Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № e-2(051)-527/2024 18.01.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyeva Güləndam Gündüz qızının sədrliyi, Məhkəmə iclasının katibi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, Maraqlı şəxs Bilalova (Allahverənova) Ülkər Fazil qızının iştirakı ilə Ərizəçi maraqlı şəxs Bilalova (Allahverənova) Ülkər Fazil qızı ilə mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin məcburi icrası üçün təsdiq edilməsi barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Ərizəçi mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli barışıq sazişinin təsdiq edilməsi və ödənilmiş 100 manat dövlət rüsumunun maraqlı şəxsdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(051)-1855/2023 saylı qətnaməsi ilə onunla Bilalova (Allahverənova) Ülkər Fazil qızı arasında xx.xx.2009-cu il tarixdə Mingəçevir Şəhər Qeydiyyat Şöbəsində bağlanmış nikah ləğv edilmişdir. Tərəflər arasında Mediasiya Təşkilatında xx.xx.2023-cü ildə Barışıq Sazişi bağlanmışdır. Lakin maraqlı şəxs Bilalova (Allahverənova) Ülkər Fazil qızı sazişdə qeyd olunanları könüllü olaraq icra etmir. Məhkəmə iclasında maraqlı şəxs Bilalova (Allahverənova) Ülkər Fazil qızı izahat verərək göstərdi ki, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(051)- 1855/2023 saylı qətnaməsi ilə onunla Ərizəçi arasında xx.xx.2009-cu il tarixdə Mingəçevir Şəhər Qeydiyyat Şöbəsində bağlanmış nikah ləğv edilmişdir. Ərizəçi ilə aralarında xx.xx.2023-cü il tarixli Barışıq Sazişi bağlanmışdır. Lakin barışıq sazişdə qeyd olunan aliment məbləğini Ərizəçi 3 aydır ödəmir və ona məxsus qızıl zinət əşyalarını verməmişdir. O isə barışıq sazişində qeyd olunan ona məxsus cehiz əşyalarını könüllü olaraq götürməmişdir. Məhkəmə maraqlı şəxsin izahatını dinləyib, ərizəni və ona əlavə edilmiş sənədləri tədqiq edərək onlara məcmu halda hüquqi qiymət verib hesab edir ki, ərizə təmin edilməlidir. Tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli Barışıq sazişinin məzmunu və şərtləri aşağıdakı kimidir. Ərizəçi və Bilalova (Allahverənova) Ülkər Fazil qızı arasında xx.xx.2023-cü il tarixli Barışıq sazişi aşağıdakı məzmunda və şərtlərlə bağlanmışdır. Uşaqla bağlı mübahisələr (aliment, uşağın hansı valideyində qalması və uşaqla görüş qaydası mübahisəsi): 1.Birinci Tərəf Ərizəçi uşaqları X2 və X3 İkinci Tərəf Maraqlı şəxs yanında qalmasına razıdır. 2.Birinci Tərəf Ərizəçi öz üzərinə öhdəlik götürür ki, İkinci Tərəf Maraqlı şəxs yanında qalan övladları X4 və X5 uşaqlar yetkinlik yaşına çatana kimi hər ay hər uşaq üçün 175(bir yüz yetmiş beş) manat olmaqla cəmi 350(üç yüz əlli) manat aliment ödənişi ödəməyə razıdır. Aliment ödənişi İkinci Tərəf Maraqlı şəxs bank hesabına (bank kartına) ödəniləcək. Aliment ödənişi xx.xx.2023-cü il tarixindən başlayaraq ən geci hər ayın 15-nə kimi ödəniləcək. 3.Birinci Tərəf Ərizəçi uşaqlarını (X4 və X5) tətil və qeyri dərs günlərində hər həftənin beşinci günü saat 17:00-da İkinci Tərəf Maraqlı şəxs götürür, bazar günü saat 17:00-da İkinci Tərəf Maraqlı şəxs qaytarır.
4. Birinci Tərəf Ərizəçi uşaqlarını (X4 və X5) dərs günlərində hər həftənin şənbə günü saat 13:00-da İkinci Tərəf Maraqlı şəxs götürür, bazar günü saat 15:00-da İkinci Tərəf Maraqlı şəxs qaytarır. Əmlak mübahisəsi: 1.Birinci Tərəf Ərizəçi öz üzərinə öhdəlik götürür ki, nikah rəsmi qaydada pozulduqdan sonra İkinci Tərəf Maraqlı şəxs məxsus qızıl zinət (nişan üzüyü, bir dəst briliyant sırqa üzük, briliyant qolbaq, bir dəst komplekt, iki ədəd hədiyyə üzük, klon quran kitabı) və cehiz əşyalarını İkinci Tərəf Maraqlı şəxs qaytaracaq. 2.İkinci X1 öz üzərinə öhdəlik götürür ki, nikah rəsmi qaydada pozulduqdan sonra Mingəçevir şəhəri, Mehmandarov küçəsi, 16-A saylı mənzildə olan cehiz əşyalarını könüllü olaraq mənzildən çıxaracaq. 3.İkinci Tərəf Maraqlı şəxs öz üzərinə öhdəlik götürür ki, nikah rəsmi qaydada pozulduqdan sonra Birinci Tərəf Ərizəçi məxsus qızıl zinət (traxtor bilərzik) əşyasını Birinci Tərəf Ərizəçi qaytaracaq. 4.İkinci Tərəf Maraqlı şəxs öz üzərinə öhdəlik götürür ki, nikah rəsmi qaydada pozulduqdan sonra könüllü olaraq aydiyyatı quruma müraciət edərək qeydiyyatda olduğu Mingəçevir şəhəri, Mehmandarov küçəsi, 16-A saylı mənzildən qeydiyyatdan çıxacaq. Azərbaycan Respublikası Mediasiya haqqında Qanunun aşağıdakı maddələrinə əsasən 33.3. Barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. 34.1. Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.3. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə və ya notariusa müraciət edə bilər. 34.4. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə və ya notarius tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). 34.5. Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin aşağıdakı maddələrinə əsasən Maddə 355-23. Ərizənin verilməsi 355-23.1. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Maddə 355-24. Ərizənin məzmunu Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Maddə 355-25. Ərizəyə baxılma qaydası və qətnamənin qəbul edilməsi 355-25.1. Barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. 355-25.2. Məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır. 355-25.3. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. 355-25.4. Qətnamənin surəti bu Məcəllənin 227.3-cü maddəsinə uyğun olaraq tərəflərə verilir. Maddə 355-26. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina olunması 355-26.1. Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. 355-26.2. Barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. “Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri ... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”...” “Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır....” Məhkəmə iş materiallarını, həmçinin barışıq sazişini nəzərdən keçirərək belə nəticəyə gəlir ki, tərəflər arasında bağlanmış barışıq sazişində qanuna zidd müddəa yoxdur, üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunmur, imzalandığı gündən onun könüllü şəkildə icra edilməsi üçün qanunla müəyyən edilmiş müddət ərzində icra edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Ərizəçi ilə Bilalova (Allahverənova) Ülkər Fazil qızı arasında xx.xx.2023-cü il tarixdə bağlanmış barışıq sazişi məcburi icra ediməsi üçün təsdiq edilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119, 216- 220-ci, 307-311-ci, 355-23-355-26-cı maddələrini rəhbər tutaraq, Qət etdi: Ərizə təmin edilsin. Ərizəçi ilə Bilalova (Allahverənova) Ülkər Fazil qızı arasında xx.xx.2023-cü il tarixdə bağlanmış MŞM/MT032/2023/00715 saylı Barışıq sazişi aşağıdakı hissədə təsdiq edilsin. 1.Birinci Tərəf Ərizəçi uşaqları X2 və X3 İkinci Tərəf Maraqlı şəxs yanında qalmasına razıdır. 2.Birinci Tərəf Ərizəçi öz üzərinə öhdəlik götürür ki, İkinci Tərəf Maraqlı şəxs yanında qalan övladları X4 və X5 uşaqlar yetkinlik yaşına çatana kimi hər ay hər uşaq üçün 175(bir yüz yetmiş beş) manat olmaqla cəmi 350(üç yüz əlli) manat aliment ödənişi ödəməyə razıdır. Aliment ödənişi İkinci Tərəf Maraqlı şəxs bank hesabına (bank kartına) ödəniləcək. Aliment ödənişi xx.xx.2023-cü il tarixindən başlayaraq ən geci hər ayın 15-nə kimi ödəniləcək. 3.Birinci Tərəf Ərizəçi uşaqlarını (X4 və X5) tətil və qeyri dərs günlərində hər həftənin beşinci günü saat 17:00-da İkinci Tərəf Maraqlı şəxs götürür, bazar günü saat 17:00-da İkinci Tərəf Maraqlı şəxs qaytarır.
4. Birinci Tərəf Ərizəçi uşaqlarını (X4 və X5) dərs günlərində hər həftənin şənbə günü saat 13:00-da İkinci Tərəf Maraqlı şəxs götürür, bazar günü saat 15:00-da İkinci Tərəf Maraqlı şəxs qaytarır. 1.Birinci Tərəf Ərizəçi öz üzərinə öhdəlik götürür ki, nikah rəsmi qaydada pozulduqdan sonra İkinci Tərəf Maraqlı şəxs məxsus qızıl zinət (nişan üzüyü, bir dəst briliyant sırqa üzük, briliyant qolbaq, bir dəst komplekt, iki ədəd hədiyyə üzük, klon quran kitabı) və cehiz əşyalarını İkinci Tərəf Maraqlı şəxs qaytaracaq. 2.İkinci Tərəf Maraqlı şəxs öz üzərinə öhdəlik götürür ki, nikah rəsmi qaydada pozulduqdan sonra Mingəçevir şəhəri, Mehmandarov küçəsi, 16-A saylı mənzildə olan cehiz əşyalarını könüllü olaraq mənzildən çıxaracaq. 3.İkinci Tərəf Maraqlı şəxs öz üzərinə öhdəlik götürür ki, nikah rəsmi qaydada pozulduqdan sonra Birinci Tərəf Ərizəçi məxsus qızıl zinət (traxtor bilərzik) əşyasını Birinci Tərəf Ərizəçi qaytaracaq. 4.İkinci Tərəf Maraqlı şəxs öz üzərinə öhdəlik götürür ki, nikah rəsmi qaydada pozulduqdan sonra könüllü olaraq aydiyyatı quruma müraciət edərək qeydiyyatda olduğu Mingəçevir şəhəri, Mehmandarov küçəsi, 16-A saylı mənzildən qeydiyyatdan çıxacaq. Ərizəçi tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu maraqlı şəxs Bilalova (Allahverənova) Ülkər Fazil qızından alınaraq Ərizəçi qaytarılsın. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Mingəçevir Şəhər Məhkəməsinə şikayət verilə bilər.
Hakim Güləndam Quliyeva