Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № e-2(051)-2418/2024 20.12.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi İddiaçı İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı pul tələbinə dair kiçik iddia ərizəsinə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC tərəfindən ödənilmiş X11 protokollara görə cavabdeh X5 594 manat, Cavabdeh5 9 manat, Cavabdeh3 18 manat, cavabdeh X3 18 manat, Cavabdeh4 18 manat məbləğində pul vəsaiti və ödənilmiş 30 manat dövlət rüsumu isə cavabdehlərdən müştərək qaydada tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, İddiaçı MMC ilə lizinq alan X4 arasında bağlanmış 02 aprel 2021-ci il tarixli MAS-3493 saylı “Daxili lizinq” müqaviləsinə əsasən “Khazar LX” markalı, **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobil onun müvəqqəti istifadə və sahibliyinə verilmişdir. Qeyd edilən müqavilə üzrə sonucu dəfə öhdəliklər Cavabdeh5 ötürülmüş və lizinq obyekti olan avtomobil onun müvəqqəti istifadə və sahibliyinə verilmişdir. “Daxili lizinq müqaviləsi” və “Ödəniş cədvəli”nin şərtlərinə Cavabdeh5 tərəfindən əməl edilmədiyi üçün İddiaçı MMC iddia ərizəsi ilə Mingəçevir rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmənin 07 noyabr 2023-cü il tarixli e-2(051)- 2023/2023 saylı qətnaməsi ilə İddiaçı MMC-nin iddası qismən təmin edilərək cavabdehdən ümumilikdə 990.06 manat məbləğində borcun tutularaq iddiaçının xeyrinə ödənilməsi qət edilmişdir. Lizinq obyekti olan “Khazar LX” markalı, **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobilin cavabdehlərin müvəqqəti istifadəsində olduğu müddət ərzində inzibati xəta ilə əlaqədar sürücülər Azərbaycan Respublikası DİN BDYPİ və BNA tərəfindən inzibati qaydada cərimələnmişdir. Bu faktı hökumət ödəniş portaldan alınmış çıxarış təsdiq edir. Həmin cərimələr aşağıdakılardan ibarətdir: Cavabdeh2 - 1. EQ9980702 saylı protokola görə 9 manat; 2. EQ9980698 saylı protokola görə 9 manat; 3. EQ9619458 saylı protokola görə 9 manat; 4. EQ9980694 saylı protokola görə 9 manat; 5. EQ9980688 saylı protokola görə 9 manat; 6. EQ9980691 saylı protokola görə 9 manat; 7. EQ12499082 saylı protokola görə 9 manat; 8. EQ13405835 saylı protokola görə 9 manat; 9. EQ9619453 saylı protokola görə 36 manat; 10. EQ9980686 saylı protokola görə 36 manat; 11. EQ9980704 saylı protokola görə 36 manat; 12. EQ9980693 saylı protokola görə 36 manat; 13. EQ9980696 saylı protokola görə 36 manat; 14. EQ9982820 saylı protokola görə 36 manat; 15. BNA2311837 saylı protokola görə 36 manat; 16. EQ9980687 saylı protokola görə 45 manat; 17. EQ9980690 saylı protokola görə 45 manat; 18. EQ13405828 saylı protokola görə 45 manat; 19. EQ9980697 saylı protokola görə 45 manat; 20. EQ9980700 saylı protokola görə 45 manat; 21. EQ9980684 saylı protokola görə 45 manat; X9 – EQ 14223235 saylı protokola görə 9 manat; Cavabdeh4 - BNA1914122 saylı protokola görə 18 manat; Cavabdeh3 - BNA1918911 saylı protokola görə 18 manat; Cavabdeh1 - BNA2311840 saylı protokola görə 18 manat. Şirkət tərəfindən yuxarıda qeyd edilən cərimələrə görə ümumilikdə 657 manat məbləğində ödəniş edilmişdir. Məhkəmənin nəzərinə çatdırır ki, mülkiyyət hüququ ilə İddiaçı MMC-yə məxsus nəqliyyat vastəsilə törədilmiş X11 protokollar əsasında yaranmış cərimələr onlar tərəfindən ödənilmişdir. Həmin cərimələr ödənilmədiyi təqdirdə X13 Azərbaycan Respublikasının Qanununun tələbinə uyğun olaraq həmin nəqliyyat vasitəsinin saxlanılaraq cərimə meydançasına yerləşdirilməsi haqqında qərar qəbul edilir və qərarın icra edilməsi üçün YPX inpektorlarına təlimat verilir. Bununla da lizinq şirkəti ilə yanaşı nəqliyyat vastəsini faktiki idarə edən şəxsin də hüquqları pozulmuş olur. Odur ki, məhkəmədən İddiaçı MMC tərəfindən ödənilmiş X11 protokollara görə cavabdeh X5 594 manat, Cavabdeh5 9 manat, Cavabdeh3 18 manat, cavabdeh X3 18 manat, Cavabdeh418 manat məbləğində pul vəsaiti və ödənilmiş 30 manat dövlət rüsumu isə cavabdehlərdən müştərək qaydada tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə hazırkı iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinin tələbinə uyğun olaraq cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 rəsmi qaydada xx.xx.2024-cü il tarixdə bildirişlər göndərilməsinə baxmayaraq cavabdehlər tərəfindən iddiaya qarşı əsaslandırılmış etiraz və ona əlavə olunmuş sənədlər məhkəməyə təqdim edilməmişdir. Ərizəni və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, məhkəmə hesab edir ki, iddianın qiyməti beş min manatdan az olduğuna və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-4.1-ci maddəsində nəzərdə tutulmuş hallar mövcud olmadığına görə iddia tələbinə sadələşdirilmiş qaydada baxılaraq təmin olunması barədə qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, kiçik iddialar üzrə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iddiaçının təqdim etdiyi sənədlərin tədqiqi nəticəsinə əsaslanaraq hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinin tələblərinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Belə ki, işdə olan İddiaçı MMC ilə X4 arasında bağlanmış xx.xx.2021-ci il MAS-3493 №-li X7 surətindən görünür ki, “Khazar LX” markalı, **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobil X1 müvəqqəti istifadə və sahibliyinə verilmişdir. Müqaviləyə əla №1-dən görünür ki, avtomobilin qiyməti 13900 manat qiymətləndirilmişdir. İşdə olan İddiaçı QSC BOKT, X4 ilə Cavabdeh5 arasında bağlanmış MAS-3493 №li, xx.xx.2023-cü il tarixli öhdəliklərin ötürülməsi müqaviləsindən görünür ki, əvvəlki müqavilə ilə X2 məxsus olan öhdəliklər Cavabdeh5 keçmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli təhvil-təslim aktından görünür ki, X4 və Cavabdeh5, X1 istifadəsinə verilmiş saz vəziyyətdə olan və İddiaçı MMC-nin mülkiyyətində olan “Khazar LX” markalı, **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobilin təhvil təslimini aparmışlar. İşdə olan İddiaçı MMC tərəfindən Cavabdeh5 göndərilmiş xx.xx.2024-cü il tarixli, 1828 №li xəbərdarlıq məktubundan görünür ki, İddiaçı MMC ilə Cavabdeh5 arasında bağlanmış MAS-3493 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyekti olan “Khazar LX” markalı, **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobil onun müvəqqəti istifadəsinə verilmişdir. Lizinq obyekti olan avtomobil istifadəsində olan müddət ərzində barəsində inzibati xəta ilə əlaqədar BNA tərəfindən X11 protokollar tərtib edilmişdir. Mülki qanunverciliyə əsasən İddiaçı MMC onun tərəfindən törədilmiş X11 Protokollara əsasən ümumilikdə 9 manat məbləğində cəriməni ödəmişdir. İddiaçı MMC-nə yaranmış borcu 7 gün ərzində ödəməsini tələb edirlər. Əks təqdirdə X11 protokolların ödənilməsinə dair yaranmış borc ondan məhkəmə qaydasında tələb ediləcəkdir. İşdə olan İddiaçı MMC tərəfindən Cavabdeh4 göndərilmiş xx.xx.2024-cü il tarixli, 1828 №li xəbərdarlıq məktubundan görünür ki, İddiaçı MMC ilə Cavabdeh5 arasında bağlanmış MAS-3493 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyekti olan “Khazar LX” markalı, **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobil onun müvəqqəti istifadəsinə verilmişdir. Lizinq obyekti olan avtomobil istifadəsində olan müddət ərzində barəsində inzibati xəta ilə əlaqədar BNA tərəfindən X11 protokollar tərtib edilmişdir. Mülki qanunverciliyə əsasən İddiaçı MMC onun tərəfindən törədilmiş X11 Protokollara əsasən ümumilikdə 18 manat məbləğində cəriməni ödəmişdir. Lizinq obyekti olan avtomobil istifadəsində olan müddət ərzində barəsində inzibati xəta ilə əlaqədar BNA tərəfindən X11 protokollar tərtib edilmişdir. İddiaçı MMC-nə yaranmış borcu 7 gün ərzində ödəməsini tələb edirlər. Əks təqdirdə X11 protokolların ödənilməsinə dair yaranmış borc ondan məhkəmə qaydasında tələb ediləcəkdir. İşdə olan İddiaçı MMC tərəfindən Cavabdeh1 göndərilmiş xx.xx.2024-cü il tarixli, 1828 №li xəbərdarlıq məktubundan görünür ki, İddiaçı MMC ilə Cavabdeh5 arasında bağlanmış MAS-3493 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyekti olan “Khazar LX” markalı, **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobil onun müvəqqəti istifadəsinə verilmişdir. Lizinq obyekti olan avtomobil istifadəsində olan müddət ərzində barəsində inzibati xəta ilə əlaqədar BNA tərəfindən X11 protokollar tərtib edilmişdir. Mülki qanunverciliyə əsasən İddiaçı MMC onun tərəfindən törədilmiş X11 Protokollara əsasən ümumilikdə 18 manat məbləğində cəriməni ödəmişdir. Lizinq obyekti olan avtomobil istifadəsində olan müddət ərzində barəsində inzibati xəta ilə əlaqədar BNA tərəfindən X11 protokollar tərtib edilmişdir. İddiaçı MMC-nə yaranmış borcu 7 gün ərzində ödəməsini tələb edirlər. Əks təqdirdə X11 protokolların ödənilməsinə dair yaranmış borc ondan məhkəmə qaydasında tələb ediləcəkdir. İşdə olan İddiaçı MMC tərəfindən Cavabdeh2 göndərilmiş xx.xx.2024-cü il tarixli, 1828 №li xəbərdarlıq məktubundan görünür ki, İddiaçı MMC ilə Cavabdeh5 arasında bağlanmış MAS-3493 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyekti olan “Khazar LX” markalı, **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobil onun müvəqqəti istifadəsinə verilmişdir. Lizinq obyekti olan avtomobil istifadəsində olan müddət ərzində barəsində inzibati xəta ilə əlaqədar BNA tərəfindən X11 protokollar tərtib edilmişdir. Mülki qanunverciliyə əsasən İddiaçı MMC onun tərəfindən törədilmiş X11 Protokollara əsasən ümumilikdə 594 manat məbləğində cəriməni ödəmişdir. Lizinq obyekti olan avtomobil istifadəsində olan müddət ərzində barəsində inzibati xəta ilə əlaqədar BNA tərəfindən X11 protokollar tərtib edilmişdir. İddiaçı MMC-nə yaranmış borcu 7 gün ərzində ödəməsini tələb edirlər. Əks təqdirdə X11 protokolların ödənilməsinə dair yaranmış borc ondan məhkəmə qaydasında tələb ediləcəkdir. İşdə olan İddiaçı MMC tərəfindən Cavabdeh3 göndərilmiş xx.xx.2024-cü il tarixli, 1828 №li xəbərdarlıq məktubundan görünür ki, İddiaçı MMC ilə Cavabdeh5 arasında bağlanmış MAS-3493 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyekti olan “Khazar LX” markalı, **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobil onun müvəqqəti istifadəsinə verilmişdir. Lizinq obyekti olan avtomobil istifadəsində olan müddət ərzində barəsində inzibati xəta ilə əlaqədar BNA tərəfindən X11 protokollar tərtib edilmişdir. Mülki qanunverciliyə əsasən İddiaçı MMC onun tərəfindən törədilmiş X11 Protokollara əsasən ümumilikdə 18 manat məbləğində cəriməni ödəmişdir. Lizinq obyekti olan avtomobil istifadəsində olan müddət ərzində barəsində inzibati xəta ilə əlaqədar BNA tərəfindən X11 protokollar tərtib edilmişdir. İddiaçı MMC-nə yaranmış borcu 7 gün ərzində ödəməsini tələb edirlər. Əks təqdirdə X11 protokolların ödənilməsinə dair yaranmış borc ondan məhkəmə qaydasında tələb ediləcəkdir. Beləliklə işin faktiki hallarından müəyyən olunur ki, cavabdehlər ilə iddiaçı təşkilat arasında daxili lizinq müqaviləsi bağlanmış, sonradan öhdəliklərin ötürülməsi barədə müqavilələr bağlanmaqla avtomobili lizinqə vermişdir. Avtomobil cavabdehlərin sahibliyində olduğu müddətdə onlar İnzibati xətalara yol vermiş və buna görə cərimələnmişlər. Həmin cərimə məbləğlərini iddiaçı təşkilat ödəmişdir. Hazırda isə ödədiyi həmin cərimə məbləğlərinin cavabdehlərdən tutulub ona ödənilməsini tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; Maddə 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər; 747.1 lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Məhkəmə X11 protokollara görə ödənilmiş cavabdeh X5 594 manat, Cavabdeh5 9 manat, Cavabdeh3 18 manat, cavabdeh X3 18 manat, Cavabdeh4 18 manat məbləğində pul vəsaitlərinin tələb edilməsi bağlı hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməlidir. X11 protokollara əsasən cərimə olunan şəxs cavabdeh X8, Cavabdeh5, Cavabdeh3, cavabdeh X6, Cavabdeh4 olmasına baxmayaraq X7 5.2-ci bəndinə əsasən bu müqavilənin olduğu müddət ərzində lizinq obyektindən istifadə edilməsi zamanı üçüncü şəxslərə dəymiş maddi və mənəvi ziyan, həmçinin səhhətə dəymiş ziyan da daxil olmaqla, həmçinin cinayət və inzibati xətaya görə məsuliyyəti lizinq alan daşıyır. Beləliklə iddiaçı tərəfindən yuxarıda göstərilən protokollar üzrə ödəniş edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh X5 594 manat, Cavabdeh5 9 manat, Cavabdeh3 18 manat, cavabdeh X3 18 manat və Cavabdeh4 18 manat manat pul tutulub İddiaçı ASC-ə verilməlidir. Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən məhkəmə hesab edir ki, iddiaçının məhkəməyə iddia ərizəsi verərkən dövlət rüsumu kimi ödədiyi 30 manat məbləğdə pul vəsaiti də cavabdehlərdən iddiaçı bankın xeyrinə tutulmalıdır. Həmin Məcəllənin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 284-5.3, 284-6.1, 284-6.2-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qət etdi: İddia təmin edilsin. Cavabdeh X5 594 (beş yüz doxsan dörd) manat, Cavabdeh5 9 (doqquz) manat, Cavabdeh3 18 (on səkkiz) manat, cavabdeh X3 18 (on səkkiz) manat və Cavabdeh4 18 (on səkkiz) manat məbləğində pul vəsaitləri tutularaq iddiaçı İddiaçı MMC-nin xeyrinə ödənilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat məbləğində pul alınıb iddiaçı İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elza Cəbrayılzadə
Məhkəmə qərarları › İş №e-2(051)-2418/2024
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(051)-2418/2024
20.12.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver