Məhkəmə qərarları › İş №e-2(053)-1047/2025

Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(053)-1047/2025

26.08.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № e-2(053)-1047/2025 26.08.2025 NEFTÇALA RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi «ölüm faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 27 oktyabr 1990-cı il təvəllüdlü X1 16 noyabr 1990-cı ildə Neftçala rayonu, Şirvanlı kəndində ölməsi faktının müəyyən olunmasını xahiş etmişdir. Ərizəçi işin məhkəmə baxışı zamanı ərizəsini müdafiə edərək bildirmişdir ki, anası X6 20 oktyabr 2024-cü il tarixdə vəfat etmiş və hazırda ondan miras qismində qalan əmlakların vərəsəlik qaydasında qəbul edilməsinə zərurət yaranmışdır. Lakin 27 oktyabr 1990-cı il tarixdə doğulmuş bacısı X1 ölümü qanunla müəyyən olunmuş qaydada qeydiyyata alınmadığından sözügedən hüququn realizəsi mümkün olmamışdır. Belə ki, Çinarə Zeynalova doğulduqdan təxminən 1 ay sonra ev şəraitində vəfat etmiş, lakin bu barədə tibbi şəhadətnamə alınmamışdır. Hazırda sözügedən prosedurun icrası qeyrimümkün olduğundan həmin şəhadətnamənin əldə olunması imkan xaricindədir. Belə olduğu təqdirdə məhkəməyə müraciət etmək qərarına gəlib. Bacısı Çinarənin ölümünü qonşuları X4 və X3 da təsdiq edə bilərlər. Hesab edir ki, bacısı – 27 oktyabr 1990-cı il təvəllüdlü X1 16 noyabr 1990-cı il tarixdə Neftçala rayonu, Şirvanlı kəndində ölməsi faktı müəyyən olunmalıdır. Ərizəsinin təmin olunmasını xahiş edir. Şahid qismində dindirilmiş X4 və X3 ərizəçinin bildirdiklərinə uyğun məzmunlu ifadələr vermişlər. Məhkəmə, ərizəçini və şahidləri dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, ərizə təmin edilməlidir. Maraqlı şəxs1 tərəfindən verilmiş 15 may 2025-ci il və 19 iyun 2025-ci il tarixli arayışlardan görünür ki, X2 ilə X5 arasında bağlanmış nikah Neftçala Rayon Məhkəməsinin 23 iyun 2004-cü il tarixli qətnaməsi ilə pozulmuş və 20 noyabr 2004-cü ildə 37 nömrəli akt qeydi ilə qeydiyyata alınmışdır. Nikah pozulduqdan sonra X5 «Kərimova» soyadına qayıdıb. X6 20 oktyabr 2024-cü ildə ölüb, onun ölümü 28 oktyabr 2024-cü il tarixdə 220 nömrəli akt qeydi ilə qeydə alınıb. «Doğum haqqında» şəhadətnamənin surətindən görünür ki, X2 və X5 xx xxxxx 1992-ci il təvəllüdlü Ərizəçi valideynləridirlər. Məhkəmənin müvafiq sorğusu əsasında Maraqlı şəxs1 tərəfindən verilmiş «Doğum haqqında akt qeydi»nin surətindən görünür ki, X2 və X5 27 oktyabr 1990-cı il təvəllüdlü X1 valideynləridirlər. «Neftçala Rayon Mərkəzi Xəstəxanası» X13 tərəfindən verilmiş 18 iyun 2025-ci il tarixli, 421 nömrəli arayışda qeyd olunur: «…xx.xx.1990-cı ildə Neftçala rayonunda anadan olmuş və 1991-ci ildə vəfat etmiş X1 ölümü barədə Neftçala RMX-si tərəfindən heç bir tibbi sənəd verilməmişdir...». İş materiallarına qəbiristanlıq ərazisindən çəkilmiş fotoşəkil əlavə edilib. Həmin fotoşəkildən ümumi məzarların yaxınlığında üzərinə məzar daşı əvəzinə taxta parçası qoyulmuş ayrıca məzarın olduğu görünür. Məhkəmə yuxarıda göstərilənləri məcmu şəkildə qiymətləndirərək hesab edir ki, Ərizəçi 27 oktyabr 1990-cı il təvəllüdlü bacısı X1 16 noyabr 1990-cı ildə Neftçala rayonu, Şirvanlı kəndində ölməsi faktı müəyyən edilmiş sayılmalıdır. Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsinə əsasən məhkəmə «müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının» müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən «Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın». Müvafiq sənədlərin başqa qaydada alına bilməməsi Ərizəçi ərizəsinə Maraqlı şəxs1 tərəfindən 19 iyun 2025-ci il tarixli məktubla imtina cavabı verilməsi ilə təsdiq olunur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 227, 233, 307, 311, 357 – 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin olunsun. 27 oktyabr 1990-cı il tarixdə Neftçala rayonu, Jarsk kəndində doğulmuş X1 16 noyabr 1990-cı ildə Neftçala rayonu, Şirvanlı kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamə Qeydiyyat orqanları tərəfindən ölümün qeydə alınması üçün əsasdır. Qətnamənin icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Maraqlı şəxs1nə həvalə olunsun. Qətnamədən bir ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar