iddiaçı ASC "xxxx" Banka təklif edilmiş və bank buna öz razılığını bildirmişdir. Qeyri-yaşayış binasına iddiaçı ASC "xxxx" Bankın mülkiyyət hüququnun qeydiyyata alınmasına dair xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən elektron Çıxarış verilmişdir. Cavabdeh həmin qeyri-yaşayış binasına qanunsuz sahiblik və istifadə edir, qeyri-yaşayış binasını boşaltmır. Cavabdeh sözügedən qeyriyaşayış sahəsinin ona məxsus olmasını, sahibliyində və ya istifadəsində olmasını təsdiq edən sübutu məhkəməyə təqdim etmədi. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, cavabdeh tərəfindən iddiaçıya məxsus qeyri-yaşayış sahəsinin tutularaq istifadə olunması iddiaçının mülkiyyətçi kimi hüquqlarını pozur, nəticədə iddiaçı mülkiyyətində olan əmlak üzərində sahiblik, istifadə və sərəncam hüquqlarını həyata keçirə bilmir. Ona görə də iddia təmin olunmalı, Cavabdeh qanunsuz sahibliyində olan, mülkiyyət hüququ əsasında iddiaçı ASC "xxxx" Bankına məxsus Mingəçevir şəhəri, Naxçıvan küçəsində, istifadədə olan 0.1197 ha torpaq sahəsində yerləşən 50 nömrəli binanın, 5-ci girişinin 1-ci mərtəbəsindəki ümumi sahəsi 91.90 kv.m təşkil edən qeyri-yaşayış sahəsi boşaldılmalı, həmin qeyri-yaşayış sahəsi cavabdehin qanunsuz sahibliyindən alınaraq iddiaçı ASC “Xalq ” Bankına təhvil verilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən iddia ərizəsinin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 9 manat məbləğində çəkilmiş xərclər cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə görə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin olunsun. Cavabdeh qanunsuz sahibliyində olan mülkiyyət hüququ əsasında iddiaçı ASC "xxxx" Banka məxsus Mingəçevir şəhəri, Naxçıvan küçəsində yerləşən 50 №-li binanın, 5-ci girişinin 1-ci mərtəbəsindəki ümumi sahəsi 91.90 kv.m qeyri-yaşayış sahəsi boşaldılsın. Həmin qeyri-yaşayış sahəsi cavabdehin qanunsuz sahibliyindən alınaraq iddiaçı ASC “Xalq ” Banka təhvil verilsin. İddia ərizəsinin verilməsinə görə 100 (bir yüz) manat məbləğində dövlət rüsumu və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 9 (doqquz) manat məbləğində çəkilmiş xərclər Cavabdeh alınaraq iddiaçı ASC "xxxx" Bankın xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən : Məhburə Kərimova
Məhkəmə qərarları › İş №e-2(051)-158/2023
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(051)-158/2023
26.01.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver