Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № e-2(051)-1818/2022 19.09.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi Həsənli Cavid Qurban oğlunun katibliyi Ərizəçi vəkili və nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə, Ərizəçi şəxsin vəfat etməsi faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ÜƏ Y YƏ N E T D İ : Ərizəçi ərizə ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, məhkəmədən bacısı xx.xx.1965-ci il təvəllüdlü X3 xx.xx.1965-cı il tarixdə Mingəçevir şəhərində vəfat etməsi faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, X5 onun bacısıdır. Bacısı xx.xx.1965-ciil tarixdə vəfat etmişdir. X4 ölüm haqqında şəhadətnamə almamışlar. Hal-hazırda ünvan 1 ünvanında yerləşən mənzili özəlləşdirmək istəyir. Lakin bacısı mərhum Abışova Şəlalənin ölüm şəhadətnaməsi olmadığından bu mümkün olmamışdır. Buna görə də ölüm faktının müəyyən olunması vacibdir. Ərizəçi vəkili və nümayəndəsi Qanuni nümayəndə məhkəmə iclasında ərizənin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, xx.xx.1965-ci ildə doğulmuş X5 onun bacısıdır. Mərhum bacısı 1965-ci ildə vəfat etsə də onun adına ölüm haqqında şəhadətnamə alınmamışdır. Sonradan atası və anası da vəfat etmişdir. Hazırki dövrdə ünvan 2 ünvanında yerləşən mənzilı özgəninkiləşdirmək istəyir. Buna görə də ilk növbədə vərəsəliklə bağlı mübahisə həll edilməlidir. Ölüm haqqında şəhadətnamə olmadığı üçün isə bu mümkün olmamışdır. Bu məqsədlə Qeydiyyat Şöbəsinə müraciət etsə də, ona məhkəməyə müraciət eməsi tövsiyyə edilmişdir. Başqa qaydada bacısının ölüm haqqında şəhadətnaməsini ala bilməmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, məhkəmədən ərizənin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X6 ifadəsində göstərdi ki, ərizəçi onun xalası oğludur. Həqiqətən, X5 01965-ci il tarixdə may ayında vəfat etmişdir. Ərizəçi bir neçə bacısı və qardaşı qan xəstəlikləri ilə əlaqədar doğulandan bir müddət sonra vəfat etmişlər. X5 “Mingəçevir kənd” qəbirstanlığında dəfn edilmiş, lakin ona mərasim verilməmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X2 ifadəsində göstərdi ki, ərizəçi onun xalası oğludur. Həqiqətən, X5 1965-ci il tarixdə may ayında vəfat etmişdir. Ərizəçi bir neçə bacısıvə qardaşı qan xəstəlikləri ilə əlaqədar doğulandan bir müddət sonra vəfat etmişlər. X5 “Mingəçevir kənd” qəbirstanlığında dəfn edilmiş, lakin ona çox balaca vaxtı öldüyündən ona mərasim verilməmişdir. Maraqlı şəxs nümayəndəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri haqda məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni, ərizəçinin nümayəndəsinin və vəkilinin izahatını, şahid ifadələrini, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə tərəfindən müəyyən olunmuş hallar aşağıdakılardan ibarət olmuşdur: İş materiallarında olan Maraqlı şəxs tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş 05/Q- 39/15 nömrəli məktubdan görünür ki, Maraqlı şəxs akt qeydləri arxivində xx.xx.1965xx.xx.2022-ci il üzrə yoxlama aparılmış, lakin X3 ölümünün qeydə alınması barədə heç bir akt qeydi aşkar olunmamışdır. Bununla əlaqədar məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Belə ki, işdə olan xx.xx.1965-ci il tarixli, 968 saylı doğum aktı qeydinin surətindən görünür ki, X5 xx.xx.1965-ci il tarixdə X7 və X1 birgə nikahından doğulmuşdur. İşdə olan Mingəçevir şəhər Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 1273 saylı arayışdan görünür ki, X5 xx.xx.1965-cı il tarixdə Mingəçevir şəhəri, “Mingəçevir kənd” qəbirstanlığında dəfn olunmuşdur. Azərbaycan Respublikası MPM–in 88–ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1.-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8–ci madəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edə bilər. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 308-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Həmin Məcəllənin 310–cu maddəsində göstərilmişdir ki, ərizəçi hüquqi əhəmiyyətli faktın ona hansı məqsəd üçün lazım olduğunu göstərməlidir. İşin halları ilə müəyyən olunur ki, ərizəçi bacısının vəfat etməsi faktının müəyyən edilməsini başqa yolla əldə edə bilmir və tələb olunan hüquqi faktın müəyyən olunması üçün Azərbaycan Respublikası MPM–in 308 və 310-cu maddələrində nəzərdə tutulmuş şərtlər məcmu halında mövcuddur. Məhkəmə iş üzrə müəyyən edilən hallara qiymət verərək hesab edir ki, Ərizəçi bacısı X3 xx.xx.1965-ci il tarixdə Mingəçevir şəhərində ölməsi faktı sübuta yetirilir. Ona görə də, ərizə təmin edilməlidir. Hüquqi faktın müəyyən edilməsi ərizəçiyə ünvan 1 ünvanında yerləşən mənzili özəlləşdirmək iüçün zəruridir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233, 312–316 və 360–cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏTETDİ: Ərizə təmin edilsin. xx.xx.1965-ci il tarixdə doğulmuş X3 xx.xx.1965-ci il tarixdə Mingəçevir şəhərində vəfat etməsi faktı müəyyən edilsin. X3 vəfat etməsi faktını müəyyən edən məhkəmə qətnaməsi Qeydiyyat şöbəsi tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabına şəxsin ölmünün qeyd edilməsi və ölüm haqqında şəhadətnamə verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elza Cəbrayılzadə
Məhkəmə qərarları › İş №e-2(051)-1818/2022
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(051)-1818/2022
19.09.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver